Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Heydər Əliyev İdeyaları: yeniləşən cəmiyyətin aparıcı qüvvəsi

Azərbaycan xalqının ehtiramla yad etdiyi tarixi günlər sırasında 10 May və 15 İyun önəmli yer tutur. Hər iki gün ümummilli lider Heydər Əliyevlə bağlıdır: 10 mayda O, dünyaya göz açmış, 15 iyunda Azərbaycan dövlətinin böyük güclər tərəfindən parçalanıb, yox edilməsinə yol verməmək üçün Bakıya qayıtmış və xilaskar kimi bu müqəddəs vəzifənin öhdəsindən gəlmişdir


XX – ci yüzillikdə Azərbaycan öz suverenliyinə qovuşmaq üçün dəfələrlə ayağa qalxmışdır.

1918-ci ildə Şimali Azərbaycanda qurulmuş Şərqdə ilk Demokratik Respublika (ADR) iki il yaşaya bilmiş bolşeviklər tərəfindən işğal edilmişdir.

1945-ci ildə Cənubi Azərbaycanda (İran) qurulmuş müstəqil dövlət bir ildən sonra İran şahı tərəfindən yıxıldı, onun rəhbərləri məhv edildilər.

1991-93-cü illərdə müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının iki prezidenti xaricdə və daxildə müəyyən güclər onlara qarşı hərəkətə keçdikdə xalq arxalarında durmadı, Çünki xalqın etimadını doğrultmamışdılar, devrildilər.

Çox çətin idi, əlverişli coğrafi - siyasi regionda yerləşən, neft və qaz ehtiyyatları olan Azərbaycanın suveren dövlət olmasını bəzi qonşuları istəmirdilər. Ona görə də ölkəni suverenlik, azadlıq zirvəsinə aparan liderlər şimaldan və cənubdan körüklənən qasırğanın qarşısında tab gətirə bilmirdilər.

1993-cü ilin iyununda Gəncədə xarici güclərin dəstəyi ilə üsyan başladı, erməni - rus hərbi birləşmələri Qarabağda hücuma keçdi. Xalq Cəbhəsinin lideri kimi bir il öncə hakimiyyətə gəlmiş Əbülfəz Elçibəy Azərbaycanın Rusiya, İran və Ermənistan arasında bölünəcəyi təhlükəsini görüb, xalqın tələbi ilə Heydər Əliyevi Naxcıvandan Bakıya dəvət etdi. Qısa sürədə hakimiyyəti ona verib, təqiblərdən yaxa qutarmaq üçün paytaxtdan getdi. Həmin ilin payızında keçirilən prezident seçkilərində xalq Heydər Əliyevi dövlət başçısı seçdi. Beləliklə, Azərbaycan dövlətçiliyi qorunub saxlandı, ölkənin bölünməsinin qarışısı alındı.

Azərbaycan dövlətinin xilaskarı Heydər Əliyevin doğum günü ərəfəsində müxbirimiz bu böyük insanla müstəqillik dövründə onun komandasında sonadək işləmiş Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, ‹Azərsutikinti› Səhmdar Cəmiyyətinin sədri Yusif Hümbətovdan müsahibə götürmüşdür.

Sual – Cənab Hümbətov, Siz 10 il müddətində bu böyük, fenomen insanın rəhbərliyi altında Prezidentin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıbsınız. Dünya ölkələri liderləri sırasında, Azərbaycan tarixində onun yerini necə görürsünüz?

Cavab - Bəşər tarixində öz ölkəsinin, xalqının həyatında yeni bir epoxa yaratmaq çox az, yalnız fitri istedada malik olan nadir şəxsiyyətlərə nəsib olan unikal hadisədir. Məhz belə şəxsiyyətlər öz qüdrətli dühaları ilə tarixi inkişafa və proseslərə böyük təkan verir, ona öz dönməz iradəsini diktə edir, titanik fəaliyyətləri ilə sözün əsl mənasında tarixin yaradıcısına çevrilirlər. ABŞ tarixində C.Vaşinqton və A.Linkoln, Fransada Ş. De Qoll, İngiltərədə U.Çörçil, Türkiyədə Mustafa Kamal Atatürk, Azərbaycanda Heydər Əliyev məhz belə tarixi yaradan bəşəriyyətin nadir dahi şəxsiyyətlərindəndir.

Müasir Azərbaycan tarixinin 30 ildən artıq böyük bir dövrü ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Zaman,vaxt keçdikcə Heydər Əliyev bir o qədər xalqın həmişəyaşar böyük məhəbbətini qazanır və ölkənin, millətin and yerinə çevrilir.

10 il müddətində ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında çalışmış, bu dahi şəxsiyyətin misilsiz işlərinin bilavasitə iştirakçısı olmuş bir insan kimi demək istəyirəm ki, O fəaliyyətinin bütün dövrlərində öz millətinə böyük sevgi ilə sədaqətlə xidmət edibdir. Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sanballı, xalqımızın bugününün və gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası bənzərsizdir. Böyük hadisələrlə dolu olan bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın çətin sınaqlarından çıxararaq, ölkəmizin ictimai – siyasi, iqtisadi, mədəni və mənəvi tərəqqisinə nail olubdur. Bu qüdrətli şəxsiyyətin müəyyənləşdirdiyi yol dinamik inkişafı təmin edən strateji, siyasi kursu daim ölkəmizə və xalqımıza uğur gətiribdir.

Heydər Əliyev 1969-cu ilin iyulun 14 – də Azərbaycanın rəhbəri olduqdan sonra müstəqil dövlət quruculuğu əsaslarının qoyulmasına peşəkarlıq və müdrüklüklə başlamışdır. Sovet imperiyasının tərkibində olduğu müddətdə respublikada milli hərbi kadrların hazırlığı üçün hərbi məktəblərin açılması, təhlükəsizlik və hüquq mühafizə orqanlarının milli kadrlarla yenilənməsi, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit edilməsi, ölkənin iqtisadi potensialından səmərəli istifadə üçün yüzlərlə zavod, fabrik və emal sexlərinin qurulması, müstəqil enerji sisteminin yaradılması, insanların mənzil şəraitinin yaxşılaşdırılması üçün geniş miqyasda yaşayış evlərinin və yeni qəsəbələrin tikilməsi, yeni təhsil, səhiyyə və mədəniyyət obyektlərinin istifadəyə verilməsi, milli intellektin inkişaf etdirilməsi, milli–mədəni dəyərlərimizin qorunub saxlanması kimi çox mühüm işlər görmüşdür. Onun rəhbərliyi altında Azərbaycan xalqının əzmkarlığı nəticəsində 80–ci illərdə respublikamız bütün sahələrdə yüksək göstəricilər əldə edərək keçmiş müttəfiq respublikalar arasında ön yerlərdən birini tutmaqla, inkişaf etmiş sənaye ölkəsinə çevrildi.

1982-ci ildə SSRİ kimi nəhəng bir dövlətin ali rəhbərliyinə irəli çəkilməsi və Sov. İKP MK – nin siyasi büro üzvü seçilməsi, Heydər Əliyev fenomeninin etiraf olunmasının əyani göstəricisi idi. Bu dövrdə onun idarəçilik istedadı, tükənməz enerjisi və misilsiz işgüzarlığı özünü parlaq formada göstərmişdir. Heydər Əliyevin ali rəhbərlikdə təmsil olunması Azərbaycan qarşısında yeni uğurlar açmışdır. Həmin illərdə Bakıda SSRİ miqyasında yeganə olan Dərin Dəniz Özülləri Zavodu tikilməsəydi, müstəqillik illərində neft sənayemizi belə sürətlə inkişaf etdirmək mümkün olmazdı.

Sual – Hər il Azərbaycan xalqı 15 iyun tarixini qurtuluş günü kimi qeyd edir, ölkəni qonşu dövlətlər arasında parçalanmasından qurtarmış Heydər Əliyevi böyük xilaskar sayır. Bu barədə Sizin fikirlərinizi bilmək istərdik.

Cavab - 15 iyun 1993 – cü il müstəqillik tariximizə mühüm mərhələ , dönüş anı kimi daxil olub. İrimiqyaslı qlobal dəyişikliklərlə müşayət olunan tarixi dönəmlərdə xalqın mənafeyinə uyğun siyasi iradə nümayiş etdirmək iqtidarında olan şəxsiyyətlərə daha böyük ehtiyac duyulur. Müstəqil dövlətimizin timsalında ötən illəri təhlil edərkən, bir daha əminliklə söyləmək olar ki, həqiqətən də tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı ilə reallaşdırmaq mümkündür. Bu şərəfli tarixi misiyanı məhz millətin atası Heydər Əliyev yerinə yetirdi.

1993 – cü il iyunun 15 – də Heydər Əliyev Azərbaycan Parlamentinin sədri seçildi və həmin gün müasir tariximizə Böyük Qayıdış – Milli Qurtuluş Günü kimi yazıldı. Elə bir gün ki, onun tariximizdə və taleyimizdə oynadığı rol illər ötdükcə daha dərindən dərk olunur. Sözügedən keşməkeşli iyun günlərində xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev yeni müasir Azərbaycan yaratdı, onun möhkəm dövlətçilik təsisatlarını, siyasi, hüquqi, iqtisadi və mədəni bünövrəsini qurdu. Məhz bu möhkəm bünövrə üzərində ölkəmiz XXI əsrə - üçüncü minilliyə qədəm qoyub və dünyanın önəmli ölkələrindən birinə çevrilibdir. Heydər Əliyevin 10 illik prezidentliyi dövründə gördüyü işlər müstəqil Azərbaycan dövlətini qurmaqla yanaşı ölkədə demokratiyanın tətbiqi və inkişafı, insan haqlarının qorunmasında siyasi - iqtisadi və həyatımızın digər sahələrinin sürətli və dinamik inkişafının təmin edilməsində, əvvəlki iqtidardan bizə miras qalmış Dağlıq Qarabağ probleminin həlli yolunda, əhalinin sosial müdafiəsinin gücləndirilməsində böyük işlər görülübdür. Onun xalqımıza dəyərli xidmətlərindən biri də azərbaycançılıq ideologiyasını yaratması və bütün dünya azərbaycanlılarının həmrəyliyinə nail olmasıdır. 

Sual – Dünyasını dəyişəndən sonra ümummilli lider kimi Heydər Əliyev ideyalarının bu günkü həyatımızda rolunu necə dəyərləndirirsiniz?

Cavab - Heydər Əliyev ideyaları cəmiyyətin daimi yeniləşməsində, müstəqil Azərbaycan dövlətinin daha da müasirləşməsində və qüdrətlənməsində aparıcı qüvvədir. Ümummilli liderimizin ideyaları və siyasi kursu cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir və Azərbaycan dövlətini yeni-yeni qələbələrə aparır.

Sual – Bunu konkret misallarla deyərsinizmi? Prezident İlham Əliyevin onillik fəaliyyətini necə xarakterizə edə bilərsiniz?

Cavab -Azərbaycanın son 10 ildə əldə etdiyi möhtəşəm uğurları təmin edən əsas səbəb Ulu öndərimizin işləyib hazırladığı ümumi strategiya, müdrik siyasi kursudursa, digər mühüm səbəb isə Prezident İlham Əliyevin şəxsiyyəti, onun müstəsna bacarıq və qabiliyyəti, Azərbaycanda və dünyada baş verən proseslərə təsir etmək səriştəsi, nüfuzlu siyasətçi və dövlət xadimi kimi yetişməsi, mahir diplomatik gedişləri, bir sözlə dünyada tanınan, şəxsiyyətinə və fəaliyyətinə hörmətlə yanaşılan lider səviyyəsinə yüksəlməsidir. Burada İlham Əliyevin şəxsi keyfiyyətlərini, yüksək intellektini və mədəniyyətini, təvazökarlığını, faydalı şəkildə sintezləşdirmək bacarığını da qeyd etmək vacibdir. Azərbaycanın siyasi arenası üçün çox uğurlu dövlət başçısı olduğunu sübut edən cənab İlham Əliyev öz siyasi simasında qərb standartlarındakı aristokratik rəftarın, rasional düşüncə tərzinin, praqmatizmin milli mentalitetlə uzlaşdırılmış ansamblını yaratmağa nail olmuşdur. Bu dövrdə əldə olunan möhtəşəm nailiyyətlərin canlı şahidi kimi qəti əminliklə söyləyə bilərəm ki, müstəqil Azərbaycan dövləti bu illər ərzində bir neçə on illərə bərabər sürətli inkişaf yolu keçibdir. Dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq, Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünyada daim möhkəmlənən mövqeyi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də dönmədən davam etdirilən siyasət düzgündür, xalqımızın maraq və mənafeyinə tam uyğundur.

Sual – Son 10 ildə aparılmış və gələcəkdə aparılacaq islahatlar barəsində Sizin rəyiniz?

Cavab - Cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və siyasi islahatların paralel şəkildə aparılması ölkəmizə böyük uğurlar gətirib. Regionda çox böyük nüfuza malik olan İlham Əliyevin yenidən dövlətimizin başçısı seçilməsi ilə keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulub. Bütün sahələrdə köklü dəyişikliklərlə xalqın rifah halının daim yaxşılaşdırılması, Azərbaycanın dünyadakı rolunun yüksəlməsi ilə müşayiət olunan bu mərhələ daxili və xarici siyasi kursumuzda möhtəşəm uğurlarla, nəhəng abadlıq və quruculuq işləri və dünyada analoqu olmayan iqtisadi inkişafla yadda qalıb. Mən mətbuatda getmiş iqtisadi yüksəlişi ifadə edən rəqəmləri təkrar xatırlatmaq istəmirəm. Azərbaycanın hərtərəfli və dinamik inkişafı, yeni iş yerlərinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri -neft sektorunun tərəqqisinə nail olmaq, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli üçün hücum diplomatiyası, diaspor və lobbiçilik fəaliyyətinin gücləndirilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı qlobal strateji xəttin prioritet istiqamətləridir. 

Hazırda Azərbaycanın hərtərəfli inkişafı üçün bütün sahələr üzrə xüsusi inkişaf proqramları və bunların yetirilməsi üçün işlək icra mexanizmləri mövcuddur. Məhz bunun nəticəsidir ki, müstəqil Azərbaycan dövləti son illərdə iqtisadi artım sürətinə görə dünyada liderliyini inamla qoruyub saxlayır. Bütövlüklə son 10 il ərzində Azərbaycan iqtisadiyyatı dünyada analoqu olmayan dinamik inkişaf yolu keçmiş, ölkə iqtisadiyyatı 3 dəfə, dövlət büdcəsi təxminən 20 dəfəyə yaxın artmış, valyuta ehtiyatlarımız 53 milyard dollar təşkil etmişdir. Göründüyü kimi, həyata keçirilən köklü sosial – iqtisadi islahatlar, qəbul edilmiş mühüm dövlət proqramlarının, xüsusən də regional inkişaf proqramının uğurla reallaşması öz gözəl bəhrəsini verir.

2008–2013-cü illərdə regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramının demək olar ki, 4 il ərzində yerinə yetirilməsi sayəsində paytaxtla yanaşı bütün bölgələrimizin siması büsbütün dəyişib, ən ucqar kəndlərdə belə abadlıq – quruculuq işləri geniş vüsət alıb, yerlərdə müasir infrastruktur yaradılıb. Bu son on ildə 1 milyon yeni iş yerlərinin açılması, yoxsulluq səviyyəsinin 49 faizdən 4 faizə endirilməsi, rayon və kəndlərimizdə minlərlə sənaye və emal müəssisələrinin, yüksək standartlara cavab verən təhsil və səhiyyə ocaqlarının, olimpiya komplekslərinin, xidmət obyektlərinin inşası uğurlarımızın sadəcə bir hissəsidir. Son 10 ildə, həmçinin, ölkədə minimum əmək haqqı 13,7 dəfə, dövlət büdcəsi üzrə əməyin ödənişi fondunun məbləği 3,9 dəfə, əsas sosial müavinətlərə yönəldilmiş vəsaitlərin məbləği, orta aylıq əmək haqqı dəfələrlə artırılmışdır.

Sual – Xəzər neftini boru kəməri vasitəsilə birbaşa Avropaya axıtmaq yaxın keçmişdə əfsanə hesab edilirdi. Söhbət təkcə çətin relyefli uzaq məsafədən getmirdi. Şimal və Cənub qonşularımız, hətta Qərbin özündə BP alyansı ilə rəqabət aparan nəhəng şirkətlər bu böyük projenin baş tutmamasına çalışırdılar. Lakin Heydər Əliyevin polad iradəsi əfsanəni reallığa çevirdi: BTC boru kəməri çəkildi. Bu gün Ümummilli liderin neft strategiyası necə davam etdirilir? Bu Sizi qane edirmi?

Cavab - Heydər Əliyevin nurlu ideyalarından biri olan milli neft və qaz strategiyası möhtərəm İlham Əliyev tərəfindən çox uğurla həyata keçirilir. Azəbaycan dünyada təkcə neft deyil, həm də qaz ixrac edən zəngin enerji ehtiyyatlarına malik ölkə kimi tanınır. Xəzərin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatları hələ 100 il kifayət edəcəkdir. Təsadüfi deyil ki, bu gün dünyada, xüsusən, Qərbin enerji bazarında Azərbaycanın xüsusi yeri və çəkisi var. Azərbaycanın fəal iştirakı ilə Xəzər - Qara dəniz, Baltik - Aralıq dənizləri və Avropa İttifaqı regionunda enerji əməkdaşlığının gücləndirilməsi istiqamətində geniş miqyaslı iş aparılır. Artıq Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan nefti ilə yanaşı, Qazaxıstan neftinin nəqli üçün də istifadə edilir ki, bu da çox mühüm hadisə, geniş işbirliyinin nəticəsidir. Hazırda neft kəmərləri ilə yanaşı, Nabukko kimi nəhəng qaz layihəsinin reallaşdırılmasında da Azərbaycanın önəmli və strateji rolu danılmazdır. Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa, Odessa-Broda-Promsk-Qdans, TGİ, Nabukko layihələrinin əhəmiyyətindən danışarkən xüsusi vurğulayıb: "Onların hamısının bu gün yeganə mənbəyi var: Xəzər dənizi və daha dəqiq desək, Azərbaycan!" Bir sözlə, ölkəmizin təşəbbüsü ilə bölgədə yaradılmış yeni enerji dəhlizləri qlobal masştabda enerji təhlükəsizliyi məsələlərinə, ikitərəfli və çoxtərəfli əlaqələrin güclənməsinə xidmət göstərir. 

Azərbaycan dövlətinin enerji müstəqilliyini və təhlükəsizliyini təmin etmək üçün mövcud elektrik stansiyalarının yenidən qurulması və əlavə enerji mənbələrinin yaradılması məqsədilə ölkənin 5 regionunda 450 MVt gücü olan modul tipli elektrik stansiyaları tikilib istifadəyə verilmişdir. Görülən tədbirlər nəticəsində daxili tələbat tam ödənilməklə yanaşı, respublika bu sahədə ixracatçıya çevrilmişdir. 

Sual – Heydər Əliyevin xarici siyasət kursunun davam etdirilməsi, zamanın tələblərinə uyğun inkişafı barəsində Sizin fikirləriniz?

Cavab – Ümummilli liderin varisi Prezident İlham Əliyev onun xarici siyasət kursunu bizim keşməkeşli, qarışıq zəmanəmizin tələblərinə uyğun yaradıcı surətdə davam etdirir. Bu siyasətin mayasında qonşu dövlətlərlə dinc sülh şəraitində yaşamaq, dünya birliyinə inteqrasiya etmək, beynəlxalq hüquq normalarına əsaslanan balanslaşdırılmış siyasət yürütmək, beynəlxalq təşkilat və institutlarla sıx əməkdaşlıq etmək durur. AB ilə əməkdaşlığı genişləndirməyə çalışan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatına öz layiqli töhvəsini verir. Dünya ölkələri, xüsusən də Qərb enerji təhlükəsizliyi məsələlərində Azərbaycanla əməkdaşlığı genişləndirmək marağını açıq şəkildə ortaya qoyub. 

Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı bölgədə, eyni zamanda, nəhəng nəqliyyat infrastrukturu formalaşır, yeni layihələr həyata vəsiqə alır. Avropanı Asiya ilə, Şimalla Cənubi birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu baxımdan olduqca mühümdür. İqtisadi cəhətdən çox sərfəli olan bu dəmir yolu, həmçinin region dövlətləri arasında mövcud olan dostluq, qardaşlıq münasibətlərini daha da gücləndirəcəkdir.

Müstəqil Azərbaycan dövlətinin dünyadakı nüfuzu daim artmaqdadır. Bu baxımdan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət MDB və bütün region üçün bir nümunə, model sayıla bilər. Son 10 ildə qazanılan nailiyyətlərdən danışarkən Azərbaycanın artıq regionun lideri olmasını xüsusi qeyd etmək lazımdır. Ölkəmiz siyasi və iqtisadi güc mərkəzi kimi hətta regional çərçivədən kənara çıxmağa başlayıb. Qeyd etdiyimiz kimi Azərbaycan müstəqil, balanslaşdırılmış, düşünülmüş xarici siyasət yürüdür. Bu siyasət dünya ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmlənməsinə, Qərbə, Avroatlantik strukturlara, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətləndirilməsinə yönəlib. Xarici siyasətimizin əsas missiyalarından biri məhz bundan ibarətdir ki, Azərbaycan bu əməkdaşlığı özünün maraqlarının təmin edilməsinə, qarşısına çıxan problemlərin həllinə istiqamətləndirir, bununla da öz məqsədlərinə nail olur. Bu, bir daha sübut edir ki, gənc dövlətlər həmişə yalnız güclü dövlət başçısının rəhbərliyi altında öz müstəqilliklərini qoruya, onu daha da möhkəmləndirə bilərlər. Bu reallıq müstəqil Azərbaycan dövlətinin, onun bugünkü möhtəşəm uğurlarının timsalında özünü tam aydın göstərir. Düzgün qurulmuş iqtisadi sistemin, həyata keçirilən islahatların, qabaqlayıcı tədbirlərin və bütün bunların nəticəsində formalaşmış bazanın nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı bütün dünya ölkələrinin ciddi şəkildə itkilərlə yaşadığı maliyyə böhranının təsirlərini minimum səviyyədə hiss edir. Son illərdə dünyanı bürüyən qlobal iqtisadi böhran şəraitində Azərbaycanın öz sürətli iqtisadi inkişaf tempini saxlaması və yürüdülən düzgün siyasətin məntiqi nəticəsi birmənalı olaraq təsdiqləyir ki, Azərbaycanda Prezident İlham Əliyevə alternativ yoxdur.

Bildiyimiz kimi, 2011-ci ilin oktyabrında Azərbaycan 155 ölkənin səsini qazanaraq, çox gərgin mübarizə şəraitində BMT Təhlükəsizlik Şurasının üzvü seçildi. Bu seçimlə müstəqil Azərbaycanın 20 il ərzində qazandığı uğurlarla özünü dünya birliyinə təsdiq və təsbit etdirməsi və ölkəmizin bu mötəbər təşkilatın sadiq olduğu ideyalara, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə xidmət etməsi təkzibolunmaz həqiqətlərdir. BMT-də səsvermənin nəticələri dünya miqyasında 155 ölkənin Azərbaycana olan inamı, dəstəyi hörmətin və rəğbətin bariz nümunəsidir. Şübhə yoxdur ki, BMT Təhlükəsizlik Şurası iclasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilməsi hər bir vətənpərvər azərbaycanlının qəlbində çox böyük qürur və iftixar hissi doğurdu. Bu tarixi qələbə Azərbaycan xalqının və onun layiqli Prezidenti cənab İlham Əliyevin son illərdə gördüyü titanik işlərin və əldə etdiyi böyük uğurların məntiqi nəticəsidir.

Sual – Çox az da olsa Azərbaycanın uğurlarını gözü götürməyənlər bu inkişafın neft amili ilə bağlı olmasını, Azərbaycanın geridə qalmış bir islam ölkəsi olmasını iddia edirlər. Ölkədə elmin inkişafı, yeni texnologiyaların tətbiqi aspektində onlara necə cavab ünvanlayardınız? 

Cavab - Əvvəla deyərdim ki, Azərbaycan torpağı çox bərəkətli, onun zəhmətsevər xalqı isə istedadlıdır və çox qədim bir sivilizasiyanın daşıyıcısıdır. Allah sevdiyi bu xalqa yerin üstündə də, altında da böyük sərvətlər vermişdir. Dünya şöhrətli Norveç alimi Tur Xeyerdal ötən əsrin 90-ci illərin sonunda Heydər Əliyevlə görüşərkən azərbaycan xalqının qədim Şumerlərlə, Norveçlilərin əcdadları ilə əlaqələri olmasını demişdir. Tarixin gərdişinə baxsaq, Azərbaycan xalqının böyük islam sivilizasiyanın yaradılmasında fəal iştirakına qədər şərəfli yol keçdiyini görərik. Azərbaycan həmişə alimlər yurdu, elmin beşiyi olmuşdur. Bu çox geniş mövzudur. Bu günümüzə gəldikdə, suveren Azərbaycanda Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin hakimiyyətləri dövründə elmin, qabaqcıl texnologiyaların inkişafına xüsusi diqqət verilmişdir. Neft amilindən istifadə edərək Holland sindiromuna düçar olmamaq üçün qeyri-neft sektorunun inkişafı ilə bağlı xüsusi proqramlar işlənilib, uğurla həyata keçirilmiş və həmin sahədə çox müsbət nəticələr əldə edilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına çox böyük diqqət göstərilir. 2008-ci ildən Azərbaycanda kosmik sənayenin yaradılması, 2009-cu ildə onun inkişafı üzrə Dövlət proqramlarının təsdiqi, 2010-cu ildə "Azərkosmos " Açıq Səhmdar Cəmiyyətinin yaradılması və nəhayət 2013-cü ilin ölkədə "İnformasiya və kommunikasiya texnologiyaları" ili elan edilməsi və ilk "Azərspace - 1" süni peykimizin kosmosa çıxarılması ilə nəticələndi. Qeyd etmək gərəkdir ki, bu xalqımızın kosmos sahəsində ilk təcrübəsi deyildi. SSRİ-də kosmos sahəsində 1-ci adam Kərim Kərimov, ABŞ-da dünya şöhrətli alim, qeyri-səlis nəzəriyyənin müəllifi dünyada Lütfi Zadə kimi tanınan Lütfəli Ələsgərzadə dünyada bu xalqın yetirmələrindəndir.

Sual – Son 20 ildə Azərbaycan İdman sahəsində də böyük uğurlar əldə etdi, bu sahədə də digər Qafqaz ölkələrini geridə buraxdı. Bu uğuru nə ilə izah etmək olar?

Cavab – Müstəqil Azərbaycanın dövlət başçısı seçiləndən sonra Heydər Əliyevin prioritet saydığı məsələlərdən biri də idman idi. O, “Sağlam bədəndə sağlam ruh olar” aforizmini təkrarlamağı xoşlayırdı, gənclərin fiziki sağlamlığının əsas şərtlərindən biri kimi idmana çox diqqət yetirirdi. Buna görədə ölkədə olimpiya komitəsi yaratdı, o vaxtlar gənclərin lideri olan İham Əliyevi bu quruma rəhbər təyin etdi. O, ilk idarəçilik imtahanını burada verdi. Sıfırdan başlayan yeni Azərbaycan idmanını yüksəldib dünyaya tanıtdı. Bölgələrdə idman şəbəkələri genişləndi, müasir tələblərə cavab verən olimpiya kompleksləri tikildi. İstər beynəlxalq Olimpiya oyunlarında , istərsə də digər yarışlarda qazanılan qızıl, gümüş, bürünc medallarının sayına görə təkcə Cənub Qafqazda Gürcüstan və Ermənistanı deyil, region və islam şərqindəki ölkələri geridə qoydu. 2013-cü il dekabr ayında Avropa Olimpiya Komitəsinin Baş məclisində böyük səs çoxluğu ilə Birinci Avropa Olimpiyadasının ilk dəfə Bakıda keçirilməsi haqqında qərarın qəbulu Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin sədri cənab İlham Əliyevin uğurlu siyasəti ilə ölkəmizin beynəlxalq nüfuzunun artmasının şəhər və rayonlarımızda yaradılmış idman infrastrukturunun dünya standartlarına cavab verməsinin, beynəlxalq tədbirlərin keçirilməsində gərəkən təcrübənin qazanılmasının, idmançılarımızın qazandıqları böyük uğurların, ölkə iqtisadiyyatının dinamik inkişafının və beləliklə Azərbaycanın dünyada etibarlı tərəfdaş ölkələr sırasına daxil olmasının məntiqi nəticəsidir.

Sual – Artıq 24 ildir davam edən Qarabağ probleminin həllində Prezident İlham Əliyevin siyasət labirintlərində gedişlərini necə dəyərləndirirsiniz?

Cavab – İlk öncə onun hakimiyyətə gəlişindən sonra dərhal hücum diplomatiyası siyasətini başlamasını qeyd etmək istəyirəm. Bu siyasətin əsasını Ermənistanın BMT, ATƏT, AŞ, Vyana konvensiyası və digər beynəlxalq təşkilatların müəyyən etdiyi qanunları, beynəlxalq hüquq normalarını kobudcasına pozmasını, erməni terrorizminin dinc sakinlərə qarşı törətdiyi etnik təmizləmə cinayətlərinin dünya miqyasında ifşası təşkil edir.  İlham Əliyevin apardığı gərgin iş sayəsində dünya ölkələri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyırlar. Ermənistanın bir çox beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası tərəfindən işğalçı dövlət kimi tanınması, yürütdüyü təcavüzkar siyasətin pislənilməsi Azərbaycanın diplomatik qələbəsidir.İndi ölkəmizin qarşısında 20 il ərzində üzləşdiyi yalnız bir problem Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli dayanır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəinki Azərbaycan üçün, həm də Cənubi Qafqaz regionunun təhlükəsizliyi baxımından böyük maneədir.

Son on il ərzində Azərbaycanda bütün çadır şəhərcikləri ləğv edilərək 140 min məcburi köçkün yeni inşa olunmuş müasir qəsəbələrə köçürülmüş, hər cür şəraiti və lazımi avadanlığı olan fərdi evlərlə təmin olunmuşlar

Ali Baş Komandan, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən ordu quruculuğuna çox böyük diqqət göstərilir. Müharibə şəraitində olan ölkəmiz üçün güclü, qüdrətli ordu yaradılması olduqca vacibdir. Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən Ermənistandan qat - qat güclüdür, bölgədə ən qüdrətli orduya malikdir və Azərbaycanın hərbi xərcləri bütövlükdə Ermənistanın büdcəsinə bərabərdir. Əgər 2003-cü ildə hərbi məqsədlər üçün büdcədən ayırmalar 163 milyon dollar idisə 2013-cü ildə bu rəqəm 3,7 milyarda çatdırılıb. Azərbaycan ordusu ən müasir silah və sürsatla təhciz edilib. Artıq Azərbaycan öz hərbi müdafiə sənayesini yaratmışdır, 750 adda hərbi məhsul istehsal edilir.

Münaqişənin sülh yolu ilə həllinə üstünlük verməsinə, sülhsevər siyasətinə baxmayaraq, Azərbaycan istənilən yolla öz torpaqlarını işğaldan azad edəcək. Prezident İlham Əliyev Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın qəti və prinsipial mövqeyini bütün dünyaya bəyan edib. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapmalıdır. Odur ki, bu taleyüklü problemin məhz uzunmüddətli hakimiyyət və güclü dövlət prizmasından həlli daha aktualdır.

Xalqımız əmindir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz sözünü deyəcək, işğal altında olan ərazilərimiz azad ediləcək, qaçqın və məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdacaqlar.və Azərbaycan beynəlxalq aləm tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edəcəkdir. 

Prezident İlham Əliyevin ötən 10 il ərzində gördüyü işlər və hazırki fəaliyyəti deməyə əsas verir ki, O, Heydər Əliyevin nurlu ideyalarının sadəcə davamçısı yox, eyni zamanda bu ideyaları XXI əsrin tələblərinə, dövrün, zamanın ruhuna uyğun olaraq təkmilləşdirməyə və inkişaf etdirməyə qadir olan bir liderdir.

Ümumiyyətlə, bu gün ölkəmizin hərtərəfli inkişafı bir daha təsdiq etdi ki, Azərbaycanda Heydər Əliyevin siyasətinin alternativi yoxdur. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi yaxın illərdə Azərbaycanı dünyanın ən müasir və qüdrətli dövlətləri sırasına çıxaracaqdır. Azərbaycan xalqı isə özünün firavan gələcəyinin təminatçısı olan bu siyasətə daima sadiq qalacaqdır.


Fazil Güney

Опубликовано: 20 Сентябрь, 2016 11:13 | Просмотров: 1075 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo