Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Ədalətli hökmdar axtarışında

Sentyabrın 26-da ölkəmizdə Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi – referendum keçiriləcək. Bir neçə gündən sonra baş tutacaq bu hadisə nə ölkə daxilində, nə də beynəlxalq təşkilatlar tərəfindən birmənalı qarşılanmır. 

Bir qrup şəxs səsə qoyulacaq bu dəyişiklikləri qəbul edir, alqışlayır, digərləri isə monarxiya və hətta diktaturaya gətirib çıxara biləcəyini vurğulayaraq onun əleyhinə çıxırlar. Əlbəttə, bu, fərqli yanaşmanı təbii qarşılamaq lazımdır. Çünki insanların özləri kimi fikirlər də müxtəlifdir. Ətrafda baş verən hadisə ilə bağlı hər zaman hər kəs öz fikrini söyləyir və bunu əsaslandırmağa, müxtəlif üsullarla ictimai rəy formalaşdırmağa cəhd göstərir.

Cəmiyyətdə referendumla bağlı gedən qızğın müzakirələrə, səslənən fikirlərə baxmayaraq, əslində məsələnin mahiyyəti açılmır, “niyə?”,  “nə üçün?” suallarına dəqiq cavab verilmir. Səsləndirilən izahlar isə kifayət qədər tutarlı əsaslara söykənmir. Beləcə, hər kəs öz fikrində qalır, ictimaiyyətdə “hə” və “yox” tərəfdarları arasında ümumi rəy formalaşmır. Nəticədə bir-birinə irad tutanlar ümumi mühiti daha da gərginəşdirir, vəziyyəti mürəkkəbləşdirirlər.

Bütün bunları nəzərə alaraq mən də bir vətəndaş və ictimai, humanitar sahədə elmi tədqiqat aparan alim kimi məsələyə öz münasibətimi bildirmək qərarına gəldim. Əvvəlcədən qeyd edim ki, məqsədim yalnız məsələyə şərh vermək, bəlkə də çoxunun bilmədiyi məqamlara oxucuların, respublika ictimaiyyətinin diqqətini cəlb etmək, həqiqətə xidmət göstərməkdir.

2000-ci ilin sonlarında biz problemləri dünya miqyasında, xüsusən Şərq və Qərb ölkələrinin təcrübəsinə qiymət verməklə cəmiyyət, ölkə, xalq üçün hansı hakimiyyət formasının, siyasi idarəetmə variantının daha münasib olmasını araşdırır, onlara öz münasibətimizi bildirməklə cəmiyyət və dövlət, hakimiyyət üçün nələrin daha vacib olmasını dilə gətirirdik. Bu məqsədlə mən “Yoxsulluq, diktatura, ədalətsizlik” adlı 230 səhifəlik kitab yazaraq onu rus və ingilis dillərində çap etdirib yayımlamışdım. İngilis dilində (“Poverty, dictatorship, injustice”) kitabı ABŞ-da çox məşhur “Trafford” nəşriyyatında çap olunub dünyanın 2000-ə qədər internet mağazasında satışa çıxarıldı. Satış yaxşı getdiyindən, mövzu maraqlı olduğundan bu yaxınlarda həmin nəşriyyat evi kitabda qələmə aldıqlarımı radio vasitəsilə oxuyaraq dünya ictimaiyyətinə çatdırmaqdan ötrü mənim razılığımı da aldı.

Bir çoxunuz sual verəcəksiniz ki, mənim mövqeyimin sizdə maraq oyada biləcək hansı cəhətləri var? Yoxsulluq, diktatura, ədalətsizlik - bu üç elementdən hansı insanlara daha güclü təsir göstərə və son nəticədə onların şüurunu dəyişdirib, inqlaba və ya çevrilişə səbəb ola bilər? Kitabda öz əksini tapmış və çox sayda siyasəti, ictimai fikri öyrənməklə məşğul olan müxtəlif ölkə və millətlərin nümayəndələrini – alimləri, siyasətçiləri qane edən “üç amili” qısa da olsa, sizlərə çatdırmaq istəyirəm;

1)                     Yoxsulluq. Əlbəttə, bu element həmişə insanlar üçün vacib rol oynayıb vəindi də oynamaqdadır. Cəmiyyətdə tutduğu mövqəyindən asılı olmayaraq,  hər bir kəs-vətəndaş yoxsulluğun ağırlığından canını qurtarmaq istəyir. Əslində bu, təbii haldır. Heç kəs yoxsulluq əzabını çəkməyi xoşlamaz və bu insan təbiətinə zidd bir mövqe olardı. Amma əgər ölkə özü yoxsuldursa, onun kifayət qədər təbii və qeyri-təbii (insanın əməyinin məhsulu) sərvəti yoxdursa, insanın – cəmiyyətin hər bir üzvünün şüurunu dəyişdirmək, Allahın bu ölkə üçün verdikləri ilə qənaətlənməyib artığını tələb etmək kimi təhlükə yaranmır. Hakimiyyətin formalaşmasından asılı olmayaraq, ən güclü intellektə sahib olan dövlət başçısı da bu şəraiti köklü şəkildə dəyişdirə bilməz. Bu təkzibolunmaz həqiqətdir və biz bunu Afrika, Latın Amerikası ölkələrində müşahidə edirik. Bir məqamı nəzərə almaq vacibdir ki, “yoxsulluq qəbahət deyil, o insanın, dövlətin sosial-iqtisadi durumunun təbii göstəricisidir”. Yoxsul ölkənin əhalisi varlı ola bilməz;

2)                     Diktatura. Hamimiz bilirik ki, bütün tarix boyu bu idarəetme sistemi mövcud olub və bu gün də xeyli sayda ölkələrdə monarxiya, krallıq dövlət quruluşu  qalmaqdadır. Qərb və Şərq ölkələrində bu üsul-idarə formasının üstün və ya kəsirli cəhətlərini biz görürük. Avropada monarxiya sistemli ölkələr daha çoxdur və demək olar ki, orada bu siyasi idarəetmə sistemi özünü doğruldub deyə əhali onu müdafiə edir və heç vaxt monarxı, kralı devirmək niyyətinə düşmür, əksinə monarxiyanı müdafiə edənlərin sayı getdikcə çoxalır. Xüsusən qərbsayağı demokratiyanın iflasa uğraması fonunda monarxiyanın müdafiəçilərinin sayı getdikcə artır.

Şərqdə də xeyli monarxiya, krallıqlar var. Mərakeş, İordaniya, Səudiyyə Ərəbistanı, Oman, Qətər, Bəhreyn və s.

Bu ölkələrdə də siyasi sistem vətəndaşları təmin edir. Mən deyərdim ki, Mərakeş Krallığında demokratiya, söz və mətbuat azadlığı, hətta bəzi Avropa ölkələrindən də üstün mövqedədir. Xalq kraldan razıdır və onun devrilməsini istəmir. Xalqın yaşam durumu ölkənin iqtisadi imkanlarına, demək olar ki, uyğundur. Bu sözləri İordaniyaya, BƏƏ-nə də aid etmək olar. Orada hətta azlıq təşkil edən yerli əhali dövlətin gəlirlərinə bu və ya digər şəkildə şərikdirlər. Bunu biz Norveç Krallığının timsalında da görə bilərik. Dövlətin gəlirlərindən hər bir vətəndaşın öz payı var və onlar heç vaxt monarxiyanı özünü doğrultmayan demokratiyaya dəyişməzlər;

3. Ədalətsizlik. Bu ferment cəmiyyət üçün ən vacibidir. Yalnız o, insanın –varlının da, kasıbın da şüuruna təsir edib onu dəyişdirmək imkanına malikdir. Dünyada baş verən inqilabların əsas istinad mənbəyi – “ədalətsizlikdir”. Dahi Nizami 12 əsr bundan əvvəl, hələ ondan xeyli uzaq keçmişdə yaşamış intellekt sahibləri, filosoflar həmişə ədalətli hökmdar axtarışında olublar. Təəssüf ki, onlar öz arzu və ideyalarının həyatda tətbiqini görə bilməyiblər. Bununla belə insanlar bu gün də ədalətli dövlət başçısı axtarışını davam etdirirlər. Əslində onları siyasi üsul-idarə o qədər də maraqlandırmır və əhalinin 90 faizindən çoxu üçün siyasi sistemin nə olduğu vacib deyil və onlar buna heç can da atmırlar. Onlar ölkənin əmin-amanlığı, dövlətin maddi imkanlarından bəhrələnmək haqda düşünür və onlar üçün inandıqları, hörmət etdikləri birisinin dövləti idarə etməsi daha çox maraq kəsb edir.

Bütün bunları nəzərdən keçirərək mən “Yoxsulluq, diktatura, ədalətsizlik” (“Бедность, диктатура, несправедливость”) kitabının sonunda belə bir nəticəyə gəlmişəm ki, dövlət və cəmiyyət üçün ən təhlükəli amil “ədalətsizlikdir” (bu sözü dırnaq arasında yazmaq onun əhəmiyyətini vurğulamaq istəyimdən irəli gəlir). Yoxsulluq, diktatura və ya hansısa başqa bir siyasi sistemin olub-olmaması cəmiyyəti, əhalinin mütləq  əksəriyyətini maraqlandırmaya da bilər və həqiqətdə bu belədir. İndi kimə “Hansı sistemdə yaşayırıq?” sualını versəniz, çətin ki, qaneedici cavab alarsan.

Beləliklə, mən əminliyimi bildirirəm ki, siyasi sistemin formasından asılı olmayaraq, “ədalətsizlik” aradan götürülərsə, bu hamını, əhalinin bütün təbəqələrini  təmin edə bilər və zənnimcə, etməlidir. Əsas məsələ yalnız budur. Dövlət başçısının necə adlandırılması o qədər də maraqlı və vacib deyil. Təki o, ölkəni ədalət prinsipinə söykənərək idarə etsin. Çünki yalnız ədalətsizlik insanların bütün zümrələrinə mənfi,neqativ, əzici, təhqiredici  təsir edir, onları narazı salır, dəyişikliyin zəruri olmasını diqtə edir.Bu, qaçılmaz bir prosesdir.Yadımıza salaq ki,quldarlıq dövründə ağa da, onun qulu da öz vəziyyətindən razı olub.Yalnız bəzi "ağalarlın" öz qullarına qarşı ədalətsizliyi onlarda nifrət hissi yaradaraq  üsyana səbəb olub. Həmin hadisələr "qulların üsyanı" adıilə tarixə düşüb.Ağır işh şəraiti yox,yalnız ağanın ədalət prisipini kobud şəkildə pozmasıqulu onu öldürməyə vəözünüşəhid etməyə sövq edib...

Mənim məqsədim bu fikirləri oxuculara çatdırmaqdır.Nəticə çıxarmaq,tənqid etmək hər kəsin öz məsuliyyətindədir...

 

P.S. Bir ərəbşünas kimi 1970-ci illərin sonunda 3 ildən artıq  Cənubi Yəməndə  baş hərbi müşavirin referenti qismində ölkənin bütün bölgələrində olmuşam. Bir söhbət hələ də yadımdan çıxmır. Ölkənin paytaxtından uzaqda olan bir qəbilə başçısının qonağı olduq. Müşavir başa düşdüyü qədər hərbçi sayağı  sosializm və kommunizmi təbliğ etdi. Sona çatmamış qəbilə başçısı məndən soruşdu: “Siz dediyiniz bu sistem bizdə olsa, bax o yegane su quyusunu (əli ilə göstərir – R.Ə.) bizdən almayacaqlar ki”? Müşavir (general-leytenant rütbəli) ona əminliklə cavab verdi ki, “yox, nə danışırsınız, sizə hələ bir neçə su quyusu da qazıb verəcəklər”. Qəbilə başçısının cavabı çox maraqlı oldu: “Mən heç bu gün ölkəmizi kimin idarə etdiyini bilmirəm. Bu su quyusu bütün qəbilə üzvlərinindir, mən onlardan çox su istifadə etmirəm. Əgər Siz dediyiniz düzdürsə, qoy elə kommunizm gəlsin, ona hamımız şad olar və əl çalarıq”.

Bu çox maraqlı, təsiredici, yaddaqalan  bir söhbət oldu. Düşünürəm ki, qəbilə başçısı çox müdrik insan imiş. 


Fəlsəfə elmləri doktoru,

professor Rafiq Əliyev

Опубликовано: 26 Сентябрь, 2016 12:07 | Просмотров: 1946 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo