Философия бытия
Каждое сердце обязано «породить» любовь!Каждое сердце обязано «породить» любовь!

А ревность – самый главный враг человека

Что значит верить в Бога?Что значит верить в Бога?

Многие полагают, что верить в Бога — значит признавать Его существование. На самом деле знать о существовании Аллаха недостаточно для того, чтобы уверовать в Него. Шайтан не просто знает об Аллахе. 



Новые публикации
Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”

Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. 

Вышел в свет новый номер журнала “Azeri Observer”Вышел в свет новый номер журнала “Azeri Observer”

Азербайджанское государство с первых же дней своего создания избрало путь демократического государственного строя, и его шаги в данном направлении, а также их успешные результаты сегодня видны всем. 

Təhsil naziri: Təqaüd sisteminin təkmilləşdirilməsi tələbələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir

Təqaüd sisteminin təkmilləşdirilməsi ölkə rəhbərinin təhsilə qayğısının bariz nümunəsidir. Bu, ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir.

AZƏRTAC xəbər verir ki, bu fikri fevralın 15-də təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamların icrası ilə bağlı keçirdiyi mətbuat konfransında söyləyib.

Nazir qeyd edib ki, son illərdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahənin təkmilləşdirilməsi istiqamətində ciddi islahatlar aparılıb. Yeni inkişaf trendləri əsas götürülməklə universitetlərin kadr potensialı və maddi-texniki bazası gücləndirilib, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atılıb.

Ceyhun Bayramov bildirib ki, hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan tələbələrə Prezident təqaüdünün, qəbul göstəriciləri yuxarı olan gələcəyin müəllimlərinə təqaüdlərin verilməsi, gənclər üçün Prezident mükafatının təsis edilməsi onların daha yaxşı təhsil ala bilməsi, təhsilin əlçatanlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Mətbuat konfransında məlumat verilib ki, ölkə Prezidentinin "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamı və "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması haqqında” Fərmanı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri artırılıb. Bununla da 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdləri orta hesabla 20 faiz artacaq.

"Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu il martın 1-dən 16 000 vahid artırılması və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur.

Sərəncamla ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 30 faiz artacaq. Bu da öz növbəsində ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısını artıracaq və müvəffəqiyyət göstəriciləri nümayiş etdirmiş tələbələrə təqaüd almaları üçün əlavə imkanlar yaradacaq.

2016-cı ildə qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, təqaüdlərin ödənilməsi yalnız dövlət sifarişi əsasında təhsil alan tələbələrə deyil, eyni zamanda, ümumi orta müvəffəqiyyət göstəricisi və fənlər üzrə akademik nailiyyətləri nəzərə alınmaqla ödənişli əsaslarla təhsil alan tələbələrə də şamil edilib.

Опубликовано: 20 Февраль, 2019 11:54 | Просмотров: 645 | ]]>Печать]]>
All right reserved www.elections.az
Powered by Danneo