Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

İqtisadiyyat və cəmiyyət

Müasir dünyamız açıq şəkildə göstərir ki, beynəlxalq aləmdə kəsərli söz sahibinə çevrilməyin və firavan gələcək qurmağın yeganə yolu güclü iqtisadiyyata sahib olmaqdır. Müasir dövrdə müşahidə olunan sürətli inkişaf və qloballaşma ötən əsrlərlə müqayisədə bügünkü iqtisadiyyatı daha həssas vəziyyətə gətirib. 

Vaxtilə qüdrətli iqtisadi gücə sahib olmuş bəzi ölkələr yanlış qərarları, o cümlədən inteqrasiya problemi üzündən ön sıralardakı mövqelərini artıq itiriblər. Bu prosesləri daha dərindən araşdırmaq üçün, gəlin, keçmişə qısa səyahət edək.

Yеr kürəsində  mövсud оlаn müхtəlif ölkələrin və  хаlqlаrın ümumbəşəri mənаfеlərinə хidmət еdən, оnlаrı bеynəlmiləl prinsiplər əsаsındа bir-birinə yахınlаşdırаn və dünyа birliyində iştirаkını təmin еdən dünyəvi prоsеslərdən biri qlоbаllаşmаdır. XX əsrin əvvəllərində dünya iqtisadiyyatında müşahidə olunmağa başlayan bu proses dünyа  ölkələrin  trаnsmilli mаrаqlаrınа çеvrildi. İqtisаdi qlоbаllаşmа dünyа ölkələri siyаsətinin əsаs istiqаməti və bаşlıса yоlu oldu. Хüsusilə, iqtisаdi qlоbаllаşmа prоsеsi qlоbаl iqtisаdiyyаtın fоrmаlаşmаsınа mаddi-iqtisаdi şərаit, eləcə də bir çox ölkələr üçün yeni yatırım imkanları yaratdı. Lakin 2007-ci ildən etibarən dünya iqtisadiyyatının mərkəzi kimi qəbul edilən ABŞ iqtisadiyyatının daralması bütün dünya iqtisadiyyatına öz təsirini göstərdi. Amerikanın əmlak bazarındakı əlverişsiz şərait, dünya iqtisadiyyatında aparıcı rol oynayan şirkətlərin zərərə uğraması, dünyanın LEHMAN BROTHERS kimi ən nəhəng və ən fundamental yatırım bankının 600 milyard dollar borcla iflasa uğraması  dünya bazarlarına olan etibarı sarsıtdı. 2008-ci il  15 sentyabr - bir sərmayə bankının iflası səbəbindən bütün dünyada dərin maliyyə böhranı başladı. İnsanlar, Titanikdə olduğu kimi yenidən yanılmış, bata bilməyəcək qədər böyük olduğu düşünülən sərmayə bankı “Lehman Brothers” artıq öz iflas müraciətini bütün dünyaya bəyan etmişdi. Ardınca Avropanın  böyük bankları bir birinin ardınca zərər etdiklərini açıqlamağa başladı. Onlardan bəzilərinin iflası dövlət dəstəyi sayəsində əngəlləndi. ABŞ dollarının dəyəri demək olar ki, bütün pul vahidləri  qarşısında düşdü, neft və qızıl tarixinin  ən yüksək dəyərini qazandı. Dünya bazarlarının itirdiyi etibarı bir daha qazana bilməməsi, Ukrayna böhranı, ABŞ və Avropanın Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar, bu sanksiyaların bumeranq kimi geri dönən zərərləri, Suriya olayları, neftin qiymətinin durmadan aşağı düşməsi və nəhayət bütün dünyanı öz cənginə olan qlobal maliyyə böhranı. Ən böyük zərəri isə təbii ki, əsas gəliri neft satışından əldə edən dövlətlər gördü. Belə bir vəiyyətdə əksər ölkələr durğunluqdan müvəqqəti çıxış yolu axtarmaq əvəzinə gələcəyə yönəlmiş mühüm addımlar  atmağa üstünlük verdilər. Söhbət texnologiyaya qoyulan investisiyadan gedir. Nəticədə həmin sahəyə nəinki büdcədən vəsait ayrıldı, hətta əsas əmək qüvvəsi də bura cəlb olundu. Texnologiyanın firavan gələcəyin təminatçısı olduğunu qəbul edən ölkələr uzun bir yola çıxdılar. Heç şübhəsizki, uzunmüddətli perspektivə malik bu proqram XVIII əsrdə  yaşanmış sənaye inqilabından daha təsirli olacaq. Bir vaxtlar barreli 139 ABŞ dolları olan neft bu gün 33 ABŞ dollarına qədər düşüb. Həyatımızın ayrılmaz hissəsinə çevrilmiş televizor, kompyuter, mobil telefonlar isə təxmınən  30-100 ABŞ dollarına istehsal  edilməkdə 750-1500 ABŞ dollarına satılmaqdadır. Əldə edilən bu  böyük gəlir texnoloji inkişaf üçün sərf edilməkdədir. Beləcə, texnoloji inkişafla şərtləndirilən gözlədiyimiz gələcək hamımızın gözlədiyindən daha sürətlə gəlib çatdı. Lazımi vaxtda belə düzgün qərar verən dövlətlər arasında Azərbaycanın da olması bizi qürurlandırır. 

Təssüf ki, zəngin neft  yataqlarına  sahib bəzi ölkələr üzləşdikləri acı həqiqətlə hələ də barışa bilmirlər. Son iki ildə neftin qiymətindəki ucuzlaşma nəticəsində sarsılmış bəzi dövlətlər “neft dönəmi bitirmi?” sualı ətrafında elə hey dolanıb dururlar. Bir müddət əvvəl  dünyanın nəhəng  bankları  arasında xüsusi yer tutan  Sberbankın (Rusya) Baş Direktoru German Qrefin üzünü həmin suala cavab axtaranlara tutub söylədi ki, həqiqəti qəbul etməliyik, yaşadıqlarımızın təsirindən çıxıb texnoloji inkişaf ardınca irəliləməliyik: “Daş dövrü daşın bitdiyi üçün bitmədi, bunu neft əsri haqqında da demək olar, neft əsri neftin tükəndiyi üçün bitmədi. Onun qalığı olacaq, amma nə qədər bilmirəm. Bəlkə 10 il, elektromobillərin infrastrukturu lazımi dərəcədə inkişaf edənə qədər. Mən ilk dəfə Tesla avtomobilinə oturduqda anladım ki, gələcək gözlədiyimizdən əvvəl təşrif buyurub. Welcome to the Future! Biz artıq burdayıq”.

Qref bu sözlərində haqlımıdır?  Neft dövrü tamamən bitdimi? Bu mövzuda iqtisatçılar fikir ayrılığına düşsələr də, neftin qiymətindəki enmə, zənginliyin mücəssəməsi olan Səudiyyə Ərəbistanının artıq ehtiyatlarına toxunması, rifah ölkəsi hesab olunan Kanada iqtisadiyyatının böhran yaşaması, Venesuella  iqtisadiyyatının tənəzzül nöqtəsinə gəlməsi, Rusiya iqtisadiyyatının güclu şəkildə sarsılması Qrefin haqlı olduğunu göstərir. Odur ki, neftin nə vaxtsa yenidən əvvəlki qiymətə qayıdacağına ümid olsa belə, mövcud şərtlər daxilində yaşamağa davam etmək, zamanla yaqlaşmaq məcburiyyətindəyik. Azərbaycan iqtisadi böhrandan çıxış yolu kimi bənzər vəziyyətlə üzləşmiş və bu sahədə artıq böyük təcrübə qazanmış dövlətlərin, xüsusilə də qardaş Türkiyənin  tətbiq etdiyi yeniliklərin bəzilərini sınaqdan keçirə bilər. Məsələn, ödənməmiş vergi borclarına müəyyən güzəştlərin tətbiqi, xaricdəki kapitalın ölkəyə yönəldilməsi, sahibkarlara faizsiz kreditlərin ayrılması, sığorta ödəmələrinin aşağı salınması kimi tədbirlər problemi kökündən həll etməsə də, qismən yumşalda bilər. Problemin əsas həlli yolu isə yeni istehsalat sahələrinin və iş yerlərinin açılmasını təmin edən iqtisadi proqram hazırlanması olmalıdır. Əslində Azərbaycan iqtisadiyyatında neftin payının nisbətən yüksək olması başadüşüləndir. Çünki Azərbaycan neft ölkəsidir. Amma dövlət başçısının da dediyi kimi, biz nefti unutmalıyıq. Azərbaycan Prezidentinin siyasi iradəsi ilə formalaşmaqda olan şaxələnmiş iqtisadiyyat inkişaf etmiş infrastruktur əsasında priortitet sektorların ixrac qabiliyyətinin yüksəlməsinə imkan yaradacaq. Neft gəlirləri əsasında formalaşdırılan mövcud infrastruktur məhz neftsiz iqtisadiyyatımız üçün iqtisadi zəmin formalaşdıracaq. Ölkəmizin etibarlı tərəfdaş imici yaradılıb və beynəlxalq nüfuzu müsbətə doğru dəyişməkdə davam edir. Azərbaycan investisiya cəlb edən ölkədən investisiya yatıran regional gücə, dünya iqtisadiyatının aktiv iştirakçısına çevrilib. Ölkəmizdə neftsiz iqtisadiyyat modelinin qurulması məhz son illər əldə edilən iqtisadi uğurlar nəticəsində mümkün olacaq. Dövlət başçısının neftsiz iqtisadi inkişaf ilə bağlı bəyanatı isə ölkə iqtisadiyyatında yeni mərhələnin əsasının qoyulması kimi də dəyərləndirilməlidir.


Rəhilə Şükürova,

“Şəffaf seçkilər” qəzetinin

Türkiyə üzrə təmsilçisi

Опубликовано: 2 Май, 2016 16:35 | Просмотров: 561 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo