Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

“Siyasi passivlik ölkədəki siyasi sabitlik və müxalifətə inamın tükənməsi ilə bağlıdır”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyevin “Azadinform”-a eksklüziv müsahibəsi



- Qərbin sanksiyalarının Rusiyada yaratdığı böhran, Sizcə, hələ nə qədər davam edəcək?


- Fikrimcə, Qərb son dövrlərdə apardığı xarici siyasətdə güc amilinə, şantaj metodlarına daha çox üstünlük verir. Qərb, sadəcə olaraq, aqressivləşib. Birqütblü dünya yaratmağın mümkünsüzlüyü onları çaşdırıb. Odur ki, onlar daha çox iqtisadi rəqabətə, siyasi danışıqlaradeyil, daha çox sanksiya kimi sülhü pozan, narazılıq yaradan, dövlətlərə və xalqlara aşkarcasına zərər vuran “sansksiyalar siyasəti”nə əl atıblar. Bu, olduqca səhv və səmərəsiz siyasətdir. Əgər Şimali Koreya, Sudan, İran, Suriya, İraq kimi zəif dövlətlər bu sanksiyalara tab gətiribsə, deməli, Rusiya kimi qüdrətli dövlətə qarşı belə düşünülməmiş sanksiya tətbiq etmək əbəs idi. Yeri gəlmişkən, Rusiya artıq sanksiyalar çərçivəsində yaranmış böhranı aradan qaldırmaqdadır və bu, böhran uzun müddət davam edə bilməz.

 

- Rusiyada baş verənlər qonşu dövlətlər, o cümlədən Azərbaycan üçün siyasi və iqtisadi baxımdan hansı problemlər yarada bilər?


- Əlbəttə nəhəng qonşu dövlətlərdə gedən siyasi-iqtisadi proseslər bizə də son dövrdə mənfi təsir edir. Amma bu, Rusiyanın günahı ucbatından deyil, Qərbin yürütdüyü siyasətdən irəli gəlir. Qərb Azərbaycanı ciddi siyasi seçim qarşısında qoydu. Hakimiyyət, zənnimcə, doğru, milli və dövlət mənafeyimizə uyğun mövqe tutdu. Qərb bizi Rusiyaya daha da yaxınlaşdırdı. Azərbaycan xarici siyasətində region üçlüyünə - Rusiya-Türkiyə-İrana daha da yaxın oldu. Hazırda regional birlik olduqca güclü amilə çevrilməkdədir. Odur ki, yaranan problemlər Azərbaycana ciddi təsir göstərməyəcək. Baş verənlər dövlətimizi tutduğu siyasi-iqtisadi yoldan döndərmək gücünə malik deyil.

 

- Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda Rusiyanın mövqeyi olduqca əhəmiyyətlidir. Sizcə, Rusiyada baş verənlərdən sonra bu sahədə ciddi irəliləyiş gözləmək nə dərəcədə düzgündür?


- Mən hesab edirəm ki, Qarabağ problemi yalnız Rusiyanın və Türkiyənin iş birliyi nəticəsində tezliklə öz həllini tapacaq. Qərbə ümid bəsləmək əbəsdir. Problemin həllini burada axtarmaq lazımdır. Zənnimcə, artıq sözügedən məsələ öz məntiqi həllinin sonuna çatmaq üzrədir. Tezliklə, daha dəqiq desək, ən geci bu ilin sonuna qədər əldə olunan nəticənin şahidi olacağıq. 

 

- MDB-də  vahid iqtisadi məkanın yaradılmasına edilən cəhdləri necə qiymətləndirirsiniz?


- MDB-də deyə bilmərəm, amma onu əvəz edəcək Avrasiya birliyi baş tutacaq. Zənnimcə, Azərbaycanın bu ittifaqa birləşməsi də çox müddət qalmayıb. Biz belə bloklara qoşulmaq siyasətinin tərəfdarı olduğumuzu elan etmişik. Amma adını çəkdiyim ittifaq hələ ki daha çox iqtisadi xarakter daşıyır. Ora daxil olmağımızın yalnız faydası ola bilər.

 

- Bütün region üçün təhlükə yaradan ABŞ-İran qarşıdurması və onun inkişaf dinamikası haqqında nə düşünürsünüz?


- ABŞ-İran qarşıdurması artıq gündəmdə deyil. Bu gün yalnız ABŞ-İran yaxınlaşması barədə danışa bilərik. Qarşıdurma da, yaxınlaşma da, təəssüf ki, zərərli ola bilər. Xüsusən region dövlətləri üçün. Bu yaxınlaşmanın dinamikasının isə artan xətt üzrə inkişaf edəcəyini zənn edirəm.

 

- Sizcə, Azərbaycanda Sovet dövrünə həsəd aparanların faizi nə qədərdir?


- Azərbaycanda Sovet dövrünə qayıtmaq istəyənlərin faizini deyə bilmərəm, amma o dövrün müsbət cəhətlərinin müasir cəmiyyətə tətbiq olunmasını istəyənlərin sayının çox olduğunu güman edirəm. Bu da təbii haldır. Sosial ədalət prinsipini bərqərar etmək hər bir normal insanın arzusudur. Buna nostalji hissləri də demək olar. Lakin daha proqmatik məqamlar da var.  Hər kəs gələcəyini, lap real olmasa da, görmək istəyir. İnsan hər zaman hara və necə gedəcəyini bilmək arzusundadır. Gələcəyə, söhbət şəxsi, ailəvi gələcəkdən gedir, ümidlə baxmaq istəyir. Lakin sürətlə dəyişmək bu dünyada bu gün belə sabit psixoloji durum tapmaq mümkün deyil. Səbəbin də əsası elə budur.

 

- Qayıdaq hazırda Azərbaycanda mövcud olan siyasi vəziyyətə. Parlament seçkisi ilində Azərbaycandakı ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?


- Buna qısa cavab vermək istəyirəm: növbəti parlament seçkisində ciddi siyasi-ictimai problemlər, dəyişikliklər görmürəm. Hər şeyin normal axarında olacağına inanıram. Prosesin gedişi də bunu göstərir. Qarşıdurma, ciddi konfliktli situasiyalar görünmür. 

 

- Necə düşünürsünüz, parlament seçkisi ilində ölkədəki siyasi passivliyin səbəbi nədir? 


- Maraqlı və təəccüblü görünsə də, siyasi passivlik bu gün ölkədə mövcud olan siyasi sabitlik və müxalifətin faktiki zəifliyi, xaricdən köməyin olmamsı, daxildə onlara inamın tükənməsi ilə bağlıdır. Insanlar başa düşürlər ki, bu gün siyasətdə ciddi dəyişiklik baş verməyəcək. Bunun mümkün səbəbləri haqda çox danışmaq olar. Hələ ki bu müsahibədə buna ehtiyac görmürəm. Siyasi dəyişikliklər heç insanları o qədər də çox maraqlandırmır. Çünki bu gün onlara normal sosial və maddi vəziyyət vəd edən siyasi hakimiyyət var. Verilən vədlər, imzalanan fərmanlar və sərəncamlar praktiki sahədə həllini tapsa, necə deyərlər, bugünkü sistemə, hakimiyyətə zaval gəlməz. Ümidvaram ki, hakimiyyət bunun vacibliyini başa düşməkdədir.

Опубликовано: 15 Май, 2015 11:01 | Просмотров: 1299 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo