Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Düşünülmüş siyasət real nəticələr verir

Prezident İlham ƏLİYEV: “Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri ondan ibarətdir ki, bu, möhkəm təməl üzərində qurulub, özünü təmin edən iqtisadiyyatdır, xarici maliyyə resurslarından asılı deyil”



Dünyada iqtisadi-maliyyə böhranının kəskinləşməsinə baxmayaraq, cari ilin birinci rübündə də ölkəmizdə inkişafa və müasirləşməyə xidmət edən kompleks islahatlar aparılmışdır. Əlverişli xarici mövqe və daxili tələbin genişlənməsi fonunda Azərbaycan iqtisadiyyatında artım meyilləri davam etmişdir.

 Milli inkişafı təmin edən çevik islahatlar kursunu inamla həyata keçirən Prezident İlham Əliyevin hökumətin vaxtaşırı olaraq xalqa hesabat verməsini mütərəqqi ənənəyə çevirməsi isə dövlət başçısının demokratik dəyərlərə hörmətinin, ictimai rəyə həssas münasibətinin təcəssümüdür. İctimai rəy, bir növ, hökumətin fəaliyyətinə nəzarət funksiyasını yerinə yetirməklə onu mövcud problemlərin həllinə doğru istiqamətləndirən mühüm mexanizmdir. Azərbaycan Prezidentinin siyasi iradəsinə uyğun olaraq hökumətin fəaliyyəti ilə bağlı müntəzəm hesabat verməsi cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir, dövlət məmurlarının xalq və Prezident qarşısında məsuliyyətini artırır, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq edir. Effektiv müzakirələrlə yadda qalan bu cür hesabatlar həm də konkret zaman intervalında əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, hökumətin fəaliyyət istiqamətlərinin ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında ictimai müzakirələrin aparılması və onların həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilmişdir. Bu cür hesabatlar başqa bir cəhəti ilə də xüsusi əhəmiyyət daşıyaraq cənab İlham Əliyevin dövlət idarəçiliyi sahəsində nə qədər böyük səriştəyə, təşəbbüskarlığa malik lider olduğunu parlaq şəkildə əks etdirir.

Cari ilin birinci rübünün iqtisadi qiymətləndirməsi deməyə əsas verir ki, hökumətin maliyyə sabitliyinin təmini yönümündə həyata keçirdiyi tədbirlər praktik baxımdan özünü doğrultmuş, Azərbaycan qlobal böhranın davam etdiyi bir şəraitdə də inkişafını təmin etmişdir. Bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, digər tərəfdən isə əvvəlki illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmış, onun xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxmışdır. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliyinə görə Azərbaycanı 38-ci yerə layiq görüb.

İqtisadi dayanıqlığın mühüm əsaslarından olan makroiqtisadi sabitliyin dərinləşdirilməsi, habelə qlobal böhranın təsirlərinin zəiflədilməsi də hökumətin fəaliyyətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ümumiyyətlə, dünya maliyyə iqtisadi böhranı Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir və bu baxımdan 2015-ci ilin birinci rübünün yekunlarını da müsbət qiymətləndirmək olar. Qlobal maliyyə böhranı hələ də səngiməyərək bir sıra dünya ölkələrinin iqtisadi inkişafına ciddi zərbə vursa da, Azərbaycanda sistemli və düzgün koordinasiya olunmuş tədbirlər nəticəsində dünya iqtisadi böhranının yaratdığı çətinlikləri dəf etmək mümkün olmuşdur. Respublika iqtisadiyyatının inkişaf dinamikasında qeyri-neft sektorunun əhəmiyyətli paya malik olduğu da bir daha təsdiqlənmişdir. Həyata keçirilən düşünülmüş siyasət, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik yüksəlişi  davam etmişdir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib: “Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri ondan ibarətdir ki, bu, möhkəm təməl üzərində qurulub, özünü təmin edən iqtisadiyyatdır, xarici maliyyə resurslarından asılı deyil. Əksinə, biz indi özümüz donor kimi həm başqa ölkələrə, eyni zamanda beynəlxalq maliyyə qurumlarına maliyyə resurslarımızı təqdim edirik. Bu da bizə əlavə mənfəət gətirir. Azərbaycan iqtisadi müstəqilliyini tam şəkildə əldə etdikdə, təbii ki, siyasi müstəqillik daha da güclənir.

Regionlarda birinci rübdə müsbət meyillər müşahidə olunub. İş yerlərinin yaradılması prosesi gedir, 30 minə yaxın iş yeri, - onlardan 25 mini daimi iş yeridir, - açılmışdır. Bu, daimi prosesdir, çünki dəfələrlə qeyd etdiyim kimi, Azərbaycanda müsbət demoqrafik vəziyyət mövcuddur. Əhali artır, belə olan halda iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bizim iqtisadi potensialımız əhalinin artması ilə uzlaşmalıdır. Çünki əhalinin artması çox müsbət prosesdir, bu, ölkəmizi gücləndirir, eyni zamanda ölkəmizin sürətli inkişafını göstərir. Çünki biz demoqrafik dinamikaya nəzər saldıqda görürük ki, məhz son illər ərzində əhalimiz kəskin şəkildə artmağa başlamışdır. İqtisadiyyat da, öz növbəsində, bu artım üçün gözəl imkan yaratmalıdır ki, daim iş yerləri açılsın və işsizlik aşağı səviyyədə olsun. Hazırda işsizlik və yoxsulluq ən aşağı səviyyədədir, 5 faiz səviyyəsindədir”.

Qlobal böhrana baxmayaraq, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ayrılan maliyyə vəsaitlərinin həcminin artması da son dərəcə təqdirəlayiq faktdır. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir. Azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılması, infrastrukturun yeniləşdirilməsi, regionların tarazlı və davamlı inkişafı və digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü özünəməxsus rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən cənab İlham Əliyev ötən müddətdə özəl sektorun inkişafına xüsusi diqqət yetirmişdir.

Ölkə başçısı cari ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hökumətin iclasında qeyri-neft sektorunun daha da inkişaf edəcəyini bildirib: “Azərbaycanda dinamik inkişaf təmin edilir və sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da son illər ərzində aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olmuşdur. Çünki uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyatımız dayanıqlı surətdə inkişaf etsin, bir sektordan - neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi bizim ümumi iqtisadi inkişafımıza təsir etməmişdir. Budur Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir. Qeyri-neft sektoru prioritet olaraq qalacaq. Çünki bundan sonra Azərbaycan iqtisadiyyatı çoxşaxəli surətdə inkişaf edəcəkdir. Şadam, artıq bir müddətdir ki, qeyri-neft sektorumuz ümumi daxili məhsulumuzun əksər hissəsini təşkil edir. Əminəm ki, bu faiz nisbəti getdikcə daha da artacaq və beləliklə, bundan sonra Azərbaycan iqtisadiyyatı neft-qaz amilindən daha da az asılı olacaq.

Bir daha demək istəyirəm ki, neftin qiymətinin iki dəfədən çox düşməsi bizim ümumi dinamik inkişafımıza təsir etməmişdir, qeyri-neft sektoru əsas iqtisadi yükü öz üzərinə götürmüşdür. Bundan sonra məhz qeyri-neft sektorumuzun inkişafı ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edəcəkdir”.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqli şəkildə davam etdirən dövlət başçısı İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Bu fakt bir daha göstərir ki, Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan bu siyasət bundan sonra da uğurla davam etdiriləcək, respublikamız qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaq.


Elnur HACALIYEV

Опубликовано: 27 Апрель, 2015 11:30 | Просмотров: 1372 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo