Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Psixi sağlamlığımızı necə qoruyaq?

Son illərdə müxtəlif psixi xəstəliklərdən əziyyət çəkənlərin sayı artmaqdadır. Əvəllər tibb elmində termin kimi istifadə olunan depressiya, affektiv (əhvali-ruhiyyə)  pozuntular, təşviş, həyəcan, nevroz, biopolyar pozuntu indi hər kəsin bildiyi və tez-tez işlətdiyi ifadəyə çevrilib. 

İnsanların psixi sağlamlığını pozan səbəblər sırasından ekologiyadan tutmuş, səbirsizlik, vaxt məhdudiyyəti, stressə kimi bir çox faktorlar sadalaya bilərik. Müharibə, münaqişə, təbii fəlakətlər, şəhərlərdə əhalinin artması, yaşadığımız gərginliklər psixioloji problemləri yaradan əsas səbəblərdəndir.  Bəs görəsən, psixi problemlərlə üzləşməməkdən ötrü nə etmək lazımdır? Özümüzü stresdən, depressiyadan necə qoruya bilərik? Bu və digər sullarımıza cavab tapmaq üçün Psixi Sağlamlıq Mərkəzinin direktoru, psixiatr Fuad İsmayılovla görüşdük. F.İsmayılovla psixiatriyanın incəlikləri, problemləri, müasir dövrdə ən çox yayılan psixi pozuntular, depressiya və onun səbəbləri barədə söhbətləşdik.


- Fuad müəllim, son vaxtlar paytaxtda hər addımbaşı psixoloji yardım mərkəzlərinə rast gəlmək mümkündür. Sizin rəhbərlik etdiyiniz Psixi Sağlamlıq Mərkəzini həmin mərkəzlərdən fərqləndirən nədir?


- Psixi Sağlamlıq Mərkəzi öz fəaliyyət istiqamətinə görə digərlərindən  çoxfunksiyalı olması ilə fərqlənir. Fəaliyyətimizin iki əsas istiqamət xətti var – ölkə üzrə psixi sağlamlıq üzrə xidmətləri koordinasiya etmək və müasir psixi sağlamlıq xidmətlərini təşkil etmək. Psixi sağlamlıq üzrə xidmətlərin koordinasiyası dedikdə statistika ilə iş, göstərilən tibbi xidmətin təminatı, müxtəlif treninq, monitorinqlərin təşkili, ekspert rəyinin verilməsi və s. nəzərdə tutulur. İkinci fəaliyyət istiqamətimizə isə əsasən stasionar, reabilitasiya və s. xidmətlər aiddir. 

Mərkəzimizdə planlaşdırma, epidemialogiya və statistika, monitorinq və keyfiyyət təminatı şöbəsi, insan resusrlarının inkişaf şöbəsi və başqa şöbələr fəaliyyət göstərir. Planlaşdırma şöbəsinin işi yeni proqramlar, xidmətlər üzərində işləmək, təzə standartlar yaratmaqdır. Monitorinq və keyfiyyətin təminat şöbəsi xidmətlərin monitorinqini aparır. Epidemialogiya və statistika şöbəsi isə psixi pozuntular haqqında statistik məlumatlar toplayır və onları təhlil edir. Mərkəzdə insan resurslarının inkişaf şöbəsi də fəaliyyət göstərir. Bu şöbə mütəmadi treninqlər həyata keçirir. 

Mərkəzdə fəaliyyət göstərən digər bir şöbə isə reabilitasiya şöbəsidir. Bu şöbə ağır xəstələr üçün nəzərdə tutulub. Bilirsiniz ki, ağır xəstəliklər adətən gənc yaşlarda başlayır. Bu insanlar xəstəliklərinə görə öz sosial qabiliyyətlərini yaxşı inkişaf etdirə bilmirlər. Ona görə də burada reabilitasiya prosesini keçmək onlar üçün faydalıdır. Reabilitasiya şöbəsində bu xəstələrin itirilmiş və ya inkişaf etməmiş qabiliyyətləri bərpa olunur. 


- Nədənsə insanlar arasında ən çox tanınan və etimad qazanan xidmətiniz “inam telefonu”dur. Ümumiyyətlə psixi problemi olan şəxsə canlı ünsiyyətə girmədən yardım göstərmək nə dərəcədə səmərə verir?


- Bəli, Psixi Sağlamlıq Mərkəzində krizis xətti də yaradılıb. Vətəndaşlarımız ona “inam telefonu” deyirlər. Hər gün insanlar bura zəng vurur, psixoloji problemləri ilə bölüşürlər. Düzdür, bu və ya digər psixi xəstəliyi telefon vasitsəilə müalicə etmək mümkün deyil. Amma zəng vuranların heç də hamısı bu məqsədlə müraciət etmirlər. Əksəriyyət konsultasiya, məsləhət almaq üçün müraciət edirlər. Bu zaman biz onlara dəyərli məsləhətlər verməyə, düzgün istiqamətləndirməyə çalışırıq. 


- Yeni psixi xidmətlərdən biri də art-terapiyadır. Bildiyimizə görə, Psixi Sağlamlıq Mərkəzində bu xidmət də var. Maraqlıdır, insanlar psixi problemlərinin incəsənət vasitəsilə aradan qalxacağına nə dərəcədə ciddi yanaşırlar?


- Mən deyərdim ki, kifayət qədər ciddi yanaşırlar. Bu, bütün dünyada özünün doğrultmuş üsuldur. Art-terapiyanı tətbiq edən nə ilk ölkə, nə də ilk psixoloqlar deyilik. Tədqiqatlar göstərir ki, insanlar incəsənətlə məşğul olanda problemlərini unudurlar. Elə adamlar var ki, uzun müddət, məsələn, 10-15 illərlə xəstə olmaqlarına baxmayaraq, burada nəsə çəkməyə və ya düzəltməyə başlayırlar. Nəticədə onlarda özünə qarşı qiymətləndirmə artır. 

Vətəndaşlar arasında xüsusi etimat qazanmış müasir xidmət növlərindən biri də gündüz stasionarıdır. Gündüz stasionarı ağır və kəskin vəziyyətdə olan xəstələr üçün nəzərdə tutulub. Bildiyimiz kimi, pasiyent xəstəxanada yatanda cəmiyyətdən təcrid olunur. Xəstə sosial əlaqələrini və qohumluq əlaqələrini itirir. Yavaş-yavaş öz bacarıq və qabiliyyətlərini unutmağa başlayır. Amma gündüz stasionarda müalicə alanda insan öz ailəsi ilə birgə yaşaya bilir. İnsan psixi xəstəxanaya düşəndə fikirləşir ki, artıq mənim həyatım bitib. Valideynləri və ya yaxınları dərd çəkir, qonşular da onu barmaqla göstərir ki, psixi xəstədir. Məhz bu “damğa”dan qorxduqları üçün xəstələr psixiatriya xidmətlərinə, psixoloqlara müraciət etmirlər.


- Yeri gəlmişkən, psixoloqa müraciət etmək kompleksi əvvəlki illərdə olduğu kimi qalır, yoxsa artıq bu tabu getdikcə sıradan çıxır? 


- Əlbəttə, sıradan çıxır. İndi psixoloqa müraciət etmək stomatoloqa, dərziyə, bərbərə getmək kimi adiləşib. Kimsə bundan utanmır, çəkinmir. Ümumiyyətlə statistika göstərir ki, ağır psixi xəstələliklərin və onlardan əziyyət çəkənlərin sayı əvvəlki illərdə olduğu kimidir.  Misal üçün, əhalinin cəmi 1%-i şizofreniyadan əziyyət çəkir. Bu rəqəm 20-30 il bundan əvvəl də belə idi, indi də. Lakin bəzi xəstəliklər, məsələn, təşviş pozuntuları və ya depressiyalar çox geniş yayılır və ildən ilə artır. Buna görə də psixoloqa müraciət etmək, psixoloji yardım almaq nəinki adi, hətta zəruri məsələyə çevrilib. 


- Depressiya demişkən, Fuad müəllim, bu psixi problemin çoxalmasına hansı amillər təsir edir?


- Depressiya əsasən stress nəticəsində əmələ gəlir. Müasir həyatda stresslər getdikcə artır. Evdən evdən çıxdığımız andan ta axşam  geri qayıdana kimi hər addımbaşı streslə üzləşirik. Bütün bunlar son nəticədə depressiya ilə nəticələnir. Depressiyanın əsasında sırf bioloji faktorlar da dura bilər. Məsələn, genetik olan depressiya və ya somatik xəstəliklərlə bağlı depressiya. Şəkərli diabetdən əziyyət çəkən insanların ən azı 33 faizi depressiyaya düşür. Psixoloji faktorlarla bağlı depressiyalara isə tənhalıq, boşanma, ailədə münaqişələr səbəbindən yaranmış depressiya ola  bilər.


- Depressiya kədərdən nə ilə fərqlənir? Çox vaxt adamlar əhvalı pis olanda da deyirlər ki, depressiyadayam. Əslində isə depressiyanın əlamətləri hansılardır?


- Hər bir insanın bir-iki gün əhvalı pis ola bilər. Amma bu o demək deyil ki, o, depressiyadadır. Beynəlxalq Psixi Pozuntların təsnifatında göstərilir ki, iki həftə ərzində əgər depressiyanın üç əsas simptomlarından heç olmasa iksi və əlavə simptomlardan iksi müşahidə olunursa, bu klinik depressiyadır. Qeyd edim ki, əsas simptomlara ruh düşgünlüyü, marağın və zövqün itirilməsi və ya enerjinin tükənməsi, əlavə simptomlara isə yuxusuzluq və ya yuxululuq, iştahasızlıq və ya iştahanın artması, özünə qarşı qiymətləndirmənin aşağı düşməsi, intiharla bağlı fikirlər, ümidsizlik, köməksizlik hissi, diqqətin azalması və s. daxildir. Klinik depressiyanın yüngül, orta və ağır dərəcəsi olur. Ən pis nəticəsi isə intihardır. Təəssüf olsun ki, depressiv xəstələrin 10-15 faizi intihar edir.


- Depressiyanı tam müalicə etmək mümkündürmü?


- Əlbəttə mümkündür. Sadəcə olaraq, peşəkara müraciət etmək lazımdır. Ev şəraitində insanın özünü müalicə etməsi qətiyyən yolverilməzdir. Bunun ciddi fəsadları ola bilər. Bəzən görürsən ki, depressiyaya düşdüyünü zənn edən biri aptekdən andepressant alıb evdə özünü sağaltmağa çalışır. Bu, nəinki yaxşı nəticə verməyəcək, üstəlik, başqa problemlər də meydana çıxaracaq. 


- Mövsümi depressiya müalicə olunmalıdırmı, yoxsa buna adi hal kimi yanaşmaq lazımdır?


- Mövsümi depressiyadan ən çox şimal ölkələrində yaşayanlar əziyyət çəkirlər. Bu da orqanizmdə gedən hormonal dəyişikliklərlə bağlıdır. Gecələr ifraz olunan melatonin adlı hormon var. Onun əsas vəzifəsi bədənin bioloji saatını və ritmini tənzimləməkdir. Hormonun istehsal olunması gün ərzində işığın vəziyyətinə görə dəyişir. Hormon gecə istehsal olunmağa başlayır və səhərə yaxın dayanır. Melatoninin ifraz olunması mövsümə görə də dəyişir. Günlər uzandıqca bu hormonun istehsalı azalır, qısaldıqca artır. Günlərin qısa olduğu qış fəslində melatoninin istehsalı artır və hormon daha erkən istehsal olunmağa başlayır. Yay günlərində isə azalır və daha gec ifraz olunur. Orqanizmdə gedən bu dəyişikliyi əsasən şimal ölkələrində yaşayan əhali hiss edir. Müalicəsinə gəlincə, bəzi mütəxəssilər buna potologiya, bəziləri isə adi hal kimi yanaşıb müalicə etməyə lüzum görmürlər. 


- Ölkəmizdə sui-qəsdlərin getdikcə artmasını nə ilə izah edərdiniz?


- Digər ölkələrlə müqayisədə mən deməzdim ki, Azərbaycanda sui-qəsdlərin sayı xeyli dərəcədə artıb. Hesablamalara görə, dünyada hər il 800 min insan həyatına qəsd edir.  Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər 40 saniyədə bir nəfər özünü öldürür. Təşkilatın hesabatında qeyd edilir ki, 2012-ci ildə 804 min nəfər özünə qəsd edib. Bu isə o deməkdir ki, hər 100 min nəfərdən 11,4 nəfəri intihar edir. Amma zənnimcə, bu rəqəmlər reallığı tam əks etdirmir. Çünki əksər hallarda intiharlar bədbəxt hadisə, yaxud başqa formada təqdim olunur. Digər məlumata görə, həyat şəraiti yüksək olan ölkələrdə kişilər qadınlara nisbətən üç dəfə çox intihar edir, orta və daha pis həyat şəraiti olan ölkələrdə isə özünə qəsd edən kişilərlə qadınların sayı, demək olar, bərabərdir. Səbəblərə gəlincə, bu barədə dəqiq heç nə deyə bilməyəcəm. Çünki məsələ üzərində bütün dünya alimləri tərəfindən aparılan araşdırmalar hələ davam edir. 


- Son illər psixoloji sağlamlıq mərkəzlərinin sayının artmasına münasibətiniz necədir?


-  İstər dövlət, istərsə də özəl psixoloji məsləhətxanaların sayının artması müsbət haldır. Sadəcə olaraq, həmin mərkəzdə peşəkarların çalışması mütləqdir. Bir neçə aylıq kurs keçmiş başqa ixtisas sahibi ciddi psixi xəstəlikdən əziyyət çəkən pasiyentə yardım edə bilməz. Psixologiya çox dərin elmdir və hər sertifikatı olana yaxşı psixoloq demək mümkün deyil.  Ona görə də peşəkar psixoloqların ali məktəblərdə hazırlanması vacibdir.


Hazırladı

İskəndər Quliyev

Опубликовано: 28 Январь, 2016 15:37 | Просмотров: 2429 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo