Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Bayram Səfərov: "Bunu düşünmək cəhənnəmin özüdür"

Müsahibimiz Şuşa şəhər icra hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovdur.



- Özünüzü necə təqdim edərdiz?


- Sadə ömür sürmüşəm. 1951-ci il martın 21-də Şuşa şəhərində doğulmuşam. Orada təhsil almışam, əmək fəaliyyətinə başlamışam, ailə qurmuşam. 1992-ci ildə bütün növ silahlarla silahlanmış ermənilərin basqınına məruz qalaraq, qeyri-bərabər döyüşün nəticəsində şəhəri tərk etmişik. Rus ordusunun 366-cı alayının geniş miqyaslı hücumuna qarşı əliyalın xalq tab gətirə bilmədi. Özünümüdafiə dəstələrində isə 10 nəfərə bir silah da düşmürdü.


- Siz özünümüdafiə dəstələrinin tərkibində vuruşmusuz?


- O zaman tutduğum vəzifəyə görə, əlimdə silah döyüşə bilməzdim. Şuşa rayon İstehlak Cəmiyyəti idarə heyətinin sədri, "Azərittifaq"ın idarə heyətinin üzvüydüm. Sonra Şuşa icra hakimiyyəti başçısının müavini təyin edildim. Dağlıq Qarabağın azərbaycanlı kəndlərinin gündəlik ərzaq və bu kimi başqa malların təminatı ilə mən məşğul olurdum.


- Özünümüdafiə dəstələrinə hansısa formada kömək edə bilirdiz?


- Bu barədə danışmağım təvazökarlıqdan uzaq olar. Şuşalılar hamısını bilir. Ümumi olaraq deyim ki, xalqımın, vətənimin mövqeyini şəxsi mövqeyimdən üstün tutan adamam. Xaraktercə belə doğuldum, belə də yaşayıram.


- Şuşanın işğalı barəsində danışanda daha çox bu ifadəni eşidirik: xəyanət. Hadisələrin birbaşa iştirakçısı olan məsul şəxs kimi bəlkə daha dəqiqini deyəsiz: Şuşa niyə işğal edildi?


- 1990-93-cü illərdə başımıza gələn müsibətlərin əsas səbəbi liderimizin olmaması idi. Sonrakı səbəblər - vəzifə davası, rus ordusunun erməniyə dəstəyi, Azərbaycan ordusunun qurulmaması - törəmə səbəblərdir. Amma bu törəmə səbəblər üst-üstə toplanıb əhalimizə faciə yaşatdı. Liderimiz olsaydı, bütün çatışmazlıqlar aradan qalxardı. Hər partiyanın bir dəstəsi vardı. Düşmən qalmışdı bir kənarda, bu partiyalar bir-birinə düşmənçilik edirdilər. 

23 il keçib, yenə də eyni mahiyyətdə qalıblar. Şuşa dörd tərəfdən ermənilərlə əhatə olunmuş rayondur. 

Şuşalıların orda yaşaması böyük qəhrəmanlıq idi. Şuşada elə gənclər vardı, mərmilər atılanda onları güllə ilə göydə partladırdılar. Əvvəldən bilirdik, Şuşa işğala məruz qalsa, bütün ərazilərimiz düşmənin nəzarətinə keçəcək. Bir reallıq da var: biz 80 faiz ərazimizi işğala məruz qalmağa imkan verməmişik. Xaric və daxili düşmənlərimiz o qədər azğınlaşmışdı ki, torpaqlarımızın 100 faizini itirə bilərdik. Ulu Öndər Heydər Əliyevin  yenidən hakimiyyətə qayıdışı Azərbaycanı xilas etdi. Bu gün də həmin siyasəti Heydər Əliyevin layiqli sələfi, prezidentimiz İlham Əliyev davam etdirir. 

Azərbaycanın cəmi bir problemi var, o da 20 faiz ərazimizin işğalda olması. Qalan hər şey yüksək səviyyədədir. Qarabağ problemi həll olunsa, Azərbaycan xalqından xoşbəxt xalq dünyada ola bilməz. Çünki xarici ölkələrə yaxşı mənada nümunə olan ölkədə yaşayırıq.


- Sovet dövründə doğulan əksər tanınmış şəxslərin tərcümeyi-halında oxuduğumuz "fəhlə ailəsində doğulmuşdur" cümləsi Sizə də aiddir?


- Bəli, mən də sadə, zəhmətkeş fəhlə ailəsində doğulmuşam. 10 uşaq olmuşuq. Anam "Qəhrəman ana" adına layiq görülüb. Atam gündüzlər xırda alverlə məşğul olurdu, axşamlar məktəbdə gözətçi işləyirdi. Valideynlərimiz qarnımızı və gözümüzü tox saxlayıblar, övladlarının təhsil almalarını ən böyük amalları hesab ediblər. Mən də ağlım kəsəndən işləmişəm, pul qazanmışam, ailəmizin büdcəsinə dəstək olmuşam.


- İlk qazancınız hansı işdən olub?


- 10 yaşım olanda kəndə böyürtkən, moruq, qaymaq gətirirdilər. Şuşada təndir çörəyi bişirirdilər. Onları ucuz qiymətə alaraq, üstünə 5-10 qəpik qoyub, dincəlməyə gələn turistlərə baha qiymətə satırdım. Qazancımı da qəpiyinə qədər evə gətirirdim.


- Əsilli, nəsilli şuşalısız?


- Yox, anam şuşalıdır, amma atam 1941-ci ildə Bakıdan Şuşaya gəlib. Elimiz atamın xətrini çox istəyirdi. 

Davranışı ilə fərqləndiyi üçün inanmıram ki, onun barəsində kimsə mənfi söz işlətsin. Bütün ailəmiz barədə bir nəfər də pis fikir işlətməyib.


- İlk rəsmi işiniz hansı olub?

 

- Orta məktəbə bir il tez getmişəm. 13 yaşım olandan Komsomolun üzvü seçilmişəm. Əsgərliyə qədər artıq 3 il idi işləyirdim. Əmək kitabçamda ilk işə qəbul olduğum tarix 1968-ci ilin aprel ayıdır. Vəzifəm Şuşa Kurort Ticarət Mərkəzində satıcı olub. Komsomolun qızıl döş nişanını almışam.


- Şuşalılar istedadları ilə başqa yerin adamlarından xüsusi ilə fərqlənirlər. Sizcə səbəb nədir?


- Mən yalnız öz fikrimi deyə bilərəm. Şuşada bütün sahələrdə mədəniyyət lap qədim dövrlərdən təşəkkül tapıb. İnsanların bir-biri ilə davranışı, incəsənətə mərhəm münasibət, qürur şuşalıların tapındığı dəyərlər olub. Şuşanın ziyalıları, bəyləri, xanları, zadəganları arasında Avropada və Qərbdə təhsil alanlar olub. O dövrdə Avropa və Qərb təhsildə çox öndə idi. Şuşalılar öyrəndiklərini doğma yurdlarında tətbiq edirdilər. 

Sadə vətəndaşlar isə bəylərin münasibətinə baxıb, onlar kimi davranmağa çalışırdılar. Baqqal dükanına gələn zadəgan elə müraciət edirdi ki, satıcı da başqası ilə danışanda istər-istəməz o tondan, o üslubdan yararlanmalı olurdu.


- Mühit?..


- Bəli, Şuşada mühit başqa idi. Bizim şəhərin 17 məhəlləsi olub. Hər məhəllənin özünün mədrəsəsi, bulaqları, hamamları olub. Yaşlılar danışırdılar ki, elektrik yaranmamışdan əvvəl Şuşanın küçələrini lampa ilə işıqlandırırmışlar. Onun üçün xüsusi adam vardı, neftlə olan lampanı axşam yandırır, səhər söndürürdü. 

Bizdəki mərasim mədəniyyəti həmişə fərqlənib. Şuşaya xaricilər çox gəlirdi. Dünya gör-götür dünyasıdır. 

Onlara baxıb, nə gərəklidirsə, həyatımıza tətbiq edirdik, nə lazımsızdırsa, görməzlikdən gəlirdik. 

Zaqafqaziyada ilk orta məktəb Şuşada açılıb. İlk teatr, ilk musiqi məktəbi Şuşada olub. Şuşanın Üzeyir Hacıbəyov, Qasım bəy Zakir, Əbdülrəhim bəy Haqverdiyev, Səməd bəy Mehmandarov kimi dahiləri olub. 

Əlbəttə, saymaqla qurtaran deyil. Şuşanın 250 nəfər şairi olub ki, onların hamısı gözəl şeirləri ilə tarixə düşüblər. 


- Qəribədir ki, kriminal xarakterli xəbərlərdə də şuşalıların adına demək olar ki, rast gəlmək mümkün deyil.


- Ziyalı cinayət törətməz. Şuşadakı mühitin adı ziyalı idi. 1991-ci ilə qədər bizim evdə bir dəfə də olsun deyilməmişdi ki, erməni düşməndi. Bizə deyirdilər ki, bütün xalqlar qardaşdı.


- Erməni sinif yoldaşınız olub?


- Mən azərbaycanlı məktəbində oxumuşam. Şuşada azərbaycandilli, rusdilli və ermənidilli məktəblər vardı. Erməni tanışlarımız, qonşularımız vardı. Biz bir yerdə uşaqlıq edirdik.


- O vaxt məkrlərini hiss edə bilmirdiniz, eləmi?


- Sadə erməni məcburiyyət qarşısında bizimlə düşmən oldu. Erməninin canında qorxaqlıq var, onlar bizə məkr göstərə bilməzdilər. Ermənistan hakimiyyəti bir xalqın başını aşağı elədi. Azərbaycanı sevən o qədər erməni var ki... Azərbaycanın havasına, suyuna, şəraitinə həsrət qalan ermənilər var. Axı burda həmişə xoşbəxt və rahat yaşayıblar. Xankəndi Azərbaycanın ən gözəl şəhərlərinin sırasında öndə gedirdi. Orda yaşayan erməninin bizim üçün necə burnunun ucu göynəməsin. Onlar gecikirlər. Bir neçə il də keçsə daha da peşman olacaqlar. Hazırda ermənilər işğal etdikləri torpaqlarda zülmlə yaşayırlar. Ermənilər bu 25 ilin içində bir əsir geri düşdülər. Azərbaycan regionun liderinə çevrilib, ən böyük iqtisadi layihələr bizim imzamız olmadan həyata keçə bilməz. Ermənilərsə bu imkanlardan bəhrələnə bilmədilər. Azərbaycanın Qarabağ problemi olmasa, dünyanın ən xoşbəxt ölkəsidir. İlham Əliyev kimi prezidentimiz, Azərbaycan kimi ölkəmiz, azərbaycanlılar kimi vətəndaşlarımız var. Ermənilər milyon il də yaşasalar, bizim mində birimiz ola bilməzlər.


- Sonuncu dəfə gördüyünüz Şuşanı xatırlaya bilirsiz?


- Xatırlamaya bilmirəm. Hər gün səhər oyananda ilk görüdüyüm həmin Şuşa olur. Şuşa beynimin içindən gözlərimin qarşısına asılıb. Hər gün evimə gedirəm, ölənlərimin basdırıldığı məzarlığa gedirəm.  Gedirəm, amma reallıqda görürəm dörd divarın arasındayam, bir addım da atmamışam. Atam, anam, qardaşım o məzarlıqdadı. Nə bilim... Bilmirəm... Nə ad verim...Məncə sizin sual... Yox, düşünürəm Şuşadan danışmaq mümkün deyil. Məni böyüdüb boya-başa çatdıran valideynlərimin qəbrinə gül qoya bilmirəm. Ağırdı, övladlarıma bu vərdişi aşılaya bilmədim. Gərək mən valideynlərimin qəbrini ziyarət edəm ki, övladlarım da mənim qəbrimi ziyarətə gəlsinlər. Övladlarıma valideyn qəbrini necə ziyarət edərlər vərdişini praktiki öyrədə bilmirəm. Bunu düşünmək cəhənnəmin özüdür. Amma inanıram, inanmasam, ürəyim partlayar. 

Dünyanın ədalətsizliyi onların başında çatlayacaq. Günahsız milyonlarla insanlar zülm çəkib, bu gün də o zülm davam edir. Bəzən şuşalıların gözlərinə baxa bilmirəm, o gözlərdə daha nələr yazılmayıb. Allaha inanıram. Göydə yaradan, yerdə prezidentimiz mütləq bizə yol açacaq. O qədər şuşalı var ki, ölənlərini torpağa müvəqqəti tapşırıb.


- Bayram müəllim, fikir vermişəm, Dağlıq Qarabağ Azərbaycan İcmasının rəhbəri kimi ermənilərlə bağlı sual verəndə çox sərt cavablar verirsiz. Bəzən mətbuat bu cavabların siyasətdən kənar olduğunu qabardır, belə əsaslandırırlar ki, ermənilərlə bir yerdə yaşamağa hazır olan azərbaycanlıların lideri bir qədər yumşaq davranmalıdır.


- Axı mən şuşalıyam. Onlarsa mənim vətənimi əlimdən alıblar. Heç bir günahım olmadan hər şeyimi bir günün içində əlimdən alıblar. Kiminlə yumşaq danışmalıyam, mənim evimi başıma uçuranla, vətənimi işğal edənlə? Mümkün deyil. Allah bizə hər şey verib, amma pis qonşu da verib. Pis qonşu ilə nə dildə danışarlarsa, elə də danışıram. Etiraf etsinlər, torpaqlarımızı qaytarsınlar, bizim bayrağımız altında rahat və xoşbəxt yaşamaqlarını təmin edək. Əks təqdirdə erməniyə həmişə sərt cavab verəcəm. Azərbaycanda o qədər azsaylı xalq yaşayır ki, onlardan da biri erməni olsun. Necə olur, bizim vətəndaşlarımız olan azsaylı xalqlarla mehriban davranırıq, eynihüquqluyuq, bu günə qədər aramızdan su keçməyib, erməni isə düşmənə çevrilib. Demək günah onların özündədir, xislətlərindədir, mənəviyyatlarındadır.


- Deyirsiniz müharibə olacaq?


- Məgər biz müharibə etmişik ki?.. İndi növbə Azərbaycanındır. Vətəndaşlar bir-birinə, xalq isə prezidentimizə söykənməlidir. Bu birlik Qarabağı işğaldan azad etməyə qadirdir və alacağıq da.


- Hansı xarakterinizdən xoşunuz gəlmir?


- Dinləmə qabiliyyətim zəifdir. Söhbət gedir, mən artıq cavabını bilirəm. Ona görə də o sözünü bitirməmiş istəyirəm deyəm. Bunu isə söz kəsmək hesab etmirəm, sadəcə vaxt getməsin. Vaxt hər şeydən qiymətlidir.


- Dəyişmək istədiyiniz xarakter var?


- Yoxdur. Necə yaşamışam, elə də ölmək istəyirəm. Mən xalqımı, vətənimi çox sevirəm. Bilirəm ki, onlar da məni sevir. Bunun üçün xoşbəxtəm.


www.525.az

Опубликовано: 15 Май, 2015 11:06 | Просмотров: 1227 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo