Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Körfəz böhranı: ilk qurban Qətər oldu

Artıq bir neçə həftədir ki, bütün dünyanın diqqəti Körfəzdə baş verən hadisələrə yönəlib. Şərq dünyası yeni siyasi böhranla üz-üzədir. Söhbət Səudiyyə Ərərbistanı, Qətər və İran arasındakı gərginlikdən gedir. Məsələyə artıq digər müsəlman dövlətləri də qarışıblar. 

Belə ki, yeddi islam ölkəsi - Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Yəmən və  Maldiv Qətərlə bütün əlaqələrini dayandırıb. Diplomatik əlaqələrin kəsilməsindən sonra Qətərin paytaxtı Dohaya hava reysləri də dayandırılıb. Səudiyyə Ərəbistanı, BƏƏ , Misir və Bəhreynin altı aviaşirkəti Dohaya uçuşların ləğv edilməsi barədə qərar qəbul edib. Eyni zamanda, Qətərin milli aviaşirkəti olan "Qatar Airways” Səudiyyə Ərəbistanına uçuşları dayandırmaq məcburiyyətində qalıb.

Əlaqələrin dayandırılmasına səbəb kimi isə Qətərin terrorçulara verdiyi dəstək göstərilib. 

Bəli, Qətər açıq-aşkar şəkildə terror təşkilatlarını dəstəkləməkdə ittiham olunur. Siyasətdən az-çox anlayışı olan hər bir kəs məsələnin yalnız Qətərlə bağlı olmadığını dərk edir. Şübhəsiz ki, okeanın o tayından Qətərə “gözdağı” verməklə yanaşı, həm də Türkiyə və İranın Yaxın Şərqdəki nüfuzunu sarsıtmaq sifarişi  gəlib. Yəni, bir güllə ilə iki dovşan vurmaq... Kimsə inkar edə bilməz ki, bu gün Qətər dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz ixracatçısıdır. Türkiyə isə böyük yanacaq alıcısıdır və Qətər haqlı olaraq, bu dövlətlə əməkdaşlığa maraqlıdır. Türkiyəyə ən çox investisiya məhz Qətərdən gəlir. Türkiyə isə öz növbəsində regionda əminliklə sözünü deyən, beynəlxalq terrorun Şərqə doğru irəliləməsinin qarşısını almaq üçün mübarizə aparan  güclü müsəlman ölkəsidir. Hazırda Türkiyə öz daxili təhlükəsizliyini təmin etməklə yanaşı, həm də Suriya, İraq, Qətər və başqa region dövlətlərinin təhlükəsizliyi üçün çalışır. Türkiyənin Qətərdə hərbi baza yaratması, Gürcüstan və Azərbaycanla hərbi sahədə əməkdaşlıq etməsi bunu bir daha sübut edir. Təbii ki, regionda güclü müsəlman dövlətinin olması Qərbə sərf etmir.

Bir mühüm fakt da ondan ibarətdir ki, artıq 3 ildən çoxdur ki, Türkiyənin Qətər ərazisində hərbi bazası var. Qətər böhranı başlayan kimi Türkiyə həmin hərbi bazasını bir qədər də gücləndirdi. Hazırda Qətər ərazisində xeyli sayda türk hərbçisi yerləşdirilib. Bu isə o deməkdir ki, hər hansı hərbi müdaxilə yaranarsa, Türkiyə Qətərlə imzalanmış müqavilə çərçivəsində hərəkət etmək məcburiyyətində qalacaq. 

Əslində İran amili də Türkiyə qədər ciddidir. Tehranın öz qüdrətini və nüfuzunu günbəgün artırması uzun illərdir ki, Qərb dövlətlərini narahat edir. Məsələdən narahat olan ABŞ bir qrup müsəlman dövlətini İrana qarşı qaldırmağa çalışır. Öz məkrli siyasətini həyata keçirməkdən ötrü Amerika gah Səudiyyə Ərəbistanına silah satır, gah Qətəri Tehrana qarşı qoyur, gah da digər müsəlman ölkələrini İrana qarşı yönəltməyə cəhd edir. Donald Trampın komandası bir neçə dəfə Tehranı terrorizmi dəstəkləməkdə, nüvə silahı istehsalında ittiham edib. Vaşinqton bu kimi amillərlə yanaşı, İranın Yaxın Şərqdəki münaqişələrə ciddi müdaxilə etməsini də arqument kimi irəli sürür. Həmin ittihamlardan çıxarılan nəticə isə ondan ibarətdir ki, İranla bağlı sərt tədbirlərin həyata keçirilməsi gözlənilir. ABŞ-ın bu hiyləsi baş tutsa, müsəlman dövlətləri arasında uzunmüddətli münaqişə yarana bilər. Donald Trampın məqsədi İranı yenidən təcrid etmək və nüvə razılaşmasının ləğvinə nail olmaq, habelə Tehrana qarşı xüsusi əməliyyatları yenidən başlatmaqdır. Trampın bu planlarına Fars körfəzində Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə ərəb ölkəsi dəstək verməyə hazırdır. Qətər isə nəhəng qaz yataqlarına dair ortaq maraqlara görə İranla tərəfdaşlığı kəsmək istəmir.

Bəli, ABŞ bütün gücü ilə İranın və Türkiyənin regiondakı gücünü sarsıtmağa çalışır. Belə çıxır ki, ərəb ölkələrinin Qətərlə diplomatik əlaqələri dayandırması və onu, faktiki olaraq, təcrid etməsi ciddi geosiyasi nəticələri ola biləcək hadisədir. Bu oyunda müsəlmanlardan başqa hər kəsin qazanacağı gün kimi aydındır. Deməli, əgər müxtəlif müsəlman ölkələri arasında fikir ayrılığını ziddiyyətli səviyyəyə yüksəldirlərsə, heç şübhəsiz, burada məqsədli planlar vardır. Daha aydın şəkildə ifadə etsək, on müsəlman ölkəsi bir-birinə qarışıb. Sözün əsl mənasında təhlükəli vəziyyətdir. Yaxın Şərqdə yeni savaş ocağının olması təklükəsi getdikcə daha çox artmaqdadır. Hal-hazırda Qətərdə hökm sürən gərgin şəraitdə əsas məqsəd bir qığılcımla alovlana biləcək atəşdən uzaq dura bilməkdir. Yaranmış siyasi şərait çox təhlükəli şəriatdir və hər an bu vəziyyətin yeni bir savaşa yol aça biləcəyi təklükəsi var. Özü də bu savaşda müsəlman dövlətləri kənar qüvvələrlə deyil, bir-biri ilə mübarizə aparmalı olacaqlar. Ən acınacaqlısı da elə budur...


Rəhilə Şükürova,

“Seçmək hüququ” qəzetinin 

Türkiyə üzrə müxbiri

Опубликовано: 12 Июль, 2017 15:04 | Просмотров: 449 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo