Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Ədalətlilik şüuru dəyişən güclü amildir

Ədalət fəaliyyətin yeganə meyarıdır. Onun olmadığı cəmiyyət və ümumiyyətlə bütün bəşəriyyət məhvə məhkumdur. Təəssüflər olsun ki, ədaləti bərpa etmək uğrunda uzun illərdir aparılan mübarizə nəticəsində hələ tutarlı uğur əldə olunmayıb. Qələbəyə gedən yolun ədalətdən keçdiyi hər kəsə bəlli olsa da, bu günə kimi kimsə hədəfə çata bilməyib. Səbəbkar isə ədalətsizliyin hakim olduğu və kapital əsirinə çevrilmiş müasir dünyamızdır.


“Ədalət” heç bir ifadə ilə müqayisə olunmayacaq dərəcədə özəl məfhumdur. O, hər bir yaraya məlhəm olmağa, hər düyünü açmağa qadirdir. Ədalət varlığın üzərində qurulan möhtəşəm binanın bünövrəsidir. 

Amma nə etməli ki, işıqlı dünyaya göz açdığımız andan ədalətin pozulduğunun fərqinə varmağa başlayırıq. Həmin andan etibarən ədalətsizliyin ilk əlamətləri özünü biruzə verir: kimi övladını hər cür şəraiti olan, qayğı ilə əhatə olunmuş məkanda dünyaya gətirir, kimi də ana olmaq sevincini döyüş meydanında yaşayır. Bununla da ədalətsizliyin təməli qoyulmuş olur. Son nəfəsimizi verənədək bu hiss bizi müşayiət edir. Bəzən 60-100 illik ömrümüzü bu təbii hissin axtarışına sərf edir, sonda onun qığılcımını belə görməyə nail olmuruq. Həyatımız boyu heç olmazsa bircə dəfə onunla qarşılaşmağı xəyal edərək ucsuz-bucaqsız səhrada elə hey addımlayırıq. Sonda bu ümidlə haqqın dərgahına qovuşuruq. Amma yenə də axtarış başa çatmır... Bu dəfə də “ƏDALƏT YALNIZ ULU TANRININ DƏRGAHINDA HAKİMDİR!” deyib, onu Yaradanın hüzurunda axtarmağa başlayırıq. Uca Yaradanın imtahanından hansı qiyməti alacağımızı, Onun mühakiməsinə çıxdığımız vaxt nələrlə qarşılaşacağımızı bilmək isə bizim gücümüz və iradəmiz xaricindədir. Bunu bildiyimiz halda Tanrının mühakiməsinə çıxdığımız zaman da sonda ədalətli qərarın veriləcəyinə inanırıq. Bu, min illərdir ki, belə davam edir... Xristianların İsa Məsihin yenidən dirilməsi, müsəlmanların (əsasən özünü şiə məzhəbinə aid edənlərin) 12-ci imam Mehdinin yenidən zühur etməsi ilə bağlı inamlarının əsasında da məhz bu motiv durur. Bütün bu ümidlərə baxmayaraq, biz son illərdə “demokratiya” çarçılarının günahları üzündən törədilən ən qanlı qətllərin, amansız cinayətlərin, misli görünməmiş dəhşətlərin şahidi oluruq. Onlar nəinki bu çirkin əməllərindən çəkinmir, heç törətdikləri cinayətlərdən, pisliklərdən peşman belə olmurlar. ABŞ prezidenti Barak Obama bu yaxınlarda etiraf etdi ki, Liviya olayları onun ən böyük səhvi olub. “Bəs bu səhv nəticəsində dağılan bir ölkəyə, qətlə yetirilən minlərlə Liviya vətəndaşına görə kim cavab verməlidir?” sualı isə cavabsız qaldı. Hazırda Liviyada gündə yüzlərlə insanın ölümü ilə nəticələnən amansız vətəndaş müharibəsi davam edir. Hanı ədalət məhkəməsi? Yuqoslaviyada bundan dəfələrlə az tökülən qan üçün Qərb bu ölkənin rəhbərlərini mühakimə etdi. Bəs İraq, Liviya və Suriyada baş verənlərin məhkəməsi olacaqmı? Hamı əmindir ki, yox, olmayacaq! Çünki bu cinayətləri ədalətsizliyin toxumunu səpənlər özləri həyata keçirirlər. Onlar üçün “ədalət” məfhumu mövcud deyil və heç vaxt da mövcud olmayacaqdır.  

İnsanlıqla qoşa yaranan ƏDALƏT məfhumu elə insanlığın ilk yaranışında pozulmağa başlayıb. Adəmlə Həvvanın evliliyindən dünyaya gələn Qabil və Habil qardaşları arasında baş verənlərdən hər kəsin məlumatı var. Bu faciə bəşəriyyətin ilk cinayəti olmaqla yanaşı, həm də hər kəsə öz haqqını əldə etmək üçün ƏDALƏT axtarışına çıxmağa məcbur edib. Qabilin Habili öldürməsi ədalətin tapdanması idi. Heç kim yer üzündə ədalətin olmadığına hələ də inanmır və onu axtarmağa davam edir. İnsan qarşısına qoyduğu bu hədəfə çatmaq üçün qət etdiyi yolda cildən-cildə düşür – bəzən qəddarlaşır, bəzən əlini qana bulayır, bəzən özünü qurban verir, bəzən də ən xeyirxah insana çevrilir. Cəmiyyəti bəlalardan qurtaracaq, həyatımızda xilaskar rolunu oynayacaq “ədalət” məfhumunu bütün dünya – Banqladeşdən, Avstraliyadan tutmuş Afrika qəbilələrinə kimi hər kəs axtarır. Amma kimsənin əlində dəqiq yol xəritəsi yoxdur. Elə hey gedirik... Axtardığımız ədalətə sonda qovuşacağımızla bağlı qəlbimizdə o qədər böyük inam var ki, nə başımıza vurulan dəyənəklər, nə məruz qaldığımız təqiblər bizi bu yoldan döndərə bilmir. Ürəyimizdəki yanğı o qədər hərarətlidir ki, bizdən yan keçən ədalətə, heç olmasa, gələcək nəsillər qovuşsun deyə canımızdan keçməyə hazırıq. Elə bu ümidlə də yola davam edirik. İnsan həyatda gec-tez hər şeylə barışır. Bəzən bizi sıxan, həyatdan küsdürən və mənəvi əzab verən kədər hissinə baxmayaraq, yenə də həyatdan zövq almağa çalışırıq. Bu isə bu da yalnız həmin kədəri doğuran səbəbi unutmaqla mümkün olur. Zaman dəyirmanı sevinc kimi kədəri də üyüdüb, həyatın gözünə qatır. Amma bəzən ağır itkidən doğan elə kədər olur ki, zaman dəyirmanı onu ələkdən keçirib, üyüdə bilmir. Şəxsi kədəri unutmaq olur, amma xalqın yaşadığı faciələri unutmaq mümkün deyil. İllər, on illiklər keçir, zaman üstü qaysaqlamış yara tək yalnız onun ağrısını azaldır, ancaq sağaltmağı bacarmır: 24 illik Qarabağ dərdi kimi, Xocalı qətliamı kimi, Şuşa faciəsi kimi… 

Bir neçə gündən sonra Şuşanın növbəti işğal gününü xatırlayacağıq. Yenə anaların ah-naləsi göylərə ucalacaq, qəlbi Vətən həsrəti ilə yanan insanların dərdi təzələnəcək… Düz 24 ildir ki,  bu qədim və müqəddəs tоrpaq еrməni işğalçıları tərəfindən zəbt еdilib. Mədəniyyət və təhsil оcaqlarımız dağıdılıb, viran еdilib. Şuşa əhalisinin 15 min nəfərdən çохu Bakının müхtəlif sanatоriya, pansiоnat, düşərgə və yataqхanalarında müvəqqəti məskunlaşıb. Azərbaycan musiqisinin beşiyi sayılan Şuşanın onlarla tarixi abidələri, о cümlədən Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı "Gövhər ağa məscidi", Xurşud Banu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi yağmalanıb. Hətta Ü. Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəlləri belə düşmən gülləsinə tuş gəlib. Bütün bunlar ədalətsizlik deyilsə, bəs nədir?.. Əliyalın minlərlə dinc əhalinin qətlə yetirilməsi, abad şəhərin xarabalığa çevrilməsi, maddi və mənəvi sərvətlərin talanması ədalətsizlik deyilsə, bəs nədir?..

Bu gün dünyanın gündəmini zəbt edən qondarma “erməni soyqırımı” iddiaları siyasi təzyiq vasitəsinə çevrilib. Çünki dünyaya “ədalət”, “demokratiya” bəxş edən dövlətlərin əlində alətə çevrilən ermənilər vassallığı qəbul edərək, öz maraqları naminə böyük güclərdən yararlanırlar. Nədənsə ikili standartlara vərdiş edən qüdrətli böyük dövlətlər, beynəlxalq təşkilatlar isə baş verənlərin əsl mahiyyətini və tarixin müxtəlif vaxtlarında azərbaycanlılara qarşı edilmiş haqsızlıqları qəbul etmək istəmirlər. Onlar bu ədalətsizliklər qarşısında ya susur, ya da ondan yan keçib ağ yalan danışmağa üstünlük verirlər. Çünki yalanın hakim olduğu dünya onlara sərf edir. 

Budurmu, Avropanın dünyaya keçdiyi demokratiya, haqq-ədalət dərsi?!  İrqindən, dinindən və dilindən asılı olmayaraq, dünyanın bütün xalqlarına qarşı “balanslaşdırılmış” siyasət yürütdüklərini iddia edənlər nədənsə yalnız özlərinə sərf edənlərə dəstək olurlar. Digər xalqların isə məhv edilməsinə, nəinki göz yumur, hətta bu məkrli işdə fəal iştirak edirlər, onların təşkilatçılarına çevrilirlər.

Lakin tarix heç vaxt, heç nəyi unutmur. Qanla yazılmış tarix bir millətin ömrü qədər yaşayır. Keçmişimizə baxıb, başımıza gələnlərdən dərs çıxarıb ədalət uğrunda sonadək mübarizə aparmaq yolunu seçmişik. Bu prinsipi qəbul edənlər bizdən diqqət, qayğı və sayğı, düşmənçilik xislətindən əl çəkməyənlər isə GÜCÜMÜZÜ görəcəklər! Necə ki bir neçə gün bundan əvvəl GÖRDÜLƏR!!!

İndi hədəfə olduqca yaxınıq! Böyükdən kiçiyə hamı inanır ki, ən yaxın vaxtlarda Şuşanın başının üstündəki qara duman çəkiləcək, yüzlərlə şəhid vermiş xalqımız  Qarabağı azad edəcək, elindən-obasından didərgin düşən qaçqınlar yenidən öz yurdlarına qayıdacaqlar. Еrməni millətçi-faşistləri başqalarının əli ilə zəbt еtdikləri tоrpaqlarımızı, şəhərlərimizi, о cümlədən dоğma Şuşamızı, Laçınımızı, Ağdamımızı… tərk еtməlidirlər. Əks təqdirdə, Azərbaycan хalqı və оnun rəşadətli оrdusu bir neçə gün əvvəl etdiyi kimi, düşməni məhv еdərək öz tоrpaqlarını azad еdəcəкdir… Beləcə, Şuşa köhnə yaralara məlhəm qoya-qoya yenə nəğməli-sözlü ömrünü yaşayacaq, yenə səslənəcək "Xanın səsi", "Qarabağın şikəstəsi... Bizi bu mübarizədə nikbinləşdirən, ruhlandıran ədalətə inamdır. Vətənpərvərlər bu məfhumu müqəddəs sayırlar, dözürlər, min bir əzaba qatlaşırlar. Amma xalqın səbr kasası çoxdan dolub. Artıq bıçaq sümüyə dirənib. Ya bıçaq qırılmalıdır, ya da sümük əzilməlidir. Hər ikisi xalqımızın, dövlətimizin xeyrinə işləyəcək amildir. Qəlbi vətən sevgisi ilə döyünən hər bir vətəndaş bu bıçağı çıxarıb düşmənin ürəyinə sancmaq arzusu ilə yaşayır. Əslində çətin olsa da, mümkündür. 

İndi bizdən çox şey asılıdır. Artıq hər kəs dərk edib ki, insan Yer üzündəki fitnə-fəsada ara verməsə, ədalətsizliklə mübarizə aparmasa, ilahi qüvvə bizim üçün ədaləti bərqərar edə bilməz. Bu, sanki heç nə etmədən oturub göylərdən möcüzə gözləməyə bənzəyir. “Səndən hərəkət, məndən bərəkət” ifadəsi ilə ulu Rəbbim, sən bir hərəkət et ki, mən də öz lütf və rəhmətimi sənə şamil edim demək istəyib. Deməli axtarışa davam etməliyik... Tanrı hamımıza ədalətə qovuşmağı nəsib etsin! Tanrı qorxu hissini bizə yol yoldaşı etməsin! Belə hislə qələbə qazanmaq mümkün deyil. Xalqı qorxu altında saxlamağa çalışanlar qoy bilsinlər ki, biz bu hisdən çoxdan azad olmuşuq. Belə olmasaydı, bir neçə gün əvvəl torpaqlarımızın azadlığı uğrunda verdiyimiz şəhidlərə görə Ermənistanda olduğu kimi bizdə də nümayişlər, etiraz aksiyalar keçirilər, hakimiyyətə qarşı nifrət dolu şüarlar səslənərdi. Şəhidlik zirvəsinə ucalmış mərd oğullarımızın nümayiş etdirdikləri xüsusi şücaət və qəhrəmanlıq ən yüksək dəyərə layiqdir.  

“Özünü demokratiya çarçısı kimi qələmə verən zalımlardan ədalət gözləməyə dəyərmi?” sualına gəlincə, bu, sonsuzluğa qədər uzada biləcəyimiz, sualdan sual doğuran çox incə məqamdır. Onun məzmunu getdikcə dərinləşməkdə və genişlənməkdədir... Ədaləti qiymətləndirmək cəsarət tələb edir. O, həm hakimiyyətin, həm də cəmiyyətin özəl sütunudur. Onu müdafiə edib saxlamaq, məzmun və hədəfini dəyişmək ağır itkilərə, ciddi fəsadlara gətirib çıxara bilər. Ədalətsizlik insan şüurunu dəyişən ən güclü amildir. Allah hamımızı – dövlətimizi, xalqımızı, cəmiyyətimizi ədalətsizliklərdən qorusun!

Rafiq Əliyev,
fəlsəfə elmləri doktoru, professor

Опубликовано: 26 Апрель, 2016 10:21 | Просмотров: 1680 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo