Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Cəmiyyətin gələcək tərəqqisi gənclərin əlindədir!

Son illər aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək inkişafa nail olunmuş, əhalinin maddi rifahı xeyli yaxşılaşmış, yoxsulluğun səviyyəsi azalmışdır. 

Həyata keçirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri ölkəmizdə sosial-iqtisadi həyatın inkişafı üçün münbit şərait yaratmışdır. Hazırda ölkə qarşısında duran növbəti vəzifə sosial-iqtisadi həyatın modernləşdirilməsidir.  Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün isə heç şübhəsiz ki, insan kapitalının inkişafına, vətəndaşların yüksək bilik və bacarıqlara yiyələnmələrinə zərurət var. 

Bundan irəli gələrək, gənclərə hərtərəfli  biliyin verilməsi prioritet məsələ kimi ortaya qoyulub. Heç kimə sirr deyil ki, təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün münbit zəmin yaradır. Təhsil insanlara xoşbəxt gələcək vəd etməklə yanaşı, həm də beynəlxalq arenada layiqli yer tutmaq, sağlam həyat sürmək və ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. 

Bütün bunlar nəzərə alınaraq, son illər təhsil sistemində köklü islahatlar aparılmaqdadır. Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilməkdədir. Həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənir. Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradıl``mışdır. Təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi, şagirdlərin dərsliklə təminatın yaxşılaşdırılması, ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı, məktəbəqədər və peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə dövlət proqramları qəbul edilmiş, layihələr həyata keçirilmişdir.

Son dövrdə təhsil sistemində həyata keçirilən ən mühüm yenilikdən biri də Bakı şəhəri üzrə Təhsil İdarəsinin yaradılmasıdır. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 31 mart tarixli 1399 nömrəli sərəncamına əsasən, Bakı şəhəri təhsil şöbələri ləğv edildi. Nazirlər Kabinetinin 28 iyul 2006 - cı il tarixli sərəncamı ilə Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradıldı. Yeni idarənin yaranması idarəetmənin daha da təkmilləşdirilməsi, idarəetmə, nəzarət və təhsilin keyfiyyətinin, nizam - intizamın gücləndirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi fəaliyyətini təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldib və bu fəaliyyət istiqaməti Təhsil İdarəsinə həm dövlət, həm də cəmiyyət tərəfindən dəstək qazandırıb. Ötən il ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsi təkcə paytaxtın təhsil sistemindəki uğurları ilə deyil, həm də bütün ölkənin təhsil həyatı üçün böyük əhəmiyyət kəsb edən yeniliklərin təşəbbüskarı kimi çıxış etmişdir. Ötən il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edildikdən sonra İdarə fəaliyyətini Strategiyadan irəli gələn məsələlərə yönəltmişdir. Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 300 tam orta, 3 ümumi orta, 7 xüsusi, axşam (qiyabi), 4 sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəb olmaqla cəmi 314 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 339 min 771 şagirdin təlim-tərbiyəsi ilə 28068 müəllim məşğul olur.

Təhsilin inkişafı üçün tələb olunan şərtlərdən biri təhsilin maddi - texniki bazasının inkişaf etdirilməsi, yüksək səviyyəli təhsil mühitinin yaradılmasıdır. Bu baxımdan ölkəmizdə təhsilə dövlət səviyyəsində diqqət və qayğının nəticəsidir ki, təkcə ötən tədris ilində Bakı şəhərində 65 məktəbdə cari təmir, 28 məktəbdə əsaslı təmir və tikinti işləri aparılmışdır. Eyni zamanda,13 məktəbdə digər tikinti (korpus, idman, akt zalı, yeməkxana) işləri həyata keçirilmişdir. Ötən tədris ili ərzində Bаkı şəhərinin məktəblərində məktəbdaxili nəzarətin təşkilinə dair reydlər təşkil olunmuşdur. Reydlərin məqsədi şagirdlərin dərsə davamiyyəti, məktəbli kitabçasından istifadə, sinif jurnallarının aparılması, müəllimlərin fəaliyyətinə nəzarətin təşkili kimi məsələlər olmuşdur. Reydin nəticələri ümumiləşdirilərək məktəb direktorlarının iştirakı ilə geniş müzakirə olunmuş və nöqsanların aradan qaldırılması məqsədilə əməli tədbirlərin görülməsi üçün tapşırıq və tövsiyələr verilmişdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində korrupsiya və digər qanun pozuntuları ilə mübarizə istiqamətində müvafiq tədbirlər aparılmışdır. Aparılmış araşdırmalar nəticəsində aşkar olunmuş qanun pozuntuları faktları barədə təqdimatlar əsasında 7 məktəb direktoru və 3 direktor müavini tutduğu vəzifədən azad edilmiş, 32 məktəb direktoru və 16 direktor müavini intizam məsuliyyətinə cəlb olunmuşdur.

Məktəblərdə hərbi dərslərin keçirilməsinə xsüsusi diqqət yetirilməsi də təhsil sahəsində son dövrdə həyata keçirilən yeniliklərə aiddir. Bu cür dərslərə hərbçilərin cəlb edilməsi, hərbi-vətənpərvərlik ruhunun qaldırılması üçün proqramın qəbulu və hərbi kabinetlərin standartlara uyğun hazırlanması BŞTİ-nin fəaliyyətində əsas yerlərdən birini tutur. Bu sahədə digər əlaqədar dövlət qurumları ilə əməkdaşlıq aparılır. Ümumtəhsil müəssisələrində şagirdlərin vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlərin daha intensiv xarakter alması, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin olunması, şagirdlərdə fəal vətəndaş mövqeyi və doğma torpağa sədaqət hissinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, 2013-2014-cü tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin V-XI siniflərində ilk dərsin “Mənim Vətənim – doğma yurdum” mövzusuna həsr olunması qərara alınmışdır.

Vacib məqamlardan biri kimi 2014-2015-ci dərs ili ərzində məktəblilərin əsgər həyatı ilə yaxından tanış olmasını təmin etmək üçün onların daha sistemli şəkildə hərbi hissələrə aparılması nəzərdə tutulub. Əsas məqsəd hərbi hissələrdəki müasir silah və hərbi texnikalarla şagirdləri tanış etmək, onlardan istifadə qaydaları barədə məktəblilərə ətraflı məlumatlar vermək və əsgərlik xidməti barədə təsəvvürlərini genişləndirməkdən ibarətdir. Eyni zamanda şagirdlərin hərbi xidmətə başlayan əsgərlərin andiçmə mərasimlərində iştirakı da planlaşdırılmışdır.

Son illər təhsil siyasətinin ən uğurlu yönlərindən biri şagirdlərin pulsuz dərsliklərlə təminatı olub. Təhsil sahəsində həyata keçirilən islahatlar arasında öncül yerlərdən birini tutan dərsliklər həm forma, həm də məzmun cəhətdən yeniləşdirilmiş və təkmilləşdirilmişdir.

Əlamətdar günlərin, tarixi hadisələrin, tanınmış insanların yubileylərinin təhsil müəssisələrində qeyd edilməsi də daima BŞTİ-in diqqət mərkəzində olan məsələlərdəndir. Bu baxımdan ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində il ərzində bir sıra tədbirlər təşkil olunur. 20 Yanvar, Xocalı faciəsi, 31 Mart soyqırımının ildönümləri, Respublika, Milli Qurtuluş, Müstəqillik, Dövlət Bayrağı, Konstitusiya, Milli Dirçəliş, Dünya Azərbaycanlılarının Həmrəyliyi günləri, habelə beynəlxalq xarakter daşıyan ana dili, mülki müdafiə, ailə, uşaqların müdafiəsi, ümumdünya ətraf mühit, Yer günü və s. günlər, tanınmış elm, mədəniyyət xadimlərinin doğum günləri geniş tədbirlərlə qeyd edilir. Şagirdlərin ziyalılar ilə mütəmadi görüşləri, tarixi məkanlara ekskursiyaları təşkil olunur.

Heç şübhəsiz ki, gənclərin savadlı böyümələri təhsilin inkişaf səviyyəsi ilə yanaşı, həm də kadr potensialından asılı olan bir məsələdir. İşə daha bilikli və bacarıqlı direktor və müəllimlərin cəlb edilməsi, bu sahədə şəffalığın təmin edilməsi məqsədilə ötən il Təhsil Nazirliyi direktorlar və direktor olmaq istəyən şəxslər üçün təlim elan etmişdir. Təlimə qəbul müsabiqə ilə həyata keçirilmişdir. Müsabiqənin birinci mərhələsində sənədlər qəbul edilmiş, müsabiqənin II mərhələsində isə pedaqoji kadrların məntiqi düşüncə və müəyyən mövzular üzrə esse yazma bacarıqları qiymətləndirilmişdir. Bu mərhələni keçən şəxslər arasında müsahibə təşkil edilmiş və seçilmiş namizədlər 4 aylıq təlimdən keçmişlər. Təlimdən sonra imtahan vermiş və yüksək bal toplamış namizədlər Təhsil Nazirliyində müsahibə prosesindən keçmişlər. Yalnız uğur qazanmış namizədlərdən 15 nəfər direktor və digərləri direktor müavini kimi təyinat almışdır. Şəffaflıq məsələsinə xüsusi diqqət yetirən BŞTİ tərəfindən Bakı şəhəri ərazisində müəllimlərin yerdəyişməsi prosesində ilk dəfə olaraq imtahan keçirilmiş və müəllimlər topladıqları ballara uyğun olaraq yerləşdirilmişlər.

Savadlı gənclərimizin əldə etdikləri nailiyyətlərdə böyük payı olan zəhmətkeş müəllimlər də diqqətdən kənarda qalmamışdır. Qabaqcıl təhsil işçilərinin əməyinin qiymətləndirilməsi təhsilin keyfiyyətcə yüksəlməsinə təkan verib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 30 sentyabr 2014 – cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyindəki ümumtəhsil müəssisələrində çalışan 22 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 17 müəllim isə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsini hər zaman diqqətdə saxlayır. Belə ki, müəllimlərin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10 - 13 iyun və 20 sentyabr 2014 - cü il tarixlərində Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi keçirilmişdir. 10 - 13 iyun 2014-cü il tarixində keçirilən sınaq qiymətləndirilməyə 30072 nəfər müəllim cəlb edilmişdir. Onların 96 faizindən çoxu bu qiymətləndirmədə iştirak etmişdir. Qiymətləndirmə 3 blokda (fənn, metodika, kommunikativ) aparılmışdır. Sınaq qiymətləndirilmədə iştirak edən müəllimlərin 14,4 faizi zəif, 85,6 faizi isə qənaətbəxş nəticə göstərmişdir. Bunlardan 18,2 faizi yüksək nəticə göstərmiş müəllimlərdir.

20 sentyabr 2014 - cü ildə keçirilən sınaq qiymətləndirilmədə isə ümumilikdə Bakı üzrə 1493 nəfəri Azərbaycan, 260 nəfəri rus bölməsi olmaqla 1753 müəllim iştirak etmişdir. Müxtəlif üzrlü səbəbərdən qiymətləndirmədə iştirak etməyən müəllimlər barədə məlumat toplandıqdan sonra 99,9 % müəllim Sınaq Qiymətləndirilməsində iştirak etmişdir. Sınaq Qiymətləndirilməsinin nəticələrinə əsasən, pilot layihə olaraq xüsusi elektron qaydada dərs bölgüsü aparan proqram hazırlanaraq 20 məktəbdə sınaqdan keçirilmişdir. Bununla yanaşı, Sınaq Qiymətləndirilməsinin nəticələri bütün ümumtəhsil məktəblərinə göndərilmiş və dərs bölgüsü zamanı nəticələr nəzərə alınmışdır.

Azərbaycan təhsilinin inkişafına göstərilən bu cür yeksək səviyyədə diqqət və qayğı gələcəyimiz olan gənclərin savadlı və bilikli, sağlam ruhlu, dövlətə və xalqa sadiq vətənpərvər şəxsiyyət kimi yetişəcəklərinə bəslənilən ümidlərə bir qədər də artırır.  Qəlbində Vətən sevgisi olan hər bir təhsil işçisi bu müqəddəs missiyanın yerinə yetirilməsində əlindən gələni əsirgəməməli, təhsilimizin inkişafı naminə hər cür fədakarlığa hazır olmalıdır. Bu məqamda ümummilli lider, ulu öndər Heydər Əliyevin bir vaxtlar dönə-dönə təkrarladığı fikri xatırlamaq yerinə düşərdi: “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və neçə öyrətməmizdən asılı olacaqdır”.


İskəndər Quliyev,

“Seçmək hüququ”

qəzetinin baş redaktoru

Опубликовано: 6 Январь, 2015 11:04 | Просмотров: 1417 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo