Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

"Xaraktersiz insanları aldatmaq çox asandır"

Adil Əliyev: "Biləcəridən o tərəfə keçməyənlər dövlətin siyasətini müzakirə edirlər"



I Avropa Oyunlarına sayılı günlər qaldı. Təbii ki, bu oyunların Azərbaycanda keçirilməsi çoxları tərəfindən birmənalı qarşılanmır. Millət vəkili, Kikboksinq Federasiyasının rəhbəri Adil Əliyev Avropa Oyunlarının dövlətin siyasəti olduğunu deyərək, bunu müzakirə edənlərin də əksəriyyətinin Biləcəridən o tərəfə keçməyən adamlar olduğunu deyir. Deputat "Ekspress"ə müsahibəsində həm bu, həm də son günlər gündəmi zəbt etmiş digər məsələlərə aydınlıq gətirməyə çalışıb.



- Qarşıdan I Avropa Oyunları gəlir. Amma bəziləri Azərbaycanın bu oyunla ev sahibliyi etməsini birmənalı qarşılamır. Bir idmançı, bir millət vəkili kimi bununla bağlı fikirlərinizi bilmək istərdik...


- Avropa Oyunlarının Azərbaycanda keçirilməsini birmənalı qarşılamayanların, ümumiyyətlə, Azərbaycan həqiqətlərindən, Azərbaycan problemlərindən, onun həllindən kənarda qalmasından irəli gəlir. Çünki bu gün dövlət var gücü ilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla məşğuldur. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi önəmli hadisədir. Bizim bəzi vətəndaşların buna barmaqarası baxması onların dünya siyasətindən xəbərsiz olduğunun göstəricisidir. Biləcəridən o tərəfə keçməyən adamlar bu gün dövlətin apardığı siyasətin müzakirəsi ilə məşğuldur. Hansı ki, bu, cılız müzakirələrdir. Analitik, araşdırmaçı olsaydılar, bu tədbirin nə qədər böyük önəm daşıdığını analiz etsəydilər, yenə başa düşmək olardı. Ancaq hər hansı bir qarın davası döyən insanın belə bir böyük tədbiri müzakirə etməsi, doğrudan da, Azərbaycanın içində yaşaya-yaşaya azərbaycançılıqdan kənarda qalmaq deməkdir. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bir günün zəhməti deyil. Avropa Oyunları zamanı Avropanı öz ayağımıza gətiririk. Təsəvvür edin, 49 ölkənin 6 min nümayəndəsinin və neçə minlərlə tamaşaçının Azərbaycana gəlməsi, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması, Avropanın Azərbaycanı öz gözü ilə görməsi çox önəmli bir hadisədir.

Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyır. Bütün tarixi mənbələrdə yazılacaq ki, Avropa Oyunları ilk dəfə Azərbaycanda keçirilib. Və Avropa Oyunları internetdə axtarışa verilən zaman Azərbaycanın adı çıxacaq. Bu, çox gözəl haldır. Əvvəlllər biz xarici ölkələrə gedəndə Azərbaycan deyəndə tanınmırdı. Bakıda keçirilən "Eurovision" yarışmasından sonra avropalıların müəyyən hissəsi tanıdı. İndi daha çox avropalı Azərbycanı tanıyacaq və tanıdıqca da Azərbaycan xalqının haqlı davasını öz gözləri ilə görəcəklər.


- Sizcə, Avropa Oyunları Qarabağ probleminin həllində nə kimi rol oynaya bilər?


- Düşünürəm ki, Avropa Oyunları elə Qarabağ probleminin həllində böyük rol oynayacaq. Azərbaycan 1996-cı ildə Atlanta Olimpiya Oyunlarından sonra idmançılarımıza görə bir qədər də tanındı. Ondan sonrakı uğurlarımız bugünkü Avropa Oyunlarının keçirilməsi üçün Azərbaycana haqq qazandırdı. Dünya ictimayyəti, beynəlxalq qurumlar, idman təşkilatları Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə elə belə etimad göstərmədilər. Onlar hər zaman gördülər ki, Azərbaycanda kiçik bir turnirin keçirilməsinə nə qədər diqqətlə, qonaqpərvərliklə yanaşılır. Sonra Avropa, Dünya çempionatları keçirildi Azərbaycanda. Və bu da kiçik tədbirlərin nəticəsidir ki, Azərbaycan I Avropa Oyunlarının keçirilməsi hüququnu əldə etdi. İnşallah, yaxın zamanlarda Avropa Oyunları keçiriləcək və heç bir təxribat Azərbaycanda Avropa Oyunlarının keçirilməsinə maneə ola bilməz.


- Bu il həm də növbəti parlament seçkiləri ilidir. Növbəti dəfə də namizədliyinizi irəli sürəcəksinizmi?


- Mən artıq iki seçkidir millət vəkili oluram. Çalışmışam ki, insanlara verdiyimiz sözə əməl edək. Açığı, bilmirəm ki, builki seçkilərə gedəcəyəm, yoxsa yox. Amma hər zaman istəmişəm ki, seçkilərə seçicilərinin problemləri ilə yaxından maraqlanan insanlar getsin. Əgər elə bir insan çıxacaqsa, dövlətimizin müdafiəsində duran, seçicilərin problemlərinə önəm verən insan olacaqsa, mən heç bir zaman prisipial mövqedə olmaram. Mübarizə aparmaq mənim prinsipimdir. Əgər hər hansı bir yarışmaya qatılıramsa, təbii ki, axıra qədər mübarizə aparıram.


- Siz Nərimanov rayonu ərazisindən seçilmisiniz və bilirik ki, tez-tez seçiçilərinizlə görüşlər keçirisiniz. Bu gün sizin seçicilər ən çox hansı problemlərlə sizə müraciət edir?


- Seçicinin qışda qaz, yayda su problemi var. Bu, hər yerdə olduğu kimidir. Ancaq son zamanlar bizim rayonumuzda, demək olar ki, bu problemlər aradan qalxıb. Bununla belə, seçicilərimizin müxtəlif problemləri olur. Qərargahımızın qapıları hər kəsin üzünə açıqdır. 10 ildir eyni insanlarla çalışırıq. İnsanlar bəzən elə problemlərlə gəlirlər ki, həmin problemlərin həlli zaman və nüfuz, güc, maddiyyat tələb edir. Hər ayın 1-də bizim seçicilərmizlə görüşlərimiz olur. Bəzən başqa ölkələrdə olanda həmin görüşü növbəti aya təxirə salırıq.

Çox problemlər var, amma bunlar mətbuat üçün deyil. Gücümüz çatdığımız qədər yardım edirik. Amma biz işə düzəltmə ilə məşğul ola bilmərik, axı. Bizim belə hüququmuz yoxdur. Bir- iki dəfə kimdənsə xahiş etmək olur, amma burada oturub məşğulluq idarəsinin işləri ilə məşğul ola bilmərik. Başqa problemləri bacardığımız qədər həll etməyə çalışrııq.


- Eyni zamanda, Kikboksinq Federasiyasının rəhbərisiniz. İşləri çatdıra bilirsinizmi?


- Mənim başqa vəzifəm yoxdur. İdman və millət vəkilliyi bir-biri ilə bağlı işlərdir. Dövlətin, ölkəmizin rəhbərinin qarşısında, onun platformasında göstərildiyi prioritet sahələrdən biri də idmandır. İdman çox önəmli bir sahədir. Ulu öndər Heydər Əliyev 70-ci illərdə ilk dəfə hakimiyyətə gələndə Azərbaycanda idman meydançalarının, idman şəhərciklərinin tikintisi ilə məşğul oldu. O dövrlərdə Azərbaycan idmançıları çox az idi. Ancaq Azərbaycanda tikilən idman ocaqları sonradan kababxana, restoran, kafeyə, saunaya çevrilmişdi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə bunları görmüşdü. İdmanın maddi texniki bazası sıfır dərəcə idi. Həmin ərəfədə Qarabağ müahribəsi gedirdi. Bəziləri müharibədən yayınır, fərarilik edirdlər. Bu da ondan irəli gəlirdi ki, insanların gücü yox idi və əsgərlikdə tab gətirə bilmirdilər. Orta məktəbi bitirib əsgərliyə gedənin, təbii ki, gücü olmaz. Və o qaçırdı əsgərlikdən. Bunun qarşısını almaq üçün Azərbaycanda idman hərəkatına təkan vermək lazım idi. Və bu sahənin rəhbərliyinə elə bir adam gətirilməli idi ki, idman hərəkatı, doğrudan da, dövlətin apardığı işlərin önündə getsin, Azərbaycanımızı sağlam təbəqə, sağlam mühitdə böyümüş gənclərimiz təmsil etsin. Və 1994-cü ildə İdman və Gənlər Nazirliyi, 1995-ci ildə İdman və Gənclər günü, ondan sonra Milli Olimpiya Komitəsi yaradıldı və komitəyə İlham Əliyev cənabları gətirildi. Və ondan sonra böyük idman hərəkatına başlanıldı. Ölkədə böyük idman komplekslərinin tikilməsinə start verildi. Bütün federasiyalara tapşırıq verildi ki, ölkədə kütləvilik təmin olunsun. Bunun üçün idman zalları tikildi, istifadəyə verildi. İdmançılarımız tanınmağa başladı.

Bizim Federasiya çoxdan fəaliyyət göstərir. Mən quruma 2000-ci ildən prezident seçilmişəm. Və elə həmin ildən də federasiyasının inkişafı üçün çalışıram. Demək olar ki, federasiyamızda kütləviliyi təmin etmişik. Azərbaycanın bölgələrində 100-ə qədər kikboksinq klubları fəaliyyət göstərir. 10 minə yaxın idmançılarımız var. Bu gün məşqçi, federasiya rəhbərliyi öz işini bilir. Bizim bu gün zallarımıza yığılan uşaqlar, gənclər, yeniyetmələr sabah Azərbaycan Ordusunun əsgərləridir. Buna görə də biz çalışırıq ki, onlar qorxmaz və düşmənin gözünün içinə mərd baxa bilsinlər. Ola bilsin ki, onlar Avropa və ya dünya çempionu olmayacaqlar, ancaq ən azından düşməninin gözünün içinə baxa bilən idmançılar olacaqlar və onlar bizim sərhədlərimizdə, bizim keşiyimizdə duracaqlar.


- Bir ara, deyəsən, sizinlə rəqabətə girmək istəyənlər var idi. Nə oldu o işin axırı?


- Yox, rəqabət deyil. Dediyim kimi, Azərbaycanda 100-ə qədər Federasiyanın klubu var. Mən bu gün də deyirəm ki, əgər məndən çox bu federasiyaya canı yanan tapılsa - mən özüm axtarıram - daha çox maddi imkanı olan və daha çox əlaqələri olan insan olsa, mən vitse-prezident keçərəm. Çünki bizim imkanlarımız nə qədər çox olsa, bir o qədər çox iş görə bilərik.

Bizim icazəmizlə yaranan klublardan biri bir dəfə tədbir keçirdi. Bizə də xəbər etmişdilər, mən razılıq vermişdim. İstəyirdim ki, onlar bizi peşəkar şəkildə təqdim etsinlər. Ondan sonra eşitdim ki, ikinci yarış keçirirlər, amma bundan Federasiyanın xəbəri yoxdur. Klubun öz ixtiyarı yoxdur yarış keçirməyə. Klub yarış keçirmək istəyirsə, əsasnamə hazırlayır, Federasiya, daha sonra Gənclər və İdman Nazirliyi onu təsdiq edir. Mən hansısa kluba görə boynumu niyə zərbə altına qoymalıyam? Ona görə də mən xəbərdarlıq etdim ki, Federasiyadan xəbərsiz tədbir keçirməyin. Federasiya vahid təşkilatdır. Ölkə qanunlarını rəhbər tutaraq o qanunları icra edir. Hansısa bir klub Federasiyadan xəbərsiz yarış keçirirsə, deməli, bu, özbaşına bir yarışdır. Və biz də buna qarşı çıxdıq. Xəbərdarlıq elədim, gördüm başa düşmürlər. Çünki kikboksinq adı gələndə biz yada düşürük, bizə zəng edib maraqlanırlar. Mən bunu bir jurnalistə zəng edib deyə bilərdim, amma mən "facebook" səhifəmdə yazdım ki, hamı xəbərdar olsun.


- İdmançı olmaq şəxsi həyatda karınıza gəlibmi?


- Təbii idmançı olmaq, prinsipiallıq hər insanın karına gəlir. İdmançı olmaq çox gözəldir. Mən bir günümü belə idmansız təsəvvür etmirəm.


- Deyəsən, övladlarınız da idmanla məşğul olurlar...


- Hə, böyük oğlum məşğul olur, məşq edirik. Düzdür, indi tələbədir. Mən ümumiyyətlə, bütün bütün gəncləri idmanla məşul olmağa dəvət edirəm. İdman sağlamlıqdır, idman tanınmaqdır, idman dönüş nöqtəsidir. İdman bir nəsilin taleyini dəyişə bilər. O qədər idmançı var ki, heç nəsillərində tanınan insan olmayıb, amma indi onun idman sahəsində olması bütün nəsilin başını uca edir. Bir dəfə Olimpiya çempionu olmaq 5 millət vəkilinin fəaliyyətindən üstündür.


- Məhərrəm Əliyevin qardaşı olmaq sizə nə verib?


- Məhərrəm Əliyev mənim böyüyümdür, mənim fəxrimdir. Onun qardaşı olmaq böyük şərəfdir. Mən sevinirəm ki, Məhərrəm Əliyevin qardaşıyam, nəinki hansısa məmurun. Məhərrəm Əliyevin vətənə, millətə bağlılğı, insanlığı, ədalət prinsipinə riayət etməsi, onun vicdanı, əxlaqı çoxlarına nümunə olmalıdır. Məhərrəm Əliyev alnıaçıq adamdır. Heç vaxt gördüyü işə görə peşman olmayıb. Gecə də rahat yata bilir. Nə qədər çirkab atsalar da, yapışmadı, çünki Məhərrəm Əliyev Allah xofu olan bir insandır.


- Son zamanlar Bakıda yaşayış binalarında baş verən yanğınlar ölkə gündəmini dəyişdi...


- Əslində, Səhiyyə Nazirliyinin binasının yanması bizə siqnal olmalıydı. Xətai rayonunda Nobel prospektində bina yananda daha ehtiyatlı olmaq lazım idi. İlk növbədə bu işləri icra edənlər özlərini orada yaşayanların, orada rəhmətə gedənlərin qohum-əqrəbalarının, yaxınlarının yerinə qoymalıdırlar. Hər şey insanların vicdanına bağlıdır. Vicdanlı insan maddiyyata görə belə böyük səhvlər etməzdi. Bunları şeytan aldadıb. Xaraktersiz insanları aldatmaq çox asandır.

Həmin üzlüklər o şirkətlərin hesabına sökülməli, dəyən ziyan o şirkətlər tərəfindən ödənilməli və şirkətlər cəzalandırılmalıdır. Əlbəttə, dövlət komissiya yaradıb və qərarlar qəbul olunur. Günahkarlar da məsuliyyətə cəlb olunacaqlar.


- Bu arada oliqarxların həbsi də geniş müzakirələrə yol açdı...


- Sovet vaxtı 20 qəpiyə görə həbs edilənlər hələ azadlığa çıxmayıb. Əvvəla, pulu verən bankın rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır. Əgər o, "zaloq" saxlayıbsa, pulu verə bilmirsə, "zaloq" batacaq. Girovsuz götürübsə, bank bu qədər pulu "zaloq"suz niyə verir? Biz hər şeyin içini bilmirik. Hərənin öz xarakteri var. Mənim xoşuma gəlməyən şeylər çoxdur. Biz bu gün insanlarla oturub-dururuq, onlar ancaq gözəl restoranlardan, gözəl konsertlərdən, gözəl maşınlardan, gözəl təyyarələrdən danışırlar. Ancaq sual verəndə ki, sən hansı hərbi hissəyə getmisən, hansı uşaq evində olmusan, hansı qocalar evinə getmisən, hansı kasıb qonşuna əl tutmusan, buna cavab verə bilmirlər. Bizim bəlamız da bundadır. Allah bizə bir tikə çörək veribsə, onu bölməliyik. Allah bunları sınağa çəkir. Verir pulu. Ancaq onlar axirətlərini istəmirlər. Axirətləri üçün heç bir iş görməyiblər, o qədər elə adam tanıyıram ki, axirətləri olmayan. O qədər insan tanıyıram ki, haqsızlıq edən...


İradə Cəlil

Опубликовано: 29 Май, 2015 10:36 | Просмотров: 1350 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo