Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Hər zaman xalqın yanında olan millət vəkili

Daxili İşər Nazirlyinin Polis Akademiyasını bitirmiş Adil Əliyev polis polkovnik-leytenantıdır. 


O, əvvəllər Səbail Rayon Polis İdarəsi 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin bərə-keçid bölməsinin rəisi, Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi, Yasamal Rayon Polis İdarəsi cinayət-axtarış şöbəsinin rəisi, deputat seçilənə qədər isə Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinin rəisi olub. Hazırda Kikboksinq Federasiyasının prezidenti, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvüdür. Onu xalqa, xüsusilə də gənclərə sevdirən əsas xüsusiyyətləri sahib olduğu müsbət insani keyfiyyətləri, idmançılara dəstəyi  və millət vəkili kimi fəaliyyətidir. Bu üç keyfiyyətin üçü də məhz Adil Əliyev şəxsiyyətində birləşib. Bunlar onun fəaliyyətinin ana xəttini təşkil edir. Onun sadəliyi, xeyirxahlığı, ehtiyacı olanlara əlindən gəldiyi qədər kömək etməyə çalışması, gənclərin qayğısına qalması Adil Əliyevin böyük ürəyə sahib olmasından xəbər verir.

Adil Əliyev millət vəkili olaraq hər zaman öz səmimiyyəti, seçicilərinə yaxın olması ilə seçilib. Bu günə kimi dərdini bölüşmək üçün onu axtarıb, lakin tapa bilməyən seçici olmayıb. Seçildiyi dairənin ərazisində yaşadığı və seçki qərargahı da burada yerləşdiyi üçün o, insanlara hər zaman yaxındır. Onun seçki dairəsinə aid ərazidə yaşayan sakinlər öz sosial problemlərini həll etmək üçün dövlət qurumlarına deyil, birbaşa Adil müəllimin ofisinə üz tuturlar. O da öz növbəsində seçicilərinin problemini həll etməkdən ötrü əlindən gələni əsirgəmir. Maraqlıdır ki, Adil Əliyevin idmançı dostlarının əksəriyyəti də bu ərazidə yaşayır. Onun mütəmadi şəkildə məşq etdiyi idman zalı da seçildiyi dairənin ərazisində yerləşir. Bütün bunlar Adil Əliyevin günün 24 saatı xalqın içində, seçicilərinin arasında olmasından xəbər verir. O, təkcə öz seçki dairəsinə daxil olan ərazidə yaşayan sakinlərə qarşı deyil, bütün həmvətənlərimizə qarşı bu cür səmimi münasibət göstərir. Məsələn, bu yaxınlarda millət vəkilinin xəstəlikdən əziyyət çəkən böyük sənətkarımız Ramiz Əzizbəyliyə baş çəkməsi, bir zamanlar haqsızlıqla üzləşmiş Azərbaycan zabiti Ramil Səfərov Macarıstanda həbsxana həyatı yaşayarkən onun görüşünə getməsi, ailəsinə dəstək olması, veteran idmançılarımızı hər zaman diqqətdə saxlaması – bütün bunlar Adil Əliyevin öz xalqını, Vətənini sevdiyinin, böyük ürəyə sahib olduğunun göstəricisidir. Ramil Səfərov vaxtilə mətbuata Adil Əliyevlə bağlı fikirlərini belə ifadə etmişdir: “Təkadamlıq kamerada olan insan üçün belə bir görüşün nə demək olduğunu təsəvvür etmək çətin deyil. Görüş mənə çox yüksək əhval-ruhiyyə verdi. Onunla çox maraqlı söhbətlərimiz oldu. Hər sözünün sonu mənə ürək-dirək verməklə bitirdi. Müəyyən məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Belə bir söz var: məhkəmədə cəzanı alan məhkum olur, ancaq cəzanın və məşəqqətli həyatın ağırlığını həm də onun ailəsi çəkir. Adil Əliyev mütəmadi olaraq mənim ailəmlə maraqlanıb və onlara böyük diqqət ayırıb. Ailəmizlə bağlı çox böyük işlər görüb. Xüsusilə, anam xəstə olarkən ona çox böyük yardımlar göstərib. Bu barədə atam mənə danışır və məlumatlar verirdi. Mən bunları heç bir zaman unuda bilmərəm və bu, həmişəlik yaddaşıma həkk olub”.

Bəli, Adil Əliyev kimi millət vəkillərinin xalqın firavan gələcəyi naminə gördüyü işlər heç şübhəsiz ki, dövlətimizin daha da möhkəmlənməsinə xidmət edir. Kütləvi informasiya vasitələri nümayəndələri də onun fəa millət vəkillərindən olduğunu hər zaman xüsusilə qeyd edirlər. Seçiciləri ilə daim maraqlanmaqla, onlarla sıx-sıx görüşməklə yanaşı, o, həm də parlament iclaslarında ümummilli məsələlərə bağlı önəmli fikirlər ortaya qoyur. Onun siyasi-ictimai fəaliyyəti, ölkə daxilində və beynəlxalq tədbirlərdə iştirakı göz qabağındadır. Fəal şəkildə Azərbaycan adına, milli maraqlarımız naminə maraqlı çıxışlar edir. O, Ali Baş Komandan İlham Əliyev cənablarının ordumuzla bağlı siyasətində aktiv rol alan millət vəkillərimizdəndir. Təbii ki, torpaqlarının 20 faizi işğal altında olan bir dövlət üçün gənclər arasında vətənpərvərlik ruhunun qalxmasına böyük ehtiyac var. Məhz bu prinsipi rəhbər tutan Adil Əliyev tez-tez hərbi hissələrdə, xüsusilə də ön cəbhədə xidmət edən heyətlə görüşlər keçirir, əsgərlər arasında vətənpərvərlik hissinin güclənməsinə öz töhfəsini verir. 

Onun fəaliyyətində əsas nəzərəçarpan cəhət xarici səfərlər zamanı Azərbaycanla bağlı bütün həqiqətləri açıqlamasıdır. O, xüsusilə Xocalı soyqırımı ilə bağlı Ermənistanın təcavüzkar siyasətini və ermənilərin Rusiya dövlətinə arxayın olaraq törətdikləri vəhşilikləri haqqında hər zaman geniş çıxışlar edir. Hətta millət vəkilinin belə çıxışlarından biri qardaş Türkiyə mətbuatında da çap olunmuş və geniş əks-sədaya səbəb olmuşdur. Söhbət Adil Əliyevin Quba soyqırımı ilə bağlı dilə gətirdiyi fikirlərdən gedir. Belə ki, Quba Soyqırımı Memorial Kompleksində çıxış edən millət vəkili ermənilərin 1918-ci ilin mart ayında törətdikləri soyqırımdan danışarkən demişdir: “Hər bir azərbaycanlı, türk insanı bu soyqırım haqqında, ermənilərin tarixdə başımıza gətirdikləri faciələrlə bağlı xarici insanlara məlumat verməlidir. Bu zaman bizim dərdlərimizi dinləyən insanların sayı artacaq. Bu, bizim qan davamızdır və ermənilər törətdikləri qanlı tarixə görə cavab verməlidirlər”.

İdmançı kimi idmana olan münasibəti, xüsusilə rəhbəri olduğu Kikboksinq Federasiyasının güclü inkişafını, bu idman növünün cəmiyyətdə özünəməxsus yer tutmasını, mütəmadi olaraq beynəlxalq yarışların keçirilməsini, xarici ölkələrdə idmançılarımızın uğurlar qazanmasını və Azərbaycan bayrağını yüksəklərə qaldırılmasını ölkəmizdə hər kəs bilir. Onun Azərbaycan idmanı üçün gördüyü işlər göz qabağındadır. Beynəlxalq yarışlar təşkil etməklə Azərbaycanın dünyada tanıdılmasına böyük dəstək olur. O, türk dünyasında ilk millət vəkili olaraq Ağrı Dağına çıxmaqla adını tarixə yazdı. 

Adil Əliyevin səyləri nəticəsində bir çox Azərbaycan idmançısı beynəlxalq turnir və idman tədbirlərində dövlət bayrağımızı qaldırıb, çempion olub, ölkəmizi tanıdıblar. Onun rəhbərlik etdiyi kikboksinq idman növü üzrə gənclərimiz yığma komandanın tərkibində ölkəmizi təmsil edərək Avropa və dünya çempionatlarında böyük uğurlar qazanırlar. Yola saldığımız 2015-ci il də federasiya üçün uğurlu illərdən olub. Kikboksçularımız müxtəlif mötəbər yarışlarda uğurla çıxış edərək nailiyyətlər qazanıblar. Serbiyada keçirilən dünya çempionatında 1 qızıl, 3 gümüş, 3 bürünc medal əldə olundu. İspaniyanın San-Sebastian şəhərində kikboksinqin WAKO versiyası üzrə gənclər və yeniyetmələr arasında keçirilən Avropa birinciliyində Azərbaycan milli komandası uğurla iştirak edib. Milli komandamız yarışda 2 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb. Ümumiyyətlə, son dövrlərdə kikboksinqdə yüksək uğurlar əldə olunub. Kikboksinq idman növündə kifayət qədər peşəkar, təcrübəli və titullu idmançılarımız var. Hazırda kikboksçularımız bir sıra nüfuzlu yarışlarda öz sözlərini deyir, ən güclü ölkələrin idmançıları üçün ciddi rəqib hesab olunur, bir sözlə, aparıcı mövqelərdə dayanırlar. İndi Cənubi Afrika, Fransa, Türkiyə və Çeçenistan komandaları ilə peşəkar döyüşlərin keçirilməsində planlaşdırırılır. Bununla yanaşı, yeniyetmə, gənclər və böyüklərdən ibarət yığma komandalarımızın Avropa və dünya çempionatlarında iştirakı nəzərdə tutulur. Ümid edirik ki, Adil müəllimin diqqət və qayğısı sayəsində kikboksinqçilərimiz bundan sonra daha da böyük uğurlar əldə edərək, üçrəngli bayrağımızı yüksəklərə qaldıracaqlar. 


İskəndər Quliyev,

“Şəffaf Seçkilər” Monitorinq Mərkəzinin direktoru

Опубликовано: 22 Апрель, 2016 10:15 | Просмотров: 1266 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo