Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Gündüz İsmayılov: "Dini təriqətlər və cərəyanların fəaliyyəti zəifləyib"

"BU GÜN GƏNCLİYİMİZ MİLLİ-MƏNƏVİ VƏ DİNİ DƏYƏRLƏRİMİZƏ SADİQLİYİ BAXIMINDAN MÖVCUD VƏZİYYƏTİ ADEKVAT QİYMƏTLƏNDİRMƏYİ ÇOX YAXŞI BACARIR"


Gündüz İsmayılov: "Dini təriqətlər və cərəyanların fəaliyyəti zəifləyib"

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində də maarifləndirmə işləri əsas yerlərdən birini tutur". 

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov deyib. 

Onun sözlərinə görə, maarifləndirmə təkcə dinlə bağlı deyil: 

"Çünki bu sahədə qarşımıza çıxan məsələlərin bir çoxu digər sahələrlə də əlaqəlidir. Bu baxımdan, insanların, o cümlədən, gənclərin maarifləndirilməsi işi kompleks şəkildə həyata keçirilməlidir. Ona görə də, Dövlət Komitəsi müxtəlif qurumlarla birgə tədbirlər keçirir və həmin tədbirlər də müxtəlif mövzuları əhatə edir. Dini maarifləndiirlmə işi həm kəmiyyət, həm də keyfiyyət baxımdan yeni mərhələyə keçib. Demək olar ki, bu prosesi Bakı və digər şəhərlərlə yanaşı, regionlara, kəndlərə qədər apara bilmişik. Maarifləndirmə işinin bütün respublikanı əhatə etməsi üçün də müxtəlif qurumlarla əməkdaşlıq edirik. Bu prosesə ekspertləri, ziyalıları, elm xadimlərini cəlb edirik, eləcə də, sosial şəbəkələrin imkanlarından istifadə edirik. Maarifləndirmə tədbirləri seminar, treninqlər, konfranslar, dəyirmi masalar, diskussiyalar, filmlər vasitəsilə həyata keçirilir.

Bilirsiniz ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu maarifləndirmə işlərində fəal rol oynayır. Fondun vasitəsilə bir neçə film çəkmişik ki, bu filmlər kifayət qədər uğurlu olub. Radikalizmə qarşı çəkilən "Şəhadət" və "Fitnə" filmləri demək olar ki, respublikanın bütün məktəblərində də nümayiş olunub. "Oxu!" filmi xurafata qarşı yönəlib, "Vəhdət qanımızdadır" filmi isə Azərbaycandakı İslam məzhəblərinin tarixən bir yerdə yaşamasının bariz nümunələrini özündə əks etdirir. Bütün bunlarla yanaşı, maarifləndirmə işlərində çap materiallarının hazırlanması da vacib yer tutur. Komitəmizin mətbu orqanları olan "Dövlət və din" ictimai fikir toplusu və "Cəmiyyət və din" qəzeti pulsuz şəkildə yayılır. Bütövlükdə, çap olunan dini ədəbiyyatın ümumi tirajı bəlkə də 100 mindən artıqdır. Təkcə 100-ə yaxın adda kitablar nəşr olunur.

Əsas fəaliyyət istiqamətlərindən biri də sosial şəbəkələr vasitəsilə maarifləndirmədir. Bu yöndə könüllü şəkildə qruplar formalaşdırılıb ki, bu qrupların səhifələri vasitəsilə maarifləndirmə işi aparırırq. Eləcə də, sosial şəbəkələrdə Komitə rəhbərliyinin və əməkdaşlarının da səhifələri var".

G.İsmayılov bildirib ki, əvvəlki illərlə müqayisədə dini durumun təhlili göstərir ki, bu gün cəmiyyətdə hər kəsin dini radikalizmlə bağlı məlumatı var. Ötən dövrdə cəmiyyətdə dini radikalizmlə bağlı məlumatlar yox səviyyəsində idi: 

"Amma indi insanlar dini radikalizmin nə olduğu yaxşı bilir. Yəni biz dini radikalizmə qarşı cəmiyyətdə mənəvi immuniteti formalaşdıra bilmişik. Dini duruma gəlincə, zərərli saydığımız dini təriqətlər və cərəyanların fəaliyyəti son dövrlər zəifləyib. İstər İslamla bağlı dini radikalizm cəhdlərinin, istərsə də xristian dini yönündə missioner qrupların zərərli fəaliyyətinin qarşısı alınıb. Bu gün üçün qarşımızda duran bir sıra hədəflər var. Əsas hədəflərdən biri milli kadrların hazırlanmasıdır. Bu, radikalizmlə mübarizədə ən effektli vasitələrdən biridir. Bilirsiniz ki, dövlət başçısının qərarı ilə Komitəmizin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Fevralın 9-da institutun yaradılmasının bir ili tamam olur. Artıq instutut tam fəaliyyətə başlayıb, ötən il tələbə qəbulu həyata keçirilib. Bu il də qəbul keçiriləcək. İnstitutun yaradılması bır sıra problemlərin həllinin açarı olacaq. Çünki gənclərimiz dini təhsil almaq üçün xaricə getməyəcək. Artıq öz ölkəmizdə buna imkan var. Xaricdə dini təhsil pulsuz idi. İlahiyyat İnstitutunda da təhsil pulsuzdur, bütün tələbələr təqaüd alır. Ehtiyacları varsa, yataqxanalarla təmin olunurlar. Eləcə də, ölkədə müvafiq olaraq din xadimlərinə maddi dəstək göstərilir. 

Ötən il ərzində 1000-dən artıq din xadiminə maddi dəstək göstərilib. Bu da dini durumun sabitləşməsi baxımından önəmli amildir. Çünki din adamlarına maddi dəstək göstərilməsə, başqalarının bu sahənin doldurmasına şərait yaranır. Məsələn, düşünün ki, hansısa məsciddir, orada rəsmi din xadimi fəaliyyət göstərmir. Belə olan halda, qeyri-ənənəvi, zərərli, radikal qrupların həmin məscidə meyllənməsinə şərait yaranır. Bu cür məscidlər artıq Azərbaycanda yoxdur. Ölkədə fəaliyyət göstərən bütün məscidlərdə nəzarət tam təmin olunub. Bunun bir səbəbi də Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə din xadimlərinə maddi dəstəyin göstərilməsidir. Bu da cənab prezidentin din sahəsinə, o cümlədən, dindarlarımıza qayğısının bir nümunəsidir".

S.QARAYEVA

Опубликовано: 15 Февраль, 2019 09:50 | Просмотров: 834 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo