Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Azərbaycanda ilk strateji tarixi kompüter oyunu hazırlanıb

“Odlar yurdu” oyunu üzrə iştirakçıların qəlbində qürur hissi yaradıb


Bu yaxınlarda 2015-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Kiber İdman Federasiyası tərəfindən “Park İnn” otelinin “Dan Ulduzu” zalında 31 Dekabr - Dünya  Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş kompyuter oyunu üzrə “Odlar Yurdu”  turniri təşkil olunub. Azərbaycan, rus və ingilis dilində hazırlanmış oyunda sivilizasiyanın ən qədim ocaqlarından olan “Odlar Yurdu” Azərbaycanın qədim tarixi haqda maraqlı faktlar yer alıb. Bu strategiya oyunu vasitəsilə gənc iştirakçılar zəngin keçmişimizə səyahət edib, Azərbaycanı qarış-qarış gəzib, xalqın yaddaşında əbədi iz qoymuş dahi şəxsiyyətlər və Vətənimizin tarixi ilə bağlı dəyərli məlumatlar əldə ediblər.

Olimpiya sistemi əsasında keçirilən oyunda ümumilikdə 100-ə yaxın iştirakçı öz qüvvəsini sınayıb. Yarışın sonunda qalib adını qazananlar Gənclər və İdman Nazirliyi və Azərbaycan Kiber İdman Federasiyasının diplomları ilə təltif olunublar.

İştirakçılar bütövlükdə yarışların təşkilindən məmnun qaldıqlarını və oyun sayəsində tariximiz və şəxsiyyətlərimiz barədə xeyli maraqlı məlumatlar əldə etdiklərini bildiriblər. Hüseyn Nəsirli adlı iştirakçı gənclərin öz asudə vaxtlarını bu cür səmərəli şəkildə keçirmələrinə şərait yaratdıqları üçün Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kiber İdman Federasiyasının əməkdaşlarına minnətdarlığını bildirib: “Oyun sayəsində biz həm azərbaycanın müstəqillik əldə edənə kimi keçdiyi şərəfli tarixi yola, həm də onun azadlığı uğrunda son damla qanına kimi vuruşmuş sərkərdələrimizin biz gənclərə örnək ola biləcək həyatlarına nəzərə saldıq. Keçmişimizə səyahət etdikcə, qəhrəmanlarımızın şərəfli həyat yoluna yaxından bələd olduqca azərbaycanlı olduğumuz üçün qəlbimizdə qürur hissi yaranırdı. Bundan əlavə, tarixdən olan bu fraqmentləri seyr etdikcə insan özünü həmin dövrün sakini kimi hiss edir. Mənə elə gəlirdi ki, orta əsrlərdə yadellilərə qarşı mübarizədə mən də həmin qəhrəmanlarla çiyin-çiyinə vuruşmuşam. Olduqca maraqlı vaxt keçirtdik. Bundan gözəl mədəni istirahət ola bilməz”.

Azərbaycan Kiber İdman Federasiyasının prezidenti Ramil Əliyev də yarışla bağlı öz fikirlərini dilə gətirib. O, turnirin yüksək səviyyədə təşkil edildiyini və  oyunun gözlənildiyindən də böyük marağa səbəb olduğunu bildirib. "Artıq 10 ildən çoxdur ki, biz kompyuter oyunları üzrə gənclər arasında müxtəlif yarışlar, çempionatlar təşkil edirik. Bugünkü tədbir bizim üçün xüsusi önəm kəsb edirdi. İştirakçılar ilk dəfə olaraq sırf milli oyun üzrə yarışdılar. Traixi strategiya janrında hazırlanmış “Odlar yurdu” oyunu  müasir dövrün gəncləri üçün olduqca maraqlıdır. Layihənin əsas özəlliyi oyun olmaqla yanaşı, həm də Azərbaycanın müxtəlif dövrlərinə aid tarixi faktlar barədə maraqlı məlumat daşıyıcısı olmasından ibarətdir. Beləliklə, oyun prosesi zamanı iştirakçı Azərbaycanımızın keçmişinə səyahət edir, Atropatın, Cavanşirin, Babəkin dövrü ilə bağlı zəngin tarixi faktlar əldə edir. Gənclərin belə yarışlara qatılmasını yalnız müsbət hal kimi dəyərləndirmək olar. Onlar bir təfədən asudə vaxtlarını səmərəli keçirir, öz intellekt səviyyələrini yüksəldir, digər tərəfdən isə Azərbaycanın tarixi ilə bağlı maraqlı məlumatlar əldə edirlər. Zənnimcə, belə yarışların gələcəkdə daha geniş şəkildə təşkili  gəncliyimizin yalnız xeyrinə ola bilər".

Bu oyunu on-line şəklində də oynamaq mümkündür. Üç epizoddan ibarət olan oyunun hər mərhələsi Azərbaycanın bir məşhur sərkərdəsinə həsr edilib. Bu mərhələlərdə istifadəçilər Atropat, Cavanşır və Babəkin keçdiyi qəhrəmanlıq salnaməsi ilə tanış olublar. Oyun zamanı iştirakçı başqa millətlərin və qəbilələrin nümayəndələri ilə - ərəblər, makedoniyalılar, misirlilər, farslar və xəzərlərlə qarşı-qarşıya gəlmək imkanı qazanırlar. “Odlar yurdu” oyununda ərazini ələ, keçirmək və nəzarətdə saxlamaq, rəqibə qalib gələrək təbii sərvətləri talan etmək kimi ənənəvi janrlarla yanaşı, Qobustan ərazisindən döyüş sursatları tapmaq, Yanardağ yaxınlığında döyüşçülərin ruhlanaraq əlavə güc və sürət bonusu qazanmaları, müalicəvi xüsusiyyətə malik palçıq vulkanları vasitəsilə yaralı döyüşçüləri sağaltmaq, Qarabağ atları vasitəsilə düşmənə meydan oxunaq kimi Azərbaycanı təbliğ edən elementlər də daxil edilib. Oyunu rəsmi sayt (http://www.landoffire.az) vasitəsilə yükləyə bilərsiniz. 


Hazırladı

İskəndər Quliyev

Опубликовано: 28 Январь, 2016 15:46 | Просмотров: 1432 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo