Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Xalqa layiq millət vəkili

Azərbaycanda deputatlığa namizədlərin qeydə alınmasına prosesi artıq başlanıb. Namizədliyi qeydə alınan namizədlərdən biri də 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizədliyini irəli sürən Adil Əliyevdir. İstər seçicilər, istərsə də həmkarları və media nümayəndələri ilə qurduğu səmimi münasibətə görə, Adil Əliyev hər zaman gündəmdə olan millət vəkillərindəndir. 


DOSYE: Əliyev Adil Abış oğlu 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Maxta kəndində anadan olub. O, Leninqrad Ali Hərbi Dənizçilik Akademiyasının şturman gəmiləri fakültəsini və Azərbaycan Polis Akademiyasını bitirib. 1992-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində bölmə rəisi, 1994-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsində növbətçi inspektor, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, 1998-ci ildən Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsində baş əməliyyat müvəkkili, rəis müavini işləyib. 1999-2002-ci illərdə Su Nəqliyyatında Polis İdarəsində Xətt polis şöbəsinin rəisi, bölmə inspektoru olub. 2002-ci ildən Bakı Şəhər Polis İdarəsinin bölmə rəisi, Yasamal Rayon Polis İdarəsinin şöbə rəisi, 2004–2005-ci illərdə isə Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinin rəisi vəzifələrində çalışıb. Nərimanov ikinci seçki dairəsindən III və IV çağırış Milli Məclisin deputatı seçilib. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Adil Əliyevin millət vəkili kimi fəaliyyəti hər zaman dövlətimizin yürütdüyü daxili və xarici siyasətə layiq olub.  Xarici ölkələrlə qurulmuş əlaqələrin inkişafında onun müstəsna xidmətləri var. Adil Əliyev hər bir xarici səfər zamanı Azərbaycanla bağlı həqiqətləri, torpaqlarımızın işğala məruz qalmasını böyük auditoriyalar qraşısında açıqlayır. O, xüsusilə Xocalı soyqırımı ilə bağlı Ermənistanın təcavüzkar siyasətini və ermənilərin törətdikləri vəhşilikləri haqqında hər zaman geniş çıxışlar edir. Millət vəkilinin xarici ölkələrdə Azərbaycan həqiqətlərini dünyaya bəyan edən çıxışları həmişə Vətəndə böyük rəğbətlə qarşılanır. Adil Əliyevin Türkiyənin Kastamon şəhər bələdiyyəsi tərəfindən təsis edilmiş Avrasya İqtisadi Əlaqələri təşkilatının düzənlədiyi törəndə millət vəkili Adil Əliyev “Avrasiya Xidmət Medalı” ilə təltif edilməsi artıq onun öz işinin peşəkarı olduğunu isbatlayır.

Adil Əliyev dünyada baş verən siyasi proseslərlə bağlı da hər zaman maraqlı şərhlər və proqnozlar verir. Bu baxımdan onun bu yaxınlarda Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə  ilə bağlı fikirləri olduqca dəyərlidir. Brlə ki, millət vəkili media orqanlarına verdiyi açıqlamada Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi bəyanatını qətiyyətlə pislədiyini bildirmiş, ölkəmizə qarşı atılan addımı qərəz adlandırmışdır: “Bu dünyanın ən demokaratik dövlətlərindən biri kimi özünü sübuta yetirmiş Azərbaycana qarşı qərəzdən, qısqanclıqdan başqa bir şey deyildir. Görürlər ki, Azərbaycan söz sahibinə çevrilib, ölkəmiz beynəlxalq aləmdə böyük siyasi-iqtisadi üstünlüklər qazanıb. Bu da onlara sərf etmir. Azərbaycan Milli Məclisi bununla bağlı növbədənkənar sessiya keçirdi və Avropa Parlamentinə layiqli cavab verdi. Hesab edirəm ki, biz artıq müdafiə mövqeyindən çəkilib hücum taktikasını seçməliyik. Biz dünyada sülhü təbliğ etdikcə, demokratik dəyərlərə hörmət etdikcə onlar özlərini bütün dünyanın ağası hesab edirlər. Ancaq başa düşsünlər ki, Azərbaycan heç bir dövlətin, beynəlxalq təşkilatın sözü ilə oturub-durmayacaq. Azərbaycanın öz dəsti-xətti var. Cənab Prezidentin apardığı daxili və xarici siyasət ölkəmizi elə bir inkişaf səviyyəsinə çatdırmışdır ki, gələcəkdə bizi daha böyük uğurlar gözləyir. Ölkəmiz daha böyük iqtisadi-siyasi gücə sahib olacaq. Avropa Parlamenti, “Fredoom House”, "Human Rights Watch” və başqa bu kimi təxribatçı qurumlar nə üçün hüquqları pozulmuş məcburi köçkünlərimizlə bağlı bircə dəfə də olsun mövqe ortaya qoymayıblar? Nə üçün işğal olunmuş torpaqlarımızla bağlı bir cümlə belə işlətmirlər? Ümumiyyətlə, Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının icra olunmayan qətnamələri ilə bağlı nə üçün bircə dəfə danışmayıblar? Onlar öz gözlərində tiri görmürlər, amma başqalarının gözündə tük axtarırlar”.

Millət vəkili Adil Əliyev uğurlu siyasi fəaliyyəti ilə yanaşı, həm də seçiciləri ilə qurduğu səmimi münasibətə görə də hər zaman diqqət mərkəzindədir. Adil müəllim insanlara açıq adamdır, onların dərdlərini dinləyir, çıxış yolları axtarır, ehtiyacı olanlara əlindən gələni əsirgəmir. İnsanpərvərdir, vətənpərvərdir, ürəyi genişdir. O, daima parlamentdə təmsil etdiyi seçki dairəsinin sakinlərinin problemləri ilə maraqlanır, onlara diqqət və qayğı göstərir. Bəzən o, seçicilərinin problemlərini həll etməkdən ötrü məmurları tənqid etməkdən belə çəkinmir. Məsələn, millət vəkili olduğu dairədən ən ümdə məsələsi olan qışda istilik probleminin həlli üçün onun çıxış etmədiyi tribuna, zəng etmədiyi idarə qalmayıb.Adil Əliyev hər il Nərimanov rayonu, 20 saylı seçki dairəsi ərazisində yaşayan yüksək balla ali məktəblərə daxil olan gəncləri qəbul edir, onları təbrik edir. Bu mənada millət vəkili zərif cinsin nümayəndələrinə qarşı da çox diqqətcildir. Belə ki, o, hər il Nərimanov rayon İcra Hakimiyyətinin 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təşkil etdiyi tədbirlərdə iştirak edir, onlara öz səmimi arzularını çatdırır.

Adil müəllim təkcə öz seçki dairəsinin sakinlərini deyil, bütün xalqı maraqlandıran ictimai məsələlərə qarşı diqqətlidir. Bir müddət əvvəl Azərbaycanda yas mərasimlərində israfçılıqla bağlı məsələ qaldırılanda Adil müəllim bu barədə öz şəxsi düşüncələrinə geniş şəkildə ictimaiyyətin nəzərinə çatdırdı. Mövzu ilə bağlı fikirlərini Adil müəllim hətta sosial şəbəkədə də paylaşmışdır: “Yaslarda israfçılığa qarşı tədbirlər ilk olaraq Naxçıvanda tətbiq edildi və yeni qayda insanların rəğbətini qazandı. İndi Naxçıvanda yaslarda ancaq çay və qənd verilir, ən doğrusu da elə budur. Çünki yaxınını itirən şəxs belə ağır günündə mərasimə gələcək yüzlərlə insanın yeməyini, içməyini necə təmin edəcəyi və buna xərcləməli olacaq maliyyəni haradan tapacağı haqda fikirləşir. Yaslarımız israfçılıq məkanına çevrilib ki, bu dinimizə də ziddir. Bu baxımdan dövlətimizin, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bu sahədə qayqa-qanun yaratmaq səylərini dəstəkləyirəm... Statusumu möhtərəm prezident İlham Əliyevin çıxışlarının birində dediyi fikirlə yekunlaşdırmaq istəyirəm: “İnsanları narahat edən ən böyük məsələ ədalətsizlikdir, həyatda da, siyasətdə də, hər bir sahədə də. Ona görə də ədalət, sosial ədalət olmalıdır və bütün qərarlar ədalətli olmalıdır. Əgər qərar ədalətlidirsə, əgər hətta kiminsə xoşuna gəlmirsə, ədalətli olduğu üçün bu qərarla barışırlar”.

Millət vəkili Adil Əliyevin xüsusi diqqət və qayğı ilə yanaşdığı insanlar arasında əsgərlərimiz də var. O, vaxtaşırı cəbhə bölgələrində qulluq edən əsgərlərimizə baş çəkir, onlara ruh yüksəkliyi verir.

Sadalanan bütün bu uğurlarda xalqın təəssübkeşi olan millət vəkili Adil Əliyevin böyük rolu var. Onun ölkənin həm ictimai-siyasi, həm də idman həyatındakı rolu əvəzolunmaz və danılmazdır. Bu çətin və şərəfli işdə Adil müəllimə yeni-yeni uğurlar diləyir, hər zaman öz xalqına və Vətəninə qarşı belə sadiq qalmasını və qarşıdan gələn növbəti parlament seçkilərində uğurlar arzulayırıq.


İskəndər Quliyev,
“Şəffaf Seçkilər” Monitorinq mərkəzinin direktoru

Опубликовано: 22 Апрель, 2016 10:22 | Просмотров: 1020 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo