Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Azərbaycan polisi asayişin və sabitliyin keşiyində

Dünya şöhrətli siyasətçi, ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdışından sonra cəmiyyətin  bütün sahələrində, o cümlədən hüquq-mühafizə siyasətinin reallaşdırılmasında hiss ediləcək uğurların qazanılması, həyata keçirilmiş məqsədyönlü, ardıcıl əməliyyat-axtarış, istintaq hərəkətləri nəticəsində kriminogen durumun tam nəzarətə götürülməsi, sabitliyin təmin olunması danılmaz həqiqətdir. 

Vətəndaşlarımızın təhlükəsiz şəkildə yaşamaları üçün lazım  olan şərait yarandı, onların dövlətə, hüquq-mühafizə orqanlarına inamı daha da artdı. Sabitliyin bərqərar edilməsi isə öz növbəsində islahatların aparılmasına, iqtisadiyyatın bərpasına və inkişafına yol açdı. Ümummilli liderin 1994-cü ilin avqust ayında imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərman isə müvafiq sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoydu. 

Fərəhləndirici haldır ki, böyük öndərimiz Azərbaycan polisinin göstərilən istiqamətdə qazandığı uğurları dəfələrlə yüksək qiymətləndirmiş, daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, polislərimizin peşəkarlığının, təcrübəsinin artırılmasına daim xüsusi önəm vermişdir. Dövlətin konstitusiya quruluşunun əsaslarının müdafiəsində,  cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində xüsusi xidmətlərinə, göstərdikləri igidliyə görə yüzlərlə əməkdaş və hərbi qulluqçu yüksək dövlət mükafatlarına, habelə ali xüsusi rütbələrə layiq görüldü. Bu illərdə daxili işlər orqanları ayrı-ayrı qruplara xidmət edən pərakəndə dəstələr səviyyəsindən - müstəqil dövlətin qurulmasının vacib şərti olan ictimai-siyasi sabitliyin yaradılmasının əsas icraçılarından birinə çevrildi.  Dövlətçilik dəyərlərini hər şeydən üstün tutan, ən ali məqsədi vətənə, xalqa, onun əmin-amanlığına, asayişinə xidmət etmək olan Heydər Əliyev məktəbini keçmiş peşəkar hüquq-mühafizə orqanı kimi  formalaşdı. 

Həmin dövrdə qazanılan uğurlar Azərbaycan dövlətçiliyi üçün əhəmiyyətinə görə qürur hissi oyadan səhifələr kimi həmişə seçiləcək və dönə-dönə yad ediləcəkdir. Ulu Öndərimizin ən yüksək amalı Azərbaycan dövlətinin çiçəklənməsi, xalqın xoş gələcəyi idi. O, bunu bütün ömrü boyu öz gərgin və çoxşaxəli fəaliyyəti ilə sübuta yetirirdi. O, təkcə dövrünün qayğı və problemləri ilə yaşamamış, həm də zamanını qabaqlayaraq çox-çox irəlini görmüş, gələcəkdə ölkəni uğurla idarə edə biləcək lider yetişdirmişdir. Dahi şəxsiyyətin müəyyən etdiyi siyasi kursu dəstəkləyən xalqımız onun davam etdirilməsini - bütün fəaliyyətini Azərbaycanın strateji maraqlarının aliliyinə və işıqlı gələcəyinə həsr edən möhtərəm İlham Əliyevə etibar etmişdir. Cənab İlham Əliyev bu tarixi missiyanı öz üzərinə götürərkən demişdir:  “Heydər Əliyevin siyasəti yaşamalıdır, bu, zamanın tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edəcəkdir”. 

Belə də oldu... Möhtərəm Prezident cənab İlham Əliyevin digər sahələr kimi hüquq-mühafizə sistemində də davam etdirdiyi Heydər Əliyev məktəbi çox keçmədi ki, öz töhfəsini verməyə başladı. Daxili işlər orqanları cinayətkarlıqla mübarizə, əmin-amanlığın, sabitliyin dönməzliyinin qorunub saxlanılmasında böyük xidmətlərə imza atdı. Son on ildə sözügedən sahədə həyata keçirilən tədbirlər qanunçuluğun möhkəmlənməsinə xidmət edib. Son vaxtlar əsassız saxlama, polisə əsassız gətirmə, sürücülərin hüquqlarının pozulması halları xeyli azalıb, işgəncəvermə, döymə, qanunsuz axtarış aparma, tabel silahını qanunsuz tətbiq etmə halları ümumiyyətlə qeydə alınmayıb. Ən maraqlısı isə ondan ibarətdir ki, bu gün bir sıra cinayətlərin üstünün açılmasında adi vətəndaşlar xüsusi canfəşanlıq göstərir, polisə kömək edirlər. Məsələn, “102 zəng mərkəzi” imkan verir ki, Azərbaycanda baş verən bütün cinayətlərin qeydiyyatı düzgün aparılsın. Bu sistem Azərbaycanın bütün ərazisini tamamilə əhatə edir. Etiraf edək ki, hansısa polis rəisini  cinayəti  gizlətməyə görə  cəzalandırmaqdansa, texniki vasitələrlə bu cinayətin qeydiyyatına nəzarət etmək daha yaxşı və effektlidir. Bu gün hansısa bir ucqar kənddə kiminsə əmlakı oğurlanırsa və o, polisə zəng vurursa, fakt dərhal “102 zəng mərkəzi”ndə qeydiyyata alınır.  Artıq yerlərdə bunu gizlətmək mümkün  olmur. Belə bir sistem  imkan verir ki, Azərbaycan  vətəndaşının hüquqlarının pozulması ilə bağlı heç bir fakt gizlin qalmasın, ona polis tərəfindən operativ  reaksiya verilsin. Bu, Azərbaycan dövlətinin, Azərbaycan hökumətinin vətəndaşa olan qayğısından irəli gəlir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi açıqlamaya görə, cari ilin ötən dövründə daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər bütövlükdə qənaətbəxş olub, əldə edilmiş müsbət təmayüllər cari ilin on bir ayında da qorunub saxlanılıb. 

Müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin, vətəndaşlarda olan odlu silahların mərkəzləşdirilmiş uçotu və post-patrul xidmətinin iş göstəriciləri üzrə, habelə rüsumları və xidmət haqlarını elektron formada ödəməyə imkan verən yeni informasiya sistemləri yaradılıb. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” ölkə Prezidentinin Fərmanına uyğun olaraq, Nazirlik Elektron Hökumət İnformasiya Sisteminə qoşulub. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzində aidiyyəti fəaliyyət istiqamətləri üzrə işin təşkili məqsədilə Nazirliyin qurumlarına əlavə ştat vahidləri ayrılıb, Dövlət Agentliyi ilə operativ əlaqələndirməni təmin edən məsul şəxslər təyin olunub. Agentliyin “Çağrı” mərkəzi əməkdaşlarının ixtisaslaşmasına praktiki köməklik göstərilməsi üçün əməkdaşlar həmin mərkəzə ezam ediliblər. 

Polisin əsas vəzifələrindən biri olan narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması və təqsirləndirilən şəxslərin axtarışının təşkili üzrə də davamlı iş aparılır, bu sahədə görülən işlər kollegiya iclaslarında və əməliyyat müşavirələrində geniş müzakirə olunur, fəaliyyətin daha da yaxşılaşdırılması üçün yerlərə lazımi göstərişlər verilir, əməli köməklik göstərilir. Cari ilin ötən dövrü ərzində respublikanın daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 2445, o cümlədən satışı ilə bağlı 634 fakt aşkarlanıb, 106 nəfərdən ibarət 41 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tutulmuş şəxslərin sayı 6 faiz çox olmaqla axtarışın nəticəsi 60,2 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 34,1 faiz təşkil edib. İnsan alveri, soyğunçuluq, mənimsəmə və israf etmə cinayətlərinə görə axtarılanların tutulma göstəriciləri orta hesabla 7 faiz yüksəlib. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən 68, bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunub. İtkin düşmüş şəxslərin axtarışının həyata keçirilməsi istiqamətində də müəyyən işlər görülüb. Ötən ilin 10 ayında itkin düşənlərin 70 faizinin yeri müəyyən edilib, habelə bir nəfərin cinayətin qurbanı olması faktı üzrə cinayət işi başlanıb. Bu gün başqa ölkələrlə əlaqəli olan cinayətkarların Azərbaycanda fəaliyyət göstərməsi üçün heç bir münbit şərait yoxdur. Azərbaycan onlar üçün elə bir məkan deyil ki, burada öz cinayət əməllərini sərbəst davam etdirsinlər. Çünki Azərbaycan dövlətinin, Azərbaycanın müstəqilliyinin banisi olan ulu öndər Heydər Əliyev qanunların aliliyinə söykənən elə bir təməl üzərində dövlət qurub ki, bu ənənə bu gün də yaşayır və gələcəkdə də yaşayacaqdır. Ona görə yaşayacaqdır ki, həyata keçirilən bütün tədbirlər Azərbaycan xalqının,  Azərbaycan vətəndaşlarının mənafeyinə, hüquqlarının qorunmasına, onun gələcək firavanlığına və xoşbəxt həyatına  xidmət edir. 

Daxili İşlər Nazirliyinin uğurlu fəaliyyətindən söhbət açarkən son illərdə  korrupsiya hallarına qarşı aparılan mübarizənin verdiyi nəticələrə toxunmamaq böyük səhv olardı. Bir tərəfdən daxili nəzarətin gücləndirilməsi, digər tərəfdən Dövlət komissiyasının və korrupsiya hallarına qarşı mübarizə ilə bağlı prokurorluq yanında xüsusi bir qurumun yaradılması bu qəbildəndir. Bu gün vətəndaşlarımız özləri də şahid ola bilərlər ki, yollarda korrupsiya 5-10 il bundan əvvəlki həddə deyil. Nadir hallarda aşkar olunan korrupsiya faktları sənədləşdirilir, daxili təhqiqat aparılır və həmin əməkdaşlar daxili işlər orqanlarından xaric olunurlar. Son 5 ildə korrupsiya ilə bağlı 94  nəfər daxili işlər orqanlarından qovulub. Bütün bunların hamısı dövlətin korrupsiyaya qarşı barışmaz mübarizə əzmində olduğunu bir daha sübut edir.

Sevindirici haldır ki, Azərbaycan polisinin göstərdiyi fədakarlıqlar dövlətimizin diqqətindən kənarda qalmır. Son illərdə Daxili İşlər Nazirliyi üçün böyük bir hospitalın tikilməsi,  bu illlər ərzində orda minlərlə  əməkdaşın öz sağlamlığını bərpa etməsi polisə,  onun şəxsi heyətinə olan dövlət qayğısından irəli gəlir. Bundan əlavə,  şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması yönümündə  çox böyük işlər görülür. İldə 5-6 rayonda  polis şöbələri, idarələri tikilib təhvil verilir. 10-15 il öncə elə polis şöbələri var idi ki, qışda, ümumiyyətlə, istilik yox idi. Bu gün onların hamısı tamamilə müasir istilik sistemi, fasiləsiz  elektrik enerjisi  ilə təmin olunub. Son 10-15 il bundan əvvəllə müqayisədə məvaciblər  4-5 dəfə artırılıb. Sosial təyinatlı obyektlərin tikintisi,  istifadəyə verilməsi bir faktdır. Polisin xidmətinin, fəaliyyətinin nəticələrinin yaxşı olması üçün ən müasir elmi-texniki vasitələrdən  istifadə  danılmaz həqiqətdir. Sözsüz ki, həyata keçirilən bu tədbirlər yaxın gələcəkdə daxili işlər orqanlarının fəaliyyətini bir qədər də yüksəldəcək. İnanırıq ki, polislərimiz bundan sonra da cinayətkarlığa qarşı mübarizəni qətiyyətlə davam etdirəcək, sabitliyin, əmin-amanlığın, ictimai qaydanın təmini istiqamətində qarşıya qoyulan bütün tapşırıqları layiqincə yerinə yetirəcək, dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanacaq, ili daha yüksək nəticələrlə başa vuracaqdır. 


İskəndər Quliyev,

“Şəffaf Seçkilər” Monitorinq Mərkəzinin direktoru

Опубликовано: 5 Январь, 2015 15:47 | Просмотров: 1652 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo