Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Milli Ordumuz Ali Baş Komandanin əmri ilə bir həmlədə torpaqlarımızı işğaldan azad etmək qüdrətinə malikdir

Rövşən Məhərrəmov: “Bu gün Ermənistanın döyüşmək üçün nə canlı qüvvəsi, nə də hərbi texnikası var. Belə təxribatlarla Ermənistan bütün dünyanı özünə güldürür”


Son günlər cəbhə bölgəsində baş verən hadisələr ölkə ictimaiyyətini bərk narahat edir. Cəbhənin müxtəlif istiqamətlərində atəşkəsin pozulması kütləvi informasiya vasitələrinin əsas gündəminə çevrilib. Məsələ ilə bağlı artıq dünya ictimaiyyəti də bəyanatlar yaymağa başlayıb. Hətta bu yaxınlarda beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq, Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatının və cavab tədbirlərinin birtərəfli qaydada dayandırılması, azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanılması barədə Müdafiə Nazirliyinin qəbul etdiyi qərar ictimaiyyətə açıqlandı. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd olunur, Ermənistan silahlı qüvvələrinin təxribatçı fəaliyyətlərindən əl çəkməyəcəyi və yaşayış məntəqələrimizi, mövqelərimizi təkrarən atəşə tutulmasını davam etdirəcəyi təqdirdə qoşunlarımız silahlanmada olan bütün vasitələrdən istifadəyə məhdudiyyət qoymadan düşməni darmadağın edərək işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə hücum əməliyyatlarını davam etdirəcək. 

 Aprelin 2-nə keçən gecə hərbi cəhətdən iflasa uğrayan Ermənistan son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə növbəti dəfə təxribat törətməyə çalışıb. Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib. Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Baş verənlərlə bağlı ekspert rəyi öyrənmək məqsədilə Silahlı Qüvvələrin Hərbi Polis İdarəsinin keçmiş rəisi, ehtiyyatda olan polkovnik Rövşən Məhərrəmova müraciət etdik.

"Hərbçilərimiz qısa müddət ərzində bir neçə yüksəklik və yaşayış məntəqəsini düşmən işğalından azad etməyə nail olub. Bu, hər bir azərbaycanlı üçün sevindirici xəbərdir. Döyüşlərdə bir neçə tank və vertolyotumuzun sıradan çıxması isə müharibə şəraitində olan bir ölkə üçün adi haldır. Müharibə itkisiz keçmir. Düşmənlə müqayisədə biz olduqca az itki vermişik. Adətən hücum edən tərəf qarşı tərəflə müqayisədə üç dəfə çox itki verir. Bildiyiniz kimi də, döyüşlərdə 12 əsgərimiz şəhid düşüb. Düşmən isə yüzdən artıq şəhid verib. Qarşı tərəfin 6 tankını və 15-dək artilleriya qurğusu məhv edilib.

Mən düşünürəm ki, son iki-üç gün ərzində baş verən hadisələr Qarabağ münaqişəsinin həllinə öz əhəmiyyətli təsirini göstərəcək. Tezliklə biz hamımız bunun şahidi olacağıq. Yaxın vaxtlarda torpaqlarımızın son qarışına kimi düşmən tapdağından azad olunacağına bütün qəlbimlə inanıram”, - deyə Rövşən Məhərrəmov bildirib.

Onun sözlərinə görə, bu gün yüksək hazırlıq səviyyəsində olan ordumuz qələbə əhval-ruhiyyəsinə köklənib: “Təbii ki, ordumuzun tam döyüş hazırlığında olmasında Azərbaycanın müdafiə naziri cənab Zakir Həsənovun və Baş Qərargah rəisi Nəcməddin Sadıqovun rolu böyükdür. Onların hər ikisi öz işinə məsuliyyətlə yanaşan peşəkar insandır. Ordumuza məhz belə peşəkarların rəhbərlik etməsi qürurvericidir”.

Rövşən Məhərrəmov həmçinin qeyd edib ki, ordumuzun həyata keçirdiyi əməliyyatlar nəticəsində düşmən öz layiqli cavabını alıb: “Hazırda mənfur Ermənistan olduqca zəifləyib. O, təkbaşına heç bir qərar qəbul edə və hadisələrin gedişatını dəyişə bilməz. Ermənistanın ordusunun gücündən danışmaq isə gülünc olar. Onların ordusu, demək olar ki, yox səviyyəsindədir. Bütün dünya bilir ki, əhalinin gənc hissəsi Ermənistanı çoxdan tərk edib. Ölkədə qalan əhalinin böyük hissəsini yaşlılar təşkil edir ki, bu qüvvə ilə müharibə aparamaq və qalib gəlmək qeyri-mümkündür. Bu gün Ermənistanın döyüşmək üçün nə canlı qüvvəsi, nə də hərbi texnikası var. Odur ki, belə təxribatlarla Ermənistan dünyanı özünə güldürür. Bu, danılmaz həqiqətdir. Azərbaycanda isə tam əksinə, Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu yüksək səviyyədə gedir. Hazırda ordumuz regionun ən güclü ordularından birinə çevrilib. Bütün bunları xalqımız da görür, dünya ictimaiyyəti də. Əsgərlərimizin psixoloji durumu və vətənpərvərlik ruhu çox yüksək səviyyədədir. Hərbçilərimiz döyüşə tam hazır vəziyyətdə Ali Baş Komandanın əmrini gözləyirlər. Milli Ordumuz Ali Baş Komandanin əmri ilə bir həmlədə torpaqlarımızı işğaldan azad etmək qüdrətinə malikdir. Odur ki, təlaşa və təşvişə heç bir səbəb yoxdur. Qoy bu gün hər bir azərbaycanlı öz əsgəri ilə fəxr etsin. Fəxr edək ki, bizi və Vətənimizi qoruyan belə güclü əsgərimiz, qüdrətli ordumuz var”.

Rövşən Məhərrəmov onu da bildirib ki, bu gün cəbhədə baş verən təxribatda təkcə ermənilərin yox, üçüncü qüvvənin də əli var: “Ermənistan xarici dəstək olmadan heç nə edə bilməz. Düşmənə bu cavabı çoxdan vermək lazım idi. Azərbaycan silahlı qüvvələri Ali Baş Komandanın, cənab İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf yolu keçib. Ordumuz günbəgün öz qüdrətini artırır. Azərbaycan ordusu ən müasir hərbi texnika və döyüş vasitələri ilə təchiz edilmiş və NATO standartları əsasında təlim görmüş silahlı qüvvələri ilə Cənubi Qafqazda hərbi qüdrətinə görə lider ölkədir. Həmçinin Azərbaycan silahlı qüvvələrinin göstəriciləri onun keçmiş sovet məkanında da ən güclü və döyüş hazırlıqlı ordulardan biri olduğunu təsdiqləyir. Dövlət başçısı, Ali Baş Komandan hər bir dəqiqə göstəriş verdiyi halda Azərbaycan Silahlı Qüvvələri onun göstərişini yerinə yetirməyə hazırdır. 

Sonda qeyd etmək istərdim ki, Azərbaycan Silahlı Qüvvələrinin əsas öhdəliyi düşmənlərin işğal olunmuş torpaqlardan çıxarılmasıdır və biz buna nail olacağıq. Azərbaycan Silahlı Qüvvələrinin son illər ərzində inkişafı, ən son silahlar, hərbi texnika ilə təmin olunması, hərbi hazırlıq səviyyəsinin artırılması bizi qələbəyə doğru aparır. Qələbə günü uzaqda deyil! Biz torpaqlarımızın işğalına əbədi olaraq dözmək niyyətində deyilik. Ya problem ən qısa müddətdə sülh yolu ilə həll olunacaq, ya da regionda hərbi münaqişənin gərginləşəcəyi qaçılmaz məsələyə çevriləcək.

Sonda fürsətdən istifadə edib döyüşlərdə şəhid olmuş bütün əsgərlərimizin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah onlara rəhmət etsin!” – söylədi Rövşən Məhərrəmov.


İskəndər Quliyev

Опубликовано: 22 Апрель, 2016 11:18 | Просмотров: 1951 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo