Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

“Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi

Heç kimə sirr deyil ki, uşaqlar nəyin düz, nəyin yanlış olduğunu bilmədikləri üçün ətrafda gördüklərini dərk etmədən yamsılayırlar. Valideynlərin, müəllimlərin və ya həmyaşıdlarının etdiklərini, hətta səhvl hərəkətlərini belə yaddaşlarına həkk edirlər. Başqalarının nöqsanlarını təkrarlamasınlar, mənfi obrazları özləri üçün qəhrəman seçməsinlər deyə nağılların köməyi ilə uşaqlara düzgün davranış modellərini, nümunəvi obrazları, uğurlu həyat ssenarilərini göstərmək olar. 

Kompyuter Oyunları Milli Assosiasiyası (AzKOMA) məhz bunu nəzərə alaraq, Azərbaycan Gənclər Fondunun (AGF) dəstəyi ilə “Mədəni irsimiz rəqəmsal dünyada” adlı layihə çərçivəsində texnologiyanın son nailiyyətlərinin köməyilə “Şəngülüm, şüngülüm, məngülüm”  və “Yeddi nar çubuğu” nağıllarını hazırlayaraq balacaların ixtiyarına verib. Hər iki nağıl azyaşlılara müasir informasiya-kommunikasiya texnologiyalarından və müasir qacetlərdən istifadə etməyi öyrətməklə yanaşı, həm də Azərbaycan xalqının mədəni irsi ilə tanış edəcək.

Bir toxunuşla canlanan rəngli illüstrasiyalar bu gözəl folklor nümunələrinin məşhur qəhrəmanlarını balacalarımıza daha çox sevdirəcək. Böyüklərin sözündən çıxmamaq, tanımadığı adamlara inanmamaq, pisi yaxşıdan ayırmaq, bacı-qardaşın qeydinə qalmaq kimi müsbət keyfiyyətlər aşılayan,  birliyi, həmrəyliyi, mühribanlığı təbliğ edən bu nağıllar həm də uşaqların asudə vaxtlarını səmərəli keçirmələrinə yardım edəcək. Rəngarəng illüsurasiyaların köməyilə hazırlanmış interaktiv folklor nümunələri balacaların dünyagörüşünün genişlənməsində, söz ehtiyatlarının zənginləşməsində və sərbərst düşünmə, təhlil etmə qabiliyyətinin formalaşmasında mühüm rol oynayacaq. Sensor ekran imkanını dəstəkləyən iOS və Android mobil platformalarına uyğunlaşdırılmış xüsusi vizual effektli “Şəngülüm, şüngülüm, məngülüm” və “Yeddi nar çubuğu” nağılları həm də subtitrlərin köməyilə izləmək mümkündür. Bu da öz növbəsində  övladlarımızın erkən yaşlardan etibarən oxuma və sərbəst düşünmə qabiliyyətini formalaşdırmağa kömək edəcək.

“Mədəni irsimiz rəqəmsal dünyada” adlı layihə çərçivəsində hazırlanmış “Şəngülüm, şüngülüm, məngülüm” nağılını “Play Market” vasitəsilə https://play.google.com/store/apps/details?id=air və https://play.google.com/store/apps/details?id=air linkləri ilə yükləyə bilərsiniz.

Опубликовано: 29 Август, 2016 11:07 | Просмотров: 684 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo