Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Yolumuzu qanunsuz zəbt edənlər kimlərdir?

Paytaxt Bakıda ödənişli əsaslarla fəaliyyət göstərən rəsmi parklama yerləri mövcud dolduğu kimi, qeyri-rəsmi yerlər də var. 

Ümumiyyətlə, parklama istənilən böyük şəhərdə nəqliyyatın hərəkətinin təşkilində mühüm rol oynayan məqamlardandır. Bu nöqteyi-nəzərdən Bakıda parklama prosesinin təkmilləşdirilməsi çərçivəsində parkomatların quraşdırılması barədə verilmiş qərar hamı tərəfindən rəğbətlə qarşılandı. Amma nədənsə şəhərdəki qeyri-rəsmi fəaliyyət göstərən parklama yerlərinin qarşısını tam almaq hələ ki, mümkün olmayıb.

Gündəlik həyatımızda hər birimiz yolun qanunsuz şəkildə zəbt olunub parklama yeri kimi istifadə edildiyinin şahidi oluruq. Həmin yol ensiz və çox istifadə olunandırsa, bu zaman ciddi problemlər meydana çıxır. Kimisi lentlə, kimisi zəncirlə, kimisi də metal vasitə ilə yolun istədiyi yerdən ayırıb özü üçün parklama yeri düzəldir. Onlar nə qanunlara məhəl qoyurlar, nə də sürücülərin şikayətinə. Axı ümumi istifadə üçün nəzərdə tutulmuş avtomobil yolunda mane yaratmağa hansı qanun icazə verir? Bu cür mötəbər səlahiyyət kimə və kim tərəfindən verilib.

Ən dəhşətlisi isə belələrinin öz qanunsuz əməllərinə don geyindirməyə çalışmalarıdır. Məsələn, avtomobil yolunu qazanc məqsədilə zəbt edənlərdən bəziləri burada qanuna zidd heç bir hərəkətin olmadığını deyirlər. Sübut olaraq onlar həmin yolların bələdiyyənin mülkiyyətində olduğunu, bələdiyyənin isə həmin ərazini onlara icarəyə verdiyini əsas gətirirlər. Amma qanunlardan bixəbər olan həmin “iş adamları”nın diqqətinə çatdırırıq ki, bələdiyyə ancaq öz mülkiyyətində olan torpaqla bağlı sərəncam verə bilər. Bunu məsələ ilə bağlı müraciət etdiyimiz ekspert Samir Əliyev də təsdiqlədi: “Bələdiyyə ancaq öz mülkiyyətində olan torpaqlarla bağlı sərəncam verə bilər. Burada ümumi istifadədə yol və səkilərdən söhbət belə gedə bilməz. Ümumi istifadədə olan torpaqlar ancaq təyinatına görə icarəyə verilə bilərlər”.

Mövzuya hüquqi baxımdan aydınlıq gətirmək üçün “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqliyə də müraciət etdik. Vüqar müəllim də burada söhbətin yalnız məhəllədaxili yollardan getdiyini söylədi.

Məlumat üçün bildirək ki, Azərbaycan Prezidentinin bu barədə imzaladığı sərəncamda açıq-aşkar qeyd olunur: “Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhərlərində və rayon mərkəzlərində şəhər avtomobil yollarının müvafiq yerli icra hakimiyyəti orqanlarının balansına, şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yollarının, habelə kənd və qəsəbələrin ərazisində yerləşən küçələrin, keçidlərin, ictimai nəqliyyat xətlərinin, digər yolların və yol qurğularının isə müvafiq bələdiyyələrin balansına verilməsini təmin etsin".

Bəli, düzgün oxudunuz... Paytaxtdakı məhəllədaxili yollar. Burada paytaxtdakı magistral və dövlət əhəmiyyətli yollardan söhbət belə gedə bilməz. Üstəlik, həmin yollarla bağlı qərar verilərkən həmin ərazinin hansı önəm kəsb etdiyi, yaxınlıqda dövlət əhəmiyyətli obyektin yerləşib-yerləşmədiyi və s. kimi məqamlar nəzərə alınır.

Ölkəmizdə yol-nəqliyyat  infrastrukturunun yeniləşməsi ilə bağlı həyata keçirilən tədbirlər davamlılığı ilə diqqət çəkir. Dövlət başçısı İlham Əliyev daim yol-nəqliyyat sektorunda görülən işləri diqqətdə saxlayır, bu istiqamətdə  icra olunan layihələrin açılış və təməlqoyma mərasimlərində iştirak edir. Paytaxt Bakının, eyni zamanda bölgələrin, qəsəbələrin, kəndlərin yenidən qurulmuş yolları, müasir standartlara uyğun  tikilmiş körpüləri, yeraltı və yerüstü piyada keçidləri hər kəsdə qürur hissi yaradır,  ölkəmizin iqtisadi və maliyyə imkanları barədə aydın təsəvvürün formalaşmasına stimul verir.  Ölkəmizə gələn xarici  qonaqlar müasirliyi ilə qədimliyi özündə birləşdirən Bakının gözəlliyindən heyranlıqlarını gizlətmirlər. Bu inkişaf, tərəqqi ondan irəli gəlir ki, modernləşmə, yeniləşmə dövlətimizin siyasətinin əsasını, ana xəttini təşkil edir. Dövlətimizin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətin uğurlu nəticələri, iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması, əhalinin sosial rifah halının yaxşılaşdırılması, bunun təsdiqi olaraq   nəqliyyat vasitələrinin sayının artması, ən əsası  əhali sıxlığı və s. kimi amillər nəqliyyat sisteminin müasir tələblərə  uyğun təkmilləşdirilməsini, yeni yolların salınmasını, körpü və yol ötürücülərinin tikintisini zərurətə çevirir.  Bu inkişafa dəstək olmaq və  töhfələrini vermək  hər kəsin  vətəndaşlıq borcudur.

Odur ki, ürəkləri istəyən yolda qırmızı lentdə özlərinə yol ayırıb, qanunsuz parklama fəaliyyəti ilə məşğul olanlar yaxşı olardı əməllərinə görə inzibati məsuliyyət daşıdıqlarını dərk etsinlər.  Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 164.0.4.-cü maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə fiziki şəxslər səksən manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir. Səkilərə nəzarət funksiyasını Bakı Şəhər İcra Hakimiyyətinin, ictimai nəqliyyata Nəqliyyat Nazirliyinin,  yol hərəkət qaydalarına Baş Dövlət Yol Polisinin həyata keçirdiyini nəzərə alsaq, bu qurumların birgə səylərini artırmaları fonunda gündəlik yaşanan  bu kimi  problemləri çözmək mümkündür. Bunun üçün piyadaların da, avtomobili idarə edənlərin də qayda-qanunlara lazımi səviyyədə əməl etmələri vacibdir. Çalışaq ki, bir-birimizə aid olan əraziləri “işğal etməyək”.


Hazırladı

İskəndər Quliyev

Опубликовано: 22 Апрель, 2016 11:20 | Просмотров: 1152 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo