Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Qələm qılıncdan kəsərlidir!

İnkişaf etmiş intellekt sahibinin əlində olan qələmin yazdığı hər söz, hər ifadə insanı həm güldürə, həm ağlada, həm sevdirə, həm də nifrətə sövq edə bilər. Tarix bunun şahididir.



Söhbət Azərbaycan dilində yazılmış, bununla yanaşı, həm də ingilis dilində nəşr olunmuş “Yalanın gerçəkliyi” («Reality in lie» ABŞ, Kanada, 2014) kitabından gedir.  Cəmiyyət üçün hər zaman aktual olan mövzulara həsr olunmuş bədii ədəbiyyat nümunəsi istedadlı yazıçı-publisist, Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan Universitetinin şərqşünaslıq fakültəsində mənimlə bir kursda təhsil almış dostum Fazil Abbasovun (Fazil Güney) qələmindən çıxıb. Hekayə və povestlərdən ibarət “Yalanın gerçəkliyi” kitabının ingilis dilində Kanadada nəşr olunmuş variantı dünyanın bir çox internet mağazalarında böyük tirajla satılır. Təbii ki, bu, müəllif üçün böyük uğur, eyni zamanda bizim üçün qürürverici haldır. 

Kitab haqqında düşüncələrimi qələmə almaq qərarıma gəlincə deyim ki, məni buna sövq edən kitabın bütün dövrlər üçün öz aktuallığını itirməyən mövzulara həsr olunmasıdır. Üstəlik, hazırda hətta bəşəri və hətta ailə münasibətlərində də mənəvi-əxlaqi dəyərlərin sürətlə itirildiyi bir dövrdə yaşadığımızı xatırlasaq, “Yalanın gerçəkliyi” kitabının cəmiyyət üçün necə əhəmiyyətli olduğunu izah etməyə ehtiyac qalmaz. Hərc-mərcliyin baş alıb getdiyi, insani dəyərlərin iflasa uğradığı, yalanın ayaq tutub yeridiyi bir zamanda yaşayırıq. Firavan gələcəklə bağlı dünya ölkələrində milyonlarla insanın, xüsusən gənc nəslin bütün ümidləri getdikcə öz təməlini, dayaq nöqtələrini itirməkdə davam edir. Heç şübhəsiz ki, bu vəziyyət ən çox mənəvi dəyərlərin hər şeydən üstün olduğu zəmanədə böyüyüb boya-başa çatmış, tərbiyə almış yaşlı nəsli daha çox məyus edir. Kitabı qələmə alan istedadlı yazıçı-publisist Fazil Güney də bu nəslin nümayəndəsidir. O, öz dəyərli fikirlərini oxucuya anlaşıqlı, aydın və səlis tərzdə çatdırmaqdan ötrü bədii ədəbiyyatın həm yumor, həm satira janrından məharətlə istifadə edir. Yenicə formalaşmasının şahidi olduğumuz mənəvi-əxlaqi dəyərlərin mahiyyətini açmağa səy göstərir və əminliklə deyirəm ki, bu çətin işin öhdəsindən bacarıqla gəlir. 

Bəli, məni kitab haqda düşüncələrimi sizinlə bölüşməyə vadar edən Fazil Güney yaradıcılığının məhz bu cəhətləri oldu. Onun toxunduğu mövzular mənə o qədər doğma, o qədər yaxın gəldi ki, xeyli vaxtdır demək istədiklərimi kağız üzərinə köçürməyə mənəvi ehtiyac duydum. Kütləvi informasiya vasitələrində dərc olunan məqalələrimi izləyən oxucular yaxşı bilirlər ki, mənəvi-əxlaqi dəyərlərin iflası mövzusu mənim çox əhəmiyyət verdiyim sahədir. Dünyanın bir çox ölkələrində, xüsusilə də ABŞ və Avropada ailə münasibətlərində həyata keçirilən köklü dəyişikliklər fonunda mənəvi-əxlaqi dəyərlər mövzusu ilə bağlı fikirlərimi qələmə almaya bilmərəm. Bu haqda nə qədər istəsən yazmaq, nəşr etmək üçün material var. F. Abbasov bu barədə toplum şəklində kitab nəşr etdirənlərdən birincisidir desəm, yəqin, yanılmaram. 

Hamımız bilirik ki, ürəkdən gülmək hər adama qismət olmur. Buna gərək insanın həm cismi, həm ruhu, həm də şüuru hazır olsun. Başqalarını güldürmək isə ondan da çətindir. Bunun üçün gərək fitri-istedadın, istədiyini aydın tərzdə ifadə etmək bacarığın olsun. Fazil Güney istər “Kirpi” satirik jurnalında, istərsə də “AssA-İrada” adlı ilk beynəlxalq özəl xəbər agentliyi və ingilis dilli “AzerNews” qəzetində qarşıya qoyduğu hədəfə həmişə nail olub. O, jurnalist-publisist və yazıçı kimi özünü hər zaman, hər yerdə doğruldub. 

Əslində gülmək də, güldürmək də, kimisə gülünc vəziyyətə salmaq da yazıçı-publisistdən, satirikdən Tanrının hamıya bəxş etmədiyi xüsusi bacarıq tələb edir. Kiminsə arxasında pis niyyət durmayan səhvlərinə, yanlış hərəkətlərinə satirik münasibət göstərmək, qəlbini qırmadan onu və digərlərini güldürməklə oxucuda xoş təəssüratlar oyatmaq yazıçıdan böyük qabiliyyət, iti düşüncə tərzinə malik olmaq, yazmaq və təbii ki, günün nəbzini tutmaq bacarığı tələb edir. Həyatının günbəgün dəyərdən düşdüyü, mənasını itirdiyi vaxtda belə əsərlər insan yaşamını yenidən dəyərləndirməyə sövq edir. Fazil Güneyin şəxsi və yaradıcı keyfiyyətlərinə yaxşı bələd olan biri kimi deyə bilərəm ki, o öz məqsədinə hər zaman nail olub. O, oxucunun qəlbinin incə tellərinə toxunmağı bacaran yazıçıdır. Mən deyərdim ki, ən əsası da elə budur. Çünki sevgi də, nifrət də şüurun deyil, ürəyin məhsuludur. Axı insanın ürəyi ağlayır, göz isə yalnız çəkdiyi iztirabları yaşa çevirib axıtmaq üçün bir vasitədir. Tökdüyümüz göz yaşları yaşadığımız əzabların ifadəsidir. Axıdılan göz yaşları artıq Yaxın Şərqdə qan gölünə çevrilib. 25 ildən çoxdur ki, erməni cəllad qruplaşmalarının, peşəkar qatillərin əli ilə hər gün neçə-neçə həmvətənimizin xüsusi amansızlıqla qətlə yetirildiyi, torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir vaxtda çoxları məruz qaldığı ədalətsizliyi, çəkdiyi iztirabları yalnız ağlamaqla yüngülləşdirə bilir.

NATO dövlətlərinin hərbi gücü və Ərəbistan yarımadasının zəngin ölkələrinin maliyyə dəstəyi sayəsində Yaxın Şərqdə qanlı vətəndaş müharibəsinin getdiyi, qanın su yerinə axıdıldığı, bir çox dövlətlərin və xalqların sürətlə məhvə doğru addımladığı zamanda məzlum insanlar iztirablarıını yalnız ürəyinin, cisminin zəifləməsi hesabına yüngülləşdirə bilirlər. Bütün bunlar Fazil Güney yaradıcılığını daha da önəmli və aktual edir. O, bir hekayə qəhrəmanının timsalında ümumiləşdirilmiş tipaj yaradır. 

Fazil Güney məkrli hislərin, bəd niyyətlərin ifadəsi olan pis əməllərin cəmiyyət üçün yaratdığı çətinliklərin mahiyyətinə varmağı bacaran universal xarakterli publisist-yazıçıdır. O, apardığı təhlillərin nəticəsi olaraq gəldiyi qənaəti bədii çalarla zənginləşdirib yüksək ustalıqla qələmə alır. Dediklərim 2014-cü il ABŞ-da işıq üzü görmüş və dünyanın bir çox internet mağazalarında çox satılanlar siyahısında olan “Yalanın gerçəkliyi” kitabına da aiddir.  Kitabda oxucular xalqımıza məxsus xeyirxahlıq, sülhsevərlik, ədalətlilik kimi məziyyətlərlə yanaşı, heç bir halda bəraət qazandırlması mümkün olmayan nifrət, qisas kimi cəmiyyətə zərər vuran xüsusiyyətlərə münasibət də öz əksini tapıb.  

Göstərmək istərdim ki, kitabda yer almış “Amazon” hekayəsində insanların düşüncə tərzlərinin, əxlaqi dəyərlərinin necə dəyişdiyi real obrazlar timsalında təsvir olunur. Mövzunun müasir dövrdə cəmiyyətimiz üçün aktual olduğunu kimsə inkar edə bilməz. Müasir dövrdə tam aydın məqsədləri, şəxsiyyət kimi formalaşmaqdan ötrü real konsepsiyası olmayan xeyli gənc bu gün mənəvi-əxlaqi dayaqlarını tapa bilmədiklərindən pis əməllərin təsirinə düşür, hər şeydən əvvəl öz həyatlarını çətinləşdirirlər. 

Müəllif mənəvi-əxlaqi dəyərlərlə bağlı cəmiyyəti narahat edən əsas məqamları bir ailənin timsalında təsvir edir. Milis rəisinin ailəsində böyümüş, tərbiyə hüdudlarından çıxmış Amazon adlı qızın obrazı vasitəsilə yazıçı müasir dövrdə kapitalın quluna çevrilmiş, haram yollarla qazandıqları milyonları sağa-sola xərcləməyə alışmış bir sıra insanların öz nəfsləri ucbatından başlarına açdıqları müsibətləri oxucuya təqdim edir.

Əslində dünya səviyyəsində mənəviyyatın iflasa uğradığı dövrdə yazıçının nə üçün məhz bu mövzunu seçməsi anlaşılandır. Onun “Cənnəti pulla almaq istədi” adlı hekayəsində də oxşar süjet xəttini izləyirik. Bu, yazıçının zəngin təxəyyülündən irəli gələn mücərrəd mövzu deyil. Bu gün həqiqətən də pulla hər şeyi ala biləcəyini düşünən yüzlərlə, minlərlə insan var. 

Uğurlu mövzu seçimi ilə yanaşı, kitabı oxunaqlı edən başqa bir məqam yazıçının maraqlı üslubu, dəqiq müşahidələri və gördüklərini oxucuya təsirli şəkildə çatdırmaq bacarığıdır. Məhz bu məziyyətlər insanı həyata baxış bucağını dəyişdirməyə, kapitalın təsirindən çıxıb əcdadlarımızın hər zaman böyük önəm verdiyi, bizə miras qoyduğu bulaq suyu kimi şəffaf mənəvi-əxlaqi dəyərlər, onların münasibətlərdə vacibliyi barədə düşünməyə vadar edir. 

Zənnimcə, “Yalanın gerçəkliyi” kitabının əsas məqsədi yeni ictimai münasibətlər fonunda artıq adi hal kimi yanaşmağa başladığımız neqativ motivləri aşkarlamaqdadır. Bu mühüm prosesin mənəvi tərkibini təşkil edən əsas xırdalıqlar, müasirliyin ruhuna uyğun yeni müasir ehtiyacların formalaşması yazıçı-publisist Fazil Abbasovun yaradıcılığında əsas yer tutur. O, dünya səviyyəsində yalanın və hiylənin hökmranlıq etdiyi bir zamanda ortaya çıxmış “təbii” yalandan kiçik “doza”da istifadənin mümkünlüyünü də istisna etmir. Bu, bəşər övladının həyatında tam istisnası mümkün olmayan bir vacib amildir. Yalan danışana pis münasibət hamıya məlumdur. Amma kimsə inkar edə bilməz ki, həyatında bircə dəfə olsun yalan danışmayıb. Bilməli və anlamalıyıq ki, yalanın təməli bəşəriyyətin yarandığı ilk gündən qoyulub. Bunu dəyişməyə insanın gücü çatmaz. Bəzən kiçik də olsa, ailənin və dostluğun, işdə münasibətlərin qorunub saxlanılmasında ona  ehtiyac yaranır. Etiraf edək ki, BMT, ATƏT, Avropa İttifaqı və digər irimiqyaslı beynəlxalq təşkilatların keçirdiyi tədbirlərdə, dünya liderlərinin çıxışlarında tez-tez eşitməyə məcbur olduğumuz qərəzli, bəd və məkrli niyyətləri ört-basdır etmək üçün deyilən yalanların şahidi olur, onun “kütləviləşdiyini” hiss edirik. 

Mən deyərdim ki, Fazil Abbasov bu əsərində yalanın genealogiyasını, mahiyyətini və onun müasir səslənməsini yaşadığımız olduqca qəliz, mürəkkəb, çətin dövrdə izah etməyə uğurlu cəhd göstərib.  Zənnimcə, intellektin və sözün gücü ilə güldürməyi və ağlatmağı, ədalətsizliyə qarşı nifrət oyatmağı, haqsızlığa qarşı mübarizəyə və insana yaraşan, məzmunlu gələcək uğrunda savaş aparmağa sövq etməyi bacaran yazıçının qələminin qüdrəti məhz bundadır. 

Mən də öz növbəmdə yazıçı dostuma yumor və satiraya köklənmiş qələmi əlində möhkəm saxlamağı və gələcək nəsillərə miras qalacaq dəyərli fikirlərini bundan sonra da bu cür ustalıqla ağ kağız üzərinə köçürməyi arzu edirəm. “Qələm yazanı balta kəsməz!” atalar sözünü onun və hamınızın yadına salıram.


Rafiq Əliyev,

professor, fəlsəfə elmləri doktoru

Опубликовано: 29 Май, 2015 10:38 | Просмотров: 1836 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo