Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Səhiyyəmiz inkişafa doğru

Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verir. Son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artıb.


Azərbaycan səhiyyəsinin 20 il əvvəlki və indiki vəziyyətinin müqayisəolunmaz şəkildə dəyişdiyini kimsə inkar edə bilməz. Dövlət başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin başlıca istiqamətlərini təşkil edir. 

Səhiyyə sahəsində həyata keçirilən yeniliklərdən biri də vətəndaşlara gecə-gündüz operativ şəkildə xidmət göstərən “Qaynar xətt”in tətbiqidir. Söhbət daxil olan hər bir müraciətin dəqiqi şəkildə araşdırıldığı “9103-Qaynar xətt” xidmətindən gedir. 

Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və tibb sahəsini əhatə edən idarə, müəssisə və təşkilatlarla vətəndaşlar arasında əlaqələndirmənin yaradılması məqsədilə Səhiyyə Nazirliyində 24 saat ərzində “Qaynar xətt” xidməti fəaliyyət göstərir. Səhiyyə idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi, dövlət orqanının fəaliyyətində şəffaflığın artırılması, əhaliyə vaxt itkisinə yol vermədən müraciətlərinin həlli baxımından bu xidmətin yaradılması çox mühüm məsələlərdəndir. Vətəndaşlarla birbaşa əlaqə qurmaq, onların tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müraciətlərini operativ cavablandırmaq, problemlərinin qısa müddət ərzində həll olunmasını təmin etmək məqsədi ilə yaradılmış “Qaynar xətt” xidməti 2011-ci ildən istifadəyə verilib. 

Ölkənin istənilən bölgəsindən vətəndaşın müraciəti Səhiyyə Nazirliyinin peşəkar həkimlərdən ibarət operatorları tərəfindən diqqətlə dinlənilir. Mövzuya dair ətraflı məlumat topladıqdan sonra dərhal məsələnin həlli üçün zəruri addımlar atılır. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, vətəndaş müraciətləri sırasında yeni yaşayış yeri üzrə poliklinikada qeydiyyat, tibbi arayışın alınması və s. kimi müraciətlər üstünlük təşkil edir. Bəzi hallarda vətəndaşlardan səhiyyə müəssisəsələrinin bu və ya digər əməkdaşının göstərdiyi xidmət səviyyəsinin qənaətbəxş olmaması ilə bağlı şikayətlər də daxil olur. Belə olan halda “Qaynar xətt”in əməkdaşları dərhal səhiyyə müəssisəsi ilə əlaqə saxlayır vətəndaşın müraciəti barədə məlumat verir, məsələni araşdırır və müraciət qısa müddət ərzində həll edilir. Ehtiyac olduqda müraciətin dəqiqləşdirilməsi məqsədi ilə xüsusi komissiya yaradılır yaxud da aidiyyəti üzrə digər dövlət qurumlarının tabeliyində olan müəssisələrə yönəldilir. Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan hər bir vətəndaş müraciəti ilk zəng daxil olduğu andan, məsələ həll edilənədək nəzarətdə saxlanılır və öz həllini tapır.

Ümumiyyətlə, bütün dövlət qurumları kimi Səhiyə Nazirliyi də  öz fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə geniş yer ayırır. 2014-cü ildə istifadəyə veriləm “Elektron Səhiyyə” xidməti buna nümunədir. Bura ümumilikdə 15 elektron xidmət daxildir. Həmin xidmət sahələrinə işə qəbulla bağlı müraciətlər, tibb mütəxəssislərinin sertifikasiyası, lisenziyaların verilməsi, dərman vasitələrinin dövlət qeydiyyatından keçməsi, səhiyyəyə aid hüququ məsləhətlər, ixtisasartırma kursları və s. məsələlər aiddir. “Elektron shiyyə” xidmət mərkəzində bütün prosedurlar çox asan icra olunur. Mərkəzə gələn vətəndaş əvvəlcə koordinatora yaxınlaşır. Koordinator onun probleminin istiqamətini müəyyən etdikdən sonra növbəti terminala yaxınlaşaraq, operatora müraciət edir. Operator vətəndaşın şəxsiyyət vəsiqəsini oxucu cihazla skan etdikdən sonra 15 mövzudan birini seçir. Sıra nömrəsini alan vətəndaş konkret operatora yaxınlaşır və problemini araşdırır. 

Göründüyü kimi, vətəndaşla məmur arasında heç bir əlaqə olmadığından burada tam şəffaflıq təmin edilir. Üstəlik, vətəndaş problemini həll etməkdən ötrü günlərlə, bəzən aylarla instansiyaları gəzib növbə gözləmək məcburiyyətində qalmır. Həyata keçirilən bütün bu işlər vətəndaşlara göstərilən xidmətin yüksəldilməsi məqsədi güdür. 


İskəndər Quliyev,

“Şəffaf Seçkilər”

Monitorinq Mərkəzinin direktoru

Опубликовано: 22 Апрель, 2016 11:22 | Просмотров: 1230 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo