Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

"Müstəqil inkişaf yolunda heç kim bizə mane ola bilməz"

Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərovun müsahibəsi



- Ziyafət müəllim, ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı növbəti kampaniya başlayıb, bu oyunların boykot edilməsi çağırışları səsləndirilməkdədir. Bu haqda nə deyərdiniz?


- Biz dəfələrlə bu məsələyə münasibət bildirmişik, bu gün də istəyirəm fikirlərimi sizinlə bölüşüm. Təəssüf ki, Avropa Oyunları ərəfəsində bəzi beynəlxalq təşkilatlar və Azərbaycanda olan bəzi qeyri-hökumət təşkilatları qarayaxma kampaniyasına qoşulublar. Biz hələ bir neçə il bundan əvvəl Azərbaycanda "Eurovizion" mahnı müsabiqəsi keçirilərkən bu qarayaxma kampaniyasının şahidi olmuşuq. Çox təəssüf edirəm ki, bu qarayaxma kampaniyasına qoşulanlar Azərbaycanı gözdən salmaq istəyirlər. Biz bu oyunları, bu məsuliyyəti öz üzərimizə götürmüşüksə, əslində buna görə bizə sağ ol deməlidirlər bu qarayaxma kampaniyasına qoşulanlar.

Çünki bu qədər məsuliyyəti, oyunların bu qədər yüksək səviyyədə təşkil olunmasını öz üzərinə götürmək, doğrudan da, məsuliyyətli bir işdir. Amma biz bunun tamamilə əksini görürük və buna çox təəssüf edirik. Ona görə bir daha bildirmək istəyirik, bunlar hamısı əbəsdir, bunlar hamısı baş tutmayan işlərdir. Azərbaycan öz iqtisadi inkişafı ilə, öz siyasi nüfuzu ilə  dünyada  özünəməxsus olan yerin tutub və inanırıq ki, bu oyunlar yüksək səviyyədə keçiriləcək. Əslində bizim bu oyunları yüksək səviyyədə təşkil etməyimiz və onu həyata keçirməyimiz elə onlara-anti-Azərbaycan kampaniyasını başlayanlara tutarlı, layiqli cavab olacaq.


- Sizcə, bu oyunlar Azərbaycana nə verəcək?


- Bu, çox yaxşı sualdır. Məsələnin siyasi tərəfini, bu oyunların Azərbaycana gətirəcəyi siyasi dividendi, iqtisadi dividendi, mənəvi, digər dividendləri qoyuram bir kənara, bu oyunların Azərbaycana verəcəyi ən mühüm göstəricilərdən biri Azərbaycan xalqının öz dövlətinə inamının daha da möhkəmləndirilməsidir. 

Azərbaycan xalqının özünə güvənməsidir. Bir vaxtlar, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda hansı vəziyyət var idi? Bizim ulu öndərimiz anti-Azərbaycan qüvvələrinə bir daha sübut etdi ki, Azərbaycan xalqı bu xaosdan çıxa bilər. 

Azərbaycan xalqı müstəqil, güclü dövlət qura bilər. Azərbaycan xalqı öz Konstitusiyasını qəbul edə bilər və fəxrlə deyə bilərəm ki, ulu öndərin kursu bu gün də uğurla davam edir. Və o kursun əhəmiyyəti də ondan ibarətdir ki, Azərbaycan xalqı ulu öndərimizin yolunu, kursunu davam etdirərək, həm də kosmos dövləti ola bilər, "Eurovizion" mahnı müsabiqəsi keçirilə bilər, müxtəlif mədəniyyət, incəsənət tədbirləri keçirə bilər.

Nəhayət, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bir daha onu sübut edir ki, Azərbaycan xalqı özünə inanır, Azərbaycan dövləti möhtərəm prezidentimizin rəhbərliyi ilə özünə güvənir və bu tədbirləri yüksək səviyyədə həyata keçirir. Bizim hesab edirəm ki,əsas dividendimiz ondan ibarət olacaq ki, bu, xalqımızla dövlətimizin, prezidentimizin arasında olan sıx bağlılığın bir daha bariz nümunəsini göstərəcək və həm də onu göstərəcək ki, nə qədər qarayaxmalar olsa belə, Azərbaycan xalqı, Azərbaycan dövləti öz yolu ilə- müstəqil inkişaf yoluyla gedir və bu yolda da heç kim bizə mane ola bilməz.


- Yeri gəlmişkən, opponentləriniz tərəfindən belə iddialar da səslənir ki, nəyə görə iqtidar Rusiyanı, Putini deyil, Qərbi, ABŞ-ı, Obamanı daha çox hədəf alır...


- Biz həmişə ATƏT-in Minsk qrupunun üzvlərini tənqid etmişik, o cümlədən, Rusiyanı da, Amerika Birləşmiş Ştatlarını da, Fransanı da. Çünki 20 ildən artıq bir müddət ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasında biz elə bir irəliləyiş görmədik. Amma burada yanaşma hesab edirəm ki, müxtəlif cür olmalıdır. Bir odur ki, hansısa dövləti tənqid edəsən, biz də tənqid edə bilərik, bizi də tənqid edə bilərlər. Bir də odur ki, ölkənin daxili işlərinə qarışırsan. Bax söhbət bundan gedir. Yəni, heç bir ölkənin heç bir başqa ölkəyə insan hüquqları adı altında müdaxiləsi, onun daxili işlərinə qarışması qəbulolunan hal deyil. İnsan hüquqları mövzusunu alver predmetinə çevirib, ölkənin daxili işlərinə qarışmaq bizi narahat edən budur. Biz beynəlxalq hüququn müəyyən etdiyi norma və qaydalarla hər bir dövlətlə eyni əsaslarla əməkdaşlıq edirik, o cümlədən, ABŞ bizim strateji tərəfdaşımızdır.

Amma məsələnin kökünə gələndə görürsən ki,  biz artıq nə qədər  səmimiyyət göstəririksə, bir o qədər işimizə qarışırlar. Ona görə də çox təəssüflə bunu qeyd etməliyəm ki, bu gün dünyada beynəlxalq münasibətlərdə çox böyük bir böhran var. Bu gün dünyada beynəlxalq münasibətləri tənzimləməli olan beynəlxalq hüququn çox böyük böhranı var. Və bu gün dünyada beynəlxalq hüquq sahəsində  aşağı hüquq mədəniyyətini  görürük. Yəni, əgər dövlətlər bərabərhüquqlu subyektlərdirsə, beynəlxalq hüququn bərabərhüquqlu subyektləridirsə, onda bir-birilərinə də normal, səmimi yanaşmalıdırlar. Bax, söhbət bundan gedir.


www.525.az

Опубликовано: 15 Май, 2015 11:07 | Просмотров: 1032 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo