Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Tibb elmi, tibb təhsili sistemində mütərəqqi islahatların müəllifi

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki mərhələsində səhiyyəyə və tibbi kadr hazırlığına böyük qayğı ilə yanaşmışdır



Hər bir xalqın ən böyük milli sərvəti kimi dəyərləndirilən müstəqillik onun ümumi inkişafının əsas istiqamət və mahiyyətini müəyyənləşdirən mühüm amil olmaqla yanaşı, beynəlxalq hüquq müstəvisində özünütəsdiqinin başlıca şərtidir. Tarix real nümunələr əsasında sübuta yetirmişdir ki, öz hüquqlarını müstəqil şəkildə həyata keçirən xalqların tərəqqisi daha dinamik xarakter daşıyır və onların bəşəri inkişafa verdiyi töhfələr mahiyyət və miqyasca daha zəngindir. İlk dekadası tarixin arxivinə qovuşmuş yeni yüzillikdə dünyanın mövcud siyasi xəritəsinə nəzər yetirməklə müstəqil və qeyri-müstəqil dövlətlər arasında tərəqqi və inkişaf göstəricilərinin nə dərəcədə fərqli olduğunu aydın görmək mümkündür. 

Bütün bunlar təsdiqləyir ki, inkişaf meyarının istər dinamizm əmsalını, istərsə də məzmun və əhatə dairəsini müəyyən edən önəmli amillər sırasında müstəqillik amili mühüm yer tutur. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, ötən əsrin son onilliyində - olduqca mürəkkəb ictimai-siyasi şəraitdə yenidən müstəqilliyinə qovuşaraq demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesini uğurla həyata keçirmiş, yeni ictimai-iqtisadi formasiyada inkişafın potensialını uğurla reallizə etmişdir. Fəqət, Azərbaycanın son 23 ildə keçdiyi yolu, sadəcə, müstəqillik dövrünün uğurları kimi məhdudlaşdıranlarla tam mənada razılaşmaq da olmur. Etiraf edilməlidir ki, SSRİ kimi nəhəng imperiyanın süqutuna, Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gətirib çıxaran keşməkeşli və uzun mübarizə tarixinin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlaması məhz ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri ilə bağlıdır.

Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından ötən 11 il bu şəxsiyyətin Azərbaycan tarixindəki yerinin və rolunun adekvat dərki baxımından mühüm mərhələdir. Bəli, ulu öndər zəngin və mənalı həyatı, şərəfli idarəçilik missiyası ilə Azərbaycanın yarım əsrlik tarixinin böyük yaradıcısı, yönləndiricisidir. Böyuk strateq xalqı və dövləti qarşısındakı müqayisəyəgəlməz xidmətləri ilə təkcə böyük tarixi epoxanın yaradıcısı yox, həm də alternativi olmayan mütərəqqi inkişaf yolunun müəllifidir. 

Tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin düzgün qiymətləndirilməsində ən obyektiv istinad yeridir. Bu mənada, Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim problemlərin həllinə doğru irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür. Həmin dövrün inkişaf salnaməsini kino lenti tək gözlərimiz önündə canlandırsaq, istər-istəməz, bu qənaəti bölüşməli olacağıq: Azərbaycanın müstəqil dövlət quruculuğuna gedən yolu əslində, 1969-cu ildən etibarən, yəni, Heydər Əliyevin ölkəyə rəhbərliyə gəlişindən sonra başlanmışdır. Məhz bu mərhələdən Azərbaycan cəmiyyəti Heydər Əliyevin göstərdiyi səylər sayəsində yeni inkişaf parametrləri qazanaraq özünün daha dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. Həmin dövrdən başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları respublika həyatının başlıca gerçəkliyinə, inkişafın təməl daşına çevrilmişdir.

Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Heydər Əliyev ölkədə milli ruhun və azərbaycançılığın kommunizm ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını alaraq onun dirçəldilməsi istiqamətində mövcud imkanlardan maksimum istifadə etmişdir. Ulu öndər gənc nəslin ideoloji sistemin zəncirlərindən xilas edilməsi, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi ideoloji təməl prinsipləri əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, millətin qəlbində illərdən bəri sıxışdırılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin formalaşdırmışdır. 

Həmin dövrdə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün Azərbaycanın iqtisadi potensialının artırılmasının, onun SSRİ məkanında birincilər cərgəsinə çıxarılmasının vacibliyini əvvəlcədən görən Heydər Əliyev ölkədə genişmiqyaslı dəyişikliklərə start vermişdir. Eyni zamanda, iqtisadi və sosial sahələrdə dərin struktur islahatları aparmış, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaratmışdır. Heydər Əliyev yaxşı bilirdi ki, iqtisadi cəhətdən azad olmayan millətin siyasi müstəqilliyindən söhbət gedə bilməz. Məhz ulu öndərin səyi ilə SSRİ hökuməti Azərbaycanla əlaqədar hərtərəfli yüksəlişi və intensiv inkişafı nəzərdə tutan mühüm qərarlar qəbul etmişdir. O dövrdə Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan bu mühüm qərarlar 1970-1980-ci illər arasında və daha sonrakı perspektivdə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə kompleks məsələləri müəyyənləşdirmişdir. 

Ulu öndər Heydər Əliyevin qətiyyəti ilə həmin dövrdə həyata keçirilən tədbirlər sosial-iqtisadi həyatın bütün sahələrinin inkişafına, həmçinin iqtisadi, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji durumuna mənfi təsirinin qarşısının alınmasına gətirib çıxarırdı. Beləliklə, Azərbaycanın qarşısında tamamilə yeni inkişaf səhifəsi açılır, bu səhifə ölkə tarixinə qızıl hərflərlə yazılırdı. Qətiyyətlə deyə bilərik ki, Azərbaycanın iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin şəkildə inteqrasiya prosesi hələ 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır. 

Hələ o illərdən ulu öndər Heydər Əliyevin yürütdüyü sosial siyasət cəmiyyətdə ayrı-ayrı zümrələrin həyat keyfiyyətinin yüksəldilməsinə, iqtisadi stimulun, insan amilinə hörmətin formalaşmasına, ümumilikdə, ictimai rifahın, sosial sülhün bərqərar olmasına etibarlı zəmin yaradan konseptual inkişaf yoluna çevrilmişdir. Bu siyasət Azərbaycan insanının həyati tələbatının ödənilməsini təmin edən əlverişli sosial-mənəvi iqlimin və həmrəylik şəraitinin, ümumilikdə, ölkədə etibarlı sosial müdafiə sisteminin yaradılmasını da təmin etmişdir. Həmin siyasətin tərkib hissəsi kimi ulu öndər ötən əsrin 70-80-ci illərində cəmiyyətin digər sahələri kimi, səhiyyə sisteminin də yüksəlişini təmin etmiş, bu sahənin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri gerçəkləşdirmişdir. Böyük strateq həmin dövrdə, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmış, bununla da səhiyyə sahəsində mövcud durğunluğun aradan götürülməsinə nail olmuşdur. Keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev respublikamızın səhiyyə sahəsinin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq miqyasa çıxmasına, dayanıqlı və sabit inkişafına əlveşli şərait yaradırdı. 

Həmin illərdə Azərbaycanın tibb təhsili sistemində də ölçüyəgəlməz islahatlar aparılmış, o zamankı Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş Sovetlər İttifaqında sayılıb-seçilən elm məbədlərindən birinə çevrilmiş, tibbi kadr hazırlığında öz sözünü demişdir. Başqa sözlə, tibbi fənlərin diplomaqədərki və diplomdansonrakı tədrisinin, tələbələrin və məzunların peşə hazırlığının, eləcə də abituriyentlərin instituta qəbulunun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Tibb İnstitutunda internatura kursu, hazırlıq şöbəsi, istehsalat təcrübəsi dekanlığı və digər köməkçi şöbələr yaradılmışdır. 

Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə onlarca gənc azərbaycanlı alimin müxtəlif ixtisaslar üzrə keçmiş İttifaq səviyyəsində doktoranturaya qəbul edilməsinə də nail olmuşdu. Tibb sahəsində mütəxəssislərin yeni nəslinin nümayəndələri yetkin tədqiqatçılar kimi vətənə qayıdıb fəaliyyətlərini genişləndirdilər. İ.Topçubaşov, Z.Əliyeva, H.Mahmudbəyov, T.Əliyev, T.Tağızadə və başqalarının adları bu gün səhiyyəmizin inkişaf tarixində ən mötəbər yerlərdən birini tutur, onların elmi məktəbləri dərindən öyrənilir. Eyni zamanda, həmin illərdə tibbin müxtəlif elmi istiqamətləri - cərrahiyyə, mikrobiologiya, urologiya, oftalmologiya, pediatriya, kardiologiya, onkologiya, stomatologiya və s. üzrə beynəlxalq səviyyəli elmi-tədqiqat işləri aparılmış, alınan nəticələr dünya alimləri tərəfindən yüksək dəyərləndirilmişdir.

Ulu öndər respublikanın səhiyyə sisteminin və Azərbaycan Tibb İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsini də diqqətdə saxlamışdır. Həmin dövrdə yüzlərlə iri müasir səhiyyə obyektləri inşa edilmiş, respublikada olan tibb müəssisələrinin yarıdan çoxu yeniləşdirilmiş, elmi-tədqiqat institutları, sağlamlıq və müalicə-profilaktika müəssisələri fəaliyyətə başlamışdır. Neyrocərrahiyyə Mərkəzi, Diaqnostika Mərkəzi, Toksikoloji Mərkəz, Əlillərin Reabilitasiya Mərkəzi, Klinik Urologiya Xəstəxanası, habelə kimya-əczaçılıq zavodu və müasir profilli tibb müəssisələri açılmış, elmi-tədqiqat oftalmologiya, elmi-tədqiqat onkologiya institutları üçün yeni binalar tikilmişdir. Yeni açılan tibb müəssisələrini yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycan Tibb İnstitutuna tələbə qəbulu artırılmış, ucqar kənd rayonlarından gələn abituriyentlər üçün güzəştlər tətbiq edilməyə başlanmışdır. 

1980-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun 50 illik yubileyi ulu öndərin iştirakı ilə keçirilmiş, bu münasibətlə institut əməkdaşlarının bir qrupu fəxri adlara layiq görülmüşdür. Akademik Mustafa bəy Topçubaşovun keçmiş SSRİ-nin ən yüksək təltiflərindən olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi ulu öndərin səyi nəticəsində mümkün olmuşdu. Belə alimlərin əvvəl SSRİ miqyasında, sonra isə beynəlxalq miqyasda tanıdılması Azərbaycan səhiyyəsinin və tibb elminin tanıdılması demək idi.

Ümummilli lider Heydər Əliyevin 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə, Azərbaycan tibb elminə, tibb təhsili sisteminə diqqətini daha da artırmışdı. Ulu öndər Moskvada çalışdığı illərdə SSRİ səhiyyə sahəsinə də nəzarət edir, İttifaqın yüksək rütbəli tibb alimləri, səhiyyə işçiləri ilə tez-tez görüşlər keçirirdi. Həmin görüşlərdə səhiyyədə olan problemlərin müzakirəsini aparır, onların həlli üçün çıxış yollarını peşəkarcasına göstərirdi.

Xüsusi vurğulamaq lazımdır ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə məhz bu zəngin potensiala, elmi və maddi-texniki bazaya istinad edərək səhiyyə islahatlarını da uğurla həyata keçirmişdir. 1993-cü ilin iyun ayında - mürəkkəb bir dövrdə respublika rəhbərliyinə qayıdan ulu öndər cəmiyyətin digər sferalarında olduğu kimi, səhiyyə sistemində mövcud problemlərin həlli istiqamətində sistemli islahatlar aparılmışdır. Səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitlər tədricən artırılmış, bu sahənin fəaliyyətini tənzimləyən 10-dan çox qanun qəbul edilmiş, habelə müstəqil respublikamız bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşularaq vətəndaşların sağlamlığının təminatı ilə bağlı üzərinə mühüm öhdəliklər götürmüşdür. 

Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasının 41-ci maddəsində sağlamlığın qorunması hüququ birmənalı təsbit edilmişdir. Həmin maddədə deyilir: “Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır”.

1993-2003-cü illərdə ölkəyə rəhbərlik edən Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “Tibbi sığorta haqqında”, “Xüsusi tibbi fəaliyyət haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Sanitar-epidemioloji sağlamlıq haqqında” və s. qanunların, eləcə də “Dövlət sığortası haqqında” əsasnamənin qəbulu bu baxımdan xüsusi vurğulana bilər. Bundan başqa, 1993-cü ildə Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının poliomielitə qarşı mübarizə, 1995-ci ildə “MEKAKAR” proqramlarına qoşulmuşdur.

1998-ci il martın 13-də isə Heydər Əliyev “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalamaqla, bu sahənin inkişafına böyük töhfə vermişdir. Bununla da səhiyyə orqanlarının idarəetmə aparatlarında bir-birini təkrarlayan struktur bölmələrin ixtisar edilməsi, tələbatdan çox olan çarpayı fondunun azaldılması, özəl, qismən və tam təsərrüfat hesablı tibb müəssisələrinin yaradılması, mövcud infrastrukturun, maddi-texniki bazanın müasirləşdirilməsi yolu ilə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin və səmərəliliyinin artırılması həyata keçirilən islahatların konseptual istiqamətlərinə çevrilmişdir. 

Həmin illərdə ölkə rəhbərinin birbaşa göstərişi ilə Azərbaycanda reproduktiv sağlamlıq və ailə planlaşdırılması xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üzrə milli proqramın həyata keçirilməsinə başlanılmışdır. Ana və uşaqlar arasında ölüm hallarının sayının azaldılmasına yönəldilmiş bu proqram çərçivəsində Naxçıvanda, Gəncədə, Bakıda, Masallıda, Şəkidə və Qusarda böyük maddi bazaya malik 6 regional mərkəz yaradılmışdır. Həmin proqramın ikinci mərhələsinə 1999-cu ilin dekabrında başlanılmış və 2004-cü ilədək 15 yeni regional mərkəzin yaradılması təmin edilmişdir. 

1993-2001-ci illərdə elmi-tədqiqat institutlarının işində və elmi araşdırılmaların təşkilində də müsbət dəyişikliklər olmuşdur. Ailə Sağlamlıq Mərkəzi, V.Axundov adına Milli Elmi-Tədqiqat Tibbi-Profilaktika İnstitutunda yoluxucu xəstəliklər xəstəxanası açılmış, Mərdəkan qəsəbəsində respublika veteranlar xəstəxanası müasir üslubda təmir edilmiş, Respublika Uroloji Xəstəxanasında və Elmi-Tədqiqat Eksperimental və Kliniki Təbabət İnstitutunda yenidənqurma işləri aparılmışdır. 2000-ci ildə 200-dən çox tibb müəssisəsi dünya standartlarının tələbləri səviyyəsində yenidən qurulmuşdur. Respublikada ilk dəfə yüksək səviyyədə təchiz edilmiş Nüvə-Maqnit Rezonans Mərkəzi açılmışdır. Bundan başqa, ulu öndərin diqqət və qayğısı ilə dünya standartlarına cavab verən müasir özəl səhiyyə müəssisələri də fəaliyyətə başlamışdır. 

Ulu öndər ötən əsrin 70-80-ci illərində olduğu kimi, müstəqillik dövründə də tibbi kadrların hazırlanması sahəsində ixtisaslaşmış elm məbədi olan Azərbaycan Tibb Universitetinə böyük diqqət və qayğı ilə yanaşmışdır. Nəticədə universitet müstəqilliyin bərpasından sonrakı ilk illərdə üzləşdiyi çətin vəziyyətdən çıxmış, dövlət rəhbərinin dəstəyi ilə özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 

1990-cı illərin əvvəlində Azərbaycan Tibb Universitetinin tədris bazalarının lazımi səviyyədə olmaması dərslərin keyfiyyətinə mənfi təsir göstərirdi. Ulu öndər Heydər Əliyev bu problemin həlli üçün bünövrəsi hələ keçmiş SSRİ dövründə özü tərəfindən qoyulmuş tədris binasının tikintisinin bərpasına lazımi vəsait ayırmış, inşaat işlərini şəxsi nəzarətində saxlamışdır. 1998-ci il sentyabrın 28-də ulu öndərin ATU-nun yeni tədris binasının açılışında iştirak etməsi bu elm ocağının tarixində ən unudulmaz hadisələrdən biri kimi qalmışdır. Bu, XX əsrin sonu, XXI əsrin başlanğıcı ərəfəsində ATU-da çalışan və müəllimlərə, həkimlərə, tələbələrə təhsil alan ən böyük hədiyyə idi.

Ulu öndər 2000-ci ildə Azərbaycan Tibb Universitetinin 500 yerlik akt zalının açılışında, eləcə də universitetin yaradılmasının 70 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə də iştirak etmişdir. Yeni istifadəyə verilmiş unikal akt zalının tribunasında çıxış edən Heydər Əliyevin yeni dövrdə tibb təhsilinin qarşısında duran vəzifələrdən söz açmışdı. Azərbaycanın müharibə şəraitində olduğunu nəzərə alan ümummilli liderin göstərişi ilə 2000-ci ildə ATU-nun nəzdində strateji əhəmiyyətli hərbi-tibb fakültəsi yaradılmışdır. 

Həmin illərdə Azərbaycan Tibb Universiteti Qara Dəniz Hövzəsiətrafı Ölkələrin Ali Məktəblər Birliyinin, Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, Avropa Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçilmişdir. 

Ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində 2002-ci ildə Azərbaycan Tibb Universiteti nəzdində stomatoloji klinika təşkil edilmiş, bununla da universitetin klinikalarının yaradılması ənənəsinin bünövrəsi qoyulmuşdur. Məhz bu bünövrənin əsasında 2006-cı ildə ATU-nun ikinci böyük klinikası olan onkoloji klinikanın təşkili haqqında qərar qəbul edilmiş və 2007-ci ildə bu qərar həyata keçirilmişdir. İndi həmin ilk klinikalar istər təcrübəli kadr potensialına, istərsə də müasir maddi-texniki bazasına görə Azərbaycanda aparıcı tibb müəssisələri sırasındadırlar. Tibb Universitetinin stomatoloji və onkoloji kafedraları da məhz həmin klinikalarda yerləşir, orada ən müasir və mürəkkəb əməliyyatlar aparılır. Əminliklə demək olar ki, maddi-texniki bazasına görə bu klinikalar MDB məkanında öncül yerlərdən birini tutur.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında təhsil, elm, səhiyyə sistemlərində başlanmış mütərəqqi islahatlar ötən 11 ildə onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Müasir dövrün tələblərinə cavab verən səhiyyə sisteminin yaradılması son illər respublikada ardıcıl şəkildə həyata keçirilən sosialyönümlü islahatların başlıca hədəfinə çevrilməklə, hər bir ölkə vətəndaşının konstitusion hüquqlarının etibarlı təminatına xidmət edir. Səhiyyə ümumən ölkənin, xalqın müqəddəratı, milli genefondu ilə bağlı strateji sahə olduğundan, ölkə rəhbərliyi bu sferada hələ keçmiş sovetlər birliyi dövründən həllini gözləyən bir çox problemlərin, çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. 

Dövlət büdcəsindən bu sahələrə ayrılan vəsaitlərin ildən-ilə artırılması da ölkədə vətəndaşların təhsili və sağlamlığı ilə bağlı məsələlərin daim diqqət mərkəzində olduğunu göstərir. “Biz artan iqtisadi imkanlarımızı ilk növbədə sosial sahələrin inkişafına, o cümlədən səhiyyənin problemlərinin həllinə yönəltməliyik” - deyən Azərbaycan Prezidenti İlham Əliyev son illər bu sahələrin problemlərinin kompleks həlli istiqamətində mühüm addımlar atmışdır.

Son 5 ildə (2009-2014-cü illər) dövlət büdcəsinin cari xərclərində səhiyyə xərcləri 70 faizədək artmışdır: 2010-cu ildə səhiyyəyə dövlət büdcəsindən 429,2 milyon, 2011-ci ildə 493,4 milyon, 2012-ci ildə 609,4, 2013-cü ildə 669,2 milyon, 2014-cü ildə 725,6 milyon manat ayrılmışdır. 2015-ci ildə səhiyyənin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2014-cü illə müqayisədə 0,1 faiz-bənd artaraq 3,7 faiz təşkil etmişdir. Səhiyyə xərcləri üçün 2015-ci ilin dövlət büdcəsində 777,7 milyon manat, 2014-cü illə müqayisədə 52,1 milyon manat və yaxud 7,2 faiz, 2013-cü ilin faktiki icra göstəricisinə nisbətən 158,7 milyon manat və ya 25,6 faiz çox vəsait ayrılmışdır. 

Tibbi xidmətin müasir tələblər səviyyəsində qurulması üçün son 10 ildə bu sahədə infrastrukturun müasirləşdirilməsi istiqamətində tədbirlər diqqət mərkəzində saxlanılmışdır. Yeni tələblərə cavab verən səhiyyə müəssisələrinin tikilməsi, mövcud tibb ocaqlarının təmiri və yenidən qurulması bu baxımdan az əhəmiyyət kəsb etmir. Dövlət başçısı hələ 11 fevral 2004-cü il tarixdə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında bütün fundamental sahələr kimi, səhiyyə sisteminə də geniş diqqət ayırmışdır. Dövlət proqramı əsasında bölgələrdə əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərilməsini təmin edəcək bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, yeni xəstəxanalar, poliklinikalar inşa edilmiş, mövcud səhiyyə müəssisələri müasir tələblər səviyyəsində təmir və bərpa olunmuş, onların maddi-texniki, habelə zəruri tibb ləvazimatları ilə təminatı məsələləri geniş əksini tapmışdır. 

Prezident İlham Əliyev son 11 ildə ayrı-ayrı rayonlarda inşa edilmiş yüzlərlə yeni müalicə-diaqnostika mərkəzinin, xəstəxananın, poliklinikanın açılış mərasimində iştirak etmiş, eləcə də bu sahədə həllini gözləyən bəzi problemlərin aradan qaldırılması üçün aidiyyəti orqanlara müvafiq tapşırıqlar vermişdir. Dövlət başçısının imzaladığı dövlət proqramlarının, verdiyi tövsiyə və tapşırıqların həyata keçirilməsi nəticəsində son illər səhiyyə müəssisələrinin fəaliyyətində dönüş yaranmış, vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsi yaxşılaşmışdır. Bu sırada Milli Onkologiya Mərkəzi, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi, Respublika Perinatal Mərkəzi, Akademik M.Cavadzadə adına Respublika Uroloji Xəstəxanası, Azərbaycan Tibb Universitetinin klinikaları, Kliniki Tibbi Mərkəz, Respublika Klinik Uşaq Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası və digər iri obyektləri qeyd etmək olar. 

Əhalinin sağlamlığının təmin olunması xüsusi həssaslığı ilə seçilən elə bir sosial amildir ki, bu sahədə mövcud problemlərin tam aradan qaldırılması üçün bəzən dövlət tərəfindən görülən tədbirlər yetərli olmur. Cəmiyyətin ən müxtəlif təbəqələrinə mənsub insanların şəfa tapmaq üçün əlahiddə köməyə ehtiyacı yaranır. Bu baxımdan, son 10 ildə Heydər Əliyev Fondunun həyata keçirdiyi səhiyyə layihələrinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Fondun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə həyata keçirilən layihələr 2004-2014-cü illərdə səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə insanı yenidən sağlam həyata qaytarmışdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkə səhiyyəsində mövcud olan problemlərin həlli üçün də çox iş görür. “Talassemiyasız həyat naminə”, “Diabetli uşaqlara ən yüksək qayğı” və digər layihələr bu baxımdan Azərbaycanda və onun hüdudlarından kənarda böyük rəğbətlə qarşılanmışdır. Layihə çərçivəsində inşasına başlanmış Talassemiya Diaqnostika Mərkəzinin 2009-cu il mayın 10-da - ulu öndərin doğum günündə istifadəyə verilməsi fondun ölkə səhiyyəsinə böyük töhfəsi olmuşdur. 

Ölkə rəhbərliyinin milli səhiyyə sisteminə xüsusi diqqət və qayğısını bu gün ölkədə tibbi kadr hazırlığını həyata keçirən Azərbaycan Tibb Universiteti də yaxından hiss edir. Bu siyasətin nəticəsidir ki, son illər ATU-nun maddi-texniki bazası, infrastrukturu müasirləşmiş, elmi potensialı daha da güclənmişdir. Hazırda ATU-nun 6 fakültəsində 75 kafedra fəaliyyət göstərir. Universitet inzibati bina, 6 tədris korpusu, 4 klinikadan ibarətdir. Eyni zamanda, ATU-da 1 milyona yaxın adda tədris və elmi ədəbiyyata malik zəngin kitabxana, Elmi-Tədqiqat Mərkəzi, internetə qoşulmaq üçün kompüter mərkəzi, 500 yerlik akt zalı, 6 tələbə yataqxanası, iri idman kompleksi, örtülü üzgüçülük hovuzu, tələbə poliklinikası və s. fəaliyyət göstərir. 

Möhtərəm Prezident İlham Əliyevin 2007-ci il sentyabrın 11-də imzaladığı “Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının yaradılması haqqında” sərəncamı onun təhsil və səhiyyə məsələlərinə necə böyük həssaslıqla yanaşdığını bir daha təsdiqləmişdir. Obyektiv zərurəti əks etdirən bu sərəncam bir daha göstərir ki, dövlət başçısı respublikanın artan maliyyə imkanlarını millətin mənafeyi baxımından strateji əhəmiyyət daşıyan elm, ali təhsil və səhiyyəyə yönəldilməsini, milli genefondun qorunmasını, güclü insan kapitalının formalaşmasını vacib sayır. Sərəncama əsasən Bakı şəhərində Azərbaycan Tibb Universitetinə məxsus ərazidə universitetin çoxprofilli tədris-terapevtik klinikası inşa olunmuşdur. 

Universitetin cəmiyyət həyatındakı yerini yüksək dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev hələ 2010-cu il aprelin 28-də “Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalamışdır. Sərəncamda vurğulanırdı ki, respublikada təbabətin ən müxtəlif sahələrində yüksək hazırlığa malik kadrların yetişdirilməsində və mötəbər elmi mərkəz kimi tədqiqatların aparılmasında əhəmiyyətli rol oynamış Azərbaycan Tibb Universiteti milli səhiyyənin inkişafına layiqli töhfələr vermişdir. Universitetin 80 ilik yubileyi ilə əlaqədar ölkə rəhbərinin iştirakı ilə bu ali təhsil ocağının ən müasir standartlara cavab verən Tədris-terapevtik klinikasının təntənəli açılış mərasimi keçirilmişdir. Tədris-terapevtik klinikanın fəaliyyətə başlaması, kliniki fənlərin tədrisi ilə məşğul olan kafedraların vahid mərkəzdə cəmləşdirilməsi, tədrisin keyfiyyətinin və maddi-texniki təchizatının əsaslı şəkildə yaxşılaşdırılması, həmçinin elmi-tədqiqat işlərinin aparılması üçün əlavə imkanların yaradılması baxımından son dərəcə əhəmiyyətlidir. 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli sərəncamı əsasında universitetin cərrahiyyə klinikası da inşa olunmuş, 2013-cü il sentyabrın 12-də klinikanın açılış mərasimi keçirilmişdir. 500 çarpayılıq tədris-cərrahiyyə klinikasının müasir səviyyədə inşası dövlətimizin bu nüfuzlu ali təhsil ocağının inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət və qayğısının daha bir əyani göstəricisidir. 

Ulu öndər Heydər Əliyevin ölməz ideyaları Azərbaycanın sabit və davamlı inkişafının başlıca qarantı kimi çıxış edir. Son 11 ildə ölkəmizə inamla rəhbərlik edən möhtərəm Prezident İlham Əliyev ümummilli liderin qarşıda strateji hədəf kimi müəyyənləşdirdiyi əksər vəzifələrin həllinə nail olmuş, Azərbaycanı bütün sahələrdə dinamik inkişaf edən, məqsədlərinə doğru əzmlə irəliləyən dövlətə çevirmişdir. Xalqın siyasi iradəsi ilə bu siyasətin növbəti illərdə də davam etdirilməsi Azərbaycan səhiyyyəsinin, tibb elmi və tibb təhsili sisteminin sürətli tərəqqisinə öz layiqli töhfələrini verəcəkdir.


Əhliman ƏMİRASLANOV,

akademik, SSRİ Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı

Опубликовано: 6 Январь, 2015 11:03 | Просмотров: 1795 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo