Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Heydər Əliyev Fondu dünya həqiqətlərinin və dünya mədəniyyətinin ölkəmizə gətirilməsini təmin edir

Yarandığı ilk gündən xalqın mənəvi dəyərlərinin və milli mədəniyyətinin təbliği istiqamətində mühüm işlər həyata keçirən Heydər Əliyev Fondu xalqımız üçün əsl ideoloji mərkəzdir. 


Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti məhz milli-mənəvi idealların cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına yönəlmişdir. Xalqın sevgisini və etimadını qazanan Mehriban xanım Əliyevanın uğurları məhz ulu öndər Heydər Əliyev ucalığını başlıca meyar götürməsindən qaynaqlanır. Fəaliyyət göstərdiyi illər ərzində Fond saysız-hesabsız uğurlara nail olmuş, təhsil, səhiyyə, idman və digər sahələrdə öz töhfəsini vermişdir. 

İllər əvvəl Heydər Əliyev Fondunun fəaliyyətə başlaması ilk növbədə Azərbaycanda böyük ənənələri xeyriyyəçilik məktəbinin yenidən bərpası demək idi. Bu hərəkatın önündə Fondun prezidenti Mehriban Əliyeva gedirdi. Mehriban Əliyeva fəaliyyətinin elə ilk dövrlərində isbat etdi ki, Heydər Əliyev Fondunun yaradılması Azərbaycan dövlətinin cəmiyyətə ünvanlanan ali məqsədlərinin reallaşdırılması yolunda əsl tarixi nailiyyətə çevriləcək. Elə belə də oldu. Yarandığı gündən Fondun qarşısına qoyduğu məqsədlər və həyata keçirdiyi işlər cəmiyyətdə böyük əks-səda doğurdu. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond sağlamlıq və təhsillə bağlı bütün sahələrə diqqət yönəltdi. Nəticədə qısa vaxt ərzində Heydər Əliyev Fondu yardıma ehtiyac duyan hər kəsin ümid yerinə çevrildi. 

Fəaliyyət göstərdiyi dövr ərzində Fondun əsas fəaliyyət istiqamətini təhsil təşkil edib. Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə istər paytaxtda, istərsə də bölgələrdə xeyli sayda məktəb binaları təmir olunub, yeniləri tikilərək istifadəyə verilib.  “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı Heydər Əliyev Fonduna ictimaiyyət arasında daha çox rəğbət qazandırıb. Proqram çərçivəsində ölkə üzrə 30-dan çox uşaq müəssisəsi əsaslı təmir edilib və avadanlıqla təchiz olunub. 

Fondun əsas fəaliyyət istiqamətlərindən birini təşkil edən səhiyyə sahəsində də xeyli işlər görülüb. Paytaxtda və bölgələrdə tikilən çoxsaylı səhiyyə ocaqları ilə yanaşı, Fond cəmiyyəti narahat edən bir çox problemlərin həllinə yardım edib. Diabetli uşaqlara ən yüksək qayğı, talassemiyasız həyat naminə layihələrinin icrası həyata keçirilib. Fondun təşəbbüsü ilə Bakıda müasir Talassemiya Mərkəzi tikilib. Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi inşa olunub. 

Mehriban Əliyeva həm də Azərbaycan mədəniyyətinin təbliği və inkişafı istiqamətində həyata keçirilən nəhəng layihələrin müəllifidir. Məhz onun xidmətləri sayəsində muğam sənəti UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilib. Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa olunmuş, “Qarabağ xanəndələri” musiqi albomu nəşr edilmiş, muğam televiziya müsabiqələri keçirilmişdir.

Heydər Əliyev Fondu həm də bir çox beynəlxalq musiqi festivallarının təşkilatçısıdır. Bu sırada Qəbələ Beynəlxalq musiqi festivalı öz möhtəşəmliyi və əhatə dairəsinin genişliyi ilə fərqlənir. “Eurovision-2011” beynəlxalq mahnı müsabiqəsində qalib gələn Azərbaycan məhz Heydər Əliyev Fondunun xidmətləri sayəsində 2012-ci ildə 57-ci dəfə keçirilən müsabiqəni uğurla reallaşdırmış, Qərb ilə Şərqin qovuşuğunda yerləşən ölkəmiz bir daha dünyanın diqqət mərkəzinə çevrilmişdir. Bütün bunlardan savayı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxtda Müasir İncəsənət Muzeyi açılıb, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi fəaliyyətə başlayıb.

Heydər Əliyev Fondunun idman sahəsində gördüyü işlər də yüksək qiymətləndirilməlidir. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban xanım Əliyeva həmin vəzifədə bu günədək yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Onun nüfuzu 2003 və 2004-cü illərdə Azərbaycanda bədii gimnastika üzrə Dünya Kuboku yarışının, 2005-ci ildə bədii gimnastika üzrə Dünya çempionatının, 2007 və 2009-cu illərdə Avropa birinciliyinin keçirilməsi barədə qərarın qəbulunda həlledici rol oynayıb. 2012-ci ilin fevralında  qəbul edilmiş qərar əsasında  2014-cü ildə bədii gimnastika üzrə Avropa çempionatı Azərbaycanda – Bakıda  yeni tikilmiş   Olimpiya Gimnastika Kompleksində keçirilmişdir. Həmin qayğı və diqqətin nəticəsidir ki, bu gün bədii gimnastika üzrə Azərbaycan yığma komandası dünyada böyük nüfuza malikdir. 

Fondun idman sahəsində gördüyü işlərdən danışarkən bir məqama toxunmamaq mümkün deyil. Kütləvi informasiya vasitələrindən də məlum olduğu kimi, bu il yanvarın 17-də Azərbaycan Prezidenti İlham Əliyev I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalamışdı. Sərəncama görə, komitənin sədri Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva təyin edilib. Təşkilat Komitəsinin ikinci iclasında  komitənin sədri Mehriban xanım Əliyeva qarşıda duran vəzifələrdən danışaraq demişdir: “Bildiyiniz kimi, 2015-ci ildə ölkəmizdə ilk dəfə Avropa Oyunları keçiriləcəkdir. Bu vaxta qədər tarixdə belə tədbir keçirilməyib. Baxmayaraq ki, ümumiyyətlə Olimpiya hərəkatı Avropada doğulub və sonra yenidən Avropada bərpa olunmuşdur, digər qitələrdə qitə oyunları keçirilirdi, Avropada isə ilk dəfə belə oyunların keçirilməsi şərəfi bizə nəsib olub. Biz çalışmalıyıq ki, bu oyunlar ən yüksək səviyyədə hazırlansın və ən yüksək səviyyədə keçirilsin. Ümumiyyətlə, bu, Avropanın idman hərəkatının tarixində yeni bir dövrün başlanmasıdır və Azərbaycan bu tarixin ilk səhifələrini yazan ölkədir”.

Sevindirici haldır ki, Azərbaycanın birinci xanımının istər mədəniyyət, istər xeyriyyəçilik, istərsə də təhsil sahəsində həyata keçirdiyi işlər həm xalqımız, həm də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə “Qızıl ürək” və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatlarına, “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, 2009-cu ildə “XXI əsrin böyük qadını” laureatına, 2010-cu ildə Fransanın “Fəxri Legion” ordeninə, YUNESKO-nun “Qızıl Motsart” medalına, 2011-ci ildə Krans Montana Forumunun qızıl medalına layiq görülməsi Mehriban Əliyevanın bütün dünyada böyük nüfuz qazanmış fəaliyyətinə verilən layiqli qiymətdir. Bu gün fəxrlə deyə bilərik ki, ulu öndərin adını daşıyan Fond da, Fondun dünya miqyaslı nüfuza malik sədri də  təkcə milli mədəniyyətimizin beynəlxalq həyatda təbliğini təşkil etmir, həm də dünya həqiqətlərinin və dünya mədəniyyətinin ölkəmizə gətirilməsini təmin edir. Həyata keçirilən xeyirxah işlər ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin əməli təzahürü olmaqla yanaşı, həm də Fondun cəmiyyətdə və xaricdə artan nüfuzunun ifadəsidir. 

Vüqar Sərdarov,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Опубликовано: 28 Январь, 2016 15:45 | Просмотров: 2900 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo