Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Yeni qüdrətli alyans: Rusiya-Türkiyə-İran üçbucağı

Söhbət təkcə Avropada deyil, bütün dünyada cərəyan edən hadisələrin axarını dəyişmək iqtidarında olan siyasi ittifaqdan gedir. 

Baş verəcək dəyişikliklər siyahısında ABŞ-ın dünya siyasətindəki itirilmiş mövqeyinin də yer alacağı istisna edilmir. Son nəticədə Barak Obamanın dünyanın yeganə lideri olmaq arzusu iflasa uğrayacaq. ABŞ və İngiltərənin iradələrinin əksinə Türkiyə-Rusiya və İran-Türkiyə dövlətləri bir-birlərinə strateji müttəfiq olduqları halda Qərb liderləri ən azı siyasi “infarkt” keçirəcəklər. Barak Obama ilə Devid Kemeronun artıq indidən çətin günlər yaşadığı göz önündədir. Onların yürütdükləri yanlış xarici siyasət ilk növbədə öz dövlətlərinə və xalqlarına böyük zərbə vurur və bu hal davam etməkdədir.

 

Bu gün dünyada elə bir siyasi mühit formalaşıb ki, ən qüdrətli dövlət belə təklikdə ciddi nəticələr verə biləcək uğurlu müharibə aparmaq iqtidarında deyil. Elə məhz bu səbəbdən milyonlarla vəsaiti mənimsəyən hərbi-siyasi bloklar həmin ittifaqlara hərbi cəhətdən zəif üzv dövlətləri iqtisadi və maliyyə cəhətdən zəiflətməkdən savayı bir iş görə bilmirlər. Hətta dünya tarixinə “misilsiz töhfələr” bəxş etmiş ABŞ, Rusiya, Çin və Avropa İttifaqı kimi qüdrət sahibləri özləri də bu baxımdan müstəsna mövqe sahibi deyillər. Hazırda yaşanan dünya maliyyə böhranı bir daha sübut etdi ki, ümidli gələcəyə gedən yol hərbi qüdrətdən yox, iqtisadi inkişafdan keçir. Şükürlər olsun ki, son bir-iki ildə silah və hərbi texnika öz əvvəlki gücünü və aktuallığını itirir. Bu gün kiminsə əlindən nəyisə zorla almaq problemli məsələyə çevrilib və xeyli güc, vəsait tələb edir. Beynəlxalq münaqişələrin həllində hərbi gücdən istifadə artıq utandırıcı addım hesab edilir. Bu, bir növ dövlətlərarası məsələlərin həlli üçün diplomatiya və siyasi mədəniyyətin yetərli səviyyədə olmaması kimi dəyərləndirilir. Belə “istedad”la yalnız Somali döyüşçülərinə bənzər zavallı və biçarə dəniz quldurları qürrələnə bilərlər. Eyni fikirləri Əfqanıstandakı “Taliban” hərəkatı barəsində də səsləndirmək olar.  Onlar üçün yeganə vəsait silahdır. 

Bu gün Avropadakı işsizlər və yoxsullar ordusunun sıraları silahlı qüvvələrin sayından qat-qat artıqdır. ABŞ-da yalnız həbsxanalarda, gizli düşərgələrdə saxlanılan dustaqların sayı 7 milyonu keçib. Bu, bütün digər ölkələrin birgə məhbus sayından çoxdur. Mən hələ Afrika və Latın Amerikasının bəzi dövlətlərini demirəm. Təkcə Avropada rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayı əməkqabiliyyətli əhalinin nə az, nə çox düz 20 faizini təşkil edir. Layiqli yaşamağa və normal, yaxşı həyat  tərzi sürməyə alışmış avropalılar üçün bu, əsl fəlakətdir. Avropanın iflasın və sosial inqilabın bir addımlığında olması heç kimə sirr deyil. Ən müasir hərbi texnika ilə silahlanmış NATO ordusu vaxtı çatanda, ehtiyac yarananda hakimiyyəti ələ keçirmək və digər bu kimi düşünülməmiş addım atmaq istəyənlərin qarşısını ala bilməyəcək. Fransa və Yunanıstanda bir qədər əvvəl baş verənləri xatırlamaq kifayətdir – talançılıq, yanğın və özbaşınalıq. Ən acınacaqlısı isə Avropa İttifaqı dövlətlərində, Yaponiya, Koreya və ABŞ-da hadisələrin gedişatına dair heç kimin ağlabatan, keçərli olan proqnoz verə bilməməsidir. İstənilən halda ən çox əziyyət çəkən sadə xalqdır. Gecə-gündüz bir tikə çörəyə görə tər tökən zəhmətkeş kütlənin yeni siyasi quruluş yaratmaq üçün heç bir  imkanı və variantı olmadığı üçün o, hələlik baş verənlərlə barışmaq məcburiyyətində qalıb. İndi ümidləri puç olmuş, hüquqları pozulmuş, layiq olduğu həyatı yaşamaq haqqı əlindən alınmış məzlum xalqa düz yol göstərəcək, onu düşdüyü çətin vəziyyətdən çıxaracaq, yeni din yaradacaq “peyğəmbər”lər yoxa çıxıb. Elə bil Allah da onları unudub. “Pul ağadır” ideyası hələ ki öz mövqeyini və qüdrətini qoruyub saxlamaqdadır. Bilmək olmaz, bəlkə də bu, ilk baxışdan belə görünür. Çünki hər kəs yaxşı başa düşür və tarix də bunu sübut edir ki, var-dövlət və sərvət hələ indiyədək kimsəni xalqın qəzəbindən xilas edə bilməyib. Avropada, ABŞ-da, bəzi Asiya və Afrika ölkələrində kütlənin səbr kasası artıq daşmaq üzrədir. Gözlənilən sosial partlayış acınacaqlı nəticələrə - iqtisadiyyat və maliyyə sahəsində daha da dərinləşmiş böhrana, vətəndaş müharibəsinə, böyük dağıntılara gətirib çıxaracaq. Üstəlik, həmin siyahıya ciddi və vacib olan siyasi-ideoloji böhranı da əlavə etsək, dünyadakı hadisələrin bundan sonrakı gedişatının hansı yönə və necə sürətlə düşəcəyini təsəvvür etmiş olarıq. 

Bu gün dünyada baş verənlər sosial inqilabın Avropadan yan keçməyəcəyini deməyə əsas verir. Kapitalizm ictimai-iqtisadi quruluşu artıq dərin çat verib. Dünya xalqları öz istifadə müddətini başa vurmuş həmin formasiyanı tarixin dərinliklərində dəfn edib. Təm-təraqlı və bayram əhavli-ruhiyyli bu dəfnetmə mərasimindən hər kəs məmnun qalsa da, məntiqli nəticə əldə olunmayıb. Çünki “dəb”dən düşmüş kapitalizmi əvəzləyəcək yeni heç nə - siyasi-iqtisadi sistem yaradılmayıb. Saxta demokratiyanın təbliği və zorla yayılması (hətta arabir hərbi əməliyyatlar vasitəsilə) dünya xalqlarına və ölkələrinə əslində heç bir uğur qazandırmayıb. Sosializmdən qaçıb kapitalizmin, bazar iqtisadiyyatının ağuşuna sığınanlara vəd edilənlər öz məntiqi sonluğunu tapmayıb. Əksinə, onların vəziyyəti daha da pisləşib. ABŞ-ın irəli sürdüyü və Avropa İttifaqı ölkələri ilə birlikdə həyata keçirməyə çalışdığı “Demokratiyanın irəliləyişi” şüarı xaqları və dövlətləri getdikcə bir-birindən ayrı salır, bir çox ölkələrdə mənəvi-əxlaqi dəyərlərin tənəzzülə uğramasına gətirib çıxarır. Hətta həmin dövlətlərin bəzilərində “tam azadlıq və demokratiya”nın əsas şərti kimi əxlaqsızlıq və azğınlığın səviyyəsinin artması adi hala çevrilib. Görünür, “demokratiya” məfhumunun mahiyyətini onlara yaxşı izah etməyiblər. Yaxud Avropada cərəyan edən mənəvi, ailə dəyərləri sisteminin dağıdılması yollarını onlara məharətlə aşılayırlar.    

Kapitalizm və sosializmi əvəzləmək üçün axı indi bu xalqlara yeni nə təklif oluna bilər?  Bəlkə inkişafın üçüncü yolu? Amma bu günə kimi dünyada baş verən proseslərdə özünü tamhüquqlu subyekt kimi təsdiqləyə bilməmiş və heç hərbi-siyasi bloka qoşulmamış həmin dövlətləri “üçüncü” yol da xilas edə bilməz. Deməli, inkişafın artıq dördüncü yoluna ehtiyac yaranıb. Həmin yeni quruluşun isə hələ heç rüşeymi də yoxdur. Onun hansı formada olduğunu, necə göründüyünü kimsə bilmir. “Dördüncü”u yol kapitalı əldən buraxmamaq üçün hər addımı atmağa hazır olan dünya kapitalizminin “müdrik”lərinə də  bəlli deyil. Bəzi analitiklərin Avropa əhalisinin XIX əsr Fransa inqilabına bənzər yeni inqilab edəcəyi ilə bağlı fikirlər səsləndirməsi heç də əsassız deyil. Amma burada narahatlıq doğuran başqa məsələ var. Əgər Fransa bu gün dünya maliyyə böhranı zəncirinin əsas halqalarından birini təşkil edirsə, həmin inqilabın hansı müsbət nəticələrindən danışmaq olar?! 

Sadalananlar dünya ictimaiyyətinin kifayət qədər mürəkkəb vəziyyətlə qarşılaşdığını deməyə əsas verir. Hamı çaşqınlıq içərisindədir. Bundan sonra nə etməli olduğunu heç kim bilmir. Mövcud situasiyanın düzəldilməsi üçün heç hər hansısa bir nəzəriyyə də irəli sürülmür. Avropa hələ ki dərin sosial, iqtisadi və maliyyə böhranından çıxış yolu axtarır. 

Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, bu gün Türkiyə ilə Rusiyanın öz səylərini birləşdirməsi bu dövlətləri öz daxili problemlərinin həllində tamamilə yeni səviyyəyə çıxarır. Bu isə öz növbəsində sosial gərginliyi müəyyən qədər azaltmış olur. Regiondakı uzunmüddətli sabitliyin sərhədləri dumanlı da olsa, görünmə məsafəsi artıb. Bu isə öz növbəsində qonşuları, o cümlədən yeganə həllolunmamış böyük problemi – Ermənistan tərəfindən işğal olunmuş torpaqların geri qaytarılması olan Azərbaycanı sevindirməyə bilməz. Problemin həlli daha çox Rusiyadan asılı olsa da, bu ölkə ilə yaxınlıq regionu müharibə və qanlı münaqişələrdən təmizləməyi tələb edir. Bu da vacib şərtlərdən biridir.  

Zənnimcə, Rusiya və Türkiyənin Cənubi Qafqazdakı siyasi və hərbi-iqtisadi sabitliyin qorunub saxlanılmasında belə canfəşanlıq göstərdiyi halda az bir zaman kəsiyində Qarabağ problemi də danışıqlar yolu ilə öz həllini tapacaq. Mən buna inanıram. Qoy “vətənpərvər”lərin ağlına pis heç nə gəlməsin. Şəxsən mən hesab edirəm ki, uzunmüddətli danışıqlar qanlı-qadağalı müharibədən və iqtisadiyyatın, ümumilikdə dövlətimizin zəifləməsindən daha üstündür. Mən buna əminliklə deyirəm və bu fikrimi dünyanın başqa ölkələrində baş verən qanlı olaylarla müqayisədə görürəm. Sülh sazişinin bağlamaqdan başqa alternativin olmaması tezliklə Ermənistan üçün də reallığa çevriləcək və o, bundan imtina edə bilməyəcək. 

Araşdırılan mövzu ilə bağlı daha bir mühüm məqam var: üzüyola müttəfiq tapa bilməyən, ABŞ və İranı bir nömrəli düşmən hesab edən İsrail çətin ki İrana qarşı hərbi əməliyyatlara başlasın. Göründüyü kimi, həmin müharibənin də taleyi birbaşa Rusiya, Türkiyə və Azərbaycandan asılıdır. Bu dövlətlər isə ABŞ-ın onların ərazilərindən İrana qarşı müharibə aparmaq məqsədilə istifadə etməsi artıq mümkünsüzdür və elə ABŞ-ın özü də bunu etiraf edir. Elə bu səbəbdən çox güman ki, Əfqanıstanla müharibə də tezliklə NATO qoşunlarının onun ərazilərini tərk etməsi ilə  bitəcək. Düzdür, əfqan xalqı heç nə qazanmayacaq – vətəndaş müharibəsi başlayacaq, ölkə daxilində qardaş qanı axıdılacaq... Bu barədə çox proqnozlar vermək olar, amma deyilənlər artıq tamam başqa söhbətin mövzusudur. Qayıdaq yenidən dünyanı xilas edəcək yeni qüdrətli alyansa...

Bu üçbucağın mümkünlüyünü və vacibliyini mən bir neçə il bundan əvvəl əsaslandırmış və öz fikirlərimi KİV vasitəsilə ictimaiyyətə çatdırmışdım. Lakin ilk olaraq kim tərəfindən təklif edilməsindən asılı olmayaraq, Rusiya-Türkiyə-İran üçbucağı zamanın tələbi, günümüzün gerçəkliyidir. Belə bir üçbucağın yaranması bir çox bağlı qapıları açacaq, xeyli qaranlıq məsələlərə aydınlıq gətirəcək. Ən əsası isə bu üç dövlətə yaxın olan respublikalarda “demokratiya”nı yayan Qərb liderlərinə “ehtiyatlı olmaq” xəbərdarlığı ediləcək. Göründüyü kimi, Rusiya-Türkiyə-İran üçbucağının yaradılması heç kimə zərər yetirməyəcək. Hətta İranla iqtisadi müharibə aparanlar da bundan yalnız qazanmış olacaqlar. Çünki sözügedən üçbucaq onlara imiclərini və on minlərlə əsgərinin həyatını qoruyub saxlamaqda yardım edəcək. Bu isə özünü hegemon hesab edən həmin dövlətlər və onların xalqları üçün də əsl qazancdır. Çünki dünyanın bu ən böyük regionunda əmin-amanlığın hökm sürəcəyi halda onlar bütün güclərini yalnız öz dövlətlərinin və xalqlarının maraqlarına xidmət etməyə yönəltmək məcburiyyətində qala bilərlər. 

Rusiya ilə Türkiyənin yaxınlaşmasını son 10-15 ilin ən mühüm hadisəsi hesab etsək, yanılmarıq. Düzdür, hələ yalnız yolun başlanğıcıdır. Amma bir az irəlini görməyi bacaranlar nə baş verdiyini anlayırlar. Bu, bəlkə də dünyada güc balansının dəyişəcək bir amilə çevrilə bilər. Belə səmərəli əməkdaşlıq və yarana biləcək qarşılıqlı etimad heç şübhəsiz ki, Avropanın özündə də siyasi-iqtisadi vəziyyəti yaxşılaşdıracaq, həmçinin Avropanı ABŞ-ın “yedəy”indən bir az uzaqlaşdıracaq. Əminəm ki, bu proqnozlara şübhə ilə yanaşan çox az ekspert tapılar. 

Son beş ildə ABŞ-ın “erməni genosidi” məsələsində manipulyasiyası və Ermənistanla danışıqlarda Türkiyəyə təzyiq göstərməsi zəminində bu iki dövlət arasındakı münasibətlərdə hiss olunan dərəcədə soyuqluq müşahidə edilir. Dünyanın geosiyasi mühiti dəyişməkdədir. NATO hərbi-siyasi alyansı son nəticədə hərbi, iqtisadi və siyasi baxımından Türkiyə kimi güclü dövləti itirmək təhlükəsi ilə qarşı-qarşıyadır. Bu isə sonda həmin alyansın məhvinə gətirib çıxaracaq. Bir anlığa NATO-nu Türkiyəsiz təsəvvür edin. Bunu düşünmək belə çətindir, elə deyilmi? Əslində NATO-nu tərk etmək üçün Türkiyənin ciddi səbəbləri var. Özünüz fikiləşin, axı NATO Türkiyənin nəyinə gərəkdir?  İqtisadi partnyora çevrilmiş Rusiyaya qarşı mübarizə aparmaq və ya artıq parçalanmaq üzrə olan Avropa İttifaqına daxil olmağa ümid bəsləmək üçünmü? NATO-nun demək olar ki, bütün üzvlərinin Türkiyənin Avropa İttifaqına üzv olmasına əyri-əyri baxdığı və “erməni genosidi” adı verilən qondarma faciəni dəstəkləməyənlərə hədə-qorxu gəldiyi bir vaxtda bunun nə əhəmiyyəti ola bilər? Əlbəttə, bu Türkiyənin, türk xalqının şəxsi işidir. Mən sadəcə mövzu ilə bağlı mülahizələrimi irəli sürürəm. 

Türkiyə-Rusiya-İran. Bu cür kombinasiya sözügedən “üçlüy”ün təkcə Yaxın Şərqdə deyil, bütün Xəzəryani regionda təsir gücünü birə on artırır. Bu proses isə öz növbəsində istənilən xarici təhlükəni neytrallaşdıra bilər. Üstəlik, bura heç olmasa Şanxay Əməkdaşlıq Təşkilatının siyasi dəstəyini də əlavə etsək, o zaman gözümüz önündə daha aydın mənzərə canlanmış olar. Çin, Rusiya, Hindistan və Orta Asiya dövlətlərinin maraqları regionda sülh və əmin-amanlıq tələb edir. İqtisadi münasibətlərdə mənfəət güdmək Cənubi-Şərqi Asiya, Yaxın Şərq və Cənubi Qafqazdakı xoş münasibətlərin yaranmasında getdikcə əsas və hətta yeganə arqumentə çevrilir. Zənnimcə, xəstə, üstəlik, NATO virusuna yoluxmuş Avropanın müayinə və müalicəsi yuxarıda adları sadalanan xalqlardan və dövlətlərdən daha çox asılıdır. Çinliləri həmişə üçüncü dünya ölkəsinin vətəndaşları hesab edən avropalılar Çinin maliyyə və iqtisadi dəstəyi olmasaydı, maliyyə böhranı bataqlığında çoxdan boğulub məhv olardılar. Onların pənah yeri ABŞ deyil, Çin oldu. Bunu sübut etməyə heç ehtiyac da duymuram. Hər şey göz qabağındadır. Bununla bağlı bir məsələni də qeyd etmək istərdim. Avropanın maliyyə-iqtisadi xəstəlikdən qurtulmasından danışarkən yada salmaq lazımdır ki, Şərq təbabətinin Avropada artıq çoxdan istifadə olunub, fayda verən üsuldur. Öz iqtisadi və maliyyə problemlərinin həllində Avropa onun ağrısız reseptlərindən birini axı niyə də tətbiq etməsin?  Bunun üçün sadəcə Avropa rəhbərlərinin vahid siyasi iradə nümayiş etdirmələri yetərlidir. Əminəm ki, Avropa xalqları buna yalnız sevinə bilər. Çünki problemin bu yolla həlli avropalıların dünyanın müxtəlif yerlərindəki məzlum insanlara bəslədikləri “şəfqət” və “mərhəmət” hissini dəfələrlə azaltmış olacaq. Silah və sursata xərclənən vəsait dünyadakı bütün acları doydurmağa, yoxsulların problemlərini həll etməyə yetər. Bəyənilsə də, bəyənilməsə də məsələnin bundan başqa həlli yolu yoxdur. Siyasi evtanaziya sivilizasiyalı Avropaya yaraşmaz bir hərəkətdir. Şərqdə isə bu üsuldan istifadə etmək hələ ki günah əməllərdən sayılır.


Rafiq Əliyev,

professor, fəlsəfə elmləri doktoru

Опубликовано: 5 Январь, 2015 15:46 | Просмотров: 2135 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo