Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Azərbaycan İslam Oyunları ilə dünyaya dərs verdi

Artıq uzun illərdir ki, Azərbaycan bütün dünyaya tolerantlıq modelini təqdim edir. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan əsrlərdir sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa edərək, onu keyfiyyətcə yeni mərhələyə yüksəltdi. 

Ulu öndərin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ötənilki Avropa Oyunlarının və “Formula 1” yarışlarının ardınca ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi deyilənləri əyani şəkildə isbatlamış oldu. 

Coğrafi baxımdan Qərblə Şərq arasında yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu məkandır. Ölkəmiz uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. İslam dininin yayılmasında, müsəlman intibahının bərqərar olmasında azərbaycanlıların da özünəməxsus rolu olmuş və İslam mədəniyyətinin formalaşmasında böyük nailiyyətlər qazanmışlar. Dövlət başçısının 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsi, eyni zamanda ölkəmizdə  IV İslam Həmrəyliyi Oyunlarının təşkili isə Azərbaycanın təkcə islam dünyasında deyil, bütövlükdə dünya miqyasında nüfuzunu xeyli gücləndirdi. Bu hadisəyə təkcə idman oyunu kimi qiymət vermək qətiyyən düzgün deyil. Əslində bu, böyük bir siyasi, iqtisadi hadisə olmaqla yanaşı, həm də humanitar, mədəni, tarixi əhəmiyyət kəsb edən hadisədir. IV İslam Həmrəyliyi Oyunları Azərbaycanı islam dünyasına ictimai-siyasi sabitliyin olduğu məkan kimi tanıda bildi.  Kimsəyə sirr deyil ki, Azərbaycan regional inkişaf səviyyəsini çoxdan aşmış bir dövlətdir. Bütün bunlar Azərbaycanı həm də çox güclü turizm imkanları, infrastrukturu olan dövlət kimi dünyaya göstərdi. Beləcə, müsəlman dünyası Azərbaycanı yenidən kəşf etdi. Bu möhtəşəm hadisə həm təşkilatçılıq, həm də təhlükəsizlik baxımından Azərbaycanın belə böyük miqyaslı tədbirlərə ev sahibliyi etmək iqtidarında olduğunu, Azərbaycanın sülhsevər bir islam dövlətinə çevrildiyini bütün dünyaya nümayiş etdirdi. İslamı daima terrorla eyni sıraya qoymağa çalışan islamofob qurumlar öz fikirlərində nə qədər yanıldıqlarını anlamış oldular. Ən maraqlısı isə bu oyunlarda təkcə müsəlmanlar deyil, eyni zamanda İslam Əməkdaşlıq təşkilatına üzv olan ölkələrin müsəlman olmayan vətəndaşlarının da iştirakına icazə verilməsi idi. Bu, İslam həmrəyliyi oyunlarının dinindən asılı olmayaraq, insanlara qarşı nə qədər tolerant, humanist yanaşdığını göstərdi. Bütün bu məqamlar İslam dininin istər müsəlman ölkələrində, istərsə də bütün dünyada insanların hüquq və azadlıqlarının bərabər şəkildə təmin edilməsini qarşıya məqsəd qoyduğunu bir daha göstərmiş oldu. Oyunların ölkəmizdə təşkili əslində bütün dünyaya yönələn bir çağırışdır. Bu, Azərbaycanın İslam dünyasını narahat edən bütün problemlərin həllində əməkdaşlığa, İslam həmrəyliyinə can atmasının bariz sübutudur.

Oyunların Azərbaycan iqtisadiyyatına verdiyi töhfəni isə sözlərlə ifadə etmək qeyri-mümkündür. Yarışlar gələcəkdə Azərbaycana xarici kapitalın cəlb olunması baxımından əvəzolunmaz rola malikdir. İslam Oyunları kimi böyük idman tədbirlərinin keçirilməsi xarici sərmayənin təşviqi ilə yanaşı, iqtisadiyyatın şaxələndirilməsinə də müsbət təsirini göstərir. Belə ki, xarici sərmayələr hökumətin xüsusi diqqət ayırdığı qeyri-neft sahəsinin inkişafına yeni təkan verməklə yerli istehsalın genişlənməsinə və ixracatın həcminin artmasına gətirib çıxaracaq.

Bu sözləri bir neçə gün əvvəl Bakıda keçirilmiş “Formula 1” yarışları barədə də söyləmək olar. “Formula 1” hər kəsə böyük sürət və həyəcan vəd etdiyindən və eyni zamanda trek ətrafında möhtəşəm konsert proqramları təşkil olunduğundan xarici turistlər paytaxta axın edərək, yarışı canlı şəkildə izləməyə böyük maraq göstərirdilər. Başda turizm sektoru olmaqla , iqtisadiyyatın turizmlə bağlı müxtəlif sahələrində  canlanma yarandı. Çünki “Formula 1” azarkeşləri arasında adi vətəndaşlarla yanaşı, böyük beynəlxalq şirkətlərin rəhbərləri də var idi.Onlar  yarışı izləməyə gəldikləri ölkələrin biznes imkanları ilə yaxından tanış oldular. Nəticə olaraq, yarış zamanı  Azərbaycanda da  iqtisadiyyatın bir sıra sahələrində canlanma yarandı  və ölkəyə xarici investisiya cəlb edildi. Yarışların təşkili üçün sərf olunmuş vəsait gələcəkdə mütləq öz bəhrəsini verəcəkdir. Bunu dünya təcrübəsi təsdiq edir. Misal üçün qeyd edək ki, London hər il dünyada ən çox ziyarət edilən ilk beş şəhərdən biri olmasına baxmayaraq, bununla kifayətlənməmiş və 2012-ci ildə Yay Olimpiya Oyunları üçün nəzərdə tutulandan 6 milyard ABŞ dollarından artıq vəsait xərcləmişdir. Nəticədə 3 il ərzində turizm hesabına bu məbləği qarşılamışdır. Bundan başqa, dünyanın ən bahalı tədbiri sayılan 2014-cü il Soçi Qış Olimpiya Oyunlarına 42 milyard ABŞ dolları xərclənsə də, son 3 il ərzində bu xərci artıqlaması ilə geri qazanmışdır. 

Və nəhayət istər Avropa, istər İslam Həmrəyliyi Oyunlarının, istərsə də “Formula 1” yarışlarının Bakıda təşkilinin ən mühüm məqamlarından biri də Azərbaycanın qədim və zəngin mədəniyyəti, incəsənəti ilə yanaşı, xalqımızın haqq səsinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda apardığı mübarizənin həmin yarışlarda təbliğ olunması oldu. Təkcə İslam Həmrəyliyi Oyunlarında 54 dövləti təmsil edən hər bir iştirakçı, idmançı və digər heyət Azərbaycan həqiqətlərini öz gözləri ilə gördü. Bu çox mühüm və təqdirəlayiq bir məsələdir. Zənnimcə, bu oyunlardan sonra islam həmrəyliyi daha da irəliləyəcək və Ermənistana qarşı vahid mövqedən çıxış edəcək.


Rəhilə Şükürova,

“Seçmək hüququ” qəzetinin Türkiyə üzrə müxbiri

Опубликовано: 12 Июль, 2017 14:58 | Просмотров: 355 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo