Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Qanunsuz parklamaya son qoyaq!

Kim buna cavabdehdir və onlar nə iş görür?


Artıq uzun müddətdir ki, Bakı şəhər İcra Hakimiyyətinin tətbiq etdiyi yenilik əsasında şəhərin müxtəlif yerlərində ödənişkli park yerləri fəaliyyət göstərir. Bakı şəhər İcra Hakimiyyətinin başçısının imzaladığı "Bakı şəhəri ərazisində avtomobil duracaqlarının təşkil edilməsi haqqında" sərəncama əsasən paytaxtın şəhər və prospektlərinı avtonəqliyyat vasitələrinin duracaq yerlərinin müəyyən edilməsi və duracaqlarda işin təşkili müstəsna olaraq Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aiddir.

Həmin sərəncamdan irəli gələrək, indi Bakının küçə və prospektlərində, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən yaradılmış duracaqlar artıq  ləğv edilib. Qeyri-qanuni fəaliyyət göstərən duracaq və ya belə bir fəaliyyəti təşkil etmək istəyən hüquqi və fiziki şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər həyata keçirilir.

Təbii ki, bütün bunları həyata keçirmək üçün bir dövlət strukturunun işi deyil. Məsələn, Daxili İşlər Nazirliyinin Dövlət yol Polisi İdarəsi və Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə birlikdə Bakı ərazisində duracaqların təşkili üçün yol hərəkətinin təhlükəsizliyi, ictimai təhlükəsizlik tədbirlərinə cavab verən və avtomobillərin daha çox toplandığı əraziləri müəyyən edir və bu ərazilərdə avtonəqliyyatın hərəkətini məhdudlaşdırmadan yol kənarında nəqliyyat vasitələrinin saxlanılması, tıxacların qarşısının alınması üçün müvəqqəti duracaqlar yaradılmasını təşkil edirlər. Pullu duracaqlarda nəqliyyat vasitələrinin saxlanılması qaydalarının müəyyən edilməsi və hazırlanmasını isə Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi təmin edir.

Amma təəssüf ki, Nəqliyyat Nazirliyinin sərnişin avtobuslarının hərəkətinə tam nəzarəti həyata keçirə bilmədiyindən yollarda əsl hərc-mərclik yaşanmaqdadır. Tətbiq olunan cərimələr, aparılan maarifləndirmə işləri, keçirilən reydlər sürücülərin avtobusu harada gəldi saxlamalarının qarşısını almır. Yol hərəkət qaydalarını pozmaqla onlar nəinki sərnişinlərin, hətta hərəkətdə olan digər avtomobil sürücülərinin də həyatını təhlükəyə atır, yollarda hərc-mərclik yaradırlar. 

Yollarda yaşanan rəzaləti yaradan səbəbkarlardan biri də taksi sürücüləridir. Onların yollardakı özbaşınalıqları, avtobus dyanacaqlarını zəbt etmələri, hər on metrdən bir qanunsuz dayanmaları həm tıxaclara səbəb olur, həm də digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur. Üstəlik dayanacaqları zəbt etdiklərinə görə avtobus sürücüləri məcbur olub dayanacaqdan kənar yerdə saxlamalı olur ki, bu da sərnişinlərin haqlı narazılıqlarına gətirib çıxarır.  Səkidə bir dəqiqəlik belə olsun kimisə gözləmək qayda pozuntusudur. Necə sürücü piyadadan onun yolunu kəsməməyi tələb edir, eləcə də piyada öz hüquqularına hörmətlə yanaşmağı istəyir. Bəzi sürüclər inzibati küçə və prospektlər üzrə yol polisinin ərazidə olmamasından istifadə edib istədikləri yerdə avtomobil park edirlər ki, bu da haqlı narazılıq yaradır. Dövlət Yol Polis İdarəsi avtomobil yollarının keçid hissəsini park etmək üçün qanunsuz istifadə edənlərə qarşı da, qadağan edilmiş yerlərdə avtomobil saxlayan sürücülər barəsində də inzibati cəza tədbirləri həyata keçirir. 

Amma aydın məsələdir ki, bir-iki cəza və yaxud reyd tətbiq etməklə bu problemi aradan qaldırmaq mümkün deyil. Bakı şəhərinin bütün inzibati küçə və prospektlərinin yol polisləri tərəfindən gecə-gündüz nəzarətdə olmalıdır. Hər gün biz dəfələrlə rastlaşırıq səkidə duran və yaxud qadağa yol nişanın altında parklanan avtomobillərlə və DYP əməkdaşlarının tərəfindən onlara qarşı heç bir tədbir görülmür. Belə olmaz. Nə vaxta qədər onlar Yol hərəkəti haqqında Qanuna hörmətsizliyə belə göz yumacaqlar?

Yaxın vaxtlaradək Bakının inzibati ərazisinə daxil olan küçə və prospektlərdə avtomobil park etmək üçün heç bir şərait yox idi. İndi paytaxtımızda 70-ə yaxın küçə və prospektdə hərəkəti tənzimləyən 300-dən artıq parkomatlar quraşdırılıb ki, bunun da nəticəsində avtomobillərin park edilməsinə tam şərait yaradıb. Eyni zamanda avtomobillərin park edilməsi üçün xeyli sayda yeraltı çoxmərtəbəli duracaqlar fəaliyyət göstərir. Lakin bir çox sürücülər bu parklama yerlərindən imtina edirlər. Bəziləri onların pullu olduğundan narazıdırlar, bəziləri ümumiyyətlə, yol qaydalarını saymırlar, bəziləri heç bilmirlər parklama və yaxud saxlamağın qadağasını göstərən yol nişanı hansıdır, çünki onları öyrədən yox idi,  bəziləri də evlərindən uzaq yerləşdiyini səbəb gətirir. Həmin adamlar sadəcə istəyir ki, maşınını evinin yanında saxlasınlar. Çünki onlara belə rahatdır.  

Bu cür düşünən sürücülər yol hərəkəti haqqında qanunun 52-53-cü maddələrinin tələblərini kobud şəkildə pozmuş olurlar. Belələrinin diqqətinə çatdırmaq istəyirəm ki, parkomat üçün pul ödənilsə belə sürücü parkomatların quraşdırıldığı əraziyə yaxın məsafələrdə ikinci cərgədə avtomobil saxlaya bilməz, buna görə inzibati məsuliyyət tətbiq olunur. Parkomatlar ərazisində ikinci cərgədə və yaxud perpendikulyar şəkildə, hər hansı bucaq altında avtomobillərin saxlanılması inzibati məsuliyyət yaradır. Yolların hərəkət hissəsində ikinci cərgədə, yolların kəsişmə nöqtəsinə yaxın məsafələrdə, piyada səkilərində, zebra xətti üzərində, avtobus duracaqlarında avtomobillərin park edilməsinə görə sürücülər məsuliyyət daşıyır və yol hərəkəti haqqında qanunun tələbinə uyğun şəkildə cəzalandırılmalıdır. Bütün bunlara nəzarəti dövlət yol polisi idarəsinin əməkdaşları vaxtında həyata keçirməlidirlər, lakin yol qaydalarını pozanların çoxu cəzasız qalır və onlar buna görə yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşır. 

Tətbiq olunan cəzaların istənilən nəticəni vermədiyini görən qurumlar tıxacların qarşısını almaqdan ötrü bu yaxınlarda daha bir yeniliyə əl atdılar. Belə ki, sentyabrın 15-dən etibarən rayon qeydiyyatlı maşınların paytaxya giriş və çıxışı qadağandır. Amma tətbiq edilən yenilik ümidləri doğrultmadı və istənilən nəticəni vermədi. Deməli, yeni çıxış yolu axtarılmalıdır. Bəlkə də mövcud problemi həll etmək üçün daha sərt addımlar atılmalıdır. Bəlkə də tam əksinə məsələni qadağa və cəzalarla deyil, maarifləndirmə ilə həll etmək lazımdır və yaxud hər kəs öz işinə daha məsuliyyətli yanaşsa bu problemlər öz həlli yolunu tapacaqlar. 

Qaydanı pozanlar da, bilərəkdən tıxacın yaranmasına səbəb olanlar da, sürücülük mədəniyyətinə riayət etməyənlər də - hamısı bu cəmiyyətin üzvləridir. Deməli, problemin həllində onların səyi qaçılmazdır. Yol hərəkəti iştirakçısı olan hər bir vətəndaş – istər sürücü, istərsə də piyada üzərinə düşən vəzifəni yerinə yetirsə, o zaman yollarda belə problemlərə heç rast gəlmərik. Mədəniyyət yoldan başlayır, deyirlər. Gəlin, evdə, işdə, məktəbdə olduğu kimi, yollarda da özümüzü mədəni aparaq!

Hazırladı

Anar Adilov

Опубликовано: 22 Апрель, 2016 10:54 | Просмотров: 1235 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo