Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Ölkə Prezidentinin qayğısından, davamlı inkişafdan, real tərəqqidən və parlaq gələcəyə inamdan qaynaqlanan vətəndaş müraciətləri

"Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər".  


İlham ƏLİYEV


Təhlil və nəzarət icra intizamını təmin edən amillərdir

 

Dövlətin idarə olunmasında, cəmiyyətin problemlərinin vaxtında aşkara çıxarılmasında, insanların qayğı və istəklərinin, onları düşündürən məsələlərin həllində mərkəzi və yerli icra hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələr tərəfindən təhlillərin, analitik  işin aparılması artıq zərurətə çevrilmişdir.

Bu baxımdan Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində müraciətlər 100-dən çox tematikaya bölünür və ətraflı təhlil olunur, hərtərəfli araşdırılır. Burada ilk növbədə ona diqqət yetirilir ki, vətəndaşları daha çox narahat edən məsələlərin nədən ibarət olduğu və onların yaranma səbəbləri aşkar edilsin.

Təbiidir ki, bu məsələlərin həllində müraciətlərə nəzarət qaydasında baxılmasının böyük təsiri olmuşdur. Nəzarətə alınmış müraciətlərin təhlili göstərir ki, onların 36 faizi müsbət, 27 faizi qismən həll edilmiş, bir çox məsələlər gələcəkdə həll olunmaq üçün müvafiq dövlət proqramlarına salınmış, bir hissəsinin isə icrası davam etdirilir.

2013-cü ildə dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların bəzi təklif, ərizə və şikayətlərinə baxılması zamanı cavabların gecikdirilməsi, icra müddətlərinə riayət edilməməsi hallarına yol verilmişdir. Bu nöqsanların bəzilərinə Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərində, "Azərenerji" ASC-də, Bakı, Gəncə, Bərdə, Daşkəsən, Göygöl, Salyan, Şamaxı şəhər və rayon icra hakimiyyətlərində və digər təşkilatlarda təsadüf edilmişdir.

Qeyd etmək lazımdır ki, respublika Prezidentinin "İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədb irləri haqqında" 2006-cı il 26 oktyabr tarixli fərmanının tələblərinə riayət edilməsi hər bir icra hakimiyyəti orqanının qarşısında duran mühüm vəzifələrdən biridir.

Prezident Administrasiyasından nəzarət qaydasında baxılmaq üçün göndərilmiş müraciətlərə verilmiş cavablardan göründüyü kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə, qaldırılmış məsələlərin obyektiv araşdırılmasında səhlənkarlığa, süründürməçiliyə yol verdiklərinə və vaxtında zəruri tədbirlər görmədiklərinə görə 19 nəfər cavabdeh şəxs tutduğu vəzifədən uzaqlaşdırılmış, 51 nəfər intizam məsuliyyətinə cəlb edilmiş, 10 nəfər barəsində hüquq-mühafizə orqanlarına müraciət edilmiş, qanun pozuntusuna yol vermiş 31 hüquqi və fiziki şəxs cərimə olunmuş, 19 nəfər işinə bərpa edilmiş, 26 halda cinayət işinin istintaqı bərpa olunmuş, 14 halda isə cinayət işinə yenidən baxılması barədə prokurorluq orqanları qarşısında vəsatət qaldırılmışdır.

Vətəndaşların  şikayətlərinin araşdırılmasında nöqsanlara yol verdiklərinə görə Ekologiya və Təbii Sərvətlər,  Daxili İşlər,  Təhsil, Nəql iyyat, Səhiyyə, Kənd Təsərrüfatı, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərində, Dövlət Gömrük Komitəsində, Səf ərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, "Meliorasiya və Su Təsərrüfatı" ASC-də, ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyində, Şəki Şəhər İcra Hakimiyyətində və sair qurumlarda cavabdeh şəxslər barəsində qəti tədbirlər həyata keçirilmişdir.

Ümumiyyətlə, vətəndaşların müraciətlərinə baxılması məsələləri 2013-cü ildə mərkəzi icra hakimiyyəti orqanlarında keçirilmiş kollegiya iclaslarında və müşavirələrdə 334 dəfə müzakirəyə çıxarılmış, yol verilən nöqsanlara görə 1208 nəfərə intizam tənbehi tətbiq olunmuş, o cümlədən 47 nəfər işdən azad edilmişdir. Həmçinin 407 nəfərə töhmət və şiddətli töhmət verilmiş, 21 nəfərə xəbərdarlıq edilmişdir.

2013-cü ildə şəhər və rayon icra hakimiyyətləri başçıları yanında şura  iclaslarında və müşavirələrdə vətəndaş müraciətlərinə baxılması vəziyyəti 740 dəfə müzakirə edilmiş, müraciətlərə baxılmasında yol verilmiş nöqsanlara görə 197 nəfər barəsində intizam tənbehi tətbiq edilmişdir.

Mərkəzi icra hakimiyyəti orqanlarında vətəndaş müraciətlərinin  43,5 faizi müsbət, 3,3 faizi qismən həll olunmuş, 25,1 faizinə müvafiq izahat verilmiş, 9,4 faizi əsassız sayılmış, 6,9 faizi icradadır, digərləri isə aidiyyəti üzrə müvafiq qurumlara göndərilmişdir.

Yerli icra hakimiyyəti orqanlarında vətəndaş müraciətlərinin 37,6 faizi müsbət, 5,4 faizi qismən həll olunmuş, 35,5 faizinə müvafiq izahat verilmiş, 6,3 faizi əsassız sayılmış, 5,1 faizi icradadır,  digərləri isə aidiyyəti üzrə göndərilmişdir. 

Vətəndaşların müraciətlərinə baxılması işinin keyfiyyətinin yaxşılaşdırılmasında son illərdə dövlət hakimiyyəti orqanlarında tətbiq edilən  yeniliklər, idarəetmənin müasir forma və metodları böyük rol oynamışdır. Bu işlər 2013-cü ildə də davam etdirilmiş, operativ idarəetmə mərkəzləri, elektron informasiya köşkləri, videoqəbul sistemi və digər elektron xidmətlərin geniş tətbiqi nəticəsində müraciətlərin tərkibində elektron müraciətlərin sayı çoxalmışdır ki, bu da qaldırılan məsələlərin daha operativ və ətraflı təhlil edilməsini, bütövlükdə müraciətlərə baxılması işinin səmərəsini artırmışdır. Məsələn, Təhsil Nazirliyində yaradılmış telefon-məlumat xidmətinin və Vətəndaşların qəbulu mərkəzlərinin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsini, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən ictimai yerlərdə, o cümlədən metro stansiyalarında, Dənizkənarı Milli Parkda taksofon və kompyuter funksiyalarını özündə cəmləşdirən, eyni zamanda dövlət hakimiyyəti orqanlarına elektron məktub göndərməyə imkan verən multimedialı taksofon köşklərinin quraşdırılmasını göstərmək olar. Bu sahədə Ədliyyə, Fövqəladə Hallar, İqtisadiyyat və Sənaye, Vergilər, Nəqliyyat nazirliklərinin, Bakı şəhərinin Binəqədi, Nərimanov, Nəsimi, Səbail, Suraxanı, Yasamal, habelə Şirvan, Füzuli, İsmayıllı, Qəbələ, Quba, Zaqatala şəhər və rayonlarında görülən işlər qeyd edilməlidir.

Təhlil və nəzarətin səmərəli təşkili vətəndaş müraciətlərinə baxılmasının yaxşılaşdırılmasında bundan sonra da mühüm vasitələrdən biri olaraq qalacaqdır.

 

Vətəndaş müraciətləri ilə işin səmərəsi ona necə yanaşılmasından asılıdır

 

Vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip onlarda qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərə çarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir. 

Ölkə Prezidenti Azərbaycanın gündən-günə güclənməsini görülən işlərin məntiqi nəticəsi hesab edir və uğurlarımızın əsas sirrini belə izah edir: "Bunun sirri nədir? Yenə də deyirəm və hesab edirəm ki, bunun əsas sirri  xalqla iqtidar arasında olan birlikdir, cəmiyyətdə ölkəmizin inkişafı ilə bağlı mövqenin mövcudluğudur".

Vətəndaşların problemlərinin həlli ilk növbədə onların qayğılarını vaxtında öyrənməkdən və cəmiyyətdə ədalət prinsiplərini rəhbər tutaraq hər bir insanın irəli sürdüyü məsələni, etdiyi xahiş və təklifi, yaxud müşahidə etdiyi nöqsanlar barədə verdiyi məlumatı diqqətlə araşdırmaqdan çox asılıdır. Məhz buna görə ölkə Prezidenti özü yerlərdə əhali ilə sıx ünsiyyət qurmaqla bərabər, bunu bütün vəzifəli şəxslərdən də tələb edir. Yəni dövlət başçısının əsas tövsiyəsi budur ki, hamı xalqın qayğılarına diqqətlə yanaşmalı, onun arzu və istəklərini öyrənib həyata keçirməyə çalışmalıdır. 

Ölkə Prezidenti qəti şəkildə bildirir ki, heç bir məmur, heç bir dövlət qulluqçusu özünə əlahiddə səlahiyyətlər verməsin, öz missiyasını, yəni işlədiyi vəzifəyə niyə təyin olunduğunu dərk etsin, ilk növbədə özünün və ətrafında olanların deyil, sıravi vətəndaşların, köməyə və qayğıya ehtiyacı olan insanların problemlərini həll etsin, bununla da rəhbərlik etdiyi sahənin, bölgənin, rayonun, qəsəbənin və kəndin, son nəticədə ölkənin, dövlətin mənafeyini qorusun.

Azərbaycan Prezidenti 2014-cü il fevralın 5-də keçirilən konfransda dövlət qulluqçuları və məmurlar qarşısında bu mənada çox ciddi vəzifələr qoymuşdur: "Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin".

Bu baxımdan şəhər, rayon icra hakimiyyəti başçılarının, onların aparatlarının, kənd və qəsəbələr üzrə nümayəndələrinin fəaliyyəti barədə müraciətlər hər bir rayonda real vəziyyəti qiymətləndirmək üçün vacib göstərici hesab olunur. Bu mövzuda  müraciətlərin sayı əvvəlki ilə nisbətən 36,6 faiz azalsa da, hələ də onların bir qismində vətəndaşların mənzil-kommunal, məişət və digər problemlərinə laqeyd yanaşılmasından narazılıq bildirilir.

2012-ci illə müqayisədə 2013-cü ildə şəhər və rayon icra hakimiyyətlərinin fəaliyyəti mövzusunda müraciətlər Ağstafa, Balakən, Beyləqan, Xəzər, Xocavənd, Şamaxı, Zəngilan və başqa rayonlarda artmışdır. 59  şəhər  və  rayonda isə göstərilən mövzuda azalma olmuşdur, bunlardan Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Abşeron, Ağcabədi, Ağdam, Binəqədi, Cəlilabad, Daşkəsən, Gədəbəy, Goranboy, Hacıqabul, Xaçmaz, Xətai, İsmayıllı, Qaradağ, Qəbələ, Quba, Qubadlı, Laçın, Masallı, Sabirabad, Sabunçu, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Yasamal, Zərdab, sair şəhər və rayonları göstərmək olar.

İcra hakimiyyəti başçıları nümayəndələrinin fəaliyyəti barədə müraciətlərin artımı Balakən, Beyləqan, Cəlilabad, Xəzər, Samux, Şamaxı və başqa rayonlarda müşahidə olunmuşdur. Lakin bu mövzuda daxil olan müraciətlər Abşeron, Ağcabədi, Füzuli, Xaçmaz, Qaradağ, Laçın, Sabirabad, Sabunçu, Salyan, Şəmkir, Şərur, Tərtər, Tovuz, Yardımlı, sair şəhər və rayonlarda azalmışdır.

Bəzi şəhər və rayon icra hakimiyyətlərində, idarə, təşkilat və müəssisələrdə çalışan məmurların fəaliyyətinə dair müraciətlərdə narahatlıq doğuran bir məsələyə təsadüf edilir ki, bu da bəzi yerlərdə dövlət qulluqçuları tərəfindən vətəndaşlara qarşı münasibətdə dövlət qulluqçusunun etik davranış qaydalarının pozulmasına yol verilməsidir. Belə şəxslər unudurlar ki, ölkə Prezidenti birmənalı olaraq hər bir məmurdan Azərbaycan vətəndaşına layiq olan hörmətin göstərilməsini, insanlarla ünsiyyətdə olan bütün qurumlardan işə  bu prinsiplə yanaşılmasını tələb edir.

Ümumiyyətlə, 2013-cü ildə vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı müraciətlərin sayı Bakı, Şəki, Beyləqan, Biləsuvar, Kürdəmir, Qobustan, Lerik, Tovuz, Yardımlı, digər şəhər və rayonlarda artsa da, əksər şəhər və rayonlarda, o cümlədən Gəncə, Lənkəran, Ağcabədi, Ağdam, Ağdaş, Binəqədi, Cəlilabad, Culfa, Hacıqabul, Xətai, Xəzər, Qusar, Laçın, Ordubad, Samux, Siyəzən, Şəmkir, Şərur, Tərtər, Yasamal, Zərdab, digər şəhər və rayonlarda belə müraciətlər azalmışdır.

Ölkədə görülən işlərin bilavasitə icraçıları əsasən dövlət qurumları və dövlət qulluqçularıdır. Bu baxımdan ölkə Prezidenti dövlət qulluqçuları qarşısında xüsusi vəzifələr qoyur və onlara qarşı tələbkarlığı gündən-günə artırır, onlardan mövcud problemləri dərindən, hərtərəfli öyrənmələrini və hər bir məsələni vaxtında qaldırmalarını tələb edir. Dövlət rəhbəri özü yerlərdə olarkən hər bir bölgənin ehtiyac və tələblərini yaxından öyrənir və ona görə də haqlı olaraq qeyd edir: "...İndi Azərbaycan dövlətinin gücü çoxdur, böyükdür. Gücümüz var, maliyyə imkanlarımız vardır. Sadəcə olaraq dəqiqliklə bilməliyik ki, hansı məsələ öz həllini tapmalıdır. Hər bir vəzifəli şəxs gərək çalışsın ki, öz xalqına xidmət etsin. Biganə olmasın. Nə çatışmır, hər şey etmək mümkündür. ... Sadəcə, gərək iradə və düzgün siyasət olsun".

Azərbaycan Prezidenti görülən işlərin məqsəd və mahiyyətini izah edərkən burada ilk növbədə Azərbaycan vətəndaşının mənafeyinin əsas tutulmasını ön plana çəkir.

Ölkə Prezidenti bütün çıxışlarında respublikanın müəyyən edilmiş strateji xəttinin dəyişməzliyini, hədəflərin düzgün seçildiyini, qərarların, konkret tapşırıqların verildiyini, hər bir qərarın icra müddətinin müəyyən edildiyini və bunun nəticəsində bütün məsələlərin öz həllini tapdığını qeyd edir və hər bir dövlət orqanının rəhbərindən  qarşıya qoyulmuş quruculuq işlərinin fəal iştirakçısı olmağı tələb edir.

 

"Şəffaflıq, təmizlik, dürüstlük həyat tərzi olmalıdır"

 

Vətəndaşlar üçün xüsusilə vacib olan mövzular üzrə müraciətlərin, o cümlədən şikayətlərin azalmasında əsas səbəblərdən biri kimi ölkə Prezidentinin qəti mövqeyi və iradəsi əsasında vətəndaşların hüquq və azadlıqlarının qorunması və təmin edilməsi, korrupsiyaya qarşı sərt addımların atılması, bu sahədə möhkəm siyasi iradənin ortaya qoyulmasıdır. Korrupsiyaya qarşı mübarizəni prioritet məsələ hesab edən respublika Prezidentinin mövqeyi qəti və dönməzdir: "Bu bəla Azərbaycandan tamamilə silinməlidir, olmamalıdır". Azərbaycan Prezidenti cəmiyyətdə korrupsiyaya qarşı ciddi mübarizə əhval-ruhiyyəsinin olduğunu xüsusi qeyd edərək bir daha xatırladır: "Hər bir vətəndaş bilməlidir ki, onun korrupsiya ilə bağlı əməlləri cəzasız qalmayacaqdır". Ona görə də "Şəffaflıq, təmizlik, dürüstlük həyat tərzi olmalıdır" tələbini irəli sürən ölkə Prezidenti korrupsiyanı hər bir cəmiyyəti daxildən sarsıdan yara, sosial ədaləti pozan bir amil hesab edərək ona qarşı mübarizəni çox vacib sayır, artıq Azərbaycan cəmiyyətində bu bəlanın aradan qaldırılacağına dərin inam yarandığını bildirir: "Mən dəfələrlə korrupsiyaya qarşı fikirlərimi bildirmişəm və dəfələrlə vətəndaşlara da müraciət etmişəm ki, onlar aidiyyəti orqanlara öz ərizələri və şikayətləri ilə müraciət etsinlər". Dövlət başçısı 2014-cü il fevralın 5-də keçirilən konfransda bu məsələ ilə əlaqədar öz sərt, qəti mövqeyini bir daha ortaya qoymuş və demişdir: "Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır. Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar... Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər".

Dövlət başçısının yürütdüyü siyasət, cəmiyyəti narahat edən məsələlərin həll edilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, insanların gündəlik ünsiyyətdə olduğu dövlət qulluqçularının və digər kateqoriyadan olan işçilərin maddi təminatının yaxşılaşdırılması üçün gördüyü tədbirlər buna müsbət təsir göstərir, vətəndaşların müraciətlərinə baxılmasında, onların haqlı tələblərinin yerinə yetirilməsində ciddi rol oynayır.

Hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyəti həmişə cəmiyyətin diqqət mərkəzindədir. Həmin orqanların fəaliyyəti ilk növbədə dövlətçiliyin, haqqın və ədalətin, qayda-qanunun, sabitliyin, asayişin təcəssümüdür, insanlar  bu orqanlara inanır və etibar edir. Çünki dövlət rəhbərinin dəfələrlə qeyd etdiyi kimi, ölkədə sabitlik, qayda-qanun olmasa, heç bir inkişafdan söhbət gedə bilməz.

Son illərdə ölkə Prezidentinin gördüyü tədbirlər nəticəsində hüquq-mühafizə orqanlarının normal fəaliyyəti üçün hər cür şərait yaradılmış, böyük struktur dəyişiklikləri aparılmış, işə qəbul sistemi tamamilə dəyişdirilmiş, bu sahədə çalışanların maddi təminatı xeyli yaxşılaşdırılmışdır. Bakı şəhərində və respublikanın bir çox bölgələrində hüquq-mühafizə və məhkəmə orqanlarının, o cümlədən  Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binaları tikilib istifadəyə verilmişdir.

2013-cü ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin bir qismi məhz bu orqanların fəaliyyəti ilə əlaqədardır.

Hüquq-mühafizə, məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərin 26,2 faizi məhkəmə orqanları ilə əlaqədar olmuşdur ki, bunun da səbəblərindən biri  indi insanların öz problemlərini daha çox hüquqi müstəvidə həll etməyə üstünlük vermələrindən irəli gəlir. Bir çox vətəndaşlar öz hüquqlarının qarantı kimi respublika Prezidentinə müraciət edirlər. Məhkəmə orqanlarının və hakimlərin fəaliyyəti ilə əlaqədar daha çox müraciət Bakı şəhərinin Nərimanov, Yasamal rayonlarından, Lənkəran, Sumqayıt, Şəki, Abşeron, Ağdam, Bərdə, Cəlilabad, İmişli, Qazax, Masallı, Şəmkir, sair şəhər və rayonlardan daxil olmuşdur. Bu mövzuda daha az müraciət Naxçıvan, Mingəçevir, Naftalan, Astara, Babək, Culfa, Xızı, Xocalı, Xocavənd, Kəpəz, Qobustan, Nizami (Gəncə), Oğuz, Samux, Şuşa, Yardımlı, başqa şəhər və rayonlardan daxil olmuşdur.

Prokurorluq orqanlarının fəaliyyəti ilə əlaqədar müraciətlər Bakı şəhərinin Xətai, Nəsimi, habelə Ağcabədi, Biləsuvar, Cəbrayıl, Göyçay, Quba, Masallı, Tovuz və  başqa rayonlardan daha çox olmuşdur. Bu mövzuda daha az müraciət Naxçıvan MR-in rayonlarından, Naftalan, Şəki, Şirvan, Ağstafa, Ağsu, Balakən, Hacıqabul, Xızı, Xocalı, Xocavənd, İsmayıllı, Qax, Qobustan, Oğuz, Salyan, Samux, Siyəzən, Şabran, Yardımlı, Zaqatala, Zərdab, digər şəhər və rayonlardan  daxil olmuşdur.

Ötən il 95 illik yubileyini qeyd edən respublika daxili işlər orqanlarının fəaliyyəti nəticəsində Azərbaycan, o cümlədən Bakı şəhəri MDB-də və regionda ən sakit, stabil məkana çevrilmişdir. Asayişin qorunmasında xüsusi əməyi olan bu orqanların işindən çoxsaylı razılıq məktubları ilə bərabər ərizə və şikayətlər də daxil olur və son illərdə ümumiyyətlə bu mövzuda şikayətlər xeyli azalmışdır. Bununla belə, qeyd etməliyik ki, bu mövzuda müraciətlər Bakı şəhərinin Sabunçu, Suraxanı, Gəncə, Mingəçevir, Biləsuvar, Füzuli, Goranboy, Kəlbəcər, Neftçala, sair şəhər və rayonlardan daha çox olmuşdur. 2012-ci ilə nisbətən 2013-cü ildə Naftalan, Şəki, Yevlax, Abşeron, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Xocalı, Qax, Saatlı, Sabirabad, Samux, Tovuz, Ucar, Zəngilan, başqa  şəhər və rayonlardan bu mövzuda müraciətlərin sayı azalmışdır. 

Bu il yanvar ayının 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Keçən ildə olduğu kimi, bu il də korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaqdır. Bu mübarizənin gözəl nəticələri vardır. Kompleks tədbirlər görülür. Keçən ilin əvvəlində "ASAN xidmət"in fəaliyyətə başlaması bu sahədə böyük bir dönüş yaratdı, bir yenilik gətirdi... Bütün xidmətlər şəffaf, mədəni şəkildə göstərilir. "ASAN xidmət"də göstəriləcək xidmətlərin sayı artırılmalıdır və bu il regional mərkəzlər də yaranmalıdır". Dövlət başçısı "ASAN xidmət"in korrupsiyanın qarşısına güclü sipər çəkdiyini qeyd edir və vətəndaşların müraciətlərində bu, öz təsdiqini tapır. 

 

Dil açıb danışan rəqəmlər, yaxud vətəndaşları narahat edən məsələlər

 

Əvvəldə qeyd etdiyimiz kimi, bütün məsələlərin təhlilində əsas göstərici daxil olan müraciətlərin sayı, mövzuları, növü, coğrafiyası, sosial tərkibi və digər amillərdir. Vətəndaşlar bilməlidirlər ki, bu baxımdan heç nə unudulmur, heç nə kölgədə qalmır, hər bir müraciət diqqətlə araşdırılır, öyrənilir, lazımi məlumat və informasiyalar hazırlanır, real xahişlərin və haqlı tələblərin yerinə yetirilməsi üçün müvafiq tədbirlər görülür. Bu baxımdan bəzi rəqəmlərə nəzər salmaq vacibdir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına daxil olan müraciətlərin 66,9 faizi ərizə, 31,1 faizi şikayət, 2,0 faizi isə təklifdir.

2013-cü ildə əvvəlki ilə nisbətən bir sıra mövzular üzrə, o cümlədən şəhər və rayon İHB-lərin, onların aparatlarının və nümayəndələrinin fəaliyyəti, özəlləşdirilmiş müəssisələrin fəaliyyəti və dividendlərin verilməsi, orta təhsil, nəqliyyat, orduya çağırış, dövlət qulluğu və kadr, əmək mübahisələri, qaçqınların və məcburi köçkünlərin problemləri, məişət və sair məsələlər barədə müraciətlər azalmışdır. 

Əvvəlki illərdə olduğu kimi, ötən il də hüquq-mühafizə orqanlarının fəaliyyəti, ünvanlı sosial yardımlar verilməsi, mənzillə təminolunma, fərdi ev tikintisi və kənd təsərrüfatı üçün torpaq sahələri ayrılması, müalicə və dərman preparatları ilə təchizat məsələləri üstünlük təşkil etmişdir.

Adları çəkilən bu və digər mövzularda daxil olmuş müraciətlərdə insanların gündəlik həyatı üçün vacib olan məsələlərə fərdi - yeni yanaşma özünü göstərir. Əgər səhiyyə ilə bağlı müraciətlərdə daha çox müayinə, müalicə və bahalı cərrahiyyə əməliyyatlarına, xaricdə müalicəyə kömək göstərilməsi xahiş olunursa, təhsillə bağlı müraciətlərdə başqa ali təhsil müəssisələrinə köçürülmə, ödənişlərdən azad olunma, xaricdə verilmiş diplomların tanınması, dərsliklərin keyfiyyətinin yaxşılaşdırılması, mədəniyyət məsələlərinə dair müraciətlərdə yeni turizm zonalarının, muzeylərin yaradılması, tarixi abidələrin bərpası, ekologiya məsələlərinə dair müraciətlərdə yaşıllıqların və meşələrin daha etibarlı qorunması, nəqliyyat məsələlərinə dair müraciətlərdə bölgələrdə yeni avtovağzalların tikilməsi, əsas magistral yollara giriş və çıxışların, əlavə marşrutların açılması və sair xahiş olunur, bu məsələlərə münasibət bildirilir.

Sosial müdafiə məsələləri həmişə diqqət mərkəzində olan məsələlərdəndir. Bu mövzuda müraciətlər əhalinin aztəminatlı və sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsinə aid olduğuna görə onlara baxılmasının təhlili xüsusi əhəmiyyət kəsb edir.

Sosial müdafiə məsələləri üzrə müraciətlərdə əsasən Qarabağ müharibəsi iştirakçılarının mənzil şəraitinin yaxşılaşdırılması, əlillərin işlə təmin edilməsi, avtomobil, əlil arabası, digər ləvazimatlarla təminolunma, pensiyaların yenidən hesablanması, əlillik dərəcələrinin təyin edilməsi, birdəfəlik maddi yardımlar verilməsi, özəl sektorda əməkhaqqının ödənişi, sosial sığorta və digər məsələlər üstünlük təşkil edir. Belə müraciətlər respublikanın Gəncə, Lənkəran, Mingəçevir, Yevlax, Astara, Binəqədi, Hacıqabul, Xəzər, İmişli, Kəlbəcər, Qaradağ, Quba, Laçın, Lerik, Nizami, Saatlı, Sabirabad, Şəmkir, Tovuz, Yardımlı, Yasamal, sair şəhər və rayonlardan daha çox daxil olmuşdur.

Vətəndaşların müraciətlərinin əsas mövzularından bəhs edərkən qeyri-neft sektorunun aparıcı sahələrindən olan kənd təsərrüfatı ilə bağlı daxil olmuş müraciətləri də qeyd etməliyik. Kənd təsərrüfatı məsələlərinə dair müraciətlərdə əsasən məhsulun saxlanması və tədarükü, aqrolizinq, baytarlıq və fitosanitar xidmətlərin, kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarının təşkili ilə əlaqədar fikir və mülahizələr bildirilir.

Ölkə Prezidentinin 2014-cü il yanvarın 9-da keçirilmiş iclasda qeyd etdiyi kimi, kənd təsərrüfatında əvvəlki ilə nisbətən artım müşahidə olunmuş və gələcəkdə də bu sahəyə böyük diqqət yetiriləcəkdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə fermerlərə böyük vəsaitin verildiyini bildirən ölkə Prezidenti bu sahədə əlavə tədbirlər görülməsinin vacibliyini göstərmişdir. 2014-cü il fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş konfransda ölkə Prezidenti kənd təsərrüfatı, o cümlədən taxılçılıq üçün subsidiyaların verilməsində şəffaflığın təmin edilməməsinə iradlarını bildirmişdir.

Bu mövzuda daxil olan müraciətlərdə subsidiyaların ödənilməsində yaranmış problemlər qeyd olunur, həmçinin subsidiyaların digər məhsullar üçün də verilməsi təklif edilir. Kənd təsərrüfatının növbəti illər üçün də mühüm istiqamətlərdən biri olacağını bildirən Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifə "Azərbaycanda bütün əsas ərzaq məhsulları tam şəkildə öz tələbatımızı təmin etməlidir" fikrindən ibarətdir. 

Kənd təsərrüfatında olan bütün problemlərin həllinə əsaslı surətdə təkan vermək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il yanvarın 16-da imzaladığı "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamında çox mühüm tədbirlər nəzərdə tutulmuş, xüsusilə əhalini yuxarı orqanlara müraciət etməyə məcbur edən məsələlərin həlli  üçün konkret tapşırıq və tövsiyələr öz əksini tapmışdır.   

Azərbaycan Prezidenti ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində, kənd təsərrüfatının inkişafında mühüm vasitə olan meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulmasını, bu sahədə müasir texnologiyaların tətbiqini, qabaqcıl təcrübədən istifadə edilməsini, lazımi struktur islahatlarının aparılmasını tövsiyə etmişdir.

Ölkə Prezidentinin qeyd etdiyi kimi, hazırda böyük vəsait hesabına tikilmiş Taxtakörpü, Şəmkirçay su anbarları vasitəsilə suvarılan torpaqların genişləndirilməsinə yaxşı şərait yaranır. Yeni su anbarlarının tikintisi ilə yanaşı, Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına keçən il 29 rayonun 104 yaşayış məntəqəsində 107 subartezian quyusu qazılmışdır. Respublika Prezidentinin vətəndaşların bu barədə müraciətlərinə göstərdiyi diqqətin nəticəsidir ki, onun "Əkin sahələrinin suvarma  suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" 2014-cü il 29 yanvar tarixli sərəncamında məhz "vətəndaşların müraciətlərini nəzərə alaraq" daha 32 rayonun 233 yaşayış məntəqəsində 250 subartezian quyusunun qazılması üçün Prezidentin Ehtiyat Fondundan daha 15 milyon manat vəsait ayrılmışdır. Dövlət başçısı deyir: "Artıq suvarılacaq torpaqların konturları müəyyən edilməlidir. Biz dəqiq bilməliyik ki, artıq neçə min hektar torpaq suvarılacaqdır. Ona görə də torpaq fondunun uçotu aparılmalıdır". Bu fakt özü vətəndaşların qaldırdıqları problemlərə, toxunduqları vacib və aktual mövzulara göstərilən diqqət və qayğının təzahürüdür.

Prezident Administrasiyasına daxil olan müraciətlərin ümumi sayına gəldikdə isə, bu rəqəm 2013-cü ildə 2012-ci ilə nisbətən bəzi şəhər və rayonlarda artmışdır. Buna misal olaraq Bakı, Yevlax şəhərlərini, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Göyçay, Göygöl, Kürdəmir, Qobustan, Lerik, Saatlı, Şamaxı, Zaqatala, Zəngilan və digər rayonları göstərmək olar. Müraciətlərin azalması isə Naxçıvan, Laçın, Sabirabad, sair şəhər və rayonlarda olmuşdur.

Əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayı onların təhlilində mühüm göstəricilərdən biridir. Bu baxımdan qeyd etməliyik ki, bu göstərici Bakı şəhəri və onun bəzi rayonlarında, Astara, Balakən, Bərdə, Biləsuvar, Cəbrayıl, Göygöl, Xocalı, İmişli, Kürdəmir, Laçın, Lerik, Saatlı, Şuşa, Yardımlı, Zaqatala, Zərdab, Zəngilan, sair şəhər və rayonlarda yüksək, Naxçıvan MR-in şəhər və rayonlarında, Ağdaş, Ağstafa, Hacıqabul, Xaçmaz, Xocavənd, İsmayıllı, Qax, Qəbələ, Qusar, Masallı, Oğuz, Sabirabad, Salyan, Samux, Şəmkir, Tərtər, Tovuz, Ucar, başqa şəhər və rayonlarda az olmuşdur.  

Respublikanın şəhər və rayonlarından Prezident Administrasiyasına müraciət edən kənd və qəsəbələrin sayı barədə danışarkən qeyd edilməlidir ki, Lənkəran, Şəki,  Bərdə, Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, İmişli, Kürdəmir, Qax, Lerik, Neftçala, Saatlı, Samux, Şamaxı, Şəmkir, Tovuz, Yardımlı, Zaqatala, Zərdab, başqa şəhər və rayonların daha çox yaşayış məntəqəsindən müraciət göndərilmişdir.

Müsbət haldır ki, respublikanın Ağdam, Babək, Culfa, Xızı, İsmayıllı, Ordubad, Siyəzən,  Şabran, Şahbuz, Şərur, Tərtər və başqa rayonlarından müraciət göndərməyən kənd və qəsəbələrin sayı daha çox olmuşdur.

Belə təhlillərin hər bir şəhərdə və rayonda aparılması daha çox müraciət edən kənd və qəsəbələri narahat edən problemləri aşkara çıxarıb lazımi tədbirlər görmək üçün vacibdir.

Daxil olmuş müraciətlərin sayını müqayisə etdikdə, bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və digər qurumlarda bilavasitə onların özlərinə ünvanlanmış müraciətlərin sayının Prezident Administrasiyasından və digər mərkəzi icra hakimiyyəti orqanlarından onlara  göndərilmiş müraciətlərin sayından az olduğu aşkar edilir.

Bakı şəhərinin bəzi rayonlarını, Gəncənin Nizami, Kəpəz, habelə Balakən, Beyləqan, Cəlilabad, Kəlbəcər, Kürdəmir, Laçın, Şabran, Tovuz, Yardımlı, Zaqatala rayonlarını buna misal göstərmək olar.

Mərkəzi icra hakimiyyəti orqanlarında isə bu göstərici Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, "Azərenerji", "Bakıelektrikşəbəkə" ASC-lərdə, Bakı Metropolitenində, Dövlət Sığorta Kommersiya Şirkətində, "Aqrarkredit" QSC-də, Mərkəzi Bankda, "Azərtunelmetrotikinti", "Azəristiliktəchizat" SC-lərdə və digər təşkilatlarda o qədər də qaneedici deyildir. 

 

Problemlər həll olunduqca şikayətlər azalır

 

2013-cü ildə şikayətlərin ümumi sayı 2012-ci ilə nisbətən azalmışdır. Buna  misal olaraq Lənkəran, Mingəçevir, Naftalan, Şəki, Şirvan, Ağcabədi, Ağdam, Babək, Culfa, Daşkəsən, Füzuli, Gədəbəy, Hacıqabul, Xətai, Xəzər, Kəlbəcər, Qazax, Qəbələ, Quba, Qubadlı, Laçın, Masallı, Nizami (Bakı), Oğuz, Ordubad, Sabirabad, Sabunçu, Siyəzən, Suraxanı, Şəmkir, Şuşa, Tovuz, Yardımlı, Yasamal, digər  şəhər və rayonları qeyd etmək olar.

Lakin şikayətlərin sayı bəzi şəhər və rayonlarda 2012-ci ilə nisbətən çox olmuşdur. Bunlardan Bakı, Yevlax, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Cəbrayıl, Göyçay, Xocavənd, Qax, Qobustan, Samux, Şamaxı, Zaqatala, Zəngilan, digər şəhər və rayonları göstərmək olar.

Əhalinin hər 1000 nəfərinə düşən şikayətlərin sayı Bakı şəhəri və onun bəzi  rayonlarında, Yevlax, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kürdəmir, Laçın, Lerik, Zəngilan, digər şəhər və rayonlarda başqalarına nisbətən bir qədər çox olmuşdur.  

Şikayətlərin faizinin bütövlükdə azalması müsbət hal olsa da, onların tamamilə aradan qaldırılması hələ mümkün olmamışdır. Şikayətlərin bir çoxu hüquq-mühafizə orqanlarının fəaliyyəti, əməkhaqqı, sığorta, kreditlərin verilməsi və digər məsələlərlə bağlıdır.

Şikayətlərin hansı mövzular üzrə azalmasından bəhs edərkən ilk növbədə qeyd etməliyik ki, bu azalma özünü daha çox şəhər, rayon icra hakimiyyətlərinin, bələdiyyələrin fəaliyyəti, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, sosial müdafiə, əmanətlərin qaytarılması, dövlət qulluğu və kadr, müdafiə və orduya çağırış, təbii fəlakət və fövqəladə hallar, elm, təhsil, səhiyyə, gənclər və idman, enerji daşıyıcıları və su təchizatı, əmlak, qaçqınlar və məcburi köçkünlər barədə və digər mövzularda göstərir. Artıq işıq, qaz, su təchizatı və insanların gündəlik tələbatı ilə bağlı digər məsələlər barədə şikayətlərin azalması əksər şəhər və rayonlarımızın fasiləsiz təchizatı üçün yaradılmış müasir infrastrukturun qurulması ilə əlaqədardır. Yəni dövlət vətəndaşların problemlərinin həlli üçün özündən asılı olan bütün işləri görür.

Prezident Administrasiyasına göndərilən şikayətlərdən danışarkən qeyd etməliyik ki, 2013-cü ildə hüquqi şəxslərdən daxil olan şikayətlərin sayı da 2 dəfə azalmışdır.

Ümumiyyətlə, şikayətlərin azalmasının əsas səbəbləri kimi ölkə Prezidentinin Azərbaycanın sürətli inkişafına və müasir infrastrukturunun yaradılmasına yönəldilmiş iqtisadi və sosial siyasətini; bütün sahələrdə, o cümlədən dövlət idarəetmə sistemində, iqtisadiyyatda, sənayedə, aqrar sahədə islahatların ardıcıl aparılmasını; əhalinin rifahının yaxşılaşdırılması, maddi gəlirlərinin, pensiya və müavinətlərin ildən-ilə artırılması və vaxtında ödənilməsini; insanların hüquq və azadlıqlarının təmin edilməsi, bu sahədə heç bir məhdudiyyətin qoyulmaması, sabitliyin və asayişin etibarlı şəkildə təmin edilməsi, hüquqi islahatların müntəzəm davam etdirilməsini; mükəmməl qanunvericilik bazasının yaradılması, korrupsiyaya şərait yaradan səbəblərin aradan qaldırılması, dövlət qulluğuna və digər sahələrə işə qəbulun test üsulu ilə aparılmasını; elektron hökumətin tətbiqi və elektron xidmətlərin genişlənməsi, "ASAN xidmət" kimi qurumların yaradılmasını; sahibkarlıq fəaliyyəti üçün maneələrin aradan qaldırılması, yoxlamaların məhdudlaşdırılması, yeni iş yerlərinin yaradılmasını və s. göstərmək olar. 

Şübhə yoxdur ki, vətəndaşları narahat edən məsələlər bundan sonra daha qətiyyətlə həll olunacaq və görülən tədbirlər nəticəsində şikayətlərin sayı yaşadığımız 2014-cü ildə daha da azalacaqdır.

 

Təkrar və çoxsaylı müraciətlər bürokratiyanın məhsuludur

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına daxil olan müraciətlərin bir qismi təkrar və çoxsaylı  müraciətlərdən ibarətdir.

Bu müraciətlərin yaranma səbəbləri şöbə tərəfindən müntəzəm araşdırılır, bir çox hallarda onlara nəzarət qaydasında baxılır, vətəndaşa məsələnin mahiyyəti barədə obyektiv və əsaslandırılmış cavab verilməsi təmin olunur. Məhz görülmüş tədbirlər nəticəsində onlarla vətəndaşın qaldırdığı məsələ müsbət həll olunmuşdur.

Qeyd etmək lazımdır ki, müraciətlərin, xüsusilə təkrar müraciətlərin yaranma səbəblərindən biri də bəzi dövlət qurumlarında, şəhər, rayon icra hakimiyyəti orqanlarında, idarə, müəssisə və təşkilatlarda ayrı-ayrı məmurlar tərəfindən arxayınçılıq, vətəndaşa qarşı laqeyd münasibət, onu axıra qədər dinləmədən, əsaslı izahat vermədən başdan eləmək, sözün həqiqi mənasında məsələdən yayınmaq, bununla da dövlət orqanlarına qarşı inamsızlıq və etimadsızlıq yaratmaq hallarıdır.

Vətəndaş öz müraciətinə birinci mərhələdə düzgün və əsaslandırılmış cavab almadıqda, tələbinin haqlı və ya əsassız olması barədə ona dəqiq məlumat verilmədikdə, o, yuxarı orqanlara üz tutur.

Halbuki ölkə Prezidentinin dəfələrlə qeyd etdiyi kimi, hər bir dövlət qulluqçusu, hər bir məmur hər hansı vəzifəyə nə üçün təyin edildiyini bilməli, ilk növbədə vətəndaşın hüquqlarının keşiyində dayanmalıdır. Cənab Prezident bildirir: "...Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir. Mən yenə də deyirəm, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir, ancaq belə hallar da vardır. Buna yol vermək olmaz..."

Təkrar müraciətlərin yaranmasının başqa səbəbləri də vardır. Bəzən hüquqi və fiziki şəxslərin müraciətlərinə baxılaraq müvafiq orqanlar tərəfindən onlara dəfələrlə cavab verilməsinə, hətta qaldırdıqları məsələlər barəsində müxtəlif məhkəmə instansiyalarında müvafiq qərarlar qəbul edilməsinə baxmayaraq, onlar yenə də müraciətlər göndərməkdə davam edirlər.

2013-cü ildə Prezident Administrasiyasına daxil olan təkrar və çoxsaylı müraciətlər haqqında danışarkən qeyd etməliyik ki, vətəndaş müraciətlərinə baxılmasına dair hər il mətbuatda dərc olunmuş icmallarda müraciət hüququndan sui-istifadə edən vətəndaşların da adları qeyd olunmuş, bunun müsbət təsiri özünü göstərmişdir.

Çoxsaylı, yəni eyni vətəndaşdan eyni mövzuda daxil olan müraciətlərin müəllifləri arasında elələri vardır ki, əvvəlki illərdə kifayət qədər izahat işləri aparılmasına, barələrində tənqidi fikirlərin səsləndirilməsinə  baxmayaraq, onlar yenə də köhnə vərdişlərindən əl çəkmir, əsassız və qərəzli məktubları ilə kimlərəsə təsir göstərməyə, öz niyyətlərini həyata keçirməyə çalışırlar.

Prezident Administrasiyasına il ərzində daha çox müraciət edənlərdən Əhməd Məmməd, Zərbani Ağayeva (Binəqədi), İlham İbadov (Lerik), Bəkir Bayramov (Qubadlı), Olqa Smolyaninova (Sabunçu), Lətifə Zeynəddinova (Abşeron), Qismət Səmədov (Saatlı), Nazim Məmmədov (Lənkəran), Anar Zeynalov (Beyləqan), Oqtay Abdullayev (Masallı), Siyavuş Kərimov (Ağcabədi) və başqalarını göstərmək olar.

Bundan başqa, dəfələrlə təkrar və çoxsaylı müraciətlər göndərmiş bəzi vətəndaşların bütün müraciətlərinin eyni xətlə, şəxs tərəfindən yazılıb göndərilməsi ilə də rastlaşırıq. Belə hallara qarşı şöbə tərəfindən lazımi tədbirlər görülür.

 

Vətəndaşla ünsiyyətin aktual forma və  metodları - səyyar, elektron və videoqəbullar

 

Dövlət başçısı vətəndaşlarla canlı ünsiyyətə böyük əhəmiyyət verir və onlarla söhbət əsnasında qaldırılan məsələlərin regional inkişaf proqramlarının əsasını təşkil etdiyini həmişə qeyd edir və bildirir: "...Bu canlı bağlantı mütləq olmalıdır. Əgər bu olmasa, işlər getməyəcəkdir. Bütün təşəbbüslər xalq tərəfindən nəinki dəstəklənir, Azərbaycan vətəndaşları bu işlərin fəal iştirakçılarıdırlar".

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların qəbuluna xüsusi diqqət yetirilir, onların istənilən vaxt Prezident Administrasiyasının şöbə və xidmətləri rəhbərlərinin, digər vəzifəli şəxslərinin qəbulunda olmasına şərait yaradılır.

2013-cü ildə mərkəzi icra hakimiyyəti orqanlarında və onların tabeli qurumlarında 440 mindən, şəhər və rayon icra hakimiyyəti orqanlarında isə 220 mindən çox vətəndaş qəbul olunmuşdur. Buna baxmayaraq, bir çox vətəndaşlar öz problemlərinin həlli üçün Prezident Administrasiyasına müraciət etməyə üstünlük vermişlər.

2013-cü ildə Prezident Administrasiyasında vətəndaşların qəbul edilməsi mütəşəkkil həyata keçirilmişdir. İl ərzində Prezident Administrasiyasının müvafiq struktur bölmələrinin rəhbərləri, digər vəzifəli şəxsləri tərəfindən 14 mindən artıq vətəndaş qəbul edilmiş, problemlərinin həllində onlara konkret kömək göstərilmiş və ya müvafiq izahatlar verilmişdir.

Ötən illərlə müqayisədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların qəbulu işinin xeyli yaxşılaşdırılmasına və vətəndaşları narahat edən bir sıra problemlərin həll olunmasına baxmayaraq, bəzi şəhər və rayonlardan qəbulla bağlı müraciətlər hələ də daxil olmaqdadır. 2013-cü il ərzində Prezident Administrasiyasına respublikanın şəhər və rayonlarından bu mövzuda 1500-ə yaxın müraciət daxil olmuşdur. Bakı şəhəri və onun rayonlarından, Lənkəran, Yevlax, Ağcabədi, Ağdam,  Bərdə, Biləsuvar, Füzuli, Gədəbəy, Göygöl, İmişli, Lerik, Saatlı, Şamaxı, Zaqatala şəhər və rayonlarından belə müraciətlər digərlərinə nisbətən daha çoxdur.

Qəbul məsələləri ilə əlaqədar daxil olmuş hər bir müraciət diqqətlə öyrənilir, ilk növbədə müraciətin səbəbləri araşdırılır, lazım gəldikdə operativ tədbirlər görülür. Bu mövzuda daxil olan və nəzarət qaydasında baxılan müraciətlərə alınmış cavabların təhlili göstərir ki, bu müraciətlərin 31,5 faizi müsbət həll olunmuş, bir qismində qaldırılan məsələlər əsassız hesab edilmiş, digərlərinə isə müvafiq izahat verilmişdir.

Ümumiyyətlə, qəbul işinin təşkilində qəbul cədvəlinin düzgün tərtibindən başlayaraq vətəndaşların vaxtında və aidiyyəti şəxs tərəfindən qəbul edilməsi, dinlənilməsi, müvafiq izahat verilməsi, yaxud lazımi tədbir görülməsi mühüm şərtlərdir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların qəbulu cədvəllərinin öyrənilməsi göstərir ki, Daxili İşlər, Səhiyyə nazirliklərində, Naftalan, Ağdaş, Cəbrayıl, Daşkəsən, Xocavənd, Qazax, Qəbələ, Samux, Səbail, Şəmkir şəhər və rayon icra hakimiyyətləri tərəfindən qəbul cədvəlləri daha yaxşı tərtib edilir. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əksəriyyətində bazar və bayram günləri istisna olmaqla, həftənin bütün günləri vətəndaşların qəbulu nəzərdə tutulur.

Bəzi mərkəzi, yerli icra hakimiyyəti orqanlarında və digər qurumlarda isə vətəndaşların qəbul günləri, yaxud saatları məhdudlaşdırılır, qəbul günləri barədə qabaqcadan mətbuatda informasiya verilmir, qəbulları əsas şəxslər deyil, onları əvəz edənlər aparır, qəbulu təşkil edən səlahiyyətli şəxsin əlaqə nömrəsi göstərilmir ki, bu da qəbula yazılmanı çətinləşdirir. Bu nöqsanların bəzilərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Hesablama Palatası, Auditorlar Palatası, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dövlət Neft Şirkəti, "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Bakı şəhəri və onun bəzi rayonları, Gəncənin Kəpəz və Nizami, habelə Ağdam, Astara, Gədəbəy, Goranboy, Göyçay, Sabirabad, Tərtər, Zərdab rayon icra hakimiyyətlərində və digər qurumlarda təsadüf edilmişdir. İnanırıq ki, mövcud olan belə hallar aradan qaldırılacaqdır.

İnternetdən istifadənin gündən-günə genişləndiyi müasir dövrdə vətəndaşlar lazımi informasiyanı daha çox saytlar vasitəsilə əldə etməyə çalışırlar. Dövlət hakimiyyəti orqanlarının saytlarının monitorinqi göstərir ki, onların çoxu tələblərə cavab versə də, bəzi qüsurlar da mövcuddur. Məsələn, Biləsuvar, Xızı və digər rayon icra hakimiyyətlərinin saytlarında yerləşdirilmiş qəbul cədvəlləri 2012-ci ilə aiddir. İmişli Rayon İcra Hakimiyyətinin saytında isə qəbul cədvəli ümumiyyətlə yerləşdirilməmişdir.

Vətəndaşların qəbulu işinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə  yeni təşəbbüslər irəli sürülür və müasir formalar tətbiq edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri 2013-cü ilin aprel ayından başlayaraq qrafik üzrə regionlarda vətəndaşların qəbulunu keçirirlər. Vətəndaşlar dövlət qəzetləri, televiziya kanalları, yerli mətbuat orqanları vasitəsilə qəbullar və onların nəticəsi barədə məlumatlandırılır, yerli icra hakimiyyəti orqanları tərəfindən qəbul üçün lazımi şərait yaradılır. Qəbulları keçirən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərindən Prezident Administrasiyasına daxil olmuş məlumatlar və təhlillər  göstərir ki, bu, artıq vətəndaşları tam qane edən müntəzəm ünsiyyət formasına çevrilmişdir.

2013-cü ilin aprel-dekabr aylarında respublikanın 24 mərkəzi icra hakimiyyəti orqanının rəhbərləri tərəfindən 48 şəhər və rayonda keçirilmiş qəbullarda ümumilikdə 67 şəhər və rayondan 9438 vətəndaş iştirak etmiş, 9447 müraciət təqdim olunmuşdur.

Qəbullarda iştirak etmiş 9438 vətəndaş ədliyyə (833 nəfər), əmək və əhalinin sosial müdafiəsi (796), kənd təsərrüfatı (790), iqtisadiyyat və sənaye (762), təhsil (742), fövqəladə hallar (606), vergilər (535), gənclər və idman (409), daxili işlər (353), mədəniyyət və turizm (339), ekologiya və təbii sərvətlər (327), səhiyyə (294), nəqliyyat (258), rabitə və informasiya texnologiyaları (151) nazirləri, Baş prokuror (612), Əmlak Məsələləri (172), Ailə, Qadın və Uşaq Problemləri (127), Dini Qurumlarla İş üzrə dövlət komitələrinin (127), Dövlət Gömrük Komitəsinin (95) sədrləri, Dövlət Sərhəd Xidmətinin (191), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (256) rəisləri, Dövlət Sosial Müdafiə Fondunun (225), Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (220) sədrləri tərəfindən qəbul edilmişdir.

Vətəndaşlar həmin qəbullarda da öz yazılı müraciətlərində qaldırdıqları məsələlərdən bəhs etmiş, əsas fərq bunda olmuşdur ki, burada vətəndaş nazir və digər vəzifəli şəxsin özü ilə üzbəüz oturub problemini izah etmiş və əsaslı cavab almışdır.

Həmin qəbullarda mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinə təqdim edilmiş müraciətlərin 32 faizi müsbət həll edilmiş, 32,5 faizinə izahat verilmişdir, 10,2 faizi icradadır, 6,4 faizi əsassız sayılmış, qalanları aidiyyəti üzrə göndərilmişdir.

Regionlarda vətəndaşların qəbulunun keçirilməsi, onların birbaşa dinlənilməsi yerlərdə mövcud olan bir çox  problemlərin dərhal həll olunmasına geniş imkan yaratmışdır.

Qəbullarda iştirak etmiş vətəndaşlara məsələlərinin müsbət həll edilməsi ilə yanaşı, öz hüquqlarından istifadə etmək qaydaları, qanunvericilik və normativ aktlar barədə izahatlar verilmiş, problemlərinin həll olunmasının hüquqi yolları göstərilmişdir.

Keçirilmiş qəbullarda təqdim olunmuş müraciətlərin 18,9 faizi həmin qurumun səlahiyyətlərinə aid olmamışdır. Lakin buna baxmayaraq, vətəndaşların müraciətləri qəbul edilmiş, həlli mümkün olan məsələlər yerində həll edilmiş, digər müraciətlər isə aidiyyəti üzrə müvafiq dövlət hakimiyyəti orqanlarına göndərilmişdir. 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin regionlarda vətəndaşların qəbulunu keçirməsi əhali tərəfindən rəğbətlə qarşılanmış və bununla əlaqədar qəbullar zamanı razılıq bildirilmiş, həmçinin ölkə Prezidentinin ünvanına minnətdarlıq məktubları daxil olmuşdur.

Qeyd etmək lazımdır ki, şəhər və rayon icra hakimiyyəti başçılarının müvafiq ərazilərdə, kənd və qəsəbələrdə səyyar qəbullarının keçirilməsi də ənənə halını almış və bu gün də davam etməkdədir.

Müasir texnologiyalar və innovasiyalar vətəndaşla daha yaxşı ünsiyyət qurmaq üçün geniş imkanlar açır. Prezident Administrasiyasında vətəndaşların qəbulu işinin təşkilində bu imkanlardan müxtəlif formada istifadə edilir. 2013-cü ilin fevral ayından Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsində yerləşdirilən və uğurla icra edilən "Qəbula yazılmaq" elektron xidmətini buna misal göstərmək olar. Artıq vətəndaşlar Prezident Administrasiyasının Qəbul otağına birbaşa ərizə ilə müraciət etmədən qəbul cədvəlinə uyğun olaraq elektron müraciət əsasında müvafiq struktur bölmələri rəhbərlərinin qəbuluna yazılır və təyin olunmuş vaxtda  qəbulda olurlar. Ötən müddət ərzində bu elektron vasitə ilə müraciət etmiş 3243 vətəndaşdan çoxu Prezident Administrasiyasının müvafiq struktur bölmələri rəhbərlərinin qəbulunda olmuş, qalanlarına problemlərinin həllində kömək göstərilmiş, müvafiq izahat və tövsiyələr  verilmişdir.

Cari ildən isə Prezident Administrasiyasında Vətəndaşların qəbulu otağında vətəndaşların videoqəbulunun tətbiqi nəzərdə tutulur. Quraşdırılacaq avadanlıq və internet xidməti vasitəsilə vətəndaşlar yerlərdən birbaşa Prezident Administrasiyasının Qəbul otağına bağlanacaq və onları narahat edən məsələlərlə əlaqədar müvafiq struktur bölmələri rəhbərlərinin videoqəbulunda olacaqlar. Bu, vətəndaşla ünsiyyətin yeni formasıdır. Artıq respublikanın Şimal bölgəsi - Sumqayıt, Abşeron, Xaçmaz, Xızı, Quba, Qusar, Siyəzən, Şabran şəhər və rayonlarında müvafiq sistem işə salınmaq üzrədir.

Vətəndaşların müraciətləri təkcə onların problemlərinin həllinə deyil, eyni zamanda ölkənin inkişafına təkan verən amillərdən biridir. Azərbaycan vətəndaşları ölkə Prezidentinə və onun Administrasiyasına göndərdikləri müraciətlərin heç birinin diqqətdən kənarda qalmayacağına, qaldırdıqları problemlərin həlli üçün mütləq lazımi tədbirlər görüləcəyinə inanırlar.

 

Elektron sənəd dövriyyəsi gündəlik iş normasına çevrilir

 

Müasir dövrdə o ölkələr zamanın tələbi ilə ayaqlaşır ki, istər idarəetmə sistemində, istərsə də insanların gündəlik həyatında müasir texnologiyalara və informasiya sistemlərinə əsaslanırlar. 

2013-cü ilin ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu məsələyə müstəsna əhəmiyyət verməsinin bariz nümunəsidir.

Dövlət başçısının apardığı daxili siyasətin prioritet istiqamətlərindən biri ölkə vətəndaşlarının gündəlik problemlərinin həlli prosesinin daha da sadələşdirilməsi, dövlətlə vətəndaş arasında olan münasibətlərdə yaradılan süni əngəllərin aradan qaldırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflıq prinsipinin təmin edilməsidir. Hazırda iqtisadi və sosial sahələr üzrə təsdiq edilmiş 20-dək dövlət proqramı çərçivəsində "Elektron hökumət" layihələri həyata keçirilməkdədir.

Qeyd etdiyimiz kimi, ölkəmizin 2013-cü ildəki tarixi nailiyyətlərindən biri də "Azerspace-1" ilk milli telekommunikasiya peykinin orbitə çıxarılmasıdır. Peykin əhatə dairəsinə Mərkəzi Asiya və Avropa ölkələri ilə yanaşı, Afrika regionu da daxildir.

Respublikamızda İKT cəmiyyət həyatına dərindən nüfuz etmişdir. İnternetdən istifadə imkanlarının genişləndirilməsinin əsasını elektron xidmətlər təşkil edir. 2020-ci ilə kimi isə əhalinin elektron xidmətlərlə tam əhatə olunması və xidmətlərin 80 faizinin elektronlaşdırılması nəzərdə tutulur.

İndi respublikada dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin təşkilinə və vətəndaşların dövlət orqanlarının göstərdiyi elektron xidmətlərdən istifadəsinə şərait yaratmaq məqsədilə "Elektron hökumət" portalı istifadəyə verilmişdir. Hazırda "Elektron hökumət" portalına 40-dan artıq dövlət orqanının informasiya sistemləri qoşulmuş və  bu qurumların Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 428 xidmətdən 281-nin həmin portal vasitəsilə həyata keçirilməsi təmin olunmuşdur. Qısa vaxt keçməsinə baxmayaraq, həmin portala artıq 1 milyona yaxın müraciət olmuş və elektron xidmət alınmışdır.

Qeyd etmək lazımdır ki, son zamanlar vətəndaşlarımızın elektron müraciətlərə marağı daha da artmışdır. Hazırda hər bir vətəndaş heç bir yerə getmədən və vaxt itirmədən internet vasitəsilə istənilən dövlət orqanına müraciət edə bilər. Elektron müraciətlərin geniş vüsət aldığı dövrdə onlara baxılmasının vahid qaydalarının müəyyən edilməsi üçün mövcud qanunvericilik bazasında müvafiq əlavə və düzəlişlərin edilməsinə zərurət yaranmışdır. Hazırda "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununun yeni redaksiyası üzərində müvafiq iş aparılır və yaxın zamanlarda Milli Məclisə təqdim ediləcək yeni qanun layihəsində bu və digər məsələlər nəzərə alınacaqdır.

Dünya təcrübəsi göstərir ki, müasir idarəçilik sistemində yüksək informasiya texnologiyalarının tətbiqi prosesi əsaslı dəyişikliklərə gətirib çıxarmışdır. Artıq ölkəmizdə bütün sahələrdə olduğu kimi, idarəçilik sistemində də yeni mərhələyə keçid başlamışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2012-ci il 4 sentyabr tarixli Fərmanı ilə "İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə"ni təsdiq etmişdir. Bu sistemin əsas məqsədi vaxt və vəsaitə qənaət edərək kağızsız sənəd dövriyyəsinə nail olmaqdır. İnsanların təxəyyülündə sənəd-kağız bağlılığına dair stereotipləri dəyişmə prosesi uzun çəkən və ağır bir proses olsa da, bu, qaçılmazdır. Sistemin yaxın aylarda işə düşməsi həm idarələrarası sənəd dövriyyəsinə, həm də məmur-vətəndaş münasibətlərinə müsbət təsir göstərəcəkdir. Sistemin əsas vəzifəsi operativlik, şəffaflıq, məsuliyyət və tələbkarlıq kimi anlayışların təmin edilməsidir.

Artıq əminliklə demək olar ki, İKT hər bir inkişaf edən dövlətin möhkəm iqtisadiyyatının, həmçinin sağlam, demokratik, şəffaf cəmiyyətin gələcəyidir və Azərbaycan bu istiqamətdə sürətlə irəliləyir.

 

Tarix yaradılır, onu yaşatmaq lazımdır

 

Ulu öndər Heydər Əliyevin "Tariximizin hər səhifəsi bizim üçün əzizdir" sözlərini rəhbər tutaraq həmin tarixi özündə əks etdirən sənədlərin qorunması hər bir vətəndaşın, xüsusilə dövlət orqanlarında çalışan insanların əsas vəzifələrindən biridir.  

Xalqımızın bu gün yaradılan tarixini öyrənmək üçün mövcud sənədlərin toplandığı və mühafizə olunduğu arxivlərin bu sahədə rolu əvəzsizdir.

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən 2013-cü il üzrə aparılmış təhlil göstərir ki, "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında" ölkə Prezidentinin  1999-cu il  14 may tarixli Sərəncamı müvafiq qurumlar tərəfindən əsasən yerinə yetirilmiş və onun əsasında şəhər və rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərin ekspertizası və arxiv işi üzrə yaradılmış ekspert komissiyaları daimi fəaliyyət göstərir, əksər şəhər və rayon icra hakimiyyətləri aparatlarında "Milli Arxiv Fondu haqqında" qanuna, demək olar ki, tam riayət edilir.

Rayon və şəhər icra hakimiyyəti aparatlarının sənədlərinin daimi mühafizə üçün dövlət arxivinə verilməsi 2013-cü ildə də davam etmişdir. Artıq şəhər və rayonların əksəriyyəti 2007-2008-ci illərə aid sənədləri dövlət arxivlərinə təhvil vermiş, hətta bəziləri 2009-cu ilin sənədlərinin arxivə təhvil verilməsi üçün hazırlıq işlərinə  başlamışlar.

Şəhər və rayon icra hakimiyyəti başçılarının aparatlarında, onların şəhər, qəsəbə və kənd nümayəndəliklərində, həmçinin ikili tabeli idarə və təşkilatlarda sənədlərin vaxtında arxivə təhvil verilməsinə ciddi nəzarət olunur, lazımi praktiki və metodiki yardım göstərilir. Bu iş Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki və Şirvan şəhərlərində, Bakı şəhərinin Nərimanov, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamal, habelə Ağdaş, Ağsu, Astara, Balakən, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Gədəbəy, Göygöl, Hacıqabul, Xocalı, Xocavənd, İmişli, Qax, Qəbələ, Qobustan, Lerik, Masallı, Neftçala, Oğuz, Saatlı, Şabran, Tərtər, Yardımlı, Kəpəz və Nizami (Gəncə) rayonlarında daha yaxşı təşkil olunmuşdur. Digər şəhər və rayon icra hakimiyyətlərinin başçıları bu işin icrasına nəzarəti artırmalıdırlar.

Milli Arxiv Fondunun formalaşması və mühafizə olunması yalnız tarixi baxımdan deyil, vətəndaşların hüquqlarının qorunması, onların bu sənədlərdən istifadəsi baxımından böyük əhəmiyyət daşıyır. Arxiv işi ilə bağlı, o cümlədən Milli Arxiv İdarəsindən, həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının arxivlərindən sənəd əldə olunmasına kömək göstərilməsi üçün 2013-cü il ərzində Prezident Administrasiyasına vətəndaşlardan 150-dək müraciət daxil olmuşdur. 

Vətəndaşların Prezident Administrasiyasına ünvanlanmış müraciətləri əsasən yerlərdə daimi mühafizə olunan arxiv fondlarından düzgün istifadə edilməsinə laqeyd yanaşılması, struktur dəyişikliyi və ya özəlləşdirmə prosesində ləğv olunmuş təşkilatların, habelə fəaliyyəti davam edən idarə və təşkilatların sənədlərinin dövlət arxivlərinə verilməməsi barədədir.             

Məsələn, Qazax rayon sakini, 85 yaşlı Bilal Mansurov 1944-1948-ci illərdə Qazax Kənd Təsərrüfatı Texnikumunda və Qazax Müəllimlər İnstitutunda təhsil alması barədə arayışı almaq üçün rayon arxivinə və mərkəzi arxivə müraciət etmişdir. Məsələ ilə bağlı ona arxivdə heç bir məlumatın olmaması bildirilmiş və vətəndaş məcburiyyət qarşısında qalıb Prezident Administrasiyasına məktub yazmışdır. Müraciət araşdırılarkən məlum olmuşdur ki, adları çəkilən təhsil müəssisələri ləğv olunduqdan sonra sənədlərini arxivə təhvil vermədiklərinə görə ərizəçiyə məlumatın verilməsi mümkün olmamışdır.

İnformasiya və kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə etməklə gələcəkdə bu cür problemlərin aradan qaldırılması mümkün olacaqdır. Həmin texnologiyaların geniş tətbiqi vasitəsilə elektron arxivlərin təşkil olunması daha da aktuallaşmışdır. Bu, sənədlərin qorunmasını, işin operativliyini, həmçinin sənədlərin saxlanmasının etibarlılığını dəfələrlə artıracaqdır. 

 

Yekunlar və işıqlı gələcəyə yol açan proqramlar

 

Azərbaycanın tarixinə şanlı səhifələr yazacaq yeni - 2014-cü il başlanmışdır. Əvvəlki illərdə olduğu kimi, hər dəqiqəsi tarixə yazılan, gərgin və məhsuldar iş rejimində çalışan ölkə Prezidenti İlham Əliyev bu il yanvarın 17-də Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun "2013-cü ilin adamı" mükafatının təqdimolunma mərasimində çıxış edərkən yola saldığımız ilin əsas əlamətdar hadisələrini, həmin ildə qazanılmış misilsiz nailiyyətləri şərh etmiş, həm də gələcək hədəflər barədə konkret fikirlərini söyləmişdir. Ötən ili Azərbaycan dövlətinin tarixində həm ən mürəkkəb, həm də ən uğurlu illərdən biri kimi səciyyələndirən Azərbaycan Prezidenti ölkəmizin Cənubi Qafqazdakı mövqeyini vurğulamış, onun bir sıra meyarlar üzrə Avropa ilə ayaqlaşa bildiyini qeyd etmişdir.

Artıq idarəçiliyin, dövlətçiliyin, bütövlükdə siyasətin Heydər Əliyev zirvəsini fəth etmiş İlham Əliyev ulu öndər kimi dünyanın bir çox siyasi və ictimai xadimlərini heyrətə salır, qəti və cəsarətli addımları ilə həsəd, qibtə ünvanına çevrilir, aparıcı siyasi liderlərdən biri kimi dünya siyasətçiləri onunla hesablaşırlar. Bunu hazırda dünyanın siyasi liderlərinin reytinqi də aydın göstərir. Bir çox dövlətlər öz ölkələrindəki iqtisadi və siyasi böhranlarla qarşılaşdıqları halda, öz xalqı qarşısında üzüağ, alnıaçıq olan Azərbaycan Prezidenti İlham Əliyev öz vətənini, xalqını uğurla irəli aparmaqdadır.

Azərbaycanda və dünyada baş verən hadisələrə çox dərin təhlil əsasında real qiymət verən ölkə Prezidenti görülən işlərlə yanaşı, qarşıda duran hədəfləri də konkret müəyyənləşdirmiş və Azərbaycanın növbəti dövr üçün inkişaf istiqamətlərini konkret göstərmişdir. Dövlət başçısı bir cəhəti xüsusilə qeyd edir ki, Azərbaycan cəmiyyətində "...inkişafla və ölkəmizin strateji xətti ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Cəmiyyət vahid amal uğrunda birləşibdir ki, ölkəmiz daha da güclü, müstəqillik daha da möhkəm olsun, xalqımız daha yaxşı yaşasın". Cənab Prezident cəmiyyətdə gedən prosesləri düzgün işıqlandırdıqlarına görə televiziya jurnalistlərinə təşəkkürünü bildirməklə, bunu alqışlamaqla yanaşı, öz tövsiyələrini də verir: "Elə etməliyik ki, cəmiyyəti, insanları narahat edən, incidən məsələlər aradan qaldırılsın. Bu məsələləri şərtləndirən amillər də aradan götürülsün".

Azərbaycan Prezidenti indiki inkişaf dinamikasını qoruyub saxlaya bilmək üçün onun məqsədyönlü şəkildə aparılmasını tövsiyə edir və bildirir: "Bizim üçün əsas hədəf inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Burada təkcə iqtisadi islahatlar kifayət etməyəcəkdir. Azərbaycan bütün parametrlər üzrə daha da sürətlə inkişaf etməlidir, siyasi islahatlar, sosial sahədə islahatlar davam etdirilməlidir, sosial ədalət prinsipləri tam bərqərar olmalıdır".

Azərbaycan Prezidenti bütün sahələrdə ictimai nəzarətin gücləndirilməsini, cəmiyyətimizin daha da müasirləşdirilməsini, dünyada mövcud olan ən müsbət praktikanın Azərbaycanda tətbiq edilməsini vacib məsələ kimi qarşıya qoyur.

Azərbaycan Prezidenti beynəlxalq vəziyyəti obyektiv və düzgün qiymətləndirərək göstərir ki, "...dünyada prinsipial  mövqe sərgiləyən ölkələrə qarşı adətən təzyiqlər olur ki, kimsə onları öz tərəfinə çəksin. Bu istiqamətdə mübarizə gedir, xüsusilə Azərbaycana - artıq geosiyasi mərkəz kimi formalaşan ölkəyə diqqət həddindən artıq böyükdür". Dövlət başçısı Azərbaycanın mövqeyi nəzərə alınmadan heç bir layihənin burada işləmədiyini, icra edilmədiyini, təzyiqlərə əhəmiyyət verilməyəcəyini qeyd edərək bildirir: "Əsas odur ki, Azərbaycan cəmiyyəti aparılan siyasəti bəyənsin, dəstəkləsin. Mənə Prezident və siyasətçi kimi ən çox güc verən, deyə bilərəm ki, Azərbaycan xalqının inamıdır, dəstəyidir... Çünki bu inam məni daha da gücləndirir və göstərir ki, siyasi iradə olan yerdə və siyasətə sədaqət olan yerdə istənilən  məsələ həllini tapa bilər".

Azərbaycan Prezidenti əldə olunan müstəqilliyimizi qorumaq üçün hələ də çox işləməli, özümüzü daha ciddi şəkildə təsdiq etməli olduğumuzu vacib sayır.

Artıq yaşadığımız ilin əsas devizi müəyyən edilmiş, dövlət başçısının sərəncamı ilə 2014-cü il "Sənaye ili" adlandırılmışdır. Reallığa, böyük maddi bazaya, elmi-texniki potensiala və güclü siyasi iradəyə əsaslanan bu ideyanın da həyata keçiriləcəyinə tam əminik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ilin yanvarında Davos Forumunda dediyi sözlər Azərbaycan xalqının son 20 ildəki nailiyyətlərinə yekun vurmaqla yanaşı, gələcək inkişaf yoluna da işıq salır: "Biz təkcə azadlığa qovuşmamışıq. Biz sistemi dəyişmişik". Bu sözlərin arxasında bundan sonra da regionda, xüsusilə Cənubi Qafqazda siyasi proseslərdə mühüm rol oynayacaq bir dövlətin gücü və inamı durur. Bu sözlərin arxasında Azərbaycanda qurulan, "indiyədək heç ağlımıza gətirmədiyimiz sahələrin" inkişafı, itirilmiş torpaqlarımızın geri qaytarılmasına yol açan iqtisadi tərəqqi və inkişaf, ölkə vətəndaşlarının Prezidentin siyasi xətti ətrafında daha sıx birləşmək çağırışı dayanır. Azərbaycan Prezidentinin "böyük hadisələr ili" adlandırdığı 2013-cü ilin uğurlarının 2014-cü ildə daha da artacağına heç bir şübhə yoxdur.


Süleyman İsmayılov,

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Опубликовано: 5 Январь, 2015 15:45 | Просмотров: 1847 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo