Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır

09 may 1945-ci il bəşəriyyətin tarixinə 1941-1945-ci illər müharibəsində Qələbə günü kimi yazılmışdır. Bu müharibə tarixə müasir dövrün ən ağır müharibələrindən biri kimi olmuşdur. 

Həmin çətin günlərdə Azərbaycan xalqı bir nəfər kimi keçmiş SSRİ xalqları ilə  birlikdə ölkənin müdafiəsinə qalxmış və bu qələbənin əldə olunmasına öz böyük töhfəsini vermişdir. Müharibənin yalnız ilk 3 günündə 18 min insan könüllü olaraq cəbhəyə getmiş, 40 mindən artıq gənc və qız  müharibəyə göndərilmək xahişi ilə ərizə vermişdilər. Azərbaycan zəhmətkeşlərinin qəhrəmanlıq səyləri sayəsində respublikamız ordunun ən iri cəbbəxanalarından birinə çevrilmişdi. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə 750 milyon ton neft göndərmişdirlər ki, bu da SSRİ-də o zaman hasil olunan neftin dörddə üç hissəsini təşkil edirdi. Respublikada 130 növdə silah, döyüş sursatı və ləvazimat istehsal olunurdu.

Bu şanlı qələbədə Azərbaycanda təşkil olunmuş 402, 223, 416, 271 və 77-ci diviziyalar mühüm rol oynamışdılar. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər döyüş yolu keçmişdilər. Xalqımızın şanlı oğulları sırasından 128 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfər Şöhrət ordeninin bütün üç dərəcəsi, 176 min nəfər isə müxtəlif orden və medallarla təltif edilmişlər. 

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin hazırlanması və qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq, ölkəmizin şəhər və rayonlarında Azərbaycan Respublikasının dövlət strukturlarında qələbənin 70 illiyinə həsr olunmuş bayram tədbirləri keçirilmiş, Azərbaycan neftçilərinin, neft – kimya və maşınqayırma sənayesi işçilərinin, dəmiryolçuların və tibb işçilərinin qələbənin qazanılmasında müstəsna rolu haqqında elmi konfranslar, simpoziumlar təşkil edilmişdir.

Kütləvi informasiya vasitələrində bu müharibəyə həsr olunmuş materialların yayılması, dövri televiziya və radio verilişlərinin təşkili, sənədli və bədii filmlərin nümayişi üzrə tədbirlər həyata keçirilmişdir.

Bu yaxınlarda çəkilmiş “Məqsəd Bakıdır. Hitler neft uğrunda mübarizəni necə uduzdu” adlı film bu dəhşətli müharibənin bütün acılarını yaşamış, ön cəbhədə vuruşmuş, arxa cəbhədə hədsiz ağır zəhməti ilə böyük qələbəni yaxınlaşdırmış bütün insanların xatirəsinə dərin hörmət və ehtiramın göstəricisi olmuşdur. Həmin filmin baş prodüsseri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qızı Arzu Əliyeva olmuşdur.

Akademik Ziyad Səmədzadənin rəhbərliyi altında həyata keçirilən “Bakı nefti Qələbənin açarıdır” xüsusi buraxılışın nəşr olunması da  əhəmiyyətli hadisəyə çevrilmişdir.

Qələbənin 70 illik yubileyinin həyata keçirilməsinə hazırlığın gedişində “dəyirmi masa”ların, bədii proqramların, müharibə veteranları ilə görüşlərin, həmçinin qələbənin 70 illiyinə həsr olunmuş sənədlərin, plakatların, foto materialların, əsərlərin, əşyaların sərgisinin təşkil edilməsi məsələləri diqqət mərkəzində saxlanmış, Respublikamızın nümayəndələrinin 2015-ci il 9 mayda Moskvada keçirilmiş hərbi paradda iştirakı təmin edilmişdir.

Bununla yanaşı, Tədbirlər Planının icrası ilə əlaqədar şəhər və rayonlarda hərbi qəbristanlıqların, memoriailların və memorial komplekslərinin abadlaşdırılması, həlak olmuş və itkin düşmüş döyüşçülərin xatirəsini əbədiləşdirən, həmçinin 1941-1945-ci illər müharibəsinin iştirakçıları haqqında məlumat bazasının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi məqsədlərinə xidmət edən “Xatirə kitabı”nın nəşrinin davam etdirilməsi üzrə fəal iş aparılmışdır. 

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, 2015-ci il 15 iyun tarixində Vesti.az saytında Krımdakı Azərbaycan İcmasının rəhbəri Rəhim Hümbətovun informasiyası çap olunmuşdur. O qeyd edir ki, Krımda onun işğalçılardan azad olunması uğrunda döyüşlər zamanı  həlak olmuş azərbaycanlı əsgərin cəsədinin qalıqları tapılmışdır. Əsgər medalyonlu cəsədin qalıqları axtarış işləri zamanı tapılmışdır. Müəyyən edilmişdir ki, həlak olmuş həmin şəxs 1921-ci ildə Azərbaycan SSR-nin Kəlbəcər rayonunun Koraçalı kəndində anadan olmuş Mirzəyev Mamed Cəbrayıloviçdir. Orduya Azərbaycan SSR-nin Kəlbəcər rayon Hərbi Komissarlığı tərəfindən çağrılmışdır, hərbi rütbəsi serjant, 242-ci dağ atıcı diviziyanın atıcı bölməsinin komandiri olmuşdur. 25 fevral 1944-cü ildə həlak olmuşdur.

“Təntənəli dəfn mərasiminin 2016-cı ilin yazında keçirilməsi nəzərdə tutulur. Cəsədin qalıqları Kerç şəhərinin ətraflarında Beynəlxalq axtarış ekspedisiyası çərçivəsində hərbi-axtarış işləri zamanı  tapılmışdır”, – bu barədə uzun illər axtarış işləri ilə məşğul olan Natalya Dzyuba məlumat vermişdir.

Krımın Azərbaycan icması Mirzəyev Mamed Cəbrayıl oğlunun qohumlarına müraciət edərək onların səsinə səs verməyi xahiş etmişdir.

Bununla bağlı düşünürəm ki, həlak olmuş əsgərin qohumlarının və yaxınlarının axtarılmasında bütün maraqlı təşkilatlar, o cümlədən Kəlbəcər rayon icra hakimiyyəti aparatının rəhbəri, həmçinin Krımın işğıalçılardan azad edilməsi uğrunda döyüşlərdə vuruşmuş müharibə veteranları fəal iştirak etməlidirlər. Bir sözlə, axtarmaq lazımdır.

Qeyd etmək lazımdır ki, 1941-1945-ci illər müharibəsində döyüş meydanlarında ölkəmizdən hərbi xidmətə getmiş 350 mindən artıq azərbaycanlı həlak olmuşdur. Kəlbəcər rayon sakini, haqqında söhbət gedən Mirzəyev Məmməd Cəbrayıl oğlu da onların sırasındadır.

Doğmaları və yaxınlarının rifahı, Vətəninin azadlığı və müstəqilliyi naminə öz canını qurban vermək bacarığı olan və ölüm təhlükəsinə qorxmadan baxan dəyanətli və cəsarətli həmin insanlar bu gün də bizim hər birimizdə iftixar hissləri doğurur.

Hər il biz həmin müharibədə cəsarət və qətiyyətlə vuruşmuş qəhrəmanları xatırlayırıq. Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır, axı zaman bizim qəhrəmanların böyüklüyü üzərində hakim deyildir. Bügünkü günümüzdən o illərə baxaraq və tarixin dərslərindən nəticə çıxararaq, bu gün videodəyişikliyə uğramış və məkr və hiyləsinə görə mahiyyətcə heç də faşizmdən geri qalmayan şərə - terrorizm və  aqressiv seperatizmə qarşı mübarizədə öz səylərimizi birləşdirməliyik. 

 

 Rövşən Ağayev

 

 

 

Bir kənd  tam orta məktəbinin fəaliyyəti ilə bağlı qısa ştrixlər

 

Son illər ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmış, təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir. Bununla əlaqədar bir sıra şəhər və rayonlarda 2500-ə yaxın məktəb binası tikilmiş, mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılmışdır. 

Zaqatala rayon Mina Nəzirova adına Suvagil kənd 1 saylı tam orta məktəbi 1924-cü ildən fəaliyyət göstərir. Bu tədris ocağında  364 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 53 müəllim məşğul olur. 

2012-ci ilin may ayında baş vermiş təbii fəlakət (zəlzələ) nəticəsində məktəbin binası qəzalı vəziyyətə düşmüşdür. 2013-cü ildə yeni məktəb binası inşa edilərək müasir avadanlıqlarla təchiz olunmuş və şagirdlərin istifadəsinə verilmişdir. 

Burada qeyd etmək lazımdır ki, 20 may 2015-ci il tarixində yeni məktəb binasında Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin, Zaqatala rayon Yanğından Mühafizə Hissəsinin və Yanğın Nəzarəti İdarəsinin birgə təşkilatçılığı, eyni zamanda UNİCEF təmsilçilərinin iştirakı ilə fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması məqsədilə nəzəri –praktiki tədbir keçirilmişdir. 

Tədbirin praktiki hissəsində şərti olaraq "Zəlzələ və yanğın həyəcanı!" siqnalı verilmiş, məktəbin şagird və müəllim heyəti məktəbdən təxliyə olunmuşlar.  Dərhal Nazirliyin “112” qaynar xəttinə məlumat verilmiş və məlumata əsasən hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə və xilasetmə dəstələrinin texnikası və canlı qüvvələrinin iştirakı ilə şərti yanğınsöndürmə əməliyyatı nümayiş etdirilmişdir. Şərti yaralanmış və zərərçəkmiş şagirdlərin  xilasedicilər tərəfindən xilas edilərək məktəb binasından çıxarılması və Təcili Tibbi Yardım avtomobilləri ilə tibb müəssisəsinə göndərilməsi əməliyyatları da yerinə yetirilmişdir. 

Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin Fövqəladə halların monitorinqi və xəbərdar edilməsi idarəsinin rəisi Məhbubə Mustafayeva toplantıda çıxış edərək bu cür tədbirlərin əhəmiyyətindən danışmışdır. UNİCEF nümayəndələri də belə tədbirlərin fövqəladə hallara hazırlıq səviyyəsinin artırılmasına müsbət təsir göstərəcəyinə əmin olduqlarını bildirmişlər.

Hal-hazırda sözügedən təhsil müəssisəsində tərtibat və səliqə-səhman yaxşıdır, Ulu Öndərin, Respublika Prezidentinin həyat və fəaliyyətini əks etdirən stendlər yaradılmışdır. Divar qəzetləri, fənn bülletenləri vaxtlı-vaxtında buraxılır. Şağirlər və məktəbə gələn qonaqlar böyük maraqla kəndin və məktəbin keçmişi və bu günü əks etdirən, həmçinin  Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş Nəzirova Mina Bəşir qızının (1914-1984) fəaliyyəti ilə bağlı zəngin eksponatlı stendlərlə tanış olurlar.

Məktəbin şagirdləri keçirilən müsabiqə və yarışların  rayon və  respublika mərhələlərində fəal iştirak edirlər. Belə ki, məktəbin IX sinif şagirdi Həlimova Fatimə Həmid qızı fənn Olimpiadasının respublika mərhələsində tarix fənni üzrə I yerə layiq görülərək Qızıl medalla təltif olunmuşdur. Eyni zamanda, YUNİSEF tərəfindən keçirilən müxtəlif layihələrdə bu məktəb pilot kimi seçilmişdir

Azərbaycan Respublikasının təhsil nazirinin 29 avqust 2013-cü il tarixli əmri ilə Suvagil kənd 1 saylı tam orta məktəbi 2013/2014-cü dərs ilində II siniflərdə “Şahmat” fənni tədris olunacaq yeni seçilmiş məktəblər arasında olmuşdur (şagirdlərin sayı 21 nəfər).

Müəllimlərlə aparılan söhbətdən məlum oldu ki, onlar yaradılan iş şəraitindən tam razıdırlar. Məktəbin direktoru A.Sultanov bildirmişdir ki, məktəbin  müəllimləri öz işlərini mövcud qanunvericiliynin tələblərinə və Təhsil nazirliyinin müvafiq tapşırıqlarına və təlimatlarına uyğun qurmağa çalışırlar. Burada məktəbdaxili nəzarət mexanizminin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görülür. Məktəb jurnallarının və məktəbdaxili qiymətləndirmənin aparılması, əmək intizamı qaydalarına  əməl olunur. Açıq dərslərin keçirilməsi məktəb rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır. 

        Bununla yanaşı, 2014/2015-ci dərs ilin yekunları ilə əlaqədar məktəbdə aparılmış ilkin təhlillər göstərmişdir ki, məktəbin Fəaliyyət planına uyğun olaraq işlər aparılsa da, bəzi hallarda nəzərdə tutulan məsələlərin icrası, həmçinin kadrların mövcud qaydalara uyğun seçilib yerləşdirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və s. sahələrdə müəyyən problemlər yaranmışdır.         

Ümumiyyətlə, dərs ilin yekunları göstərmişdir ki, əldə olunan müsbət nəticələrlə yanaşı, bir sıra həll olunmamış problemlər də mövcuddur. Bütün bunları, A.Sultanovun qeyd etdiyi kimi, məktəbin pedaqoji heyəti yaxşı bilir və onların aradan qaldırılması üçün lazımi tədbirlər görüləcəkdir. Bir sözlə, təlim-tərbiyə ocağında təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən yaradıcılıq və təşəbbüskarlıq mühitinin yaradılması, icra intizamı və məsuliyyət mədəniyyətinin formalaşması, gənc nəslin müstəqil həyata hazırlanması və vətəndaş tərbiyəsi Suvagil kənd 1 saylı tam orta məktəb rəhbərliyinin, müəllimlərin yeni 2015/2016-cı dərs ilində qarşısında duran ən mühüm vəzifələrdəndir.


R.Ağabeyli

Опубликовано: 22 Апрель, 2016 11:16 | Просмотров: 1586 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo