Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Bakının mərkəzindəki avtomobil dayanacaqlarının icarəyə verilməsi xəbəri YALAN çıxdı

Artıq bir neçə gündür ki, yerli kütləvi informasiya vasitələrində Bakı şəhər İcra Hakimiyyətinə məxsus şəhərin mərkəzindəki iki nəhəng avtomobil dayanacağının özəl şirkətlərdən biri tərəfindən icarə götürüldüyü barədə məlumatlar dərc olunur. 


Həmin məqalələrdə Bakı şəhər İcra Hakimiyyətinin adının hallanması və söhbətin paytaxtımızın ən böyük avtomobil dayanacaqlarından getməsi diqqətimizi cəlb etdi. Bu səbəbdən məsələni aydınlaşdırmaq üçün adıçəkilən “Müstəqil Spektr” şirkətinin direktoru Bəxtiyar Məmmədova müraciət etdik. Onun sözlərinə görə, Hökumət Evinin qarşısında avtomobil dayanacağının “Müstəqil Spektr” şirkətinin adına rəsmiləşdirildiyi barədə məlumatlar yalandır. 

«Nəzərinizə çatdırırıq ki, bizim şirkətin həmin avtomobil dayanacaqlarına heç bir aidiyyatı yoxdur və ola da bilməz. Həmin avtomobil dayanacaqları dövlətin balansındadır və müvafiq dövlət idarəsi tərəfindən idarə olunur.

Eyni zamanda, məqalələrdə şirkətimizin 3 il öncə Maqsud Mahmudovla məhkəmə mübahisəsini uduzduğumuz əks olunur. Həqiqətən, 3 il öncə Maqsud Mahmudovla məhkəmə mübahisəsi mövcud idi, lakin 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 25 yanvar 2013-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2013-cü il tarixli qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəmənin 25 oktyabr 2013-cü il tarixli qərarı ilə qeyd olunan məhkəmə mübahisəsi məhz bizim xeyrimizə həll olunmuşdur. Həmin məhkəmə qərarları istənilən zaman təqdim etməyə hazırıq. 

Bundan əlavə, biz dəfələrlə mətbuata bildirmişik və gələcəkdə də bildirməyə hazırıq ki, bizim şirkətin heç bir dövlət qurumu ilə və heç bir dövlət məmuru ilə əlaqəsi yoxdur, özəl təşkilatdır, təsisçisi də sıravi Azərbaycan Respublikasının vətəndaşıdır” – söylədi şirkətin rəhbəri.

Bütün bunlardan başqa, qeyd edək ki, yuxarıda qeyd olunan Hökumət Evinin qarşısındakı və Azadlıq meydanının altındakı avtomobil dayanacaqları 2013-cü ildə dövlət proqramına əsasən və dövlət vəsaitinə inşa olunub, 2013-cü ildən isə Bakı şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin idarə olunmasına verilib. Hazırda həmin avtomobil dayanacaqları paytaxt sakinləri və şəhərimizə gələn qonaqlar tərəfindən istifadə olunur və paytaxtda tıxacların azalması baxımından əhəmiyyətli rol oynayır. Onların fəaliyyətinə nəzarəti isə yalnız Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi həyata keçirir və onlar dövlətin balansındadır.

Опубликовано: 28 Апрель, 2016 09:23 | Просмотров: 465 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo