Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

“Əsrin müqaviləsi”nin imzalanmasından 20 il ötür

Hər bir yubileyin öz mənası var. Çoxillik fəaliyyətin növbəti mərhələsinin uğurları həmişə qürur doğurur və yeni nailiyyətlərə ruhlandırır. 

Bu günlərdə qeyd olunan “Əsrin müqaviləsi”nin 20 illik yubileyi də məhz belə əlamətdar tarixərdəndir. Özü də xalqımızın yaddaşında əbədi yaşayacaq bir tarix. Çünki məhz həmin gün - 1994-cü il sentyabrın 20-də müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi.

Ana təbiət Azərbaycan xalqına böyük təbii sərvət olan zəngin neft bəxş etmişdir. Təsadüfi deyil ki, Bakı, Azərbaycan deyəndə, dünyanın hər bir yerində insanların yadına ilk növbədə neft düşür. Tarix boyu neftimizə göz tikənlər az olmayıb. “Qara qızıl”ımız işğalçıları özünə daim cəlb edib, onun uğrunda çox qanlar tökülüb, müharibələr aparılıb. İngilislər və ruslar uzun illər boyu neftimizin bəhrəsini bizdən çox görüblər. Yalnız Azərbaycan milli istiqlalına qovuşandan sonra neft Vətənimizə böyük tərəqqi və rifah gətirdi. Bu, böyük tarixi dönüşün başlanğıcını 20 il əvvəl dahi siyasətçi Heydər Əliyev qoydu. Məhz ulu öndərin gərgin səyləri, uzaqgörən və müdrik siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə xarici ölkələrin şirkətlərinin daxil olduğu Beynəlxalq neft konsorsiumu arasında Xəzərdənizinin Azərbaycana mənsub sektorunda neft hasilatına dair sənəd imzalandı. Xəzər dənizində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında tarixi müqavilədə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət iştirak edirdi. 

Beləcə, dahi siyasətçi Heydər Əliyevin gərgin səyləri, Azərbaycan neftçilərinin fədakar əməyi ilə yüksək keyfiyyətli Azərbaycan nefti Qərb ölkələrinin bazarlarına axdı. Ağır, dağıdıcı müharibədən sonra iqtisadiyyatını bərpa etmək üçün Azərbaycana neft gəlirləri hava-su kimi lazım idi. Heydər Əliyev neftdən gələn gəlirləri, ilk növbədə Azərbaycanın sosial və iqtisadi inkişafına yönəltdi. Ulu öndərin sərəncamı ilə Azərbaycan neftindən xalqımızın gələcək nəsilllərinin bəhrələnməsi üçün Azərbaycan Dövlət Neft Fondu yaradıldı. Fondun vəsaitlərindən ilk dəfə 2002-ci ildə Biləsuvar rayonu ərazisində məskunlaşan məcburi köçkünlərin həyat və məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edildi. Prezidentin fərmanı ilə burada hər cür şəraiti olan müvəqqəti yaşayış məskənləri inşa edildi. 

Tarixə “Əsrin müqaviləsi” kimi düşmüş həmin müqavilənini imzalanmasından iyirmi il ötüb. Bu gün həmin illər ərzində neftin müstəqil Azərbaycanın sosial-iqtisadi həyatına, xalqımızın güzəranına necə böyük müsbət dəyişikliklər gətirdiyini görmək istəsək, bunun üçün sadəcə dönüb ətrafımıza baxmaq, sürətlə yeniləşən və gözəlləşən doğma Bakımıza, eləcə də ölkənin hər bir bölgəsinə nəzər yetirmək kifayətdir. Bəli, bu gün Azərbaycan nefti Azərbaycan xalqının firavanlığına xidmət edir. Gənc Azərbaycan dövləti indi öz sərvətinin və taleyinin sahibidir. Təbii ki, dahi siyasətçi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın milli neft strategiyasının işlənib hazırlanması və böyük uğurla həyata keçirilməsi sayəsində. Heydər Əliyevin milli neft strategiyasının əsasında məhz Azərbaycan xalqının və dövlətinin milli maraqları durur. Azərbaycanı bu gün regionun liderinə çevirən, onu dünyada söz sahibi edən məhz xalqla dövlətin sarsılmaz milli birliyidir. Bu əbədi birliyin və tərəqqinin möhkəm və etibarlı bünövrəsini ulu öndər Heydər Əliyev qoymuşdur. Bəli, ulu öndər Heydər Əliyevin “Əsrin müqaviləsi” kimi nəhəng siyası və sosial-iqtisadi layihəni reallaşdırması dünyada analoqu olmayan bir addım oldu. Neft tariximizə böyük siyasətçi Heydər Əliyevin adı isə qızıl hərflərlə yazıldı.

Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, bu müdrik siyasət bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Dövlət başçımız Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşdə demişdir: “Bizim neft-qaz strategiyamız çox uğurludur, çox ümidvericidir. Bu bizə imkan verdi ki, Azərbaycan öz iqtisadi və maliyyə resurslarını böyük dərəcədə genişləndirə bilsin”.

 

Heç şübhəsiz ki, xalqımızın parlaq gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən neft strategiyasının uğurla həyata keçirilməsində Azərbaycan iqtisadiyyatının flaqmanı sayılan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin böyük xidmətləri var. Rəsmən gənc qurum olmasına baxmayaraq, ARDNŞ qədim neft diyarı olan Azərbaycanın zəngin tarixə malik neft-qaz sənayesinin tamhüquqlu varisidir. 

Məlumdur ki, Sovet dövründə Azərbaycan neft-qaz sənayesini təmsil edən müəssisələrin əksəriyyəti birbaşa Moskvaya tabe idi. Eyni zamanda, dövlət müstəqilliyimizin qazanıldığı ilk illərdə əvvəlki iqtisadi əlaqələrin qırılması neft sənayesinin digər qurumlarının işinə də öz mənfi təsirini göstərirdi. Belə bir şəraitdə neft sahəsində bütün istehsalat müəssisələrini və elmi-tədqiqat institutlarını vahid strukturda birləşdirən Azərbaycan Dövlət Neft Şirkəti ümummilli lider Heydər Əliyevin düzgün seçilmiş iqtisadi siyasətinin, müdrikliyinin və uzaqgörənliyinin əyani sübutu oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqramlı, məqsədyönlü rəhbərliyi sayəsində bu gün Rövnəq Abdullayevin rəhbərliyi ilə ARDNŞ artıq modern, çevik, güclü, yüksək beynəlxalq standartlara cavab verən struktura çevrilib. Öz potensialı hesabına dövlət səviyyəsində həyata keçirdiyi bir sıra layihə və proqramlar ARDNŞ-nin geniş fəaliyyətinin uğurlu nəticəsidir. Onun güclü maliyyə resursları və maddi-texniki baza, öz işində yeni texnologiyalardan və müasir elmi nailiyyətlərdən istifadə edən zəngin təcrübəyə sahib peşəkar mütəxəssisləri var. Qısa müddətdə dünyanın ən qabaqcıl neft-qaz korporasiyaları sırasına qoşulan ARDNŞ əldə etdiyi zəngin təcrübə və qabaqcıl texnologiyalar sayəsində nəhəng layihələrin təkbaşına icraçısına çevrilməklə dənizdə və quruda yerləşən onlarla yataqda müstəqil şəkildə uğurla işləyir. Azərbaycanın neft sənayesinin modernləşdirilməsində avanqard rolunu oynayan ARDNŞ bu gün ölkə daxilində və xaricdə həyata keçirilən onlarla beynəlxalq layihənin əsas iştirakçısıdır. Şirkətin əldə etdiyi mühüm sənaye nailiyyətlərindən biri də təhlükəsiz neft və qaz kəmərləri, yeraltı qaz anbarları, neft terminalları sistemini yaratmasıdır. Hazırda Azərbaycanda neft və qazın dünya bazarına daşınması üçün nəzərdə tutulan 7 magistral ixrac kəməri fəaliyyət göstərir. Onlardan ən böyüyü, şübhəsiz ki, dünyanın unikal mühəndis-texniki qurğularından sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməridir. Qarşıdakı illərdə “Şahdəniz” yatağından və digər yataqlardan hasil olunacaq təbii qazın Türkiyəyə və oradan da Avropa ölkələrinə nəql edilməsi məqsədi ilə iki qardaş ölkənin birlikdə inşasına qərar verdikləri “TransAnadolu” qaz boru kəməri isə yeni əsrdə ARDNŞ-nin uğur salnaməsinə qızıl hərflərlə yazılacaq bir layihədir. Ekspertlər bu kəmərin beynəlxalq strateji əhəmiyyətini çox yüksək qiymətləndirirlər.

 Azərbaycanın yeni neft strategiyası bu gün öz coğrafi, iqtisadi və strateji miqyaslarını ilbəil genişləndirir və ölkə iqtisadiyyatının əsaslarının möhkəmlənməsinə xidmət edir. Bu layihələrdən qazanılan gəlirlər isə sosial-iqtisadi sahədə xalqın rifahının artırılmasına, iritutumlu proqramların reallaşmasına yönəldilib. ARDNŞ son illərdə mütəxəssislər tərəfindən hazırlanmış ekoloji siyasət kampaniyası çərçivəsində Bakının yaşıllaşdırılması və abadlaşdırılmasında fəal iştirak edir. Şirkət respublikanın müxtəlif rayon və kəndlərində yeni məktəb, kitabxana, xəstəxana binaları, idman qurğuları, körpülər tikir, park və istirahət zonalarının salınmasında da iştirak edir. ARDNŞ-nin  Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı barədə Dövlət Proqramı çərçivəsində Lənkəran, Naxçıvan, Şirvan, Qazax, Zaqatala, Qəbələ, Bərdə, Gəncə, Quba, Şamaxı, Cəlilabad və Xızıda tikdiyi müasir avadanlıqla təchiz olunmuş müalicə-diaqnostika mərkəzləri səhiyyənin inkişafına yeni təkan verib.

Azərbaycan əməkdaşlığa açıq ölkədir. Buna görə də ARDNŞ-nin bir sıra layihələrinin reallaşdırılmasına bu qədər çox sayda xarici neft və qaz şirkətləri cəlb olunub. Xarici mütəxəssislərlə birgə iş zamanı əldə olunmuş yeni imkanlar milli neft şirkətinin sənaye və istehsal potensialının avanqardına və gənc respublikanın sürətli inkişafının inandırıcı simvoluna çevrilməsinə yardım edib. Azərbaycanın Xəzər və Qafqaz regionunda mühüm rol oynayan dövlət və Xəzər dənizinin böyük enerji resurslarının geniş istismarına başlamış, keyfiyyətcə yeni iqtisadi model formalaşdırmış ölkə olmasında ARDNŞ az rol oynamayıb.

“Əsrin müqaviləsi” ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranıb. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” təşkil edir. Əminliklə demək olar ki, bu güclü təməl üzərində ölkə iqtisadiyyatı bundan sonra daha sürətlə inkişaf edəcək, xalqımızın rifahı ildən-ilə daha da yaxşılaşacaq, Azərbaycan qüdrətli dövlətə çevriləcək.

Bəli, illər ötəcək, 20 il öncə ümummilli lider Heydər Əliyev tərəfindən başlanılan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla həyata keçirilən Azərbaycan milli neft strategiyası gələcək nəsillərin firavan həyatına öz növbəti töhfələrini verəcək. Sevindirici haldır ki, Azərbaycan nefti ölkəmizin sürətli inkişafına, xalqımızın rifah halının yüksəlməsinə, maddi-mədəni tərəqqisinə xidmət edir. Nə qədər ki Azərbaycan dövləti və xalqı yaşayır, qurub-yaradır, ulu öndər Heydər Əliyevin ölməz ideyaları da yaşayacaq.


“Seçmək hüququ” qəzeti

Опубликовано: 6 Январь, 2015 11:12 | Просмотров: 2218 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo