Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Azərbaycan polisi Vətənə sədaqətlə xidmət edir

Azərbaycanın müstəqillik tarixinin ən böyük nailiyyəti ölkədə ictimai-siyasi sabitliyin əldə olunmasıdır. Bu dövlətimizə heç də asan başa gəlməyib. Ölkədə sabitliyin bərqərar olmasından ötrü böyük qurbanlar verilib. Müstəqilliyin ilk illərində Azərbaycan polisinin necə böyük çətinliklər bahasına üzərinə düşən vəzifəni yerinə yetirməsi bizə yaxşı məlumdur.


Müstəqillik illərində Azərbaycan polisinin qısa zaman kəsiyində fədakar yol keçməsi və qanun pozucularına qarşı mübarizə aparması danılmaz faktdır. Ölkə daxilində hakimiyyət uğrunda aparılan mübarizənin doğurduğu vətəndaş qarşıdurması, xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü ölkədə kifayət qədər mürəkkəb ictimai-siyasi şərait yaratmışdır. Lakin həyata keçirilən zəruri tədbirlər nəticəsində ölkədə mütəşəkkil cinayətkarlığa, sabitliyə təhdid yaradan təhlükələrə qarşı uğurlu mübarizəyə start verildi, vətəndaşlarımızın dinc, əmin-amanlıq içərisində yaşamaları üçün zəruri şərait yaradıldı. 

Bu gün daxili işlər orqanları şərəfli və əvəzolunmaz fəaliyyətini ləyaqətlə davam etdirir və Azərbaycanın əldə etdiyi böyük uğurların daha da inkişaf etməsinə öz töhfəsini verir. Təkcə onu qeyd etmək kifayətdir ki,  bir neçə ay əvvəl paytaxtımızın ev sahibliyi etdiyi “Bakı-2015” Oyunlarında 50 ölkədən gəlmiş 6 mindən artıq idmançının təhlükəsizliyinin təmin edilməsində daxili işlər orqanlarının əməkdaşlarının da böyük əməyi olmuşdur. On minlərlə xarici vətəndaşın ölkəyə gəldiyi bir vaxtda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə həyata keçirilməsi Azərbaycan polisinin gərgin əməyinin bəhrəsi idi. İlk Avropa Oyunlarının rəsmi açılış mərasiminin yüksək təhlükəsizlik şəraitində keçməsi, sərnişinlərin və qonaqların daşınması məsələsində tətbiq olunmuş qaydaların dəqiq işləməsi Daxili İşlər Nazirliyi əməkdaşlarının vəzifələrinin öhdəsindən layiqincə gəldiklərini bir daha təsdiqləmiş oldu. Oyunların keçirildiyi idman obyektlərində təhlükəsizliyin təmin olunmasında müşahidə olunan yüksək səviyyə də daxili işlər orqanları əməkdaşlarının mühüm tədbirə peşəkarcasına hazırlaşmasından xəbər verir. 

Bu gün Azərbaycan DİN dövlətin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq dünyanın, xüsusilə də Avropanın beynəlxalq polis strukturlarına inteqrasiya olunmaq yolunu tutub. İkitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması əldə olunan nailiyyətlərin rəhnidir. İndi Azərbaycan polisi BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Beynəlxalq Miqrasiya və İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, habelə digər beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil olunur. 

Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da Daxili İşlər Nazirliyi öz fəaliyyətini ictimai təhlükəsizliyin təmini, cinayətkarlığın qarşısının alınması, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına dair ümumdövlət prioritetləri əsasında qurur. Kriminogen durum daim izlənilməklə nəzarətdə saxlanılır. Əməliyyat mövqelərinin, informasiyanın dərin işlənilməsi yoluyla onun dəyişməsinə qabaqlayıcı, preventiv reaksiya göstərilməsi təmin edilir.  Məlum məsələdir ki, dünyanın heç bir ölkəsində, o cümlədən də Azərbaycanda cinayətsiz cəmiyyət mövcud deyil. Cinayətkarlığın kökünü tamamilə kəsmək mümkün deyil. Amma cinayətkarlığa qarşı uğurla mübarizə aparmaq, kriminogen durumu nəzarətdə saxlamaq olar. DİN və onun strukturları məhz bu vəzifələrin öhdəsindən gəlməyi bacarırlar. Çox uzağa getməyək, elə bu günlərdə Nardaranda yaşanan hadisələri xatırlayaq. 2015-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində keçirilmiş xüsusi əməliyyat nəticəsində təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətməklə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə zərərsizləşdirildi. Nardarandakı əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açıldıb, əl qumbarası atıldı. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edildi. Təəssüflər olsun ki, bu əməliyyat hüquq-mühafizə orqanları üçün də itkisiz keçmədi, iki polisimiz qəhrəmancasına həlak oldu. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həmin polisləri şəhid elan etdi. Silahlı cinayətkar dəstənin  zərərsizləşdirilməsində əməyi olan Daxili İşlər Nazirliyinin əməkdaşları Azərbaycanda ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildilər. 

Bəli, göründüyü kimi, bu gün Azərbaycan polisi öz vəzifəsinin öhdəsindən məharətlə gəlir. Ümidvarıq ki, dövlətçiliyimizin keşiyində dayanan polis əməkdaşları bundan sonra da xalqımıza layiqincə xidmət edəcək və Azərbaycanın çiçəklənməsinə öz töhfələrini verəcəklər.


İskəndər Quliyev

“Şəffaf Seçkilər”

Monitorinq Mərkəzinin direktoru

Опубликовано: 28 Январь, 2016 15:50 | Просмотров: 2640 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo