Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Qadınlıq və analıq mücəssiməsi

Ölüm haqdır, demişlər. Ən qüdrətli şahlar da, ən müdrik alimlər də, hətta kamillik zirvəsini fəth etmiş peyğəmbərlər də əcəldən qaça bilməmişlər. 

Ölüm Allahın əmridir. Amma ölüm haqq da olsa, illərlə yoxluğu ilə barışa və yerini doldura bilmədiyimiz insanlar var həyatda. Bu günlərdə son mənzilə yola saldığımız gözəl xanım, qayğıkeş ana, dəyanətli qadın, sadiq ömür-gün yoldaşı Zərifə xanım kimi...

Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək insani keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Xanımlarımız tarixin bütün dövrlərində taleyüklü məsələlərinin həllində xüsusi canfəşanlıq göstəriblər. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin yaranmasında və inkişafında, güclü kişilərin formalaşmasında qadınlarımızın böyük rolu olub. Əbəs yerə deməyiblər ki, hər bir güclü kişinin arxasında güclü qadın dayanır. Sadə, qayğıkeş, təvazökar və nəcib insan - Zərifə xanım da hər zaman ömür-gün yoldaşı akademik Firudin Köçərli ilə çiyin-çiyinə olub. Gərgin zəhməti, çalışqanlığı, hünəri, uzaqgörənliyi, intellekti və istedadı sayəsində Azərbaycanın elm aləmində çinar kimi boy atıb kök salan, gündən-günə ucalan, əsl ziyalı mücəssəməsinə, ziyalı etalonuna çevrilən Firudin Köçərli kimi dahinin həyat yoldaşı olmaq o qədər də asan missiya deyil. Məlum məsələdir ki, bütün ömrünü elmə həsr edən bir insanla həyatı paylaşmaq bir növ bütün yükü öz üzərinə götürmək deməkdir. Günü elmi simpozium və beynəlxalq konqreslərdə keçən Firudin Köçərli ailənin bütün qayğılarını və beş övladının tərbiyəsini tam arxayınlıqla Zərifə xanıma etibar edib. Həyatın bütün çətinliklərini Firudin müəllimlə çiyin-çiyinə daşıyan Zərifə xanım onun hər dərdinə, sevincinə şərik çıxıb. Nə qədər yorğun olsa da, Firudin müəllimin aspirantlarını kiçik mənzillərində hər zaman gülərüzlə qarşılayıb, onları bişirdiyi dadlı təamlara qonaq edib.

Bütün bu məqamlar, həmçinin Köçərlilər ailəsi ilə bağlı digər maraqlı faktlar “Firudin Köçərli ucalığı” adlı kitabda geniş şəkildə öz əksini tapıb. Zərifə xanımın Firudin müəllimlə səmimi münasibətləri, onların necə qayğıkeş, mehriban insan olmaları ilə bağlı Azərbaycanın bir çox elm adamlarının gözəl xatirələri var.

Fəlsəfə elmləri namizədi Həsən Hüseynov öz xatirələrində adətən hər elmi müdafiədən sonra Firudin müəllimin öz evində yığıncaq etdiyini, dostlarını Zərifə xanımın hazırladığı gözəl təamlara qonaq etdiyini qeyd edir: “Firudin müəllimin özü əsl qonaqpərvər azərbaycanlı idi. Başqa yerlərdən gələn apponentləri öz evində qonaq etməyi bir ənənəyə çevirmişdi. Dəfələrlə açıq süfrəsinin başında əyləşib, çörəyini yediyimiz həyat yoldaşı Zərifə xanımın (mən isə ona həmişə “Zərifə bacı” deyə müraciət etmişəm) bişirdiyi plova qonaq olmuşuq... O da yadımdadır ki, qonaqları yola salarkən onlara hədiyyələr, suvenirlər bağışalayar, hətta yollarına azuqə qoymağı da unutmazdılar”.

Tanınmış elm xadimi, akademik Teymur Bunyadov Zərifə xanımı belə xatırlayır: “Firudin müəllim böyük ailə başçısıydı – hamıya nümunə olan ailə başçısı! Yüksək tərbiyə görmüş övladları, qibtəyə, dərin ehtirama layiqdi. Həyat yoldaşı Zərifə xanım bir elin isməti idi. Ömür-gün yoldaşının həyatına şam-çıraq tutan, onun xoşbəxtliyi yolunda min bir əziyyətə dözərdi. Firudin müəllim qəzaya düşmüş, ağır yaralanmışdı. Həyata qayıdıb yenidən yaşaması demək olar ki, mümkünsüz idi. Biz Firudin müəllimin ürək dostu, can sirdaşı Məqsəd Səttarovla demək olar ki, hər gün xəstəxanaya gedir, ondan hal-əhval tuturduq. Sağalmasına ümid az idi. Bir dəfə qardaşı Tofiq Köçərli bizə dedi: “Firudin burada nə qədər çox qalsa da xeyri yoxdur. Evə apara bilsək, əminəm ki, göydə Tanrı, yerdə Zərifə xanım onu sağaldacaq”. Evə apardılar. Sağaldı da, yaşadı da, yaratdı da. Bu idi qadın qayğısı, Zərifə xanım hünəri! Min-min əhsən belə Azərbaycan qadınlarına!”

Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, dosent Tofiq Məmmədov öz xatirələrində yazır: “Firudin müəllimin elmi tədqiqatlara, araşdırmalara daha çox meyl göstərməsində onun həyat yoldaşı Zərifə xanımın rolunu da qeyd etməyi özümə borc bilirəm. Zərifə xanım olduqca qayğıkeş, mehriban, əsl ziyalı, azərbaycanlı xanıma xas olan bütün keyfiyyətləri özündə təcəssüm etdirmiş bir insandır”. 

Tarix elmləri doktoru, professor Xəlil Köçərli Zərifə xanımın hər zaman, xüsusilə də sarsıntılı günlərdə Firudin müəllimin yanında olduğunu, onu bir anlıq da olsun, tək qoymadığını deyir: “F.Köçərli görkəmli alim olmaqla yanaşı, həm də qibtə ediləcək ailə başçısı idi. O, 1943-cü ildə Zərifə xanım Əli qızı ilə ailə qurmuşdu. Onlar 62 il birgə ömür sürdülər. Bu ailənin qapısı qohumların, dost və tanışların üzünə həmişə açıq idi. Bu evə gələnlər məhəbbətlə, hörmətlə, ehtiramla qarşılanardılar. Zərifə xanım uzun illər boyu bütün Köçərlilər ailəsi üçün örnək olmuş, qız və gəlinlərimiz ondan çox şey öyrənmişlər. 

Firudin müəllimin qazandığı uğurlarda Zərifə xanımın misilsiz əməyi danılmazdır. Firudin müəllim restoranları xoşlamırdı. Onun bütün qonaqlarını gülərüzlə, yüksək səviyyədə qarşılayan və yola salan vəfalı Zərifə xanım idi. 

Keçirdiyi avtomobil qəzasından sonra ömrünün son 14 ilini yataqda keçirən Firudin müəllimin gecə-gündüz qulluğunda duran, yeməyini, dərmanlarını verən, qəzet və jurnallarını vaxtında çatdıran, qayğısını çəkən Zərifə xanım olub”. 

Bax, belə bir dəyanətli qadını, mehriban, gülərüz xanımı, qayğıkeş ananı itirdi Köçərlilər ailəsi. Zərifə xanımın vəfatı bütün nəsil üçün ağır itkidir. İnsan var ki, sağlığında da yeri görünmür, kölgə kimi dolaşır, elə kölgə kimi də izsiz-soraqsız itir. Mənalı ömür sürənlər isə həyatda, doğmalarının qəlbində və hafizəsində  silinməz iz qoyur, gəlimli-gedimli dünyada ölümsüzlük zirvəsinə yüksəlirlər. Zərifə xanımın yeri yaxınlarının, əzizlərinin, Köçərli soyadını daşıyan hər bir kəsin ürəyindədir. O, əsl insanlıq, qadınlıq, xanımlıq və ən nəhayətində analıq nümunəsidir. Günlər, aylar, illər ötəcək, amma Zərifə xanımın əziz xatirəsi sevənlərinin qəbində hər zaman yaşayacaq. 

Allah rəhmət eləsin!

Hazırladı

Quliyeva Nigar

Опубликовано: 22 Апрель, 2016 10:45 | Просмотров: 1055 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo