Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Qodminlərin aldığı yeni tapşırıq

"Azadlıq" Radiosunun keçmiş prezidenti Ceffri Qodmin ya camaatı dolayır, ya da dayazın birisidir (ikinci variant inandırıcı deyil. 

Sadəcə humanizm prinsiplərini əsas tutaraq, ədalət və insaf naminə belə yazdım ki, adama seçim variantı buraxım). Necə yəni, "Mərkəzi Kəşfiyyat İdarəsi jurnalistlərin ələ alınmasına qadağa qoyduğunu bəyan etməlidir".

Belə çıxır ki, MKİ çıxıb deməlidir ki, ay camaat, bizi bağışlayın, bir qələtdir eləmişik, filan vaxta qədər jurnalistləri ələ almışıq, amma indi etmirik. Hansı xüsusi xidmət keçmişdə tətbiq etdiyi metod və vasitələri bölüşür, qələtləri boynuna alar, yaxud da alır? MKİ belə edərsə də, kim buna inanar? Bu, təxminən tülkünün Həccə getməsinə bənzəyər. O zaman cənab Ceffri Qodminin “The Boston Globe”da belə bir çıxış yolu təklif etməsinin səbəbi nədir? 

Məncə, özünün də MKİ ilə bağlantısı şübhə doğurmayan köhnə jurnalistin bu gedişi etməsinin səbəbi diqqəti əsas məsələdən, yəni Azərbaycan Respublikası Baş Prokurorluğunun 30 dekabrda yaydığı məlumatlardan yayındırmaqdır. Sözügedən hüquq-mühafizə orqanının yaydığı press-relizdə Ceffri Qodminin müdafiə etdiyi media quruluşu konkret şəxslərin ifadələri və faktlar əsasında maliyyə fırıldaqçılığında ittiham olunurdu. Radionun Vaşinqtondan Bakıya qədər meydana çıxan müdafiəçiləri arasında bu iddia və ittihamlara hələ ki, konkret cavab verən olmayıb. Ceffri Qodmin də əvvəlki həmKARları kimi haqqında danışılan məsələləri eşitməzdən gələrək özünü KARlığa vurur.

Konkret iddiaların üzərinə getmək, faktları əsaslı cavablandırmaq əvəzinə hakimiyyətə qarşı əsassız ittihamlar irəli sürür, məsələ barədə yox, məsələnin ətrafında danışır. Görünür, "Azad mediaya təzyiq" kimi köhnə mahnıların dəbdən düşdüyünü, insan hüquqları sahəsində vəziyyətin öz ölkələrində rəvan olmadığını görən Qodminlər və onların sözgəzdirənləri artıq başqa bəhanələr dövriyyəyə buraxmaq tapşırığı alıblar.


Azər Sarıyev

Опубликовано: 8 Январь, 2015 12:05 | Просмотров: 1558 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo