Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Dövlət və onun vətəndaşları

Vətəndaşların qarşılıqlı məsuliyyəti - cəmiyyətin mövcudluğunu şərtləndirən bu iki amilin qorunub saxlanması üçün mühüm şərt və sosial zəmanətdir



Əziz oxucular, indi barəsində bəhs edəcəyim mövzu qismən də olsa, hamınıza tanışdır. Mənim bu məsələyə münasibətim isə ola bilsin ki, bəziləriniz üçün yenilik olacaq. Odur ki, Sizinlə ünsiyyət qurmaq fürsətindən yararlanaraq, tarixçi alim və ictimaiyyatçı olaraq dövlətlə vətəndaş arasındakı qarşılıqlı münasibətləri necə təsəvvür etdiyim haqda danışmaq istəyirəm. 

Sözügedən mövzu bəşəriyyətin mövcudluğu üçün həyati əhəmiyyətli məsələdir. Ona görə də xüsusi yanaşma və düzgün qiymətləndirmə tələb edir. 

Demək olar ki, son yüz il ərzində tarix dövlətin vətəndaşlar qarşısında verdiyi vədləri və öz hüquqi vəzifələrini tam həcmdə yerinə yetirmək iqtidarında olmadığı bir çox hallara şahidlik edib. Bu səbəbdən əvvəlki nəsillərin başı çox bəlalar çəkib. Sovet dövründə üç, postsovet dövründə isə bir dəfə pul islahatının (gizli devalvasiya ilə müşayiət olunan) həyata keçirilməsi buna nümunə ola bilər. Nəticədə əhalinin əmanət kassalarında saxladıqları pullar yoxa çıxdı, çətin illərdə dövlətin vətəndaşlara məcburi qaydada payladığı qiymətli kağızların qanuna uyğun şəkildə ödənişindən imtina edildi. Onu da demək lazımdır ki, iqtisadi-maliyyə sahəsində bu cür hallardan heç bir dövlət sığortalanmayıb. Odur ki, dövlətə borc olaraq etibar edilmiş vəsaiti hər zaman itirmək riski var. Ən əsası isə nə qədər qəribə sələnsə də, bu kimi hallar biz vətəndaşlardan və dövlətdən asılı olmayaraq baş verir. Hamı başa düşməlidir ki, həyatın özü riskdən ibarətdir.

Mahiyyət etibarı ilə dövlət ümumi təsərrüfatın aparılması üçün qaçılmaz sayılan konkret siyasi sistemin yaradıcısı hesab edilən vətəndaşlarının inamını qoruyub saxlamaqda maraqlı olmalıdır. Bununla yanaşı, bu dövlətin yaradıcıları kimi biz vətəndaşlar da cəmiyyyətin inkişafı və dövlətin qurulması prosesində meydana çıxa biləcək risk və məsuliyyəti onunla bölüşməli, kənara çəkilib “bu dövlətin işidir” deməklə kifayətlənməməliyik. 

Yerli və əcnəbi “qiymət verənlər”in cəmiyyətimizi necə dəyərləndirməsindən asılı olmayaraq, biz nə müstəmləkəyik, nə də bizə yad qüvvələr rəhbərlik edirlər. Belə demək mümkündürsə, hamıya aid olan taleyimizi, gələcəyimizi etibar etdiyimiz rəhbərləri xalq olaraq özümüz seçir və həmin şəxslərə geniş səlahiyyətlər veririk. 

Əminəm ki, tam formalaşmış xalqların nümayəndələri məhz belə düşünürlər. Əks halda ləyaqət və özünəhörmət hissi insana itirdikləri ilə barışmağa imkan verməz. Ya da ümumiyyətlə özünü xalqın bir parçası olaraq hiss edə bilməzsən. Yaşımızdan və sosial vəziyyətimizdən asılı olmayaraq, biz  vəhdət və tamlığı sevir, hər zaman ahəng və həmrəyliyə can atırıq. Ağıl böhranından əziyyət çəkməyən hər bir vətəndaş məhz belə düşünməlidir.  Bu, xalq və dövlət rəhbərləri qismində seçilmiş hüquqlarımızın zəmanəti olan hakimiyyət, qurduğumuz dövlət, yaratdığımız cəmiyyət – insan toplumu qarşısında onun borcudur.  Amma dünyada heç bir prezident təbii fəlakətlərə – zəlzələ, tufan, vulkan, daşqın, sunamiyə qarşı statusuna uyğun olaraq təkbaşına müqavimət göstərmək iqtidarına deyil. Siyahıya hələ tam qavranılmayan müasir qlobal iqtisadi-maliyyə böhranını da əlavə etsək, o zaman baş verəcəkləri əvvəlcədən proqnozlaşdırmağın və onun nəticələrinə tam şəkildə hazırlaşmağın qeyri-mümkün olduğunu anlamış olarıq. Bütün dünyada əsl fəlakət kimi qiymətləndirilən böhran günahkarlarını məsuliyyət yükündən azad etmək üçün hamı baş verənləri dünya xalqlarının və ölkələrinın ümumi bəlası adlandırmaq tərəfdarıdır. 

Əminəm ki, göydə yazılanların yerdəki reallıqlarla heç bir əlaqəsi yoxdur. Onun öz planları, proqnoz və “ünsiyyət vasitəsi” var. Düzdür, bəzən bu sirlərin üstünü açmağa, məsələn, təbiətin davranışını proqnozlaşdırmağa, havanın sabah, hətta bir neçə həftədən sonra necə olacağını deməyə nail oluruq. Amma bütün bunlar o qədər kiçik nüanslardır ki, onlara güvənmək, arxalanmaq olmaz. Necə deyərlər, bilmədiklərimiz bildiklərimizdən qat-qat çoxdur. Bilmədiklərimiz isə bizim gücümüz daxilində deyil. Amma bu, heç də o demək deyil ki, başımıza gələn bəlalara görə gözəgörünməz qüvvələri günahlandırmalıyıq. Bu, nə əxlaq, nə də insani münasibətlər baxımından düzgün olmaz.   

Bəlaları kimin və niyə göndərdiyini, daha dəqiq desək, yaratdığını biz, əlbəttə ki, bilmirik. İrəli sürdüyümüz ehtimallar sadəcə geniş təxəyyülümüzün bəhrəsidir. Şüurumuz isə bizə yalnız belə xoşagəlməz sürprizlərin yarana biləcəyi fikrini irəli sürməyə imkan verir. İdrakımız öz məhdud imkanları çərçivəsində ancaq bunu edə bilir. Düzünü desək, fikir azadlığı və sərbəst qərar vermə yaşadığımız həyatın gerçəklikləri ilə çox zaman üst-üstə düşmür. İnsan təxəyyülü genişdir, baş verənləri dərk etmək imkanı isə qeyri-məhduddur. Bax beləcə, geniş təxəyyüllə məhdud düşüncələr, istəklərlə gerçəkliklər arasında vurnuxuruq. Bütün həyatımız ziddiyyətli anlayışlar arasında harmoniya axtarışına sərf olunur. Tarix göstərir ki, heç əcdadlarımız da bir-birilə ziddiyyət təşkil edən bu iki məfhum arasında orta nöqtə tapmağa nail olmayıblar. Əldə etdiyimiz elmi nailiyyətlərdən görünür ki, müasir dövrün insanlarının da uzunsürən axtarışları bir nəticə verməyəcək. Deməli, imkanlarımız xaricində olan müəmmalar və onun səbəbləri qarşısında bəşər övladı hələ ki acizdir. 

Cəmiyyətin siyasi sisteminin əsas institutu olan dövlət konkret vəzifələri və nailiyyətləri ilə birgə olduqca geniş məfhumdur.  O, sadəcə geniş imkanlara deyil, həm də biz vətəndaşların firavanlığını şərtləndirən məhdudiyyətlərlə bağlıdır. Hakimiyyət imkanları xaricində heç nə edə bilməz.  Yaxşı olar ki, cəmiyyətin hər bir üzvü bu imkanların sərhədlərini qavraya bilsin. Təəssüf ki, bəziləri hakimiyyətin imkanlarının harada məhdudlaşdığını, sərhədin harada başladığını anlamaq istəmir. Daha dəqiq desək, dövlətin imkanları xaricində olan nəyəsə ümid bəsləyir. Əslində bu, təbiidir. Çünki reallıqla barışsa, özünü zəif, gücsüz və aciz qüvvə kimi hiss edəcək ki, bu da sözün əsl mənasında insanda mənfi emosiyalar yaradır. Belə olduğu halda boş ümidlər və özünü aldatma nəticəsində ağıl böhranı yaranır. Məsələ burasındadır ki, ağıl istər cəmiyyətdə, istərsə də seçdiyimiz rəhbərlərin davranışında baş verənləri tam mənası ilə dərk etməyə qabil deyil. Bu səbəbdən bəzən insanda hər şeyi dağıdıb məhv etmək, yenisini qurmaq kimi təbii istək yaranır. Tarixdə bu cür faktlara az rast gəlinməyib. Amma nə etməli ki, həyat belə “yenidənqurma”ları başa çatdırmaq üçün çox qısadır. Sovet hökumətinin tənəzzül illərində biz bunun şahidi olduq. Sonda hər kəs elə düşündü ki, mövcud olanı dəyişmək, təkmilləşdirmək onu dağıdıb yenidən qurmaqdan  daha asandır. Amma bu, ilk baxışdan belə görünür. Realda isə vəziyyət daha mürəkkəbdir. Odur ki, əvvəlcədən isbat edilməmiş risk sonda cəmiyyət üçün fəlakətlə nəticələnə bilər. Bütün bu amillərin sağlam düşüncə ilə təhlili hər bir vətəndaşa cəmiyyətdə tutduğu mövqeyi qiymətləndirmək və ətrafdakılara qarşı irəli sürdüyü tələbləri əsaslandırmaq üçün real imkan yarada bilər. Ümid etmək istəyirəm ki, bu imkandan hər kəs yararlana biləcək. Nəticədə biz həm özümüzə, həm də üzvü olduğumuz cəmiyyətə hörmət etməyə başlayacaq, onun inkişafı üçün əlimizdən gələni edəcəyik. Cəmiyyətin natamam tədqiqatı da onu deməyə əsas verir ki, dövlətlə vətəndaş arasındakı qarşılıqlı münasibət əksər hallarda bizdən, dövlətin ali qanununda öz əksini tapmış dövlətçiliyimizin qorunması istiqamətində tutduğumuz fəal mövqedən asılıdır. Bu cür mövqe, təbii ki, hüquqlarımızın müdafiəsi üçün könüllü qaydada seçdiklərimizi məsuliyyətdən azad etmir. Bu hüquqları müdafiə etmək və onlardan yalnız özü üçün istifadə etmək heç Afrikanın azsaylı  tayfa rəhbərlərinin belə bacarmadığı bir işdir. Yəqin elə bu səbəbdən cəmiyyət üzvləri dövlətçiliklə bağlı çətin qərarlar qəbul etmək səlahiyyəti qazandırdıqları rəhbər seçiminə olduqca məsuliyyətlə yanaşırlar. İki əsgərdən yalnız birinin qərar qəbul etmək hüququ olduğunu hər kəs yaxşı bilir. Əks halda onların hər ikisinə böyük zərbə dəyə bilər. İndi görün hər birinin öz hüququ olan milyonlarla insandan ibarət cəmiyyətlə bağlı vəziyyət nə dərəcədə mürəkkəbdir. Təsəvvür edirsiniz ki, hər vətəndaş yalnız öz haqları uğrunda mübarizə aparsa, cəmiyyətdə necə hərc-mərclik yaranar?! İbtidai icma quruluşunda qismən belə hallar baş verirdi. Elə məhz bu səbəbdən də xudbin tayfalar heç bir iz olmadan yoxa çıxdılar. Ən yaxşı halda qəbilənin başçısı öz fiziki gücünə arxalanaraq qəbilə üzvlərindən bütün var-dövlətini ümumi işə sərf etməyi tələb edə bilirdi. 

O vaxtdan bu günə çox az dəyişiklik olub. Düzdür, ali qanunlar qəbul edilib, müasir texnologiya kəşf olunub, cəmiyyətin üzvləri arasında qarşılıqlı münasibətlər nizamlanıb, bu münasibətləri həyata keçirmək üçün yeni mexanizm düşünülüb tapılıb... Amma ibtidai-icma quruluşunun təməlini təşkil edən prinsip sarsılmaz olaraq qalmaqdadır. İnsanların idrak səviyyəsi yüksəlib. Bir vaxtlar xüsusi qəddarlıqla, varvarlıqla həyata keçirilən ərzaq tədarükü, qarşılıqlı münasibətlərin nizamlanması və tələbatların ödənməsi indi daha mədəni şəkildə həyata keçirilir. Cəmiyyət və ya dövlət tərkibində mövcudluğun şərtlərini müəyyən edən daha dəqiq sistem formalaşıb. Eyni vəziyyət vətəndaşlarının istək, imkan və tələbləri ilə digərlərindən o qədər də fərqlənməyən başqa cəmiyyət və dövlətlərlə qurulan münasibətlərdə də müşahidə olunur. Şükürlər olsun ki, onların hamısı cəmiyyətin inkişaf səviyyəsinin və mövcud vəziyyətin imkan verdiyi şəkildə yaşayır. Bu, artıq başqa söhbətin mövzusudur. Bizə isə yalnız dövlətlə vətəndaş, eləcə də vətəndaşla vətəndaş, vətəndaşla cəmiyyət arasındakı qarşılıqlı məsuliyyət hissinin qaçılmaz olduğunu təsdiqləmək qalır. Bizim gələcəyimiz, rifahımız və eləcə də gələcək nəsillərin firavan həyat sürməsi məhz həmin məsuliyyətin nə dərəcədə dəqiq dərk edilməsindən asılıdır. 


Rafiq Əliyev,

fəlsəfə elmləri doktoru, professor

Опубликовано: 25 Июнь, 2015 15:03 | Просмотров: 1841 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo