Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Uydurma əfsanədən siyasi terrorizmə gedən mifoman yüz illik yol

Erməni böhtanları bir əsrdən artıq müddətdə yayıldığından  və onların “türklərin erməni xalgına qarşı törədikləri soyqırım” adlandırıqları də yaşı artıq yüz ilə   çatdığından , bu kinli cəfəngiyyatın qarşısının  almasının vaxtı gəlib çatmışdır.


"Erməni məsələsi" tarixi istilah kimi XIX əsrin ikinci yarısından meydana gəlsə də, əslində onun tarixi kökləri xeyli əvvələ gedir. Kökündə erməni saxtakarlığının  dayandığı bu məsələ ermənilərin özləri, habelə onların  havadarları üçün "böyük siyasət" olsa da, mahiyyətcə terror və soyqırımı aktları həyata keçirmək, silahlı münaqişə törətmək, tarixə saxta müdaxilə etmək, riyakarlıq, oğurlama və özününküləşdirmə, "erməni mütiliyi", xəyanət və s. özündə ehtiva edən çürük nəzəriyyədən başqa bir şey deyildir. Xəstə ideyalar yığını kimi "Böyük Ermənistan" xülyasından qaynaqlanan bu  fəlsəfənin mənfur nəticələri göz qabağındadır: talan olmuş şəhərlər, öldürülmüş və ya şikəst edilmiş qurbanlar, öz ölkələrində qaçqına dönmüş yerli əhali, üzücü müharibələrin acı məhrumiyyətləri və s. 

"Erməni məsələsi"nin mahiyyətində, qısaca desək, Qafqazda və Anadoluda türk birliyini parçalayan bir qılınc kimi erməni dövlətinin yaradılması dayanırdı. Bu gün Cənubi Qafqaz müasir siyasi xəritəsinə nəzər saldıqda bu mənfur siyasətin eskizləri aydın şəkildə nəzərə çarpmaqdadır. Müasir Ermənistanın  iki qardaş türk dövlətinin, Türkiyə Cümhuriyyətinin və Azərbaycan Respublikasının arasında bir paz kimi süni şəkildə yaradılması, müxtəlif tarixi dövrlərdə isə bu pazın eninə və uzununa tədricən genişləndirilməsi bu siyasəti bütün çılpaqlığı ilə üzə çıxarır. 

Hələ XIX əsrin ikinci yarısında "erməni məsələsi"nin əsasında formalaşan erməni terrorizminin xeyir-duasını məhz Avropa dövlətləri vermişdir. Mütəxəssislərin fikrincə, müasir erməni terrorçu qruplarınm və onların XIX əsrdəki, XX əsrin əvvəlindəki məsləkdaşlarının məqsədləri, hədəfləri, istifadə etdikləri taktika və təbliğat arasında böyük oxşarlıq vardır. Çox qədim tarixə malik olan terrorizm hazırda həm beynəlxalq miqyasda, həm də regional baş verən mütəşəkkil cinayətkarlığın ən təhlükəli formasıdır. Osmanlı imperiyasında geniş vüsət almış erməni terrorizmini geniş müasir beynəlxalq terrorizmin banisi hesab etmək olar. Ermənilərin Türkiyə, Almaniya, Avstriya, ABŞ, İtaliya, Livan, Suriya, Rusiya və başqa ölkələrdə törətdikləri terror aktları onlara bu "hüququ" verir. Dünyaın müxtəlif ölkələrində terrorçuluq aksiyalarını yerinə yetirən 27 ən güclü təşkilatın  12-si məhz ermənilərə məxsusdur. Erməni terror təşkilatlarından "Hnçaq", "ASALA", "MAQ", "Erməni birliyi", "Ermənistan azadlıq cəbhəsi", "Fidiani", "Dro", "Njde" daha təhlükəli beynəlxalq fəaliyyətli terrorçu billiklərdir. Həmçinin erməni terrorizmi - siyasi məqsədlərə çatmaq naminə aparılan dövlət separatizmidir. Tarixən və hazırda erməni terrorizminin əsas hədəf obyektləri türklər və azərbaycanlılardır. Ermənistanda terrorçuluq dövlət siyasətinin tərkib hissəsi sayılır və bundan xarici və daxili məqsədlərin həyata keçirilməsində istifadə olunur.    

Müasir dövrdə terror beynəlxalq münasibətlər sisteminin aktual problemlərindən birinə, beynəlxalq aktorun alətinə çevrilmişdir. Bu ilk növbədə terrorizmin və terrorçunun motivlərinin qloballaşma fonunda genişlənməsi, milli sərhədləri aşması, məqsədlərinin həm də beynəlxalq ictimaiyyətə çatdırması ilə bağlıdır. Ermənilərin əsrlərdən-əsrə keçərək ənənəyə çevrilən, ictimai şüurda həkk edilən şovinizm və ekstremizmlə birləşən terror ideologiyası və onu həyata keçirən qlobal şəbəkə qeyd edilən fenomenin səbəbləri kompleksində aparıcı yeri tutur. 1988-ci ildə Azərbaycanın ərazi bütövlüyii Ermənistanın terrorçu siyasi qüvvələri tərəfindən təcavüzə məruz qalmış, tarixi torpaqlarımızın 20 faizi işğal edilmişdir, 20 mindən çox soydaşımız həlak olmuş, 50 mindən artıq adam yaralanmış, əlil və şikəst olmuş, bir çox Azərbaycan hərbçisi əsir düşmüş, dinc əhali girov götürülmüş, bir milyon həmvətənimiz öz yurdunda ağır qaçqın və məcburi köçkün həyatı yaşamaqdadır. Bununla belə, artıq 25 il keçməsinə baxmayaraq, bu siyasi terrorizmə birmənalı və adekvat qiymət verilməmişdir.        

Beynəlxalq səviyyədə heç bir sanksiyaya məruz qalmayan erməni qəsbkarlarının törətdikləri  kütləvi insan qırğını Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü siyasətinin  bir mərhələsi kimi, ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində oxşarı olmayan vəhşilik, birmənalı olaraq, genosid kimi dəyərləndirilməlidir.

Xüsusilə də ermənilərin bu il "qondarma erməni soyqırımının" yüz illiyinin qeyd edilməsinə ciddi  hazırlaşmasını nəzərə alsaq bu problemin vacibliyi daha da artır. Bu gün də Ermənistanda dövlət səviyyəsində dəstəklənən tcrrorçuluğun başlıca hədəfi qismində Azərbaycan ilk sıradadır.

Azərbaycan dövlətinin mövqeyi bu məsələdə belədir ki, hansı ölkədə təbliğ edilməsindən asılı olmayaraq, terrorizmin ideologiyasına qarşı milli səviyyədə tədbirlərin görülməsi ilə yanaşı beynəlxalq  əməkdaşlıq daha da gücləndirilməlidir.

Dünya birliyinə, aidiyyəti beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, terror siyasətinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulacağına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına dəstək veriləcəyinə, zəbt olunmuş torpaqların qaytarılacağına, yüz minlərlə qaçqın və məcburi köçkünlərin öz yurdlarına dönəcəyinə, onların konstitusion hüquqlarının bərpa ediləcəyinə inanıram. Ölkəmizə qarşı təcavüzü, soyqırımını törədən erməni terrorçuları və onların havadarları cinayət məsuliyyətinə cəlb edilməlidir. Beynəlxalq təşkilatların məlum münaqişənin həllinə yönəlmiş səyləri ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə tam uyğun həyata keçirilməli, Ermənistan işğalçı, təcavüzkar siyasətdən, ərazi iddialarından əl çəkərək, bu münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa edilərək öz doğma yurdlarına dönməli, əsir və girovlar azad olunmalı, terrorçu siyasətini aparan Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq edilməlidir. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi dövlət başçısı İlham Əliyev tərəfindən ümummilli problem kimi bəyan edilmişdir. Bu baxımdan Azərbaycanda ermnəni terroruna və onun ideoloji əsaslarına qarşı mübarizə problemi, təcavüz və terrorçuluğa qarşı mübarizə də təbii olaraq vacib ümumdövlət vəzifəsi hesab edilır. 

Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev tərəfindən başlanan və hazırda dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilən antiterror siyasətini tərəfdaş ölkələr təqdir edirlər. Azərbaycan beynəlxalq terror təşkilatlarına qarşı mübarizəni nəzərdə tutan bir sıra konvensiyalara, müqavilələrə qoşulmuşdur və qanunvericiliyini həmin sənədlərə uyğunlaşdırmaq  istiqamətində sistemli tədbirlər həyata keçirmişdir.  

Ermənistan yalnız ərazisini işğal etdiyi Azərbaycana və Türkiyəyə qarşı deyil, münasibətini tətbiq edir, gonşu Gürcüstana qarşı da "Cavaxetiya" problemini gündəmə gətirməklə istəyir. Nəticədə, bu gün Ermənistan geosiyasi baxımdan öz-özünü blokadaya alıb. Bir sıra regional dövlətlərlə mehriban qonşuluq münasibətlərinin olmaması, qonşulara qarşı daimi ərazi iddiaları, dini məsələləri alver obyektinə çevirməyə göstərilən cəhdlər Ermənistanı təkcə Cənubi Qafqaz regionunun zəif bəndinə deyil, həm də regionun qeyri-sabitliyinin ən mümkün amilinə çevirir. Beləliklə, terrorizm Ermənistanın istənilən vaxtda həm daxili siyasi, həm də xarici siyasət ambisiyaları naminə münaqişə yaratmağa hesablanmış konkret dövlət siyasətidir. 

Azərbaycan xalqı dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə, təcavüz və torpaqların işğalı ilə müşayiət olunan bu illərdə dövlətimizin gücünün ardıcıl olaraq artırılmasına, regionun lider dövlətinə, güc mərkəzinə çevrilməsinə nail olub. Çünki ərazi bütövlüyümüzün bərpası regionda və dünyada terrorizmə son qoyulmasının əsas amilidir. 


Kamran BEHBUDOV,

hüquq üzrə fəlsəfə doktoru,

AMEA-nın  Fəlsəfə  və Hüquq İnstitutunun 

Beynəlxaq Münasibətlər şöbəsinin əməkdaşı

Опубликовано: 15 Май, 2015 11:00 | Просмотров: 1869 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo