Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Bütün yollar Avropanı Bakıya gətirir

Azərbaycan Birinci Avropa Oyunlarının son hazırlıq mərhələsindədir. Cəmi bir neçə gündən sonra ölkəmiz möhtəşəm beynəlxalq idman tədbirinə ev sahibliyi edəcək. 

2015-ci il Azərbaycanın və bütün Avropanın idman tarixinə düşəcək. İyunun 12-dən 28-dək Bakıda əvvəllər heç vaxt keçirilməyən yarışlar olacaq. Bu yarışlar təkcə Olimpiya və qeyri-Olimpiya idman növlərinin deyil, həm də turnirlərin təşkilatının Avropa standartlı milli koloritini unikal surətdə özündə birləşdirəcək. Oyunları bütün dünyada 1 milyarddan çox televiziya tamaşaçısı izləyəcək və 50 ölkəni təmsil edən idmançılar üçün həyəcan keçirəcək.

Heç şübhəsiz ki, belə bir tədbirin ölkəmizdə təşkili xalqımız üçün böyük  zəfərdir. Əlli ölkədən 6 mindən çox idmançını qarşılamaq böyük güc tələb edən məsələdir. Bu böyük məsuliyyəti üzərinə götürən Bakı turizm və idman mərkəzinə çevrildiyiniz bir daha sübut etdi. Birinci Avropa Oyunlarına ev sahibliyi edəcəyimiz açıqlandıqdan sonra qısa müddət ərzində böyük idman infrastrukturunun, dünya səviyyəli obyektlərin tikilib başa çatdırılması dövlətimizin gücünü göstərir.

Gücümüzün nümayişi olmaqla yanaşı, Birinci Avropa Oyunlarına Bakının ev sahibliyi etməsi həm də yarışlara qatılacaq idmançılarımız üçün əlavə stimul, ruh yüksəkliyidir. 

2012-ci ildə Lozannada Avropa Olimpiya Komitəsinin (AOK) iclasında Avropa Oyunlarının keçirilməsi barədə qərar qəbul ediləndə birinci turnirin keçirilməsinin məsuliyyətini öz üzərinə götürən ölkə tapıldı. Azərbaycan isə gücünə əmin olduğu üçün bu cəsarəti özündə tapdı. AOK-un başçısı Patrik Hikki təşəbbüsü dərhal dəstəklədi. Nəhayət bütün iştirakçı ölkələrin nümayəndələrinin iştirak etdiyi ümumi iclasda qəti qərar qəbul edildi.

Həmin vaxtdan üç ildən də az vaxt ötür. Əslində miqyasına görə Olimpiya oyunlarından heç də geri qalmayan idman tədbiri üçün zəruri olan infratrukturun belə qısa vaxt ərzində hazır olacağı o zaman bir o qədər də inandırıcı səslənmirdi. Bəziləri hətta buna şübhə edir, Azərbaycanın verdiyi qərardan imtina edəcəyini deyirdilər. Amma dövlət başçımızın rəhbərliyi ilə biz bunu bacardıq. Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda yanvar təqdimatı zamanı Patrik Hikkinin dedikləri üzərimizə götürdüyümüz işin öhdəsindən layiqincə gəldiyimizi isbatladı: “Şəhər unudulmaz hadisənin keçirilməsinə tam hazırdır. İki ildə əldə olunmuş nəticələr Azərbaycanın Oyunları təşkil etmək istəyində səmimi olduğunu təsdiqləyir. Avropa idmançıları və idman fanatları sözsüz ki, yaradılmış infrastrukturun yüksək səviyyəsini qiymətləndirəcəklər. “Bakı-2015” Avropa Oyunlarına gözəl start verəcək”. Sonradan dəfələrlə Azərbaycana səfər edən AOK üzvləri də bunu təsdiqlədilər. 

Birinci Avropa Oyunlarında 50 dövlətin milli Olimpiya komitələrini təmsil edən 6 minə yaxın idmançı iştirak edəcək.  Atletlər 20 idman növündə, o cümlədən 16 Olimpiya, (badminton, boks, güləş, su idman növləri, voleybol, velosiped idmanı, gimnastika, kanoe və baydarkada avarçəkmə, cüdo, yüngül atletika, stolüstü tennis, kamandan oxatma, atıcılıq, triatlon, taekvondo və qılıncoynatma) və dörd qeyri-Olimpiya növündə (3x3 basketbol, karate, çimərlik futbolu və sambo) mübarizə aparacaqlar. Unutmayaq ki, ayrı-ayrı növlərdə qalib gələnlərə 2016-cı ildə Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ verilir. Almaniya Olimpiya Komitəsinin nümayəndəsi Mixael Vesper qeyd edir ki, Bakıdakı Oyunlar yarışan idmançıların və oynanılan medallar dəstinin sayı nəzərə alınarsa, sözsüz ki, 2015-ci ilin ən mühüm idman hadisəsi olacaq. Bu yarışlar Olimpiadaya gedən yolda mühüm test olacaq, məsələn, stolüstü tennis və triatlon yarışlarının mükafatçıları özləri üçün artıq Braziliyaya bilet sifariş verə bilərlər.

İyunun 12-nə təyin edilmiş Oyunların açılış mərasimi 68 min tamaşaçı tutan Bakı Milli Olimpiya stadionunda olacaq. Bizim vəzifəmiz təkcə Oyunları yüksək səviyyədə təşkil etmək deyil, həm də birinci olduğu üçün onu layiqincə təbliğ etməkdir. Yarışlara cari hazırlığa cavabdeh olan Oyunların baş əməliyyat direktoru Saymon Kleq deyib: “Bu proqram tarixdə birinci Avropa Oyunlarına  bütün Avropanın ən güclü idmançılarının, həmçinin Azərbaycanın medallara iddiaçılarının dəstəyini təmin edəcəkdir.

Azərbaycanın şou-biznes ulduzları da idmançılara qoşulub.  “Eurovision-2011” müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal bir çox digər populyar Azərbaycan müğənniləri ilə birlikdə gənclər auditoriyasını cəlb edir. Müğənni Tünzalə Ağayeva və tanınmış teleaparıcı-səyyah Azər Qərib də onlarla birlikdədir. Oyunların baş icraçı direktoru vəzifəsini daşıyan gənclər və idman naziri Azad Rəhimov deyir ki, məşhurların iştirakı cavanlar arasında coşqunluq yaradacaq və bir çoxlarını oyunları dəstəkləməyə cəlb edəcək. Onun sözləri rəqəmlərlə də təsdiqlənir. 16 mindən çox oğlan və qız könüllü olmaq üçün komitəyə müraciət edib. Təşkilatçılar onlardan 12,5 min nəfəri seçiblər. Maraqlıdır ki, könüllülər “alovqoruyanlar” adlanırlar. İlk Avropa Oyunlarında könüllülərin “Alov Qoruyanlar” (Flamekeepers) kimi tanınacaqlarını Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi elan edib. Bu ad yarış ruhunun təbliğində könüllülərin mərkəzi rolunu əks etdirir və eyni zamanda Odlar Yurdu Azərbaycana olan hörməti, Azərbaycan xalqının həyəcanını və mehribanlığını tərənnüm edir. Azərbaycan Respublikasının Gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru cənab Azad Rəhimov deyib: “Avropa Oyunlarının könüllü proqramı gənclərin Bakı 2015 Avropa Oyunlarına qoşulması və beynəlxalq arenada Azərbaycanı dəstəkləməsi üçün gözəl imkan yaradır. Bizim bütün “Alov Qoruyanlar”ımız Azərbaycanda böyük idman yarışının keçirilməsi sahəsində daimi irs qoyan proqram sayəsində ölkəmizin tarixindəki bu möhtəşəm anı paylaşacaq və çox mühüm təcrübə qazanacaqlar.”

“Alov Qoruyanlar” Oyunlar ərzində əsas vəzifələri yerinə yetirəcək, o cümlədən idmançılar və rəsmi şəxslərə kömək edəcək, idman yarışlarında işləyəcək, tamaşaçılara və ya media nümayəndələrinə dəstək göstərəcəklər.

Azərbaycan Gənclər Fondunun İcraçı direktoru və Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinin üzvü cənab Fərhad Hacıyev söyləyib: “Birinci Avropa Oyunlarında iştirak etmək və bütün Avropanı Bakı şəhərində salamlamaq imkanı Azərbaycan xalqı üçün çox gözəl və önəmli bir fürsətdir.”

“Alov Qoruyanlar” Avropanın birinci multi-idman yarışlarına verəcəkləri töhfənin əvəzində yarış obyektlərinə pulsuz nəqliyyat xidməti, uniforma, qida və Bakı 2015 könüllü proqramının Rəsmi Tərəfdaşı olan Nar Mobile tərəfindən verilən SIM kartdan yararlanacaqlar.

Qeyd etmək istərdik ki, Nar Mobile Bakı 2015-in rəsmi mobil telekommunikasiya xidməti təminatçısıdır və könüllülərin cəlb olunması üçün Oyunların reklam, sosial media kanalları, mətn məlumatlarının ötürülməsi xidməti və bir neçə qısa film vasitəsilə təbliğ edilməsinə də kömək göstərəcək. 

Yeri gəlmişkən, yarışların rəsmi simvolu olan obrazlardan biri məhz Nar oğlan adalnır. Avropa Oyunlarının Təşkilat Komitəsinin dizaynerlər komandası və xaricdən dəvət olunmuş dizayner şirkəti tərəfindən düşünülmüş Ceyran qız və Nar oğlan yarışların qonaqlarını salamlayacaqlar. Obrazları yaradarkən rəssamlar ölkənin mədəni və idman ənənələrini nəzərə alıblar. Azərbaycan folklorunda ceyran gözəllik və incəlik simvoludur. Regionda ən sevimli meyvə olan, xalq nağıllarında tez-tez rast gəlinən nar isə həyat enerjisi ilə bağlıdır.

Bu yarışlara bir sıra idman sahələri üzrə çoxsaylı atletlərimiz qatılacaq. Heç şübhəsiz ki, ölkəmiz medalların sayına görə qabaqcıl yerlərdən birini tutacaq. Çünki bir idmançı kimi bizim hansı potensiala malik olduğumuzu yaxşı bilirəm. Bütün yarışlarda olduğu kimi, Azərbaycan idmançıları Avropa Oyunlarında da milli bayrağımızı yüksəklərə qaldıracaqlar.


İskəndər Quliyev

Опубликовано: 25 Июнь, 2015 10:50 | Просмотров: 1585 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo