Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Bir manata görə sərnişinlər və piyadalar hər gün yol-nəqliyyat hadisəsinin qurbanına çevrilmək təhlükəsi ilə üz-üzə qalırlar

Dövlət Yol Polisi taksi sürücülərini avtobus dayanacaqlarından çıxarmalıdır


Yol-nəqliyyat hadisələrinin sayı və yol hərəkət qaydalarının pozulması halları ilə bağlı rəqəmləri eşitdikdə heyrətlənməmək mümkün deyil. Hər gün, hətta hər saat yollarda avtomobillər toqquşur, yol hərəkəti qaydaları pozulur. Ən çox pozulan qayda isə avtomobillərin düzgün parklanmamasıdır. Avropa ölkələrindəki vəziyyətlə müqayisə edəndə belə qərara gəlirsən ki, Azərbaycanda bu problemi aradan qaldırmaq üçün hələ uzun illər keçməlidir. Avropa dövlətlərində insan avtomobil idarə etməkdən mənəvi zövq alır. Hamı bir-birinə yol verir, avtomobillərini xüsusi yerlərdə park edir, ən xırda yol-hərəkət qaydasına da məsuliyyətlə yanaşırlar. Bakıda isə hər şey tam əksinədir. Son illərdə paytaxtımızda quraşdırılan parkomatların, tikilən yeraltı və yerüstü park yerlərinin sayı çoxalıb. Nəticə göz qarşısındadır. Sıxlığın çox olduğu saatları nəzərə almasaq, şəhərdə tıxacların sayının hiss olunacaq dərəcədə azaldığını deyə bilərik.  Amma təəssüf ki, bu, problemin tam aradan qalxması üçün yetərli deyil. Diqqət yetirsəniz görərsiniz ki, paytaxtın əksər mərkəzi küçələrində dayanma və durmanı qadağan edən nişanlar quraşdırılıb. Buna görə sürücülər dərhal sual verirlər ki, o zaman maşınımızı harada saxlayaq? Düzdür, yollarda quraşdırılmış bu nişanlar yollarda normal və sərbəst hərəkətin bərpası üçün qaçılmazdır. Amma etiraf edək ki, bəzi küçələrdə bu nişanları yığışdırıb parkalamaya icazə vermək də olar. Ən azından belə  küçələrdə parkomat quraşdırmaq olar. Onsuz da sərnişinlər qaydalara məhəl qoymadan həmin küçələrdə avtomobil saxlayırlar. Niyə də bunu qanuniləşdirməyək?! Nəticə etibarı ilə paytaxtdakı parklama yerlərinin sayı artacaq ki, bu da qəzaların azalmasına gətirib çıxaracaq. 

Bu gün paytaxt yollarında avtomobillərin qanunsuz parklanması ilə bağlı xeyli problemlər yaşanmaqdadır. Yolun ortasında iki, bəzən isə üç cərgədə maşın saxlayan sürücülər ilk növbədə yol etikası və mədəniyyətindən xəbərsizdirlər. Elə bütün problemlər də burdan qaynaqlanır. Necə deyərlər, mədəniyyət yoldan başlayır, sürücülərimiz isə bundan xəbərsizdirlər. Son nəticədə əziyyəti piyadalar və ictimai nəqliyyatdan istifadə edən sərnişinlər çəkir. Avtomobilini nəzərdə tutulmayan yerdə saxlayan sürücü başqalarının haqqını tapdağını dərk edir, sadəcə, buna soyuqqanlıqla yanaşır və sürücülük mədəniyyətinin olmadığını nümayiş etdirir. Belələri piyada zolağının üstündə, avtobus dayanacağında, parklarda maşın saxlamağın qadağan olduğunu çox gözəl bildikləri halda nümayişkaranə şəkildə qaydalara meydan oxuyurlar.

Yol-nəqliyyat hadisələrindən və tıxac problemindən danışarkən ictimai nəqliyyat mövzusuna toxunmamaq mümkün deyil. Söhbət avtobusların üçün nəzərdə tutulmuş dayanacaqlardan kənarda sərnişin mindirib və düşürdən sürücülərdən gedir. Bəzən bu cür sürücülər yolun düz ortasında maşınların sağa-sola sürətlə şütüdükləri yerdə qəfil avtobus saxlayıb sərnişin götürürlər. Bizim hər birimiz tez-tez bu mənzərənin şahidi oluruq. Bu hala həmin sürücü həm özünün, hə avtobusdakıların, həm mindirib-düşürtdüyü sərnişinin, həm də bu yolla hərəkət edən digər avtomobil sürücülərinin həyatını təhlükə altına atır. Niyə belə etdiklərini soruşduqda isə cavabları belə olur: “Taksi sürücüləri dayanacağımızı boşaltsınlar, biz də öz dayanacağımızda saxlayaq”. Taksi sürücüləri isə yol polisinə və Nəqliyyat Nazirliyinə “ödəniş” edərək sahib çıxdıqları bu əraziləri boşaltmaq niyyətində deyillər. “Ödəniş” isə nə az, nə çox bircə manat təşkil edir. Bəli, taksi sürücüləri günə bir manat ödəməklə avtomobillərini avtobus dayanacağında saxlayıb sərnişin gözləyirlər. Deməli, gün ərzində yüzlərlə insanın həyatı bircə manata görə təhlükə altına düşür. Yol polisinin və Nəqliyyat Nazirliyi əməkdaşının bir manat müqabilində bütün yol hərəkəti sistemini iflic etdiyi halda düzgün parklamamaya görə adi sürücüyə nə deyə bilərik axı?! Belə çıxır ki, yollardakı özbaşınalığının əsas səbəbkarı bu özbaşınalıqlarla mübarizə aparmalı olanların özləridir? Bəlkə, elə buna görə də onlar bəzi sürücülərin və taksi avtomobillərin yol verdikləri qayda pozuntularına göz yumağa məcburdurlar, onlara güzəştə gedirlər. Amma, zənnimcə, bu müvəqqəti haldır. Gec-tez haqq öz yerini tapacaq. Sürücülük mədəniyyəti olmayanlar bir gün dərk edəcəklər ki, qaydalara riayət etmək polis üçün yox, onların öz həyatları, təhlükəsizlikləri üçündür. Avtobusu az qala evinin qarşısında saxlatdıran sərnişinlər də səhv olduqlarını anlayacaqlar. Necə deyərlər, yaşayarıq görərik. Ən əsası odur ki, bu gün vaxtilə paytaxtdakı tıxacların qarşısını almaqdan ötrü həyata keçirilmiş genişmiqyaslı tədbirlər öz bəhrəsini verməkdədir. Ümid edək ki, tezliklə paytaxtımızın gözəl və geniş küçələrində günün istənilən saatında daha da rahat və təhlükəsiz avtomobil idarə edə biləcəyik. 


İskəndər Quliyev

Опубликовано: 28 Январь, 2016 15:57 | Просмотров: 2663 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo