Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır

Azərbaycan xalqı üçün milli-mənəvi dəyərlər hər zaman mühüm əhəmiyyət kəsb edib.  Elə bu səbəbdən də ailə tarixən hər bir azərbaycanlı üçün müqəddəs hesab olunub.  Ailə yüksək mənəvi dəyərlərinin qoruyucusu olmaqla yanaşı, həm də  genofondumuzun daşıyıcısı kimi inkişafımızda mühüm rol oynayıb. 

Ailələrin sağlam və xoşbəxt yaşamaları üçün onun üzvləri arasında səmimiyyət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalıdır. Böyüyə hörmət, milli dəyərlərə bağlılıq bu tərbiyənin əsasını təşkil edir. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları ailə mənəviyyatının özülüdür. Yad, millətimizə xas olmayan ideyaların, davranış tərzlərinin təbliği böyüməkdə olan nəslə bəzən yanlış yol göstərir. Cəmiyyət bu yad meyillərin qarşısını qətiyyətlə almalı, milli dəyərlərin qorunması, itməməsi üçün güc sərf etməlidir. Milli-mənəvi dəyərlər baxımından əhəmiyyətli məsələ olan ailə anlayışına dövlətimiz tərəfindən də hər zaman xüsusi diqqət göstərilib. Azərbaycanda dövlətin ailə siyasətinin normalaşmasında ümummilli liderimiz Heydər Əliyev böyük rol oynayıb. Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirib, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərib. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illərdə ümummilli lider ailə siyasəti ilə bağlı məsələlərin normativ-hüquqi tənzimini və əməli həllini prioritet vəzifələrdən biri kimi qarşıya qoyub. 

Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə davam etdirilir. 

Ölkəmizdə ailələrin, xüsusən də gənc ailələrin yaşayış şəraitinin daha da yaxşılaşdırılması, onlara hər cür dəstək verilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlətimiz üçün prioritet olan ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapıb. Heydər Əliyev Fondu tərəfindən bu sahədə bir sıra maraqlı layihələr reallaşdırılır. Bu layihələr ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulmasına, eyni zamanda, onların firavanlığının təmin olunmasına xidmət edir.

Heç şübhəsiz ki, Azərbaycanda ailə siyasətinin həyata keçirilməsində, bu istiqamətdə mühüm işlərin görülməsində və mövcud problemlərin həllində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rolu böyükdür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılmışdır. Həmin vaxtadək respublikamızda ailə problemləri ilə mərkəzləşdirilmiş şəkildə heç bir dövlət qurumu məşğul olmamışdır. İlk dəfə məhz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda yaşayan ailələr haqqında ümumi məlumat bazası yaradılmış, respublikanın bütün şəhər və rayonlarında anket sorğuları keçirilmişdir. Komitənin qarşısında duran ən mühüm vəzifə Azərbaycanda ailə institutunun hərtərəfli inkişafı və möhkəmləndirilməsi, ailə dəyərlərinin qorunması, onun problemlərinin azaldılması, ümumən ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və rifahının artırılmasıdır.

Fəaliyyət göstərdiyi illər ərzində komitə həyata keçirdiyi çoxistiqamətli fəaliyyət nəticəsində bir sıra uğurlar əldə edib.  Komitə tərəfindən mütəmadi olaraq ailədaxili münasibətlərdə milli-mənəvi dəyərlərin  qorunub saxlanılması istiqamətində maarifləndirmə tədbirləri keçirilir. Aparılan tədbirlər gənc nəslin tərbiyəsinə xüsusi diqqət göstərilməsinə, ailədə zorakılığın qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac olduğunu sübut etmişdir. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyətini bütün dövlət orqanları ilə səmərəli əməkdaşlıq şəraitində həyata keçirir. Bundan savayı, beynəlxalq təşkilatlarla birlikdə bir sıra layihələr hazırlanıb icra olunur. Komitə tərəfindən rayonlarda təşkil edilən tədbirlərdə yerli icra, hüquq-mühafizə və məhkəmə orqanlarının, habelə yerli özünüidarəetmə orqanlarının nümayəndələri də yaxından iştirak edirlər. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həyata keçirdiyi işlərdən danışarkən qurumun məişət zorakılığı və qadın alveri probleminin həllində göstərdiyi xidmətləri qeyd etməmək mümkün deyil. Yanlış stereotiplərin təsiri altında yeniyetmə qızların təhsildən uzaqlaşdırılaraq erkən nikaha məcbur edilməsi, qadınların ictimai həyatdan təcridi, onların işləmək imkanlarının məhdudlaşdırılması kimi mənfi hallar Komitə tərəfindən hər zaman xüsusi həssaslıqla qarşılanır.  Komitə tərəfindən bu gün məişət zorakılığı hallarının və əxlaqa zidd davranış qaydalarının qarşısının alınması məqsədilə bir sıra proqramlar həyata keçirilir. “Sağlam ailə sağlam cəmiyyətin təməlidir”, “Nəsillər arası münasibətin cəmiyyətin formalaşmasında rolu”, “Yaşlı nəslin təcrübəsindən faydalanaq”, “Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu” layihələri, Ağbirçəklər Şurasının üzvlərinin iştirakı ilə keçirilən “Gənc ana” kursları buna nümunədir. Bu tədbirlər yalnız Bakıda deyil, bütövlükdə bütün respublikanı əhatə edir. Kütləvi xarakter daşıyan bu tədbirlərdə müxtəlif yaş kateqoriyasından və sosial təbəqələrdən olan nümayəndələr cəlb olunurlar. Komitə tərəfindən hər il “Beynəlxalq Ailə Günü” təntənə ilə qeyd edilir. 

    Komitəni narahat edən məsələlərdən biri də narkomaniya ilə mübarizənin aparılmasıdır. Bununla bağlı “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” adlı beynəlxalq konfrans da keçirilib. Təsadüfi deyil ki, Komitənin nəzdində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir. Uşaq və Ailələrə Dəstək Mərkəzi risk qrupuna aid olan ailə, qadın və uşaqlara göstərilən dəstəyi özündə birləşdirir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldir. 

Azərbaycan xalqı hər zaman ailə dəyərlərini, ailə ləyaqətini hər şeydən uca tutmuş və bu bizim milli adət-ənənəyə çevrilmişdir. Biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirməli, gənc nəsli sağlam ruhda tərbiyələndirməliyik.


İskəndər Quliyev

Опубликовано: 28 Апрель, 2015 10:48 | Просмотров: 2308 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo