Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Siqaretlə necə mübarizə aparaq?

Bəzən daxilindəkiləri paylaşmağa ehtiyac duyursan…


Bu şəkli 2014-cü ilin bu günü facebook profilimdə paylaşmışdım. Bu gün yenidən qarşıma çıxdı. Bloqumun ilk yazısı üçün mənə mövzu verdi. Siqaretə alışan insanları bu zərərli zəhərli vərdişdən necə çəkindirə bilərik? Cəmiyyət və fərdlər olaraq, hər il minlərlə yaxınlarımızı bizdən alan bu bəlanın qarşısını almaq üçün nələr etməliyik? 

Ondan başlayım ki, 45 yaşım olsa da, bu vaxta qədər bir dəfə olsun belə siqaret çəkmədim. Ətrafımda hər zaman siqaret çəkən insanların olmasına baxmayaraq. 42 yaşındakı qardaşım da həmçinin. Bunun səbəbini axtaranda uşaqlıq və yeniyetməlik illərinə səyahət etməli oluram, belə ki, ilk dəfə siqaretin “dadına baxmaq” həvəsi adamda məhz 9-14 yaşlarında yaranır. Bunu valideynlər də bilir və bu səbəbdən övladlarını bu bəladan qorumağa çalışırlar. Müxtəlif hədə-qorxu, sanksiyalar, fiziki təsir vasitələri və s. istifadə edərək. Bizim ailədə bunlardan heç birinə rast gəlmədik. 12 yaşından siqaret çəkən, amma istədiyi zaman siqaretdən imtina etməyi çox asanlıqla bacaran rəhmətlik atamın siqaretlə bağlı bizə dediyi bu oldu: “Siqaret axmaq bir şeydir, ondan uzaq durmağa çalışın”. Mənim “bəs sən niyə çəkirsən?” sualıma o, “mənə başa salan olmayıb” deyərdi. Həqiqətən də, atama bunu başa salan olmamışdı, atasını 4 yaşında itirmişdi. “Bəs spirtli içki necə?” sualımıza isə, atamız “o da ziyanlıdır, amma siqaret qədər yox. Böyüyəcəksiniz, məclislərdə ara-bir içmək də lazım olacaq. Amma aludəçisi olmaqdan çəkinin” deyərdi…

Fikir verdinizsə, dedikləri əmr yox, məsləhət xarakteri daşıyırdı: “… uzaq durmağa çalışın”, “aludəçici olmaqdan çəkinin”… Atam psixoloq deyildi, iqtisadçı, təsərrüfatçı idi. Amma o çox incə bir məqamı bilirdi: qəti qadağa uşaqları nədənsə çəkindirmək qüdrətinə malik deyil, əksinə, onu dadmağa sövq edir. Rusların bir misalı da var bununla bağlı: qadağan olunan meyvə daha şirin olur. Bizə heç nə qadağan olunmadı, bizə izah edildi. Bizə etibar edildi! Biz də, öz uşaq ağlımızla da olsa bundan düzgün nəticə çıxara bildik. Bu gün mən də, artıq 15 yaşına çatmış oğlum Toğrula atam mənə deyənləri deyirəm. Və, əminəm ki, bu daha düzgün yoldur. Demək istədiyim odur ki, siqaretə qarşı mübarizəni uşaqlardan başlamaq lazımdır.

Bəs siqaretlə uzun müddət “dostluq” edənləri bu vərdişdən necə çəkindirmək olar? Xoşbəxtlikdən, qanunvericilik siqaret çəkənlərin məkanlarını get-gedə darlaşdırır. Lakin, qanunlarla siqaret çəkməyi qadağan etmək mümkünsüz bir şeydir. Əsas yol maarifləndirmə və ictimai qınaqdadır məncə. Yuxarıdakı şəkildə bunun üçün kreativ yanaşmadan istifadə ediblər: siqaret çəkənlər üçün ayrılmış xüsusi otağın tavanına vurulan divar kağızı otaqda olanların aşağıda, yəni məzarda olduqları effektini yaradır. Yuxarıda isə, keşiş və “qohum-əğrabalar, dost-tanışlar” kədərlənirlər. Və ya, internetdə siqaret tüstüsünün insanın daxili orqanlarına necə təsir etdiyini göstərən videoçarxlar var. Məktəblərin, ictimai təşkilatların maarifləndirmə prosesində aktiv olmaları şərtdir. Eyni zamanda, əhalinin sağlamlığına cavabdeh olan dövlət qurumları da daha aktiv olmalıdırlar.

Siqaret çəkmək kiminsə daxili işi ola bilər, amma insanların olmadığı bir məkanda. Hardakı insanlar var, heç kəsin hüququ yoxdur ki, havaya siqaret tüstüsünü yayaraq onları da passiv siqaret istifadəçisi etsin.

Vəli Əlibəyov

Опубликовано: 15 Февраль, 2019 09:55 | Просмотров: 616 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo